Qatara daş atan yeniyetmələr polis tərəfindən müəyyən edildi .....                        Bu avtobuslarda da gedişhaqqı 60-70 qəpik oldu .....                        Ərdoğan da İrəvana getməyəcək? .....                        Qazaxıstanda Zakir Həsənova medal təqdim edildi .....                        Rüşvət alan meşə gözətçisi həbs olundu .....                        Zəfərin 5 illiyinə həsr olunan “Yaradan” filmi təqdim edildi .....                        Prezidentin qızları və gəlini minifutbol turnirində .....                        Həbsdən cəmi bir gün əvvəl... - FOTO .....                        ABŞ ona qarşı sanksiyaları ləğv etdi .....                       
15-09-2025, 21:33
Tramp Britaniyaya getdi


Tramp Britaniyaya getdi

ABŞ Prezidenti Donald Tramp sentyabrın 16-da Böyük Britaniyaya ikinci dəfə dövlət səfəri edəcək.
Səfər çərçivəsində Tramp sentyabrın 17-də Vindzor qalasında Kral ailəsinin ənənəvi mərasimləri ilə qarşılanacaq. Burada at arabasında qala turu və möhtəşəm ziyafət də təşkil olunacaq. Sentyabrın 18-də isə Britaniyanın Baş naziri Kir Starmer ABŞ Prezidentini rəsmi iqamətgahlarından biri olan Çekersdə qəbul edəcək.
Temza Vadisi Polis İdarəsinin rəis müavini Kristian Bant “Reuters”ə açıqlamasında dövlət səfəri üçün bütün hazırlıqların tam görüldüyünü və bütün ehtimal olunan hallara hazır olduqlarını bildirib.
15-09-2025, 20:48
Leyla Əliyevanın təşəbbüsü ilə "Explore Azerbaijan with IDEA" layihəsinə başlandı


Leyla Əliyevanın təşəbbüsü ilə "Explore Azerbaijan with IDEA" layihəsinə başlandı

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə "Explore Azerbaijan with IDEA" layihəsi fəaliyyətə başlayıb.
Bu barədə İctimai Birlikdən bildirilib.
Layihənin əsas məqsədi Azərbaycanın canlı aləminin təkrarolunmaz gözəlliklərini yerli və beynəlxalq auditoriyaya tanıtmaq, eyni zamanda, ölkəmizin təbiətinin özünəməxsus zənginliyini əks etdirən multimedia bazasını yaratmaqdan ibarətdir. Sosial media istifadəçiləri fotovideoqraf Saleh Baxşiyevin peşəkar obyektivi ilə Azərbaycanın flora və faunasının incəliklərini kəşf edərək ölkəmizin füsunkar təbiətinə daha yaxın ola biləcəklər.
"Explore Azerbaijan with IDEA" təkcə maarifləndirici layihə deyil, eyni zamanda, təbiətimizin qorunması və gələcək nəsillərə ötürülməsi üçün bir çağırışdır.
Layihənin rəsmi sosial media səhifələrini aşağıdakı linklər vasitəsilə davamlı izləmək olar:

YouTube: //www.youtube.com/@exploreAzerbaijanwithIDEA

Instagram: //www.instagram.com/explore.aze

Facebook: //www.facebook.com/explore.aze
15-09-2025, 20:05
70 kq qızılla saxlanılan Qəhrəman Məmmədovun həbs müddəti uzadıldı


