Bu ilin ikinci Günəş tutulması başlayıb .....                        Taliban Trampa cavab verdi: “20 il də döyüşə hazırıq!” .....                        Ordubada 19 sm qar yağıb .....                        Londona uçan təyyarə Bakıda təcili eniş etdi .....                        Suriya ilə danışıqlarda irəliləyiş var - Netanyahu .....                        Polşa ilə döyüşmək istəmirik - Xrenin .....                        Gürcüstan Prezidenti ABŞ-yə getdi .....                        Rusiya Ukraynanın 19 PUA-sını vurdu .....                        Peruda etirazçılarla polis arasında toqquşma .....                       
15-09-2025, 16:17
"Vüsal 300" həbs edildi


"Vüsal 300" həbs edildi

"Vüsal 300" kimi tanınan iş adamı Abbasov Vüsal Şirvan oğlu barəsində əlavə ittiham verilib.
Vüsal Abbasova Cinayət Məcəlləsinin 192.3.2-ci (qanunsuz sahibkarlıq, xüsusi külli miqdarda) maddəsi ilə yeni ittiham irəli sürülüb.
Bundan qabaq isə V. Abbasov Cinayət Məcəlləsinin 308-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ittiham olunurdu.
Xətai rayon Prokurorluğunun təqdimatı əsasında Vüsal Abbasov barəsində 3 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatət Xətai rayon Məhkəməsinə daxil olub.
Hakim vəsatət və təqdimatı təmin edib. Qərara əsasən Vüsal Abbasov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, V.Abbasov bir neçə nəfərlə əlbir olaraq qanunsuz lizinq fəaliyyəti ilə məşğul olmaqda ittiham olunur.
Belə ki, Vüsal Abbasov vətəndaşlara məxsus avtomobilləri və digər əmlakları girov saxlamaqla qanunamüvafiq olmayan faiz dərəcələri ilə lizinqə salmaqda təqsirləndirilir.
Sosial şəbəkələrdə yayılan görüntülərdə "Vüsal 300"ə məxsus ofislər, avtomobil qarajı üzərinə məhkəmə tərəfindən həbs qoyulduğu və Xətai rayon Prokurorluğu tərəfindən möhürləndiyi görünür.
Onu da qeyd edək ki, "Vüsal 300" Bakıda ən bahalı maşınların icarədarı kimi tanınır. Bir çox tanınmış müğənnilərin avtomobilləri məhz ona məxsusdur.
15-09-2025, 15:58
Formula 1-də iki min könüllü fəaliyyət göstərəcək


Formula 1-də iki min könüllü fəaliyyət göstərəcək

Formula 1 Azərbaycan Qran-prisi ərzində iki min könüllü fəaliyyət göstərəcək.
Bu barədə Bakı Şəhər Halqasının İnsan resursları üzrə baş meneceri Lamiyə Şəhmədova Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran-prisi üçün Uniforma və Akkreditasiya Mərkəzinin təqdimatı ilə bağlı təşkil olunmuş tədbirdə məlumat verib.
O, mərkəzdə 140 nəfərdən çox könüllünün çalışdığını bildirib: “Könüllülərin dəstəyi nəticəsində minlərlə işçi heyəti, marşallar və təhlükəsizlik əməkdaşlarına uniforma və akkreditasiya kartları paylanılır. Yarış günlərinə qədər bu kartların hər biri paylanılacaq”.
Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisi sentyabrın 19-21-də keçiriləcək.
15-09-2025, 15:52
Netanyahu HƏMAS liderlərinə zərbə barədə: “Biz mesaj verdik”


Netanyahu HƏMAS liderlərinə zərbə barədə: “Biz mesaj verdik”

