Zelenskinin yeni "sağ qolu" kim olacaq? .....                        MDB liderləri bu ölkədə görüşəcək .....                        ABŞ iki od arasında .....                        Hər zaman həmrəy olaq! .....                        İranda etirazlar - minlərlə insan ayağa qalxdı .....                        Zəngəzur dəhlizi dünyanın ən yüksək tutumlu ticarət yolu olacaq .....                        ABŞ Ukraynaya qoşun yeridəcək? - Zelenskidən cavab .....                        Ərəb ölkəsi Yəməndə əməliyyatı dayandırır .....                        Bəşər Əsədin fotosu silindi .....                       
1-12-2025, 19:49
Azərbaycanda bu müəllimlərin maaşı ARTIRILDI - RƏSMİ


Azərbaycanda bu müəllimlərin maaşı ARTIRILDI - RƏSMİ

Dekabrın 1-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Elmi Şuranın növbəti iclası keçirilmişdir. Elmi Şuranın iclasında rektor, dosent Rüfət Əzizovun təqdimatı əsasında ADNSU-nun professor-müəllim heyətinin əmək haqlarının artırılması barədə qərar qəbul edilib.
Elmi şuranın qərarına əsasən dekan, kafedra müdirləri, dosent, baş müəllim və müəllimlərin əmək haqqı 15–20 %, tyutorların 33% və laborantların 20% artırılıb.
Artımdan sonra professor-müəllim heyətinin əmək haqqı aşağıdakı kimi olmuşdur:

- Professor 2150 AZN

- Dosent 1700 AZN

- Baş müəllim 1500 AZN

- Müəllim 1350 AZN

Qeyd etmək lazımdır ki, ADNSU-da professor-müəllim heyəti üçün əlavə olaraq elmi nəticələrə əsaslanan differensial əmək haqqı sistemi də mövcuddur. 2025-ci ildə 270 nəfər bu imkandan istifadə etmişdir.
Əməkdaşlar yanvar ayının 1-dən əmək haqlarını artımla alacaqlar.
1-12-2025, 19:43
ABŞ Suriya ilə birgə əməliyyat keçirdi


ABŞ Suriya ilə birgə əməliyyat keçirdi

ABŞ hərbi personalı Suriya ordusu ilə birgə əməliyyat keçirib.
Bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məlumat yayıb.
Əməliyyat zamanı qüvvələr çoxsaylı hava hücumları və qurudan bombardmanlar vasitəsilə Rif Dəməşq əyalətində İŞİD-in silah anbarlarını müəyyən edib və məhv edib.
130-dan çox minaatan və raket, bir neçə avtomat, pulemyot, tank əleyhinə minalar, əldəqayırma partlayıcı qurğuların hazırlanması üçün materiallar məhv edilib.
"Bu uğurlu əməliyyat İŞİD-ə qarşı mübarizədə əldə edilən nailiyyətlərin uzunmüddətli olmasını və qrupun ABŞ-a və bütün dünyaya terror hücumlarını bərpa edə və ya ixrac edə bilməyəcəyini təmin edir. Biz ayıq-sayıq qalacağıq və Suriyada İŞİD qalıqlarını aqressiv şəkildə təqib etməyə davam edəcəyik", - ABŞ Mərkəzi Komandanlığının komandanı Bred Kuper bildirib.
1-12-2025, 19:17
Cəbrayılda yeni məktəb - FOTO


