Gəncədə təcili yardım avtomobili qəzaya düşdü .....                        Nazir Rəşad Nəbiyev Hao Zhichen ilə görüşdü .....                        Bulvarda dənizdə batma təhlükəsi olan şəxs xilas edildi - VİDEO .....                        Bağçada azyaşlıya şiddət göstərən dayə İŞDƏN ÇIXARILDI .....                        Bakıda daha bir ərazidə binalar PLANA DÜŞDÜ .....                        Gənc oğlan idman zalında vəfat etdi .....                        Heydər Əliyev Mərkəzi Türkiyə bayrağına büründü .....                        Bələdiyyə sədri əməliyyat zamanı öldü .....                        Suriya Kosovonu tanıdı .....                       
24-09-2025, 20:35
Rus təyyarələri Almaniya gəmilərini izlədi


Rus təyyarələri Almaniya gəmilərini izlədi

Rusiyanın hərbi təyyarələri Baltik dənizində Almaniyanın “Hamburq” freqatının üzərində iki dəfə aşağı hündürlükdə uçaraq müşahidələr aparıb.
Bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius Bundestaqdakı çıxışı zamanı bildirib.
Nazir bu hadisəni sərt tənqid edərək deyib ki, Moskva NATO ölkələrinin sərhədlərini sınaqdan keçirir. Rusiya dronlarının və hərbi təyyarələrinin Polşa və Estoniya hava məkanına daxil olması, eləcə də Almaniya freqatının üzərində uçuş aparması son bir neçə gündə rəsmi Moskva tərəfindən NATO-ya qarşı təzyiqlərin artdığını göstərir.
Boris Pistorius vurğulayıb ki, Rusiya Prezidenti Vladimir Putin NATO üzvlərini sınağa çəkmək və alyansın zəif tərəflərini müəyyənləşdirib, bundan istifadə etmək niyyətindədir. Lakin alyans bu təxribatlara qətiyyətlə, eyni zamanda, səbir və soyuqqanlılıqla cavab verərək Putinin məqsədlərinə çatmasına imkan verməyəcək.
Qeyd edək ki, “Hamburq” freqatı hazırda NATO-nun “Neptun Strike 25-3” genişmiqyaslı hərbi təlimində iştirak edir. Sentyabrın 26-dək davam edəcək bu çoxmillətli hərbi təlim Aralıq, Adriatik, Şimal və Baltik dənizlərini əhatə edir. Təlimə NATO-nun 13 üzv dövlətindən 10 mindən çox şəxsi heyət cəlb olunub.
24-09-2025, 19:47
İlham Əliyev Çoksi ilə danışıqlar apardı


İlham Əliyev Çoksi ilə danışıqlar apardı

Sentyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Nyu-Yorkda ABŞ Ticarət Palatasının baş vitse-prezidenti Kuş Çoksi ilə görüşü olub.
24-09-2025, 19:47
Ermənistanda səs-küylü cinayət: Vardanyanın partiyasında olan müxalifətçini kim öldürüb?


Ermənistanda səs-küylü cinayət: Vardanyanın partiyasında olan müxalifətçini kim öldürüb?

Ermənistanın Armavir vilayətində yerləşən Parakar icmasının rəhbəri Volo­diya Qriqoryan silahlı hücum nəticəsində öldürülüb.
Hadisə ötən gecə baş verib və Ermənistan böyük rezonans doğurub. Qriqoryanla birlikdə Abarat vilayətinin kriminal polis idarəsinin zabiti Karen Abramyan da qətlə yetirilib. Daha bir nəfər isə yaralanıb.
Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan bildirib ki, polisə hadisə barədə məlumat saat 23:50-də daxil olub. Dərhal əməliyyat qrupu əraziyə göndərilib. Hazırda 100-dən çox polis əməkdaşı istintaq tədbirlərinə cəlb olunub. Onların sözlərinə görə, maskalı və əlcəkli şəxs küçədə dayanan üç nəfərə yaxınlaşaraq atəş açıb.
Volo­diya Qriqoryan mart ayında keçirilən bələdiyyə seçkilərində hakim “Vətəndaş müqaviləsi” partiyasının namizədini məğlub edərək Parakarın icma rəhbəri seçilib.
O, hazırda Bakıda mühakimə olunan erməni əsilli oliqarx Ruben Vardanyanın sponorluğu ilə yaradılan “Yaşamaq üçün ölkə” partiyasını təmsil edirdi. Qriqoryanın seçkidə qalib gəlməsi digərpartiyaların dəstəyi ilə mümkün olmuşdu.
Hadisə ilə bağlı hələlik konkret versiya irəli sürülməyib. Ermənistan mediasında bunun kriminal “hesablaşma” və ya siyasi motivli sui-qəsd ola biləcəyi ehtimalları müzakirə olunur.
Baş nazir Nikol Paşinyan “Facebook” səhifəsində hücumu qətiyyətlə pisləyib: “Hüquq-mühafizə orqanları qısa zamanda cinayətdə əli olan hər kəsi müəyyən etməlidir. Eyni zamanda, Parakarda baş verən zorakılıq hadisələrinin qarşısını almaq üçün hansı preventiv addımların atılmalı olduğu araşdırılacaq və nəticələrdən zəruri nəticələr çıxarılacaq”.
Son illər Ermənistanda kriminal qruplar arasında silahlı toqquşmalar tez-tez baş verir. Qriqoryanın öldürülməsi isə Ermənistanda siyasi sabitliyi sarsıda biləcək hadisə kimi qiymətləndirilir.
24-09-2025, 19:38
Prezident Nyu-Yorkda daha bir görüş keçirdi