Qətərin paytaxtı Dohada həyata keçirilən və HƏMAS-ın yüksək rəhbərliyini hədəf alan hərbi əməliyyatın yekun nəticələri hələ araşdırılır.
Bunu İsrail baş naziri Benyamin Netanyahu ABŞ-ın dövlət katibi Marko Rubionun İsrailə səfəri zamanı keçirilən birgə mətbuat konfransında deyib.
“Biz hələ də yekun hesabatları toplayırıq”, - deyə Netanyahu əməliyyatın nəticələri ilə bağlı suala cavab verib.
Netanyahu Dohanın bombalanmasını uğursuz əməliyyat kimi qiymətləndirməkdən imtina edib. Onun sözlərinə görə, əsas məqsəd İsrailin düşmənlərinə mesaj göndərmək olub:
“Bu hücumun əsas nəticəsi budur: İsrailin düşmənləri bilməlidir ki, onlar heç yerdə cəzasız qalmayacaqlar”.
Qeyd edək ki, əməliyyat 2025-ci il 9 sentyabrda, ABŞ prezidenti Donald Trampın Qəzza sektorunda atəşkəs təklifinin müzakirə edildiyi görüş zamanı baş tutub. HƏMAS-ın Dohadakı qərargahına zərbə endirilib.
Əməliyyat zamanı 15 İsrail qırıcı təyyarəsi və pilotsuz uçuş aparatları iştirak edib. İsrail bu əməliyyatı 7 oktyabr 2023-cü il HƏMAS-ın İsrailə hücumuna və 8 sentyabr 2025-ci il Qüdsdə törədilən terror aktına cavab olaraq həyata keçirdiyini bildirib.
İsrailin rəsmi məlumatına görə, hava zərbəsi nəticəsində 6 nəfər həlak olub. Onlardan 5-i HƏMAS-la əlaqəli, biri isə Qətərin təhlükəsizlik xidmətinin əməkdaşı olub:

Cihad Labad – HƏMAS lideri Xalil əl-Hayyanın aparat rəhbəri

Hamam Xalil əl-Hayya – Xalil əl-Hayyanın oğlu

Abdalla Abd əl-Vahid – texniki heyət üzvü (müşavir və ya mühafizəçi)

Muamen Hassuna – texniki heyət üzvü (müşavir və ya mühafizəçi)

Əhməd Abd əl-Maleka – texniki heyət üzvü (müşavir və ya mühafizəçi)

Bədr Saad Məhəmməd əl-Humaidi əd-Dosari – Qətər təhlükəsizlik xidmətinin aşağı rütbəli əməkdaşı
15-09-2025, 15:46
Xankəndi tələbələr şəhəri olacaq


Xankəndi tələbələr şəhəri olacaq

Dünən Tibb fakültəsinin yeni klinikasının açılışını etdik, tələbələrin sayı çoxalacaq, 100 nəfər də tibb klinikasına daxil oldu.
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 15-də Xocalı rayonunun Badara kəndində Badara, Daşbulaq, Seyidbəyli və Şuşakənd kəndlərinin sakinləri ilə görüşdə deyib.
"Yəni, bir neçə ildən sonra orada minlərlə tələbə olacaq. Yəni, Xankəndi tələbələr şəhəri olacaq".
15-09-2025, 15:31
Hər dəfə çadır şəhərciyinin açılışında deyirdim ki... - PREZİDENT


Hər dəfə çadır şəhərciyinin açılışında deyirdim ki... - PREZİDENT

"Uzun illər köçkün həyatı yaşamış insanlar ən gözəl şəraitə layiqdirlər".
Bunu Prezident İlham Əliyev Xocalının Badara, Daşbulaq, Seyidbəyli və Şuşakənd kəndlərinin sakinləri ilə görüş zamanı deyib.
"Mən xatırlayıram, o vaxt işğal dövründə köçkünlərlə çoxsaylı görüşlərimdə deyirdim ki, sizin üçün dövlət şərait yaratmağa çalışır və biz bunu etmişdik. Təqribən 300 minə yaxın keçmiş köçkün dövlət tərəfindən evlərlə, mənzillərlə təmin edilmişdi. Ancaq hər dəfə çadır şəhərciyinin açılışında deyirdim ki, bu, müvəqqəti yaşayış yeridir. Qarabağ azad olunandan sonra sizin üçün Qarabağda daha gözəl şərait yaradacağıq, o da oldu", - Prezident qeyd edib.
15-09-2025, 15:03
Prezident onu “Dostluq” ordeni ilə TƏLTİF ETDİ


