Qatara daş atan yeniyetmələr polis tərəfindən müəyyən edildi .....                        Bu avtobuslarda da gedişhaqqı 60-70 qəpik oldu .....                        Ərdoğan da İrəvana getməyəcək? .....                        Qazaxıstanda Zakir Həsənova medal təqdim edildi .....                        Rüşvət alan meşə gözətçisi həbs olundu .....                        Zəfərin 5 illiyinə həsr olunan “Yaradan” filmi təqdim edildi .....                        Prezidentin qızları və gəlini minifutbol turnirində .....                        Həbsdən cəmi bir gün əvvəl... - FOTO .....                        ABŞ ona qarşı sanksiyaları ləğv etdi .....                       
12-09-2025, 20:51
NATO “Şərqin mühafizəçisi” əməliyyatına başlayır


NATO "Şərqin mühafizəçisi" əməliyyatına başlayır

NATO Şimal Atlantika Alyansı «Şərqin mühafizəçisi» (Eastern Guard) adlı yeni əməliyyata start verir.
Modern.az xəbər verir ki, bu barədə alyansın baş katibi Mark Rütte Avropadakı Birləşmiş Silahlı Qüvvələrin komandanı general Aleksus Qrinkeviçlə birgə mətbuat konfransında bildirib.
Baş katib deyib ki, əməliyyatın məqsədi NATO-nun şərq cinahında təhlükəsizliyi möhkəmləndirmək və artan hava məkanının pozulmalarına cavab verməkdir:
«Məqsədimiz NATO-nun bütün müttəfiqlərini istənilən təhdiddən qorumaqdır. Şərq cinahının müdafiəsi bizim əsas prioritetimizdir. Dron hücumlarına qarşı yeni imkanlar və müdafiə sistemləri yerləşdiriləcək.»
Əməliyyata Danimarka, Almaniya, Fransa, Böyük Britaniya və digər üzv dövlətlər qoşulacaq. Rütte vurğulayıb ki, «əməliyyat önümüzdəki günlərdə tam miqyasda başlayacaq» və «müxtəlif qüvvə və vasitələri əhatə edəcək».
«Şərqin mühafizəçisi» əməliyyatı 10 sentyabrda Polşa hava məkanında vurulan rus dronlarından sonra işə salınıb. Rütte bildirib ki, dronların mənşəyi ilə bağlı «heç bir şübhə yoxdur» və onların Rusiya istehsalı olduğu müəyyənləşdirilib. Hazırda onların hansı məqsədlə göndərildiyi araşdırılır.
Hadisədən sonra NATO üzvləri Polşaya və regiona əlavə qüvvələr göndərmək barədə qərar verib:

Fransa — 3 «Rafale» qırıcısı

Böyük Britaniya — «Eurofighter Typhoon» qırıcıları

Çexiya — 3 Mi-17 helikopteri və 100-ə yaxın hərbçi

İsveç — HHM vasitələri və aviasiya

Niderland — «Patriot» zenit-raket kompleksləri, dronlara qarşı sistemlər və 300 hərbçi

Almaniya — Polşa sərhədlərindəki «Eurofighter» qırıcılarının sayını ikiqat artırıb.

General Qrinkeviç qeyd edib ki, əməliyyat təkcə Polşanı deyil, Rumıniya, Estoniya, Latviya və Litvanı da əhatə edəcək.
12-09-2025, 20:45
30 terrorçu öldürüldü


30 terrorçu öldürüldü

Somalidə mərkəzi hakimiyyətə qarşı silahlı mübarizə aparan “Əl-Qaidə” terror təşkilatı ilə əlaqəli olan “Əş-Şəbab” hərəkatının 30-dan çox üzvü Qalgudud bölgəsində keçirilən hərbi əməliyyat nəticəsində öldürülüb.
Somali Silahlı Qüvvələrinin yerli müdafiə qüvvələri ilə birgə keçirilən əməliyyat zamanı 6 əsgər həlak olub, 14-ü yüngül yaralanıb.
Qeyd edək ki, Somali qüvvələri artıq on ildən çoxdur ki, yüzlərlə mülki şəxs və təhlükəsizlik əməkdaşının həyatına son qoyan “Əş-Şəbab” hərəkatına qarşı mübarizə aparır.
12-09-2025, 18:27
Mirzoyan Türkiyə diplomatla görüşdü


