Bakıda daha bir ərazidə binalar PLANA DÜŞDÜ .....                        Gənc oğlan idman zalında vəfat etdi .....                        Heydər Əliyev Mərkəzi Türkiyə bayrağına büründü .....                        Bələdiyyə sədri əməliyyat zamanı öldü .....                        Suriya Kosovonu tanıdı .....                        Sahibə Qafarova: Şuşa Bəyannaməsi qardaşlığımızı zirvəyə yüksəldib .....                        Sabiq prezidentin qızı açıqlamasına görə məhkəməyə verildi .....                        Müdafiə Nazirliyini aldadan iş adamının CƏZASI AZALDILDI .....                        Prezident daha bir qəbul keçirdi .....                       
29-09-2025, 15:06
Tramp Ağ Ev-dəki Oval ofisi təriflədi: Baxanlar "dəli olur"


Tramp Ağ Ev-dəki Oval ofisi təriflədi: Baxanlar "dəli olur"

ABŞ prezidenti Donald Tramp Ağ Ev-dəki Oval ofis və konfrans zalındakı qızıl bəzəkləri nümayiş etdirərək interyerin gözəlliyinə görə "hamı dəli olur" deyib.
Tramp “Atlantic” jurnalına deyib ki, Ağ Evin interyerini şəxsən təmir etdiriib, o cümlədən 24 karatlıq qızılla bəzədib.
"Ağ Evdə Oval ofis yüksək keyfiyyətlə təmie dilərkən 24 karatlıq qızıldan istifadə olunub. Xarici liderlər də bu keyfiyyət və gözəlliyi görəndə "dəli olurlar". Dünyanın ən uğurlu və gözəl Oval Ofisi!!!", - prezident Truth Sosial şəbəkəsində yazıb.
Bundan əvvəl Wall Street Journal xəbər vermişdi ki, Tramp Ağ Evə köçdükdən sonra rəsmi prezident iqamətgahının interyerinə xeyli sayda qızıl əşyalar və dekorativ elementlər əlavə etdirərək onu özünün Mar-a-Laqo malikanəsinə oxşadıb Tramp həmçinin Oval ofisdəki şkafın üzərində oyma qızıl fiqurların quraşdırılmasına şəxsən nəzarət edib.
29-09-2025, 15:00
Cabir İmanovun ölümü haqda RƏSMİ AÇIQLAMA


]Cabir İmanovun ölümü haqda RƏSMİ AÇIQLAMA

Əməkdar artist Cabir İmanov vəfat edib.
TƏBİB-dən bildirilib ki, 29.09.2025-ci il tarixində saat 13:38-də Səbail rayonu Üzeyir Hacıbəyli küçəsi ərazisindən əməkdar artist Cabir İmanovun (1976-cı il təvəllüdlü) səhhətinin pisləşməsi (yıxılma) səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.
Qeyd edilib ki, çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub.
Saat 13:50-də briqada tərəfindən əməkdar artistin həkiməqədər ölüm faktı qeydə alınıb.
29-09-2025, 14:48
Xəzər dənizində suyun səviyyəsi daha da azalacaq - Muxtar Babayev


Xəzər dənizində suyun səviyyəsi daha da azalacaq - Muxtar Babayev

“Proqnozlar Xəzər dənizində suyun səviyyəsinin daha da azalacağını göstərir”.
Bunu Prezidentin İqlim məsələləri üzrə nümayəndəsi, COP29-un Prezidenti Muxtar Babayev “Bakı İqlim Fəaliyyəti Həftəsi” çərçivəsində keçirilən dəyirmi masada çıxışında deyib:
“Xəzər dənizi ilə bağlı proqnozlaşdırma modellərinin sayı 100-dən artıqdır. Təəssüf ki, bu modellərin təxminən 10%-i suyun artması ilə əlaqəlidir”, – Muxtar Babayev bildirib.
“Xəzər dənizinin quruması balıqçılıq, neftçilik, logistika, limanların fəaliyyəti və digər sahələrə mənfi təsir göstərəcək. Bu ərazilərdə yaşayan insanlar təbii olaraq işlərini itirəcəklər və şəhərə köçməyə məcbur olacaqlar. Deməli, şəhər üzərində təzyiq güclənəcək. Üstəlik, küləklər quruyan ərazilərdən çoxlu miqdarda toz-torpağı ətraf yerlərə yayacaq. Bütün bunlar mənfi nəticələrə səbəb olacaq”, – Prezidentin İqlim məsələləri üzrə nümayəndəsi deyib.
29-09-2025, 14:30
Bakı Limanında Vahid Keçid Mərkəzi istifadəyə verildi