Prezident onu “Dostluq” ordeni ilə TƏLTİF ETDİ

ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl Malik “Dostluq” ordeni ilə təltif edilib.
Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
O, Azərbaycan ilə ICESCO arasında uğurlu əməkdaşlıq əlaqələrinin inkişafında xidmətlərinə görə bu mükafata layiq görülüb.
15-09-2025, 13:12
Azərbaycan ordusunu heç vaxt üstələyə bilmərik - Paşinyan


]Azərbaycan ordusunu heç vaxt üstələyə bilmərik - Paşinyan

Ermənistan heç vaxt Azərbaycan ordusunu üstələyə bilməz.
Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda keçirilən «Mürəkkəb Təhlükəsizlik və Davamlılıq 2025» konfransında bildirib.
O qeyd edib ki, Ermənistana ordu lazım deyil: "Ordu nə qədər güclü olursa olsun, yenə də Azərbaycan ordusunu, üstəlik güclü müttəfiqləri olan Azərbaycan ordusunu üstələyə bilməz".
“Biz daim deyirdik: bizə güclü ordu lazımdır. Amma bu da elə bir məqamdır ki, özümüzə sual verməliyik: “Güclü ordu” nə deməkdir? Bu, müttəfiqlərlə birgə olan ordu deməkdir, yoxsa müttəfiqsiz? Əgər müttəfiqlərlədirsə, bir sıra suallar yaranır. Əgər müttəfiqsizdirsə, yenə də suallar yaranır. İndi geriyə baxaraq anlayıram ki, anlayışları dəqiqləşdirmək həyati zərurətdir. Əsas sual isə budur: Ermənistan dövləti, Ermənistan Respublikası öz ordusu qarşısında hansı vəzifəni qoyur?”, - Paşinyan deyib.
Onun sözlərinə görə, Ermənistan Respublikasının ordusu beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda heç bir vəzifə və funksiya daşımır: “Ordunun vəzifəsi Ermənistan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazilərinin müdafiəsini təmin etməkdir. Burada daha bir mühüm məqam var. Ordumuz bizə həmişə birinci sədd və təhlükəsizliyin əsas dayağı kimi təqdim olunurdu. Yumşaq desək — birinci. Əslində həm birinci, həm ikinci, həm üçüncü, həm də dördüncü. Mən bir dəfə demişdim: biz heç vaxt düşünmədik ki, əsgərimizin çiyinlərinə nə qədər dözülməz yük yükləmişik. Təəssüf ki, sonra başa düşdük: əgər təhlükəsizliyin təmin olunmasında əsas alət yalnız ordudursa, deməli, təhlükəsizliyin yoxdur. Əgər təhlükəsizliyin əsas aləti ordudursa, bu formulu ümumiyyətlə işlətməmək daha yaxşıdır. Belə demək lazımdır: təhlükəsizlik ümumiyyətlə yoxdur. Çünki “güclü ordu” nə deməkdir? Yenidən soruşuram: kimdən güclü? Neçə potensial düşməndən? Hansı ÜDM və əhali sayına malik? Əhalisi yüz milyonlarla olan, ÜDM-i bizimkindən yüzlərlə dəfə artıq olan neçə ölkənin ordusundan? Məsələ məhz vəzifənin düzgün qoyulmasındadır. Bu, elə bir haldır ki, adətən deyirik: “Axı bu aydındır. Bunu kim bilmir ki?” – Xeyr, bu, heç də aydın deyil. Daha da irəli gedərək deyirəm: ordu ikinci, üçüncü, dördüncü, beşinci təhlükəsizlik aləti də olmamalıdır. Ordu ən sonuncu olmalıdır. İş elə qurulmalıdır ki, ordu 15-ci, 20-ci, 50-ci, 100-cü yerdə olsun. Bu, ordunun rolunun kiçildilməsi demək deyil”.
Paşinyan əlavə edib ki, Azərbaycan və Ermənistan arasında müharibə olmayacaq: “Yazda söyləmişdim ki, Ermənistanla Azərbaycan arasında müharibə olmayacaq, sülh olacaq, indi də bəyan edirəm: artıq Ermənistanla Azərbaycan arasında sülh bərqərar olub”,.
15-09-2025, 12:47
Leysan yağış, dolu yağacaq - Sabahın havası