Mirzoyan Türkiyə diplomatla görüşdü

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Serdar Kılıçla görüşüb.
Bu barədə Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan "X" hesabında yazıb.
Qeyd edək ki, Serdar Kılıç Ermənistanda səfərdədir.
12-09-2025, 18:13
Xalq artisti palataya köçürüldü


Xalq artisti palataya köçürüldü

Xalq artisti Sərdar Fərəcovun müalicəsi Mərkəzi Neftçilər Xəstəxanasının Kardiologiya şöbəsinə köçürülüb, hazırda palata şəraitində müalicəsi davam etdirilir.
Bu barədə TƏBİB-dən bildirilib.
Qeyd edək ki, kəskin miokard infarktı, mədə-bağırsaq qanaması və kəskin ürək çatışmazlığı diaqnozları təyin olunan Xalq artistinin vəziyyəti hazırda orta-ağır qiymətləndirilir.
12-09-2025, 18:00
Rusiyaya qarşı səbrim tükənir - Tramp


Rusiyaya qarşı səbrim tükənir - Tramp

ABŞ Prezidenti Donald Tramp Ukrayna ilə bağlı Rusiyaya qarşı səbrinin "sanki tez tükəndiyini" bildirib.
O, bu barədə "Fox News" telekanalına müsahibəsində danışıb.
"Bu sanki tez bitir. Amma tanqo üçün iki nəfər lazımdır. Rusiya Prezidenti Vladimir Putin bunu etmək istəyəndə, Ukrayna Prezidenti Volodimir Zelenski istəmirdi. Zelenski bunu etmək istəyəndə, Putin istəmirdi. Biz çox sərt hərəkət etməli olacağıq", - o bildirib.
D.Tramp əlavə edib ki, Rusiyanın indi Ukrayna münaqişəsinin nizamlanmasına hazır olub-olmadığını bilmir.
12-09-2025, 17:54
BDU-da yeni tələbə təqaüdü təsis edildi


BDU-da yeni tələbə təqaüdü təsis edildi

Bakı Dövlət Universitetində (BDU) Kimya fakültəsinin bakalavriat və magistratura səviyyələrinin tələbələri üçün “Akademik Yusif Məmmədəliyev” məqsədli təqaüdü təsis olunub.
BDU-dan bildirilib ki, bu barədə qərar Elmi şuranın 2025/2026-cı tədris ili üzrə ilk iclasında qəbul edilib.
Təqaüdün Kimya fakültəsinin bakalavriat və magistratura təhsil səviyyələrinin I kursunu bitirmiş və ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG) ən yüksək olan 2 tələbəsinə (1 bakalavr və 1 magistrant ) verilməsi nəzərdə tutulur.



12-09-2025, 17:50
Ter-Petrosyandan Paşinyana xəbərdarlıq: "Ermənistanın paşası,.."


Ter-Petrosyandan Paşinyana xəbərdarlıq: "Ermənistanın paşası,.."

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan Baş nazir Nikol Paşinyanı Eçmiədzində mitinq keçirmək istəyindən daşınmağa çağırıb.
Ter-Petrosyan Paşinyanı “Ermənistanın paşası” adlandırmaqla onun guya türklərə işləməyinə işarə vurub
“Ermənistan paşası Nikol bu yaxınlarda bir daha bəyan etdi ki, Eçmiədzində böyük mitinq keçirməklə hədəsindən geri çəkilməyəcək. Keçən dəfə ona yazdığım məktubdan sonra Vardavar bayramında Eçmiədzinin mərkəzi meydanında böyük mitinq keçirmək fikrindən səssizcə vaz keçdi.
Hörmətli cənab Baş nazir, çox gec olmadan Vaqarşapatda mitinq keçirmək qərarınızı ləğv edin və siyasi məhbusları, ilk növbədə, arxiyepiskoplar Baqrat və Mikael, həmçinin Samvel Karapetyanı dərhal azad edin. Əminəm ki, bu addım xalqımız və beynəlxalq ictimaiyyət tərəfindən zəifliyin təzahürü kimi deyil, dövlət xadiminə yaraşan sağlam düşüncənin təzahürü kimi qəbul olunacaqdır. Əks halda, cənab Baş nazir, mümkün toqquşmaların, qan tökülmələrinin yeganə günahkarı siz olacaqsınız”, - Ter-Petrosyan bildirib.
Eks-prezident vətəndaşları Baş nazirin planlaşdırdığı mitinqdə iştirak etməməyə çağırıb.
12-09-2025, 05:31
Güzgüdəki Sən

Güzgüdəki Sən


...Bütün səssiz qurbanlar kamikadzedirlər...
...Həyatım boyu yalnız bir Həqiqət tanıdım, hər zaman da sükutumla Ona sadiq qaldım. Zamanın heç bir çabası Onu sırf mənə aid olan hər hansı nəsnədən qopara bilmədi. Eşq olsun... mənəmi?.. o Həqiqətəmi?..

...Həqiqət ciddi fiqurdur, onu ortalıqda görə bilməzsiniz. Nə dinir, nə də dindirilir -- O, hər zaman kənarda duran səbrli seyrçimizdir. Problemin aşkarlanmasında, çözülməsində onun fərqində olarlar, ancaq kimsə adını tutmaz, onu dilinə gətirməz

...Əziz HƏQİQƏTim... bəzən yalanlara da boyun əyər insan... yanlışlığından deyil də, sadəcə o yapmacıq, qurama limandan bir an öncə uzaqlaşmaq ehtiyacından...

...İnci ayağın altında... o da çamura bulaşmış... çamur bataqlıqla yoldaş, o da qəzəbə uğramış. Qəzəbin bir gözü kordur... çün Günəşə asi olmuş... bax, Günəş Yerə aşiqmiş... Yersə incik -- O, yorğundur... fəqət inci var bətnində...

...Demə, inam həqiqəti sevmirmiş, yalan isə heç birini!

....Gəlimli-gedimli dünya. Ərşdən fərşə çiyni zərbafta kəlağayılı, ətrafı al-əlvan həyati çiçəklər düzülü, de nağıllardan uzanan kəməri olan gümüşü aynalarla əhatələnmiş nur məskəni... Elə aynalar ki, bir mövcudiyyat, məxluqat əslini nə özündən, nə də yerdən, göydən xəbərsiz saxlaya bilməz. Çünki hara baxsan, hardan keçsən ya özünü, izini görəcək, ya da səmirini, sədanı duymuş olacaqsan. Ancaq... burda bir mətləb də var: gərəkdir ki, o aynayla yanaşı durasan, nəinki üzbəsurət. Yəni bu halında -- sağın sağ, solunsa solunda olacağı şəklində sənin niyyətinin əsli, mayası bilinəcəkdir. Əks halda, doğruların ağ yalan, yalanların doğru kimi şəkillənər bu sağı, solu bəlli olmayan ruhlarla xəyalların qarışıq düşdüyü bir mədfəndə. Çün bu tərəflərin hər biri digər tərəfə nəzərən fokuslandığından, nisbilik məqamındadır...

...Yasaq alma Divin əlində... onun canı şüşədə... şüşə odun içində... od qayalar dimdiyində... qaya dəryanın o tayında... dərya Səməndər məkanında... Səmənd atlı Səməndər Haqqın özəyində... Haqq batilin oyununda... batil məhşər ayağında... məhşər ümid dalanında... o da talanmış şəhərdə... şəhər səhərini gözləyir... səhər quyunun dibində... quyu quylanıb içinə... gizlənib içində... Yaqutdurmu ovcundakı?.. aha... həmin o almaaa... və... aldanmış Div... aldanmış kəvakiblər... Dünya köhnə dünya...

Hörmətlərimlə: Gülgəz NUR
12-09-2025, 05:22
“44 günlük Vətən müharibəsi” kitabı ingilis dilində çapdan çıxıb

“44 günlük Vətən müharibəsi” kitabı ingilis dilində çapdan çıxıb

Milli Müdafiə Universitetinin Hərbi Elmi Tədqiqat İnstitutunun professoru, ehtiyatda olan birinci dərəcəli kapitan, tarix elmləri doktoru Nurulla Əliyevin “44 day Patriotic war” (“44 günlük Vətən müharibəsi”) kitabı ingilis dilində işıq üzü görüb. Kitab Azərbaycanda Konstitusiyanın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində Qələbəmizin 5-сi ildönümlərinə həsr olunub.
Kitabda Ermənistan-Azərbaycan münaqişəsinin gərginləşməsi prosesindən tarixi-xronoloji ardıcıllıqla bəhs edilib. Həmçinin, kitabda Ermənistan və Azərbaycan arasında birinci və ikinci müharibənin əsas səbəbləri, onların bütün Cənubi Qafqazın taleyi üçün geosiyasi nəticələrini müəyyənləşdirməyə və göstərməyə cəhd olunub.

Kitabda mətbuatda olan geniş informasiya mənbələrinə, hərbi ekspertlər, hərbi və beynəlxalq humanitar hüquq sahəsində ixtisaslaşan alimlər, mütəxəssislərin təhlilləri əsasında Ermənistan və Azərbaycan arasında 2020-ci ildə baş vermiş 44 günlük müharibənin məzmununu müəyyənləşdirən əsas hərbi və siyasi komponentlərə qiymət verilib. Eləcə də, 44 günlük müharibədə hərbi-siyasi hadisələrin və döyüş əməliyyatlarının xüsusiyyətləri əks olunub, bununla bərabər Vətən müharibəsində qələbəsini təmin edən Azərbaycan Silahlı Qüvvələrinin hərbi-strateji məharəti və tətbiq edilən taktikanın mərhələləri, inkişafı, və sabit təkamülü göstərilib.
Kitab Milli Müdafiə Universitetinin adyunktları, müəllimləri və dinləyiciləri, hərbi nəzəriyyəçi və praktiklər, beynəlxalq münasibətlər, humanitar və hərbi hüquq sahəsində ixtisaslaşan yerli və xarici mütəxəssislər üçün nəzərdə tutulub. Həmçinin, kitab Azərbaycanın hərb tarixi, Ermənistan-Azərbaycan münaqişəsinin gedişi və konkret məzmunu ilə maraqlanan geniş oxucu kütləsi üçün də maraqlı mənbədir.

11-09-2025, 23:14
Menendezin həyat yoldaşına da cəza verildi


Menendezin həyat yoldaşına da cəza verildi

Nyu-York dairə məhkəməsi ABŞ Senatının xarici əlaqələr komitəsinin keçmiş sədri, ermənipərəst mövqeyi ilə tanınan Bob Menendezin həyat yoldaşı Nadin Menendezi 4,5 il müddətinə azadlıqdan məhrum edib.
O, ərinin səlahiyyətlərindən istifadə etməsi üçün rüşvət kimi təqdim edilən pul və qızıl qəbul etməkdə təqsirli bilinib.
Apreldə Manhettendə federal münsiflər məhkəməsi Nadin Menendezi 15 maddə üzrə təqsirli hesab edib. Prokurorlar onun Misir rəsmiləri ilə görüşləri təşkil etdiyini, mesajlar çatdırdığını və rüşvət sxeminin əsas fiqurlarından biri olduğunu bildiriblər. İttihama görə, Nadin yüz minlərlə dollar nağd pul, qızıl külçələr və saxta “iş yerləri” qəbul edib.
Hakim hökmündə qeyd edib ki, Nadin “təqsirsiz müşahidəçi olmayıb” və prosesdə aktiv iştirak edib. Bununla belə, məhkəmə onun 922 min dollar dəyərində əmlakını müsadirə etsə də, sağlamlıq səbəblərinə görə cəzanın icrasını gələn ilin iyuluna qədər təxirə salıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!