Həbsdən cəmi bir gün əvvəl... - FOTO .....                        Gəncədə təcili yardım avtomobili qəzaya düşdü .....                        Nazir Rəşad Nəbiyev Hao Zhichen ilə görüşdü .....                        Bulvarda dənizdə batma təhlükəsi olan şəxs xilas edildi - VİDEO .....                        Bağçada azyaşlıya şiddət göstərən dayə İŞDƏN ÇIXARILDI .....                        Bakıda daha bir ərazidə binalar PLANA DÜŞDÜ .....                        Gənc oğlan idman zalında vəfat etdi .....                        Heydər Əliyev Mərkəzi Türkiyə bayrağına büründü .....                        Bələdiyyə sədri əməliyyat zamanı öldü .....                       
7-09-2025, 16:23
Gəncədə ev uçdu - Fəhlə öldü


Gəncədə ev uçdu - Fəhlə öldü

Gəncədə bədbəxt hadisə baş verib.
Hadisə şəhərin Cavad xan qəsəbəsində qeydə alınıb.
Belə ki sözü gedən ərazidə ev tikintisi zamanı uçqun olub. Nəticədə usta 40 yaşlı T.Kərimov dağıntılar altında qalaraq ölüb. Məlumata görə, 3 nəfər xilas olub. Dərhal əraziyə FHN Gəncə Regional Mərkəzinin Xüsusi Xilasetmə Hissəsinin xilasediciləri cəlb edilib. Ərazidə xilas etmə işləri gedir.
7-09-2025, 15:46
“Dostluq” kəmərinə yeni ZƏRBƏLƏR


“Dostluq” kəmərinə yeni ZƏRBƏLƏR

Ukrayna Silahlı Qüvvələrinin döyüşçüləri yenidən “Dostluq” neft kəmərinə hücum zərbələr endirib.
Bunu Ukraynanın PUA qüvvələrinin komandanı Madyar bildirib.
Onun sözlərinə görə, Bryansk vilayətində nasos stansiyası zədələnib.
Qeyd edək ki, Ukrayna Macarıstan və Slovakiyaya neft ixrac edən “Dostluq” kəmərinə bundan əvvəl sə bir neçə dəfə zərbələr endirib. Ukraynanın bu addımı Macarıstan və Slovakiya tərəfindən kəskin etirazla qarşılanıb.
7-09-2025, 15:27
Qüdsdə Netanyahuya qarşı ETİRAZLAR


Qüdsdə Netanyahuya qarşı ETİRAZLAR

İsrail ordusu HƏMAS-ın son əsas qalası olan Qəzza şəhərinə hücuma başlaması fonunda Qüdsdə genişmiqyaslı etiraz aksiyaları keçirilib.
Bu barədə İsrail mətbuatı məlumat yayıb.
Məlumata görə, Baş nazir Benyamin Netanyahunun iqamətgahı qarşısında toplaşan on minlərlə insan döyüşlərin dayandırılması və girovların azad edilməsi üçün təcili danışıqların aparılmasını tələb edib.
7-09-2025, 15:10
Azərbaycan - Ukrayna oyununun hakimləri açıqlandı


Azərbaycan - Ukrayna oyununun hakimləri açıqlandı

Azərbaycan millisinin Ukrayna yığması ilə Bakıda keçirəcəyi DÇ-2026-nın seçmə mərhələ oyununun hakim təyinatları açıqlanıb.
Qarşılaşma Yunanıstandan olan ədalət təmsilçilərinə tapşırılıb.
FİFA referisi Vassilis Fotiasa Andreas Meintanas və Mixail Papadakis köməklik göstərəcək. Dördüncü hakim funksiyasınl Anastasion Papapetru yerinə yetirəcək.
VAR-da Angelos Evangelu, AVAR-da Yoannis Papadopulos əyləşəcək.
Qeyd edək ki, Azərbaycan – Ukrayna qarşılaşması sentyabrın 9-da, saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.
7-09-2025, 14:48
Britaniya hərbçiləri “görünməz" olacaq