Leysan yağış, dolu yağacaq - Sabahın havası

Sentyabrın 16-da Azərbaycanda havanın yağışlı olacağı gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bakıda və Abşeron yarımadasında havanın buludlu olacağı, arabir tutulacağı gözlənilir. Əsasən səhər və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 16-19, gündüz 20-24 dərəcə isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunundan 766 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 55-60 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 15-18, gündüz 19-24, dağlarda gecə 2-7, gündüz 7-12 dərəcə isti olacaq.
15-09-2025, 12:43
Emin Əmrullayev Bilik Günü Şuşada - FOTO


Emin Əmrullayev Bilik Günü Şuşada - FOTO

Sentyabrın 15-də Şuşa şəhəri 1 nömrəli tam orta məktəbdə Bilik Gününə həsr olunmuş tədbir keçirilib.
Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, tədbirdə Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov, elm və təhsil naziri Emin Əmrullayev, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin direktoru Tural Novruzov, Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli, şəhid ailələrinin üzvləri, məktəb kollektivi, şagirdlər və valideynlər iştirak ediblər.
Tədbir Dövlət himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Şuşa şəhəri 1 nömrəli tam orta məktəbin direktoru Səbinə Gözəlova giriş nitqi ilə çıxış edərək müəllim və şagirdləri yeni dərs ili münasibətilə təbrik edib, məktəbin 227 şagirdlə yeni tədris ilinə başladığını bildirib.
Elm və təhsil naziri Emin Əmrullayev çıxışında məktəbin qədim tarixi və rəmzi əhəmiyyətinə toxunaraq müəllim və şagirdlərin üzərinə düşən məsuliyyəti qeyd edib. Nazir bildirib ki, məktəb yalnız biliklərin ötürülməsi deyil, həm də vətənpərvərlik, milli dəyərlərə hörmət formalaşdıran mühitdir. Emin Əmrullayev çıxışının sonunda müəllim və şagird heyətinə uğurlar arzulayıb, təhsil sahəsində islahatların davam etdiriləcəyini diqqətə çatdırıb.
Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov çıxış edərək məktəb kollektivini və şagirdləri yeni dərs ilinin başlanması münasibətilə təbrik edib, Şuşada bərpa olunan təhsil infrastrukturunun önəmini vurğulayıb.
Tədbir məktəblilərin hazırladığı bədii hissə ilə davam etdirilib.




15-09-2025, 11:59
İsraildə İrana işləyən gənc tutuldu


İsraildə İrana işləyən gənc tutuldu

İsrailin Qüds dairə məhkəməsi 22 yaşlı ultraortodoks yəhudi Elimelex Şterni İran kəşfiyyatına işləməkdə təqsirli bilib.
Bu barədə The Jerusalem Post məlumat yayıb.
İstintaqın gedişində müəyyən olunub ki, Ştern “Telegram” vasitəsilə iranlı agentlə əlaqə saxlayıb, ondan tapşırıqlar alıb və ödənişi kriptovalyuta ilə əldə edib. Onun fəaliyyətləri sırasında siyasi plakatların yapışdırılması və pul çatdırılması olub.
Məlumata görə, ona, həmçinin meşə yandırmaq və qətl törətmək kimi tapşırıqları da verilib. Ştern bu təhlükəli göstərişləri yerinə yetirməkdən imtina etsə də, qalan tapşırıqların əksəriyyətini qəbul edib.
İstintaq həmçinin Şternin bu fəaliyyətlərə iki başqa israillini də cəlb etdiyini üzə çıxarıb. Məhkəmə bildirib ki, təqsirləndirilən şəxs əlaqələrinin düşmən xarakteri daşıdığını dərk edib.
Cəzanın növü və müddəti barədə qərar hələ elan olunmayıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!