Bakı Limanında Vahid Keçid Mərkəzi istifadəyə verildi

AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Bakı Beynəlxalq Dəniz Limanının ərazisində yüklərin sənədləşməsinə xidmət göstərən Vahid Keçid Mərkəzi istifadəyə verilib.
ADY-dən verilən məlumata görə, yeni mərkəzdə Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti, Dövlət Miqrasiya Xidməti, “Azərpoçt”, həmçinin ekspeditor şirkətlər birgə fəaliyyət göstərəcək. Beləliklə, əvvəllər müxtəlif məsafələrdə yerləşən xidmət məntəqələri vahid mərkəzdə cəmləşəcək ki, bu da yük sahiblərinə və daşıyıcı şirkətlərə sənədləşmə prosesini daha sürətli və rahat şəkildə həyata keçirməyə imkan yaradacaq.
Həmçinin liman ərazisində yüklərin sənədləşməsində iştirak edən tərəflərin vahid mərkəzdə xidmət göstərməsi təkərli nəqliyyat vasitələrinin (vaqon xaric) sənədləşməsi üçün tələb olunan müddəti 2 saatdan 1 saatadək qısaldacaq. Eyni zamanda, bir blok-qatarın sənədləşməsinə sərf olunan vaxt 4 saata, ekspeditorların sənəd dövriyyəsi 2 saata, ödənişlərin ödənilməsinə sərf edilən vaxt isə 1 saatdan 8 dəqiqəyə qədər azalacaq.
Bakı Limanı üzrə Vahid Keçid Mərkəzi əməliyyatların səmərəliliyini artıraraq ümumilikdə yükdaşıma əməliyyatlarının sürətinə müsbət təsir göstərəcək və sənədləşmə prosesinin daha rahat formada icrasını təmin edəcək. Mərkəzin fəaliyyəti idxal əməliyyatlarının daha çevik icrasına, Azərbaycan üzərindən daşınan tranzit yüklərin həcminin artmasına və ölkənin logistika sisteminin dayanıqlığının yüksəldilməsinə, Orta Dəhlizin rəqabətqabiliyyətini gücləndirərək Azərbaycanın tranzit ölkə kimi rolunun möhkəmləndirilməsinə mühüm töhfə verəcək.
Mərkəz həmçinin Azərbaycanın tranzit-logistika sistemində yeni sinerji yaradacaq. Yükdaşımaların sürəti və şəffaflığının artması həm beynəlxalq daşıyıcıların Azərbaycan ərazisindən keçən marşrutlara üstünlük verməsinə, həm də region ölkələrinin tranzit marşrut seçimində Orta Dəhlizin daha cəlbedici mövqeyə çıxmasına şərait yaradacaq. Bu cür optimallaşdırmalar ölkə gündəliyində mühüm yer tutan “qlobal nəqliyyat qovşağına çevrilmək” hədəfinə xidmət etməklə yanaşı, ölkənin qeyri-neft sektorunun şaxələndirilməsi, investisiya cəlbediciliyinin artırılması və beynəlxalq ticarətdə etibarlı tərəfdaş imicinin gücləndirilməsində xüsusi rol oynayacaq.
Qeyd edək ki, Bakı Limanının ADY-yə inteqrasiyası əməliyyat çevikliyinin artırılmasına, yüklərin daşınmasında vahid idarəetmə mexanizminin yaradılmasına imkan verib. Görülən işlərin nəticəsində Bakı Limanında 2025-ci ilin 8 ayı ərzində 70 min TEU-ya yaxın konteyner aşırılıb ki, bu da ötən ilin analoji dövrünün göstəricisi (47 min TEU) ilə müqayisədə 48 faiz çoxdur. Vahid Keçid Mərkəzinin fəaliyyəti əməliyyatların daha da optimallaşdırılmasına xidmət edərək Bakı Beynəlxalq Dəniz Limanında yükaşırma göstəricilərinin davamlı artmasına gətirib çıxaracaq.
29-09-2025, 14:19
Aprel döyüşləri ilə bağlı sənədlər elan olundu