Britaniya hərbçiləri “görünməz" olacaq

Böyük Britaniyanın Kral Dəniz Piyadaları bədən istiliyini maskalayan və döyüşçüləri termal kameralar və kəşfiyyat dronları üçün demək olar ki, görünməz edən xüsusi kamuflyaj geyimləri ilə təchiz olunublar.
Məlumata görə, yeni avadanlıq “Harry Potter-in görünməzlik plaşı” ilə müqayisə olunur. İsveç istehsalçısı Saab tərəfindən hazırlanmış Saab Barracuda Soldier texnologiyası əsgərin istilik şüalanmasını yayaraq, həm gündüz, həm də gecə ətraf mühitlə qarışmasına imkan verir. Geyimlər iki tərəflidir və ərazinin şəraitinə uyğunlaşa bilir.
45-ci Commando polkunun serjantı Karl Smit bunu belə izah edib:
“Bu, istifadəçini istilik görüntülərindən, xüsusilə kiçik PUA-lardan qoruyur, əslində, yeni geyim hərbçilər üçün görünməzlik plaşıdır.”
Hərbçilərin sözlərinə görə, yeni plaşların alınması qərarı Ukraynada müharibənin göstərdiyi təhdidlərin təhlilindən sonra qəbul edilib. Termal kameralı dronlar açıq ərazilərdə piyada bölmələrini dəfələrlə məhv edib.
“Əgər sizi görmürlərsə – sizi vurmaq mümkün deyil,” – deyə Smit vurğulayıb.
7-09-2025, 14:33
Türkiyədə 4,9 bal gücündə zəlzələ


Türkiyədə 4,9 bal gücündə zəlzələ

Türkiyənin Balıkesir vilayətində 4,9 bal gücündə zəlzələ baş verib.
Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Yeraltı təkanların episentri Balıkesirin Sındırqı rayonudur. Yerli vaxtla saat 12:35-də qeydə alınan zəlzələnin ocağı yerin 7,72 kilometr dərinliyindədir.
Yeraltı təkanlar Balıkesirin mərkəzi hissəsi də daxil olmaqla, bölgədəki bir çox vilayətdə hiss olunub.
Zəlzələ ilə bağlı açıqlama verən Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sahə araşdırmalarına başlanıldığını bildirib.
AFAD-dan verilən açıqlamada hazırda zəlzələ ilə bağlı hasısa mənfi halın aşkarlanmadığı qeyd edilib.
Xatırladaq ki, avqustun 10-da eyni bölgədə 6,1 bal gücündə zəlzələ olub və artıq bir aydır burada yeraltı təkanlar davam edir.
7-09-2025, 14:20
Ermənistan və Türkiyə xüsusi nümayəndələrinin görüşü təsdiqləndi


Ermənistan və Türkiyə xüsusi nümayəndələrinin görüşü təsdiqləndi

Rəsmi İrəvan Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin gözlənilən görüşü ilə bağlı məlumatı rəsmən təsdiqləyib.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşdırılması prosesi çərçivəsində yaxın günlərdə Ruben Rubinyan və Serdar Kılıç arasında görüş planlaşdırılır", - məlumatda bildirilir.
Bundan əvvəl Türkiyə mətbuatı xüsusi nümayəndələrin Marqara-Əlican sərhəd-keçid məntəqəsinin fəaliyyəti ilə bağlı ilk görüşlərini keçirəcəkləri barədə məlumat yayıb.
7-09-2025, 14:12
Qarabağ Universitetində toy çalındı


Qarabağ Universitetində toy çalındı

Qarabağ Universitetinin gənc əməkdaşları Fatimə Səfərova və Elxan Qurbanlı ailə həyatı qurublar.
Xəbəri sosial şəbəkədə ictimailəşdirən Qarabağ Universitetinin rektoru Şahin Bayramov bildirib ki, gənclərin evliliyi kollektivin böyük sevincinə səbəb olub.
“Xankəndi şəhərində keçirilən toy məclisi doğma Qarabağımızda həyatın bərpası prosesində Qarabağ Universitetinin fəal iştirakının növbəti göstəricisidir.
Universitetimizin qurulmasında və inkişafında pay sahibi olan hər iki əməkdaşımızı ürəkdən təbrik edir, onlara xoşbəxt və firavan ailə həyatı arzulayırıq.
Qarabağ Universiteti ailəsinin üzvü olmaq sonsuz fəxarətdir!”, - rektor qeyd edib.