70 kq qızılla saxlanılan Qəhrəman Məmmədovun həbs müddəti uzadıldı

İstanbulda 70 kiloqram qızılla saxlanılan hərbi attaşenin baş köməkçisi olmuş Qəhrəman Məmmədovun həbs müddəti uzadılıb.
Bakı Hərbi Məhkəməsində bununla bağlı təqdimata baxılıb.
Məhkəmə onun barəsində həbs müddətinin 2 ay uzadılması barədə qərar verib.
Qeyd edək ki, DTX-nin Mətbuat Xidmətinin yaydığı məlumatda bildirilirdi ki, Azərbaycan Respublikası vətəndaşlarının digər ölkə vətəndaşları ilə əlbir olaraq xarici dövlətlər arasında qaçaqmalçılıq cinayətlərinin törədilməsində iştirak etmələri faktı ilə əlaqədar DTX-də başlanılmış cinayət işi üzrə cinayət təqibi həyata keçirilir. Araşdırmalar zamanı, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Amerika Birləşmiş Ştatlarındakı hərbi attaşesinin baş köməkçisi vəzifəsində xidmət edən polkovnik-leytenant Qəhrəman Şamil oğlu Məmmədovun digər Azərbaycan Respublikasının vətəndaşı və xarici ölkə vətəndaşları ilə sövdələşərək qabaqcadan əlbir olan bir qrup şəxs halında Birləşmiş Ərəb Əmirliklərindən Türkiyə Respublikasına daşınan xüsusilə külli miqdarda qızıl külçələrin qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirilməsində iştirak etməsinə əsaslı şübhələr müəyyən edilib.
Belə ki, diplomatik statusa malik vəzifə tutan Qəhrəman Məmmədov başqaları ilə qabaqcadan əldə edilmiş razılığa əsasən, 22 noyabr 2024-cü il tarixində Amerika Birləşmiş Ştatlarından Türkiyə Respublikasına gəlib, həmin gün əlbir olduğu digər şəxs tərəfindən Birləşmiş Ərəb Əmirliklərindən gətirilərək İstanbul Beynəlxalq Hava Limanında gömrük nəzarətindən kənarda yerləşən saxlanc yerinə qoyulmuş, içərisində xüsusilə külli miqdarda qızıl külçələrin olduğu çantanı götürüb. O, diplomatik heyət üzvləri üçün nəzərdə tutulmuş imtiyaz və immunitetləri təsdiq edən diplomatik pasportdan və vəzifə səlahiyyətlərindən qulluq mənafeyinin qəsdən ziddinə istifadə etməklə, həmin hava limanında qızıl külçələri gömrük sərhədindən bəyan etmədən keçirib. Daha sonra Qəhrəman Məmmədov bu qızıl külçələri qabaqcadan əlbir olduğu həmin şəxsə təhvil vermək üçün taksi ilə İstanbul şəhərindəki hotellərdən biri istiqamətində hərəkət edərkən Türkiyə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Onun daşıdığı çantaya keçirilmiş baxış zamanı içərisində 10.220.900 (on milyon iki yüz iyirmi min doqquz yüz) manat dəyərində olan 70 kiloqram çəkidə qızıl külçələr aşkar edilərək götürülüb.
Araşdırmalar nəticəsində hava limanındakı qeyd olunan saxlanc yerində içərisində 14 kiloqram qızıl külçələrin olduğu və gömrük sərhədindən keçməmiş daha bir çanta aşkar edilib.
Qəhrəman Məmmədov DTX-də davam edən cinayət işi üzrə AR Cinayət Məcəlləsinin 12.1, 206.3.2, 12.1-1, 206.3.3 (Azərbaycan Respublikasının vətəndaşı tərəfindən ölkə hüdudlarından kənarda qabaqcadan əlbir olan bir qrup şəxs halında, qulluq mövqeyindən istifadə edilməklə qaçaqmalçılıq) və 12.1-1, 341.1-ci (Azərbaycan Respublikasının vətəndaşı tərəfindən ölkə hüdudlarından kənarda vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib, Bakı Hərbi Məhkəməsi tərəfindən onun barəsində həbs qətimkan tədbiri seçilib.
15-09-2025, 19:50
Misir prezidenti İsraili hədələdi


Misir prezidenti İsraili hədələdi

Misir Prezidenti Əbdülfəttah əs-Sisi İsraili hədələyib.
Misir lideri Dohada keçirilən Ərəb-İslam sammitində çıxışı zamanı İsrailin bölgədəki fəaliyyətlərinə qarşı sərt mövqe nümayiş etdirib.
“Düşmənin bizə baxış tərzini dəyişməliyik ki, onlar hər bir Ərəb dövlətini okeandan Körfəzə qədər uzanan geniş bir bölgənin parçası kimi görsünlər”, - Əbdülfəttah əs-Sisi bildirib.
İsraili "düşmən" adlandıran Misir Prezidentinin sözlərinə görə, bu isə güclü qərarlar tələb edir.
15-09-2025, 18:53
Ərdoğan Azərbaycanı təbrik etdi


Ərdoğan Azərbaycanı təbrik etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanı təbrik edib.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "X" paylaşımında bildirib.
O bildirib ki, Azərbaycanın paytaxtı Bakının düşmən işğalından azad olunmasının ildönümünü ürəkdən təbrik edir:
"Qafqaz İslam Ordusunun komandanı Nuri Killigil Paşanın və bütün qəhrəmanlarımızın xatirəsini ehtiramla yad edir, qardaş Azərbaycan xalqına salam və sevgilərimi çatdırıram".

15-09-2025, 18:14
Şuşada külli miqdarda silah-sursat aşkarlanıb - BİRGƏ MƏLUMAT


Şuşada külli miqdarda silah-sursat aşkarlanıb - BİRGƏ MƏLUMAT

Şuşa rayonunun Kiçik Qaladərəsi kəndi ərazisində külli miqdarda silah-sursat aşkar edilib.
Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin, Daxili İşlər Nazirliyinin və Azərbaycan Minatəmizləmə Agentliyinin yaydığı birgə məlumatda bildirilib.
Məlumata görə, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Daxili İşlər Nazirliyi və Minatəmizləmə Agentliyi ilə birgə Azərbaycan Respublikasının Qarabağ ərazisində qanunsuz odlu silah və partlayıcı maddələrin saxlanıldığı gizli saxlanc yerlərinin axtarışı ilə bağlı görülmüş tədbirlər nəticəsində Şuşa rayonunun Kiçik Qaladərəsi kəndi ərazisində xeyli sayda silah-sursat aşkar edilərək götürülüb.
Göstərilən istiqamətdə əməliyyat-axtarış tədbirləri davam etdirilir.

15-09-2025, 17:46
Bakıda və rayonlarda leysan yağacaq - XƏBƏRDARLIQ


Bakıda və rayonlarda leysan yağacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında sentyabrın 16-dan 17-nə keçən gecədən başlayaraq 17-si axşamadək arabir yağış yağacağı gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Yarımadanın bəzi yerlərində yağışın leysan xarakterli olacağı , şimşək çaxacağı ehtimalı var.
Azərbaycanın rayonlarında isə sentyabrın 16-sı axşamdan 21-dək fasilələrlə yağış yağacağı, şimşək çaxacağı, ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə yağışın sulu qara keçəcəyi gözlənilir.
15-09-2025, 17:38
Prezident Şuşada Selçuk Bayraktaroğlunu qəbul etdi - FOTO


Prezident Şuşada Selçuk Bayraktaroğlunu qəbul etdi - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 15-də Şuşada Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Selçuk Bayraktaroğlunu qəbul edib.
Qəbula görə minnətdarlığını bildirən Selçuk Bayraktaroğlu Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş edib.
Görüşdə ölkələrimiz arasında qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin bütün istiqamətlərdə, o cümlədən hərbi sahədə uğurla inkişaf etdiyi vurğulanıb.
Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın ölkələrin olmadığını deyən dövlətimizin başçısı qeyd edib ki, birliyimiz dünya miqyasında önəmli amildir. Prezident İlham Əliyev bölgədə artıq sülh dövrünün başladığı vurğulayıb.
Söhbət zamanı Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamənin 2021-ci ildə məhz Şuşa şəhərində imzalanmasının önəminə toxunulub.
Bugünkü görüşün 15 sentyabr - Qafqaz İslam Ordusu tərəfindən Bakının daşnak-bolşevik işğalından azad olunmasının 107-ci ildönümünə təsadüf etməsi məmnunluqla vurğulanıb.
Söhbət zamanı Azərbaycanın və Türkiyənin hərbi qurumları arasında qardaşlığa, strateji müttəfiqliyə əsaslanan əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.



15-09-2025, 17:31
Kəlbəcərə köçən 32 ailəyə mənzillərin açarları təqdim edildi - FOTO


Kəlbəcərə köçən 32 ailəyə mənzillərin açarları təqdim edildi - FOTO

İşğaldan azad olunmuş torpaqlara keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Bu gün köç karvanı ilə yenidən qurulan Kəlbəcər şəhərinə çatan ailələrə mənzillərin açarları təqdim olunub.
Bu mərhələdə Kəlbəcər şəhərinə 32 ailə - 139 nəfər köçürülüb. Kəlbəcərə köç karvanı ilə qayıdanlar respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.
Ailələrə evlərinin açarlarının təqdimatı mərasimində Azərbaycan Respublikası Prezidentinin Kəlbəcər rayonunda xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər.
Kəlbəcər şəhərində daimi yaşayış üçün köçürülən ailələrə yeni tikilmiş binalarda mənzillər verilib.





15-09-2025, 17:22
Məktəb direktoru seçimində nələr dəyişir? - AÇIQLAMA


Məktəb direktoru seçimində nələr dəyişir? - AÇIQLAMA

Direktorların seçimində müəllimlərin sertifikasiya imtahanında topladığı bal əsas götürüləcək. Bu barədə ötən həftə elm və təhsil naziri Emin Əmrullayevin media nümayəndələri ilə keçirdiyi brifinqdə məlumat verib.
“Vakant direktor vəzifələri təhsil müəssisələrinin şagird sayına uyğun olaraq 500-dək və 500-dən çox olmaqla iki kateqoriyada qruplaşdırılacaq. Şagird sayı 500-dək olan müəssisələrdə əvvəlcə həmin məktəbdə çalışan direktor müavinləri və müəllimlər dəyərləndiriləcək”, - deyə nazir bildirib.
Qeyd edək ki, bəzi ekspertlər direktor seçimində sertifikasiya balının əsas götürülməsinin müsbət nəticə verməyəcəyini düşünür, digərləri isə bu qaydanın məktəb idarəçiliyini təkmilləşdirəcəyini deyir.
Mövzu ilə bağlı Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Hikmət Əlizadə açıqlamasında qeyd edib ki, məktəbin idarəedilməsində direktorun böyük rolu vardır:
“Yaşadığımız əsrin ikinci onilliyinə qədər qabaqcıl müəllimlər məktəb direktoru seçilirdi. Bu məktəbin fəaliyyətinə müsbət təsir göstərirdi. Belə ki, məktəbin idarəedilməsində birinci yerdə metodiki rəhbərlik durur. Qabaqcıl müəllim öz pedaqoji yanaşması ilə müəllimlər arasında böyük nüfuza malik idi. Ona görə də onun idarəçiliyi böyük pedaqoji səmərəsi ilə fərqlənirdi”.
Onun sözlərinə görə, XXI əsrin əvvəllərində idarəetmədə menecerlik qabiliyyəti daha da aktuallaşıb:
“Bu zamanın tələbi idi. Müxtəlif müəssisələrdə rəhbər menecerlik qabiliyyəti əsasında təyin edildi. Bu yanaşma məktəb həyatına da şamil edildi. Menecerlik qabiliyyətinə üstünlük verilməsi o demək deyildi ki, məktəb direktoru yalnız menecerlik qabiliyyətinə görə seçilsin. Təəssüf ki, ölkəmizdə artıq bir müddətdir ki, məktəb direktoru menecerlik qabiliyyəti əsasında seçilir. Biz məktəb direktorunun menecer qabiliyyətinə malik olmasını təqdir edirik. Lakin fikrimizcə, qabaqcıl müəllimlərin arasından menecer qabiliyyətinə malik müəllimlərin direktor seçilməsi daha məqsədəuyğun olardı. Hesab edirəm ki, direktorun bu iki meyar əsasında seçilməsi məktəbin pedaqoji uğurlarının artmasına kömək edərdi”.
O həmçinin bildirib ki, məktəbin idarəedilməsi özünəməxsus xüsusiyyətə malikdir:
“Burada idarəetmənin ilkin şərti kimi, məktəb direktorunun pedaqoji bilik və bacarıqlarıdır. Daha dəqiq ifadə etsək, məktəb direktorunun idarəetmə strategiyasında birinci yeri onun pedaqoji səriştəsi tutmalıdır. Belə ki, məktəb direktoru, ilk növbədə, qabaqcıl müəllim olmalıdır ki, məktəbin pedaqoji kollektivinə rəhbərlik etsin. Pedaqoji səriştəyə malik olmayan müəllim məktəbə rəhbərlik etməkdə çoxlu çətinliklərlə üz-üzə qala bilər. Buna görə də direktorların seçimində sertifikatlaşdırma balının əsas götürülməsi məqsədəuyğun hesab edirəm”.
H.Əlizadə eyni zamanda vurğulayıb ki, sertifikatlaşma dünyanın əksər ölkələrinin təcrübəsində önəmli yer tutur:
“Müəllimin peşəkarlıq səviyyəsinin müəyyən edilməsi iki mərhələdə (test və müsahibə) həyata keçirilir. Sertifikatlaşma prosesinə hazırlaşan müəllimlər müxtəlif ədəbiyyatlarla tanış olarlar. İnternet resursları müəllimin özünütəhsil imkanlarını artırıb. Öyrəndikləri məsələlərlə bağlı müəllimlər bir-biri ilə fikir mübadiləsinə daxil olurlar. Bunu sertifikatlaşma prosesinə hazırlığın daha mühüm tərkib hissəsi kimi dəyərləndirmək lazımdır. Fikir mübadiləsi həmçinin müxtəlif təcrübələrin öyrənilməsi deməkdir. Bu yollarla müəllimlərin öz bilik və bacarıqlarını təkmilləşdirməsi onların daha səriştəli fəaliyyət göstərməsi üçün böyük imkanlar açır. Sertifikatlaşmanın iki mərhələdə aparılması isə bilasitə müəllilərin bilik və bacarıqlarının yoxlanmasına xidmət edir”.
İctimai Şura sədri onu da əlavə edib ki, bütün qabaqcıl müəllimlərdə menecerlik qabiliyyəti yetərincə olmaya bilər:
“Buna görə də sertifikatlaşmadan yüksək bal toplayan müəllimlər arasından menecerlik qabiliyyətinin yoxlanaraq, məktəb direktorunun seçilməsi doğru addımdır. Biz bunu təqdir edirik. Hesab edirik ki, bu yolla yüksək idarəetmə bacarığına malik müəllimlərin məktəb direktoru kimi fəaliyyət göstərməsi üçün yeni üfüqlər açılacaqdır”,- deyə o bildirib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!