Aprel döyüşləri ilə bağlı sənədlər elan olundu

Sentyabrın 29-da Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi sənədlərin elan olunması ilə davam etdirilir.
Elan edilən sənədlərdən biri 2016-cı ildə Aprel döyüşləri zamanı mülki şəxslərə yetirilmiş bədən xəsarətləri, onların həyatlarına yönəlmiş qəsd, əmlaklarına vurulmuş ziyan və s. epizodlarla bağlı olub. Epizodlar üzrə tədqiq edilən sənədlərdən birində qeyd olunub ki, 2016-cı ilin aprel ayının 2-dən 28-dək olan dövrdə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Ağdam, Tərtər, Goranboy, Füzuli və Ağcabədi rayonlarının müdafiəsiz yaşayış məntəqələrinin ərazilərində, həmçinin təhsil və tibb müəssisələrinə, eləcə də mülki əhaliyə və döyüşlərdə iştirak etməyən ayrı-ayrı mülki şəxslərə iriçaplı atıcı silahlardan, minaatan və qumbaralardan, artilleriya qurğularından intensiv atəş açmaqla, hərbi zərurət olmadan hücum edilməklə çoxsaylı cinayət əməlləri törədilib. Sənədlərin tədqiqi zamanı cinayət işləri üzrə hadisə yerindən fotolar da nümayiş olunub.
Sonra Tərtər rayonunun Əskipara kəndinin “ağ fosfor” tərkibli 122 millimetr kalibrli, P-4 markalı top mərmisi ilə atəşə tutulması, Qurbanov Çingiz Salman oğlunun öldürülməsi (ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib – red.), Əkbərli Hüseyn Zakir oğlunun öldürülməsi, işğal altında saxlanılmış ərazilərdə iqtisadiyyat və digər sahələrdə törədilmiş cinayət faktları üzrə və s. sənədlər tədqiq edilib.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
29-09-2025, 14:16
Əməkdar artist Cabir İmanov VƏFAT ETDİ


Əməkdar artist Cabir İmanov VƏFAT ETDİ

Əməkdar artist Cabir İmanov vəfat edib.
O, bu gün paytaxtın Səbail rayonu Üzeyir Hacıbəyli küçəsində yerləşən idman zalında infarkt keçirib.
Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılsa da, 49 yaşlı aktyor vəfat edib.
Baş vermiş hadisə idman zalının kameraları vasitəsilə anbaan lentə alınıb.
Məlum olub ki, Əməkdar artist məşq zalında müvazinətini itirərək yıxılıb. Onun yaxınlığındakı şəxslər dərhal kömək etməyə çalışaraq ürək masajı ediblər.
C.İmanovun ürək fəaliyyətini bərpa etmək üçün ona elektroşok da tətbiq edilib. Lakin bu prosesin 20 dəqiqə davam etməsinə baxmayaraq, 49 yaşlı aktyorun həyatını xilas etmək mümkün olmayıb.
29-09-2025, 11:03
Anım Günü ilə bağlı silsilə tədbirlər keçirilib


ASAP tərəfindən xarici ölkələrdə Anım Günü ilə bağlı silsilə tədbirlər keçirilib

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) təşkilatçılığı ilə 27 sentyabr - Anım Günü ilə əlaqədar Çin Xalq Respublikası, Avstriya, İtaliya və Gürcüstanda silsilə tədbirlər keçirilib.

Pekin şəhərində 27 sentyabr - Anım Günü ilə əlaqədar Çində təhsil alan azərbaycanlı gənclərlə görüş baş tutub. Azərbaycanın Çin Xalq Respublikasındakı səfirliyinin nümayəndələrinin də iştirak etdiyi görüş zamanı 30 il işğal altında qalmış ərazilərimizin düşmən tapdağından azad edilməsi haqqında danışılıb. Bildirilib ki, Azərbaycan Ordusu həm 44 günlük Vətən müharibəsi, həm də antiterror tədbirləri zamanı böyük rəşadət və qəhrəmanlıq göstərib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fəaliyyəti nəticəsində əldə edilən siyasi, diplomatik uğurların bu qələbəyə zəmin yaratdığını vurğulayan gənclər xalqımızın əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirdiyini, Azərbaycan Ordusunun əks-hücumları qarşısında aciz qalan Ermənistanın 30 illik işğalçılıq siyasətinə son qoyduğunu, ölkəmizin ərazi bütövlüyünün, tarixi ədalətin, beynəlxalq hüququn bərpa edildiyini, bu zəfərin Azərbaycan tarixinə qızıl hərflərlə yazıldığını qeyd ediblər.