Prezident Nyu-Yorkda daha bir görüş keçirdi

Sentyabrın 24-də Nyu-Yorkda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Portuqaliya Respublikasının Prezidenti Marselo Rebelo de Souza ilə görüşüb.
Portuqaliya Prezidenti, ilk növbədə, dövlətimizin başçısına Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh gündəliyinin irəli aparılması ilə bağlı Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın şahidliyi ilə əldə olunmuş nailiyyətlər münasibətilə təbriklərini çatdırdı.
Prezident İlham Əliyev təbriklərə görə təşəkkürünü bildirdi. Vaşinqtonda keçirilmiş Zirvə toplantısının tarixi əhəmiyyət kəsb etdiyini deyən dövlətimizin başçısı Azərbaycanın regionda sülh gündəliyinin təşəbbüskarı olduğunu bildirərək, ölkəmizin bundan sonra da bölgədə sülhün gücləndirilməsi üçün səylərini davam etdirəcəyini vurğuladı.
Görüşdə Azərbaycanla Portuqaliya arasında müxtəlif sahələrdə əlaqələrin inkişafının, siyasi məsləhətləşmələrin davam etdirilməsinin və nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin əhəmiyyəti qeyd olundu, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə toxunuldu.
24-09-2025, 19:27
İlham Əliyev Baş nazirlə görüşdü


İlham Əliyev Baş nazirlə görüşdü

Sentyabrın 24-də Nyu-Yorkda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasının Baş naziri Rosen Jelyazkov ilə görüşü olub.
Baş nazir Rosen Jelyazkov Azərbaycanla Bolqarıstan arasında siyasi əlaqələrin mükəmməl səviyyədə olduğunu deyib.
Prezident İlham Əliyev də öz növbəsində münasibətlərimizin ənənəvi dostluq və tərəfdaşlıq xarakteri daşıdığını qeyd edib.
Söhbət zamanı enerji sahəsində hazırkı uğurlu əməkdaşlığımızdan məmnunluq ifadə edilib, bu sahədə əlaqələrin inkişafı üçün yeni perspektivlərin olduğu bildirilib.
Görüşdə Azərbaycanla Bolqarıstan arasında müxtəlif sahələrdə əlaqələrin inkişafına dair fikir mübadiləsi aparılıb.
24-09-2025, 18:56
İran Azərbaycanla Ermənistan arasında sülh prosesini dəstəkləyir


İran Azərbaycanla Ermənistan arasında sülh prosesini dəstəkləyir

İran Azərbaycanla Ermənistan arasında sülh prosesini dəstəkləyir.
Bu barədə İran Prezidenti Məsud Pezeşkian BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı zamanı bildirib.
“İran sülh və stabilliyi dəstəkləyir. Biz inanırıq ki, region və dünyanın gələcəyi əməkdaşlıq, etimad və qarşılıqlı inkişaf əsasında qurulmalıdır. Bu çərçivədə İran Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəkləyir”, - Pezeşkian vurğulayıb.
24-09-2025, 18:41
FHN-in Sumqayıt Regional Mərkəzi nümunəvi mülki müdafiə məşqi təşkil edib


FHN-in Sumqayıt Regional Mərkəzi nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən Abşeron rayon hərbiləşdirilməmiş ərazi mülki müdafiə qüvvələri ilə xəbərdarlıq toplanışı üzrə nümunəvi mülki müdafiə məşqi təşkil edilib.

“Fövqəladə hadisələr zamanı hərbiləşdirilməmiş ərazi mülki müdafiə qüvvələrinin xəbərdarlıq toplanışı siqnalı üzrə fəaliyyəti” mövzusunda keçirilən məşqdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, FHN-in Sumqayıt Regional Mərkəzinin rəisi polkovnik Vaqif Fətullayev, rayon hüquq-mühafizə orqanlarının, aidiyyəti qurumların rəhbər şəxsləri, ərazi mülki müdafiə qüvvələrinin şəxsi heyəti iştirak edib.
Məşqə Abşeron rayon hərbiləşdirilməmiş ərazi mülki müdafiə qüvvələrinin 27 ədəd texnika və 146 nəfərdən ibarət şəxsi heyəti cəlb olunub.
Məşqin keçirilməsində məqsəd ərazi mülki müdafiə qüvvələrinin fövqəladə hallara operativ reaksiyavermə hazırlığı səviyyəsinin yoxlanılması və böhran vəziyyətlərində birgə fəaliyyətlərin uzlaşdırılması, komandir-rəis heyətinin idarəetmə üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi, şəxsi heyətə xəbərdarlıq toplanışı üzrə əməli vərdişlərin aşılanması olub.