7-09-2025, 14:00
Makron Fransanı idarəolunmaz vəziyyətə salıb


Makron Fransanı idarəolunmaz vəziyyətə salıb

Qısa yay tətilindən sonra Fransanın cənubunda istirahət edən Emmanuel Makron Parisə qayıdıb və böyük ölçüdə özünün yaratdığı siyasi böhranla üzləşib.
Bazar ertəsi günü mərkəzçi Fransa prezidenti şübhəsiz ki, artıq altıncı baş nazirini itirəcək.
Heç kimin qalib gələcəyinə inanmadığı etimad səsverməsində Fransua Bayru vəzifədən kənarlaşdırılacaq kimi görünür.
Hazırda Fransada bir çoxları eyni sualı verir: Makron vəzifəsini daha nə qədər saxlaya biləcək?
Makron “döyüş meydanını tərk edən” adamlardan deyil, – onun mətbuat katibi The Telegraph qəzetinə bildirib.
Amma Fransa siyasəti, prezidentin keçən il Avropa Parlament seçkilərində Marin Le Penin Milli Birlik Partiyasına uduzmasından sonra çağırdığı uğursuz növbədənkənar seçkilərdən bəri acınacaqlı vəziyyətdədir.
Bu seçkilər demək olar ki, işləməyən “asılı parlament” yaratdı və Makronu Milli Assambleyada radikal sağ və solun mərhəmətinə qalan, faktiki olaraq azlıq hökuməti vəziyyətinə saldı.
Eyni zamanda, ölkədə “Bloquons Tout” (“Hər şeyi bloklayaq”) adlı viral hərəkat vasitəsilə üsyan dalğası böyüyür. Onlar sentyabrın 10-da Fransanı iflic vəziyyətinə salmağı planlaşdırırlar. Paris polisinin sızmış qeydlərində “zorakı hərəkətlər, diversiya və iqtisadiyyatın strateji sektorlarına qarşı hücumların” ola biləcəyi barədə xəbərdarlıq edilir. İştirakçılar bu aksiyanı “sarı jiletlilər” üsyanına bənzər yeni bir qiyama çevirməyi ümid edirlər.
Etirazçılar dəmiryolu stansiyalarının bloklanmasını, neftayırma zavodlarının qarşısında piketləri və supermarketlərdən ödəniş etmədən çıxmağı müzakirə edirlər. Kəşfiyyat mənbəsinin sözlərinə görə, bu “lideri olmayan üfüqi hərəkatdır – hər kəs istədiyini edir”. O, qəzəbin geniş yayıldığını və “yalnız böyük şəhərlərdə deyil, kəndlərdə də görüşlərin keçirildiyini” bildirib.
Bundan başqa, həmkarlar ittifaqları sentyabrın 18-də kütləvi nümayişlərə çağırış ediblər.
7-09-2025, 13:41
DİM bu gün əlavə imtahanlar keçirib - YENİLƏNİB


DİM bu gün əlavə imtahanlar keçirib - YENİLƏNİB

Dövlət İmtahan Mərkəzi (DİM) 2025-ci ildə keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən 9-cu və 11-ci sinif şagirdləri, o cümlədən eksternat qaydasında imtahan verənlər üçün sentyabrın 7-də əlavə imtahan keçirib.
Bu barədə DİM-dən bildirilib.
Bundan başqa, Azərbaycan dili (dövlət dili kimi) imtahanlarında iştirak edə bilməyən şagirdlər də qeyd olunan imtahanı veriblər.
İmtahanlar Bakı, Naxçıvan, Gəncə və Şirvan şəhərlərində təşkil olunub.
İmtahanların idarə olunması üçün 10 imtahan rəhbəri, 7 ümumi imtahan rəhbəri, 52 nəzarətçi, 7 buraxılış rejimi (mühafizə) əməkdaşı və 7 bina nümayəndəsi ayrılıb.
İmtahan nəticələri 5 gün ərzində elan olunacaq.

***

09:12

Dövlət İmtahan Mərkəzi (DİM) 2025-ci ildə buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən 9-cu və 11-ci sinif şagirdləri, həmçinin eksternat qaydasında imtahan verənlər üçün bu gün imtahan keçirəcək. Bundan əlavə, bu il keçirilən Azərbaycan dili (dövlət dili kimi) imtahanlarında iştirak edə bilməyən şagirdlər bu gün imtahan verəcəklər.
DİM-dən bildirilib ki, imtahanlar Bakı, Naxçıvan, Gəncə və Şirvan şəhərlərində təşkil olunacaq.
İmtahanda ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 210, tam (11 illik) orta təhsil səviyyəsi üzrə 162 şagirdin iştirakı nəzərdə tutulur. Bundan əlavə, 77 şagird yalnız Azərbaycan dili fənni üzrə imtahan verəcək.
Bugünkü imtahanların idarə olunması üçün 10 imtahan rəhbəri, 7 ümumi imtahan rəhbəri, 52 nəzarətçi, 7 buraxılış rejimi (mühafizə) əməkdaşı və 7 bina nümayəndəsi ayrılıb.
İmtahan saat 10:00-da başlanacaq. Saat 09:45-də buraxılış rejimi başa çatacaq. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmayacaqlar.
İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.
Şagirdlər imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!