Cəbrayılda yeni məktəb - FOTO

Bu gün Cəbrayıl rayonu Horovlu kənd tam orta ümumtəhsil məktəbinin fəaliyyətə başlaması münasibətilə tədbir keçirilib.
Bu barədə Şərqi Zəngəzur Regional Təhsil İdarəsi məlumat yayıb.
Tədbirdə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov, məktəb kollektivi, şagirdlər, valideynlər və digər qonaqlar iştirak ediblər.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, ardınca şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra çıxış edən Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov məktəbin fəaliyyətə başlaması münasibətilə müəllimləri, şagirdləri və valideynləri təbrik edib. O, işğaldan azad olunmuş ərazilərdə tədris prosesinin qısa müddətdə bərpasının ölkəmizdə təhsilə göstərilən yüksək diqqət və qayğının bariz nümunəsi olduğunu vurğulayıb, həmçinin cari tədris ilində qarşıda duran vəzifələr barədə danışıb.
Tədbirdə məktəbin direktoru Zamiq Həmzəyev də çıxış edərək kollektivə uğurlar arzulayıb, məktəbdə yaradılan şərait və qarşıya qoyulan təhsil hədəfləri haqqında məlumat verib.
Digər qonaqlar da çıxış edərək sevinclərini ifadə edib və məktəbin fəaliyyətə başlamasını əlamətdar hadisə kimi dəyərləndiriblər.
Tədbir bədii hissə ilə davam edib.
Daha sonra iştirakçılar yeni tikilmiş məktəbdə yaradılan şərait və tədris prosesi ilə yaxından tanış olublar.
Qeyd edək ki, cari tədris ilində Horovlu kənd tam orta ümumtəhsil məktəbində 103 şagirddən ibarət 11 sinif formalaşdırılıb və 17 müəllim tədris aparacaq.







1-12-2025, 19:15
“Çeşmə” ədəbi məclisində


“Çeşmə” ədəbi məclisində

Noyabrın 30-da "Çeşmə" Ədəbi Məclisinin növbəti yığıncağı Dədə Ələsgərin adını daşıyan bir yerdə, onun ruhu gəzən məkanda keçirildi. Tədbiri giriş sözü ilə "Çeşmə" Ədəbi Məclisinin sədri, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, tanınmış şair- qəzəlxan Lilpar Cəmşidqızı açdı. O, tədbirdə iştirak edən qonaqları salamladıqdan sonra əlavə elədi ki, bu günkü məclisimizi Azərbaycan Yazıçılar Birliyinin üzvü, qocaman şair Əliyar Mərdiyevin 75 illik yubileyinə və yeni çapdan çıxmış "Mənim 75-im" adlı kitabın təqdimatına həsr edəcəyik. Sonra Azərbaycan Yazıçılar Birliyininin üzvü, tanınmış bəstəkar, bir "Divan" müəllifi, ustad şair Hüseyn Sözlü yubileyi olan Əliyar Mərdiyevi təbrik elədi. Hüseyn Sözlü məclisə xeyir-duasını verdikdən sonra, belə məclislərin gənc şairlərin inkişafında xüsusi əhəmiyyət daşıyacağından danışdı və qəzəllərindən bir neçəsini səsləndirdi.

Əslən Qarabağın dilbər güşəsi olan Ağdamda doğulub, böyüyən Vahid Çəmənli "Çeşmə"nin əhəmiyyətindən danışıb qəzəllərindən bir neçəsini oxudu. Pirşağıdan gələn, tanınmış şair- qəzəlxan, Prezident təqaüdçüsü Əşrəf Pirşağılıya söz verildi. Ustad şair, Ədəbi Məclisin Əruzun və gənclərin inkişafında, formalaşmasında çox böyük əhəmiyyət daşıyacağını qeyd edib, məclis rəhbərinə gələcək işlərində uğurlar arzuladı, tədbirə dəvət olunduğu üçün təşəkkürünü bildirdi və axırda qəzəllərindən bir neçəsini səsləndirdi.

Məclisdə Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Namiq Səfai" adına Ədəbi Məclisin sədri, tanınmış qəzəlxan Ağamirzə Qail məclis üzvlərini salamladıqdan sonra, yubliyarı təbrik elədi və qəzəllərindən səsləndirdi. Sonra məclisdə ilk dəfə iştirak eləyən, tanınmış şair Mədaxil Cavadlıya söz verildi. Məclisdə ilk dəfə iştirak edənlərdən biri, "Xarı Bülbül" jurnalının baş redaktoru, şair Ziyadxan Budağa söz verildi. O da şeirlərindən bir neçəsini böyük coşqu ilə səsləndirdi. Daha sonra növbə ilə digər şairlərə söz verildi və onlar da növbə ilə hər biri öz şeirlərini səsləndirdi.

Şairlərdən istedadlı qəzəlxan Sadiq Cəfəri, şair İldırım Əlişoğlu, Fərhad Səngərli öz şeirlərindən səsləndirdi. Məclisdə "Xarı Bülbül" jurnalının təsisçisi Canəfər Əliyