Bu ilin ikinci Günəş tutulması başlayıb .....                        Taliban Trampa cavab verdi: “20 il də döyüşə hazırıq!” .....                        Ordubada 19 sm qar yağıb .....                        Londona uçan təyyarə Bakıda təcili eniş etdi .....                        Suriya ilə danışıqlarda irəliləyiş var - Netanyahu .....                        Polşa ilə döyüşmək istəmirik - Xrenin .....                        Gürcüstan Prezidenti ABŞ-yə getdi .....                        Rusiya Ukraynanın 19 PUA-sını vurdu .....                        Peruda etirazçılarla polis arasında toqquşma .....                       
4-09-2025, 17:22
Məşhur geyim dizayneri Armani öldü


Məşhur geyim dizayneri Armani öldü

Məşhur “Armani” şirkətini yaradan italyan modelyer və sahibkar Corco Armani 91 yaşında vəfat edib.
Bu barədə “La Repubblica” qəzeti məlumat yayıb.
Corco Armani 1974-cü ildən öz markası ilə kişi və qadın geyimləri kolleksiyalarını hazırlayıb. Armani ciddi, qüsursuz klassik üsluba sərbəst görünüş verə bilib. Qadın qarderobuna yumşaq yun parçadan kişi stilində tikilmiş şalvarlı kostyumlar əlavə edib.
Armani kolleksiyalarına gənclər üçün cins parçadan geyimlər daxil edən (1981-ci ildən) ilk dizayner olub. Armaninin estetik prinsipi "nəzərə çarpmayan moda"dır və buna görə də onun modellərində gözəl, dəbdəbəli parçalar və zərif, nəfis aksessuarlar sadə, aydın formalar əsasında birləşib.
4-09-2025, 16:48
Peşə məktəblərinə qəbulun nəticələri AÇIQLANDI


Peşə məktəblərinə qəbulun nəticələri AÇIQLANDI

Peşə təhsil müəssisələrinə tələbə qəbulunun II mərhələsinin nəticələri açıqlanıb.
Bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib.

4-09-2025, 16:45
Rusiyadan Azərbaycana yeni təhdidlər GÖZLƏNİLİR?


Rusiyadan Azərbaycana yeni təhdidlər GÖZLƏNİLİR?

Rusiya ilə Azərbaycan arasındakı münasibətlərdə gərginlik ab-havası hələ də özünü göstərməkdədir. Şanxay Əməkdaşlıq Təşkilatında Rusiya və Azərbaycan liderlərinin ikitərəfli görüşməməsi bunun əyani təzahürüdür. Analitiklərin fikrincə, görüşə hazır olmayan tərəf Rusiyadır. Xatırladaq ki, ötən gün Rusiya Prezidenti Vladimir Putin keçirdiyi mətbuat konfransında münasibətlərdən ilk dəfə danışıb.
"Mövcud vəziyyətə əsaslanan münasibətlərdə həmişə suallar olur, problemlər var, amma bu gün biz prezident İlham Əliyevi salamladıq, bir neçə kəlmə danışdıq, fundamental münasibətlər, qarşılıqlı maraq hər şeyi öz yerinə qoyacaq", - deyə Putin qeyd edib.
Sabiq xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, iki ölkə arasında siyasi münasibətlər təyyarə qəzasından əvvəlki kimi olmayacaq:
“Rusiya Federasiyasının Baş nazirinin müavini Aleksey Overçuk və Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Həştərxanda görüşüb. Azərbyacan tərəfindən hər hasnı bir şərh görməmişəm, lakin Rusiya tərəfi- Aleksey Overçuk iqtisadiyyat və nəqliyyat sahəsində əməkdaşlığın tam şəkildə davam etdiyini söyləyib. O cümlədən Rusiya Prezidenti də bu məsələyə toxunub. O ötən gün keçirdiyi mətbuat konfransında fundamental əlaqələr ifadəsini işlədib. Burada söhbət çox güman ki, iqtisadiyyat, nəqliyyat sahəsindəki əməkdaşlıqdan getdiyini düşünürəm. Siyasi əlaqələr isə təyyarə qəzası ilə bağlı məsələylə əlaqədardır. Yəqin ki, Rusiya tərəfi həbs olunan vətəndaşlarının Azərbaycanın təhvil verməsi məsələsini qaldırır. Digər yandan Azərbaycan da təyyarə qəzası ilə bağlı öz iradlarını bildirib, tələblərini dilə gətirir. Bunlar danışıqların mövzusudur. Münasibətlərdə yəqin ki, təyyarə qəzasından əvvəlki dövrə qayıtmayacağıq. Buna baxmayaraq, danışıqlar yolu ilə məsələlərdə irəliləyişlər ola bilər”.



Rusiyadan növbəti təhdidlərin gəlib-gəlməyəcəyi ilə bağlı suala isə sabiq nazir belə cavab verib:
“Mən belə başa düşürəm ki, Zatulin və Solovyevin dediklərini ciddi qəbul etmək lazım deyil. Prezident Putinin, onun sözçüsü Dmitri Peskovun və ya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın dediklərini diqqətə alıb, təhlil etmək lazımdır. Ona görə də bu istiqamətdə rəsmi olaraq sözçülər nə deyirlərsə, belə başa düşürəm ki, onlar da danışıqların mövzusudur. Çünki Aleksey Overçuk belə bir ifadə işlədib ki, Bakı və Moskva münasibətlərin normallaşmasında maraqlıdır və addımlar atılır, eləcə də gündəlik Azərbaycan tərəfi ilə təmasdadırlar. Yəni bu danışıqların mövzusudur”.
4-09-2025, 16:38
Cəlilabadda ağır yol qəzası - 6 nəfər yaralandı


Cəlilabadda ağır yol qəzası - 6 nəfər yaralandı

Cəlilabad rayonunda ağır yol qəzası baş verib.
Hadisə rayonun Hamarqışlaq kəndi ərazisində qeydə alınıb. "Mercedes" və "VAZ 21099" markalı minik avtomobillərinin toqquşması nəticəsində 6 nəfərin xəsarət aldığı bildirilir.
Xəsarət alanlar rayon xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
4-09-2025, 16:33
İran Avstraliya səfirini ölkədən çıxardı


İran Avstraliya səfirini ölkədən çıxardı[/size]

İran Avstraliya səfirini ölkədən çıxarıb.
Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi məlumat verib.
Onun sözlərinə görə, bu addım Avstraliyanın İran səfirini ölkədən çıxarmasına cavab olaraq atılıb.
Qeyd edək ki, bir müddət əvvəl Avstraliya hökuməti “ölkədə anti-semit təxribatların dəstəklənməsi ittihamı ilə İran səfirinin ölkədən çıxarılması ilə bağlı” göstəriş verib.
4-09-2025, 16:24
Zelenski Trampın xüsusi elçisilə görüşdü - Prezident zəng edəcək


Zelenski Trampın xüsusi elçisilə görüşdü - Prezident zəng edəcək

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff ilə görüşüb.
Bu barədə prezidentin mətbuat katibi Sergey Nikiforov Ukrayna mətbuatına açıqlamasında bildirib.
Zelenskinin mətbuat katibi bildirib ki, siyasətçilərin görüşü artıq başa çatıb.
Bunun ardınca Donald Trampla birgə zəng planlaşdırılır, söhbət bu gün axşam baş tutacaq.
4-09-2025, 16:20
Prezident səfiri geri çağırdı


Prezident səfiri geri çağırdı

Hüseyn Cəlal oğlu Hüseynov Azərbaycan Respublikasının Bolqarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Qeyd edək ki, H.Hüseynov Prezidentin müvafiq sərəncamı ilə 2021-ci ildə Bolqarıstana səfir təyin olunmuşdu.



4-09-2025, 16:08
Dünyanın ən böyük 100 silah şirkəti - 5-i Türkiyənindir


Dünyanın ən böyük 100 silah şirkəti - 5-i Türkiyənindir

Türkiyənin müdafiə şirkətləri 2024-cü ilin sonuna qədər gəlirlərini və qlobal silah bazarında payını artırıb.
Bu barədə avqustun 4-də Türkiyənin “Star” qəzeti yazıb.
Nəşr diqqəti dünyanın aparıcı ölkələrinin hərbi-sənaye kompleksindəki vəziyyəti əks etdirən nüfuzlu “Defence News Top 100” reytinqinin göstəricilərinə yönəldib.
Reytinqə eyni anda Türkiyənin beş şirkəti daxil edilib ki, onların ümumi mənfəəti il ərzində 28,02% artaraq 10 milyard 723 milyon dollara çatıb.
Türkiyə şirkətləri arasında lider 3 milyard 541 milyon dollar gəlirlə reytinqdə 14-cü yeri tutan ASELSAN olub. TUSAŞ 15-ci, “Roketsan” 24-cü, ASFAT 26-cı, “Makine ve Kimya Endüstrisi” 27-ci yerdə qərarlaşıb.
Eyni zamanda, ASFAT bir il ərzində öz gəlirini iki dəfədən çox artırıb (1,27 milyard dollara qədər). Bu, Avropa şirkətləri arasında ən yüksək göstərici olub.
4-09-2025, 15:43
Mərkəzi Bank və Çin Xalq Bankı arasında Memorandum imzalandı


Mərkəzi Bank və Çin Xalq Bankı arasında Memorandum imzalandı

Azərbaycan Mərkəzi Bankı və Çin Xalq Bankı arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Bu barədə AMB-dən bildirilib.
Qeyd edilib ki, Memorandum iki qurum arasında əməkdaşlığın hüquqi bazasının formalaşdırılması, əlaqələrin gücləndirilməsi, həmçinin qabaqcıl təcrübə istiqamətində məlumat mübadiləsinin aparılmasına töhfə verəcək. Bununla yanaşı, qurumlar monetar siyasət, maliyyə sektoru, ödəniş sistemləri, maliyyə texnologiyaları üzrə məsələləri müzakirə etmək üçün görüş, seminar və işgüzar səfərlərin keçirilməsi sahəsində qarşılıqlı fəaliyyət göstərəcəklər.
Memorandum həm mərkəzi bankçılığın, həm də bütövlükdə hər iki ölkənin maliyyə sektorunun inkişafına öz töhfəsini verəcək.
4-09-2025, 15:23
Allahşükür Paşazadə Ümumdünya Şurasına üzv seçildi


Allahşükür Paşazadə Ümumdünya Şurasına üzv seçildi

Dünya miqyasında yüksək nüfuza malik “Dinlər Sülh Naminə” Təşkilatı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadəni təşkilatın həmsədri və Ümumdünya Şurasına üzv seçib.
Bu barədə QMİ-nin mətbuat xidmətindən məlumat verilib.
Şeyxülislam Allahşükür Paşazadənin KAICIID Dinlərarası və Mədəniyyətlərarası Beynəlxalq Dialoq Mərkəzinin Direktorlar Şurasına, Müsəlman Ağsaqqallar Şurasına üzv seçilməsindən sonra “Dinlər Sülh Naminə” Təşkilatının həmsədri vəzifəsinə gətirilməsi şübhəsiz ki, Azərbaycanın sivilizasiyalar və dinlərarası dialoqun mərkəzi kimi dünya miqyasında qəbul edilməsinin və ölkəmizə göstərilən beynəlxalq etimadın daha bir bariz nümunəsidir.
Qeyd edək ki, “Dinlər Sülh Naminə” Təşkilatı dünyanın ən böyük beynəlxalq dinlərarası sülhməramlı qurumudur. 1970-ci ildə yaradılmış bu təşkilatda qəbul olunmuş qaydaya görə, quruma dünyanın müxtəlif ölkələrini, müxtəlif dinləri təmsil edən ən nüfuzlu din xadimləri rəhbərlik edirlər. Təşkilat 6 regional və müxtəlif ölkələrdə fəaliyyət göstərən 100-ə yaxın yerli dinlərarası şuraları ehtiva edir. Onlardan hər biri həmsədr statusuna malikdir. A.Paşazadə təşkilatın Ümumdünya Şurasının 2025-ci il iyulun 29-da İstanbulda keçirilən növbəti konfransında həmsədr məqamına seçilib və bu barədə qurumun rəhbəri Qafqaz Müsəlmanları İdarəsinə müraciət məktubu ünvanlayıb.
“Dinlər Sülh Naminə” təşkilatı BMT-nin İqtisadi və Sosial Şurası - ECOSOC-da, UNESCO-da, UNICEF-də məsləhətçi statusuna malikdir, BMT-nin Sivilizasiyalar Alyansı, KAICIID təşkilatı və digər beynəlxalq qurumlarla sıx əməkdaşlıq edir. Təşkilatın icraçı orqanı olan Beynəlxalq Katiblik Nyu-Yorkda yerləşir. Hazırda təşkilatın Baş katibi keniyaəsilli Frensis Kuriadır. O, həmçinin Afrika Dini Liderlər Şurasının Baş katibi, Nüvə Silahlarının Qadağan edilməsi üzrə Beynəlxalq Kampaniyanın Beynəlxalq rəhbər qrupunun sədri, Nobel mükafatı laureatıdır.
Qeyd edək ki, “Dinlər Sülh Naminə” Təşkilatının həmsədri şeyxülislam Allahşükür Paşazadəyə şamil edilən səlahiyyətlərlə müqayisədə bütün ermənilərin Katolikos-patriarxı II Qaregin yalnız ictimai əsaslarla Təşkilatın fəxri prezidenti statusunu daşıyır və rəsmən səs hüququna malik deyil.
“Dinlər Sülh Naminə” Təşkilatının hər 5-7 ildən bir Ümumdünya Assambleyası toplanır. Sonuncu tədbirdə dünyanın 125 ölkəsindən 900-ə yaxın dini lider, dini icmaların və dövlət qurumlarının nümayəndələri iştirak ediblər. Təşkilatın növbəti 11-ci Ümumdünya Assambleyasının 2025-ci ilin sonunda Almaniyanın Lindau şəhərində keçirilməsi planlaşdırılır.
Böyük Zəfərdən sonra erməni lobbisi və erməni kilsəsinin ölkəmiz əleyhinə apardığı revanşist təbliğatın gücləndiyi zamanda Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq, Qarabağda aparılan fövqəladə quruculuq işlərinin, milyonlarla köçkünə yeni həyat bəxş edən Böyük Qayıdışın müstəsna mahiyyətini açıqlamaq, mədəni-mənəvi irsimizin bərpasına yönələn misilsiz fəaliyyətlərdən bəhs etmək üçün “Dinlər Sülh Naminə” təşkilatının xitabət kürsüsü xüsusi əhəmiyyət kəsb edir. Həmçinin “Dinlər Sülh Naminə” Təşkilatı Azərbaycanın multikulturalizm sahəsində örnək modeli və Bəhreyndə keçirilən İslamdaxili dialoq konfransında məzhəblərarası anlaşmanın Azərbaycan modeli kimi dünyaya təşviq edilən unikal təcrübəmizin geniş təbliği üçün daha bir sanballı beynəlxalq platforma olacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!