Tədbir zamanı hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələrinin fövqəladə hal barədə xəbərdar edilməsi, xəbərdarlıq toplanışı siqnalı ilə qaldırılması, toplanma məntəqəsinə yürüş, toplanış və idarəetmənin təşkili üzrə fəaliyyətləri yoxlanılıb, həmçinin funksional vəzifələrlə bağlı məruzələr dinlənilib.
Uğurla reallaşdırılan məşqdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.





24-09-2025, 18:15
Albaniya Prezidenti İlham Əliyevə təşəkkür etdi


Albaniya Prezidenti İlham Əliyevə təşəkkür etdi

Ermənistanla əldə edilmiş tarixi sülhə görə Azərbaycan Prezidenti İlham Əliyevə xüsusi təşəkkürümü bildirmək istəyirəm.
Bu sözləri Albaniya Prezidenti Bayram Beqay BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Çoxtərəflilik yolayrıcında: Çağırışlar və sülhə gedən yol” adlı yan tədbirdə çıxışı zamanı deyib.
“Bu onu göstərir ki, ən dərin münaqişələr belə, dialoq və əzmkarlıqla, barışıq və davamlı sülhə inanan ABŞ kimi tərəfdaşların dəstəyi ilə həll edilə bilər”, - deyə Albaniya Prezidenti vurğulayıb.
24-09-2025, 18:02
Zelenskidən dünyaya vacib mesaj


Zelenskidən dünyaya vacib mesaj

BMT Baş Assambleyasında çıxış edən Ukrayna Prezidenti Volodimir Zelenski beynəlxalq ictimaiyyətə Rusiya və müharibə ilə bağlı mesajlar ünvanlayıb.
O, beynəlxalq ictimaiyyəti Ukraynaya hərbi dəstək göstərməyə çağırıb.
“Güclü müttəfiqlər və güclü silahlar olmadan sülh mümkün deyil. 21-ci əsrdə də silahlar kimin sağ qalacağını müəyyənləşdirir,” - deyə Zelenski bildirib.
O, Rusiyanın təcavüzünün bütün Avropaya yayılma təhlükəsinə diqqət çəkib:
“Ukrayna ilk hədəfdir. Amma artıq Rusiya dronları Avropa səmasını kəsib keçir, əməliyyatlarını digər ölkələrə də yayır. Heç kim özünü təhlükəsiz saya bilməz”, – deyə Ukrayna lideri xəbərdarlıq edib.
Zelenski, həmçinin dron texnologiyasının qlobal təhlükə yaratdığını vurğulayıb:
“Müharibə texnologiyaları coğrafiya tanımır. Avropanın hava limanları dron hücumlarına görə bağlanır. Yaxın gələcəkdə dronlar dronlarla döyüşəcək, kritik infrastruktur və insanları hədəfə alacaq. Bu, artıq vaxt məsələsidir,” – deyə o qeyd edib.
Ukrayna lideri beynəlxalq qurumların zəifliyini də tənqid edib:
“Onilliklərdir müharibələrə yalnız bəyanatlarla reaksiya verilir. Sudan, Somali, Fələstin və hətta Qəzzadakı faciələrdə də çıxış yolu yoxdur. Nəhayət, etiraf etmək lazımdır ki, mövcud sistem bu qanı dayandırmaq iqtidarında deyil,” – deyə Zelenski bildirib.
Zelenski çıxışında ABŞ Prezidenti Donald Tramp da daxil olmaqla dünya liderləri ilə görüşdüyünü xatırladaraq deyib ki, sülhün taleyi yalnız G7 və G20-yə deyil, hər birimizə bağlıdır: "BMT susmamalı, Rusiyanın müharibəni uzatmaq cəhdlərini qətiyyətlə qınamalıdır.”
24-09-2025, 17:49
Zaqatalada motosikletlə maşın toqquşdu - Xəsarət alanlar var


Zaqatalada motosikletlə maşın toqquşdu - Xəsarət alanlar var

Zaqatalada motosikletlə minik avtomobili toqquşub.
Hadisə günorta saatlarında Zaqatala-Qax avtomobil yolunda, rayonun Muxax kəndi ərazisində baş verib.
Qəza zamanı Muxax kənd sakinləri - 64 yaşlı Aydın Həmzəyev və həyat yoldaşı 64 yaşlı Nigar Həmzəyevə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Onlar Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdiriliblər.
Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!