Avstriyanın Vyana şəhərində 27 sentyabr - Anım Günü münasibətilə gənclərlə panel müzakirəsi keçirilib. Avstriyada təhsil alan azərbaycanlı tələbələrin iştirakı ilə baş tutan tədbir zamanı Azərbaycanın 44 günlük Vətən müharibəsinin yekununda beynəlxalq hüquq və ədaləti bərqərar etdiyini diqqətə çatdırılıb. Qeyd edilib ki, Azərbaycan BMT qətnamələrini təkbaşına icra edərək işğala son qoyub, Ulu Öndər Heydər Əliyevin başlatdığı və Prezident İlham Əliyevin qətiyyətlə davam etdirdiyi siyasi kurs nəticəsində dövlətimiz öz ərazilərini heç kimə güzəştə getməyib, ərazi bütövlüyünü tam bərpa edib. Tədbir 44 günlük Vətən müharibəsinə həsr edilmiş videoçarxın nümayişi ilə davam edib.

İtaliyanın Roma şəhərində 27 sentyabr - Anım Gününə ilə bağlı azərbaycanlı gənclərlə görüş keçirilib. Tədbir Azərbaycanın Dövlət himninin səsləndirilməsi və Vətənimizin ərazi bütövlüyünün bərpa olunması uğrunda canlarından keçmiş cəsur hərbçilərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb. Çıxışlar zamanı bildirilib ki, şanlı Qələbə tariximizin yazılmağa başlandığı gündən - 44 günlük Vətən müharibəsindən 5 il ötür. Məhz 2020-ci ilin 27 sentyabrında düşmənin növbəti təxribatlarına cavab olaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə başlayan əks-hücum əməliyyatları Qarabağımızın azadlığı uğrunda müqəddəs Vətən müharibəsinə çevrildi. Xalqımız Ali Baş Komandanın ətrafında “Dəmir yumruq” kimi birləşdi. Xüsusi olaraq vurğulanıb ki, ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olmuş bütün qardaş və bacılarımızın əziz xatirəsi harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının ürəyində əbədi qalacaq.

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) təşkilatçılığı ilə Gürcüstanın Tbilisi şəhərində gənclərlə 27 Sentyabr - Anım Gününə həsr olunmuş dəyirmi masa görüşü baş tutub. Tədbir zamanı Gürcüstanda yaşayan azərbaycanlı gənclər 44 gün davam edən haqq savaşında xalq, ordu və dövlət birliyinin möhtəşəm qələbə ilə başa çatmasının hər bir Azərbaycan vətəndaşının qəlbində böyük qürur və iftixar hissi yaratdığından, Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan igidlərin qəhrəmanlıqlarından danışıblar. Ölkəmizin Gürcüstandakı səfiri Faiq Quliyev çıxış edərək Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycan Ordusunun bölmələrinin düşmənin hücumunun qarşısını alması və əks-hücum əməliyyatlarına başlamasından bəhs edib. O vurğulayıb ki, 44 günlük Vətən müharibəsinin rəşadətli Azərbaycan Ordusunun qələbəsi və torpaqlarımızın işğaldan azad olunması ilə bitməsinin dondurulmuş münaqişə mifinin yalan olduğunu sübuta yetirib.

Əlavə olaraq Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) və Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) təşkilatçılığı ilə Anım Gününə həsr olunmuş “Unity in Remembrance: Azerbaijan’s Story for the World” adlı panel müzakirəsi təşkil edilib. Azərbaycanda təhsil alan xarici tələbələrin iştirak etdiyi tədbir zamanı spikerlər ölkəmizin qazandığı bu böyük zəfərin dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi müdrik və uzaqgörən siyasət, həmçinin onun rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun şücaəti nəticəsində əldə olduğunu qeyd edib. Azərbaycanın Vətən müharibəsində qazandığı qələbə ilə bütün dünyaya öz gücünü və haqq-ədalət uğrunda qətiyyətli mübarizəsini əyani şəkildə göstərdiyi diqqətə çatdırılıb. Bildirib ki, şəhidlərimizin adlarını yaşatmaq, gələcək nəsillərə örnək və nümunə göstərmək hər birimizin üzərinə düşən ən müqəddəs borcdur. Tədbirin əsas məqsədi müxtəlif ölkələrdən olan gəncləri Azərbaycanın tarixi və mədəniyyəti ilə tanış etmək, 27 sentyabr tarixinin əhəmiyyətini izah etmək və gənclər üçün dialoq mühiti yaratmaq olub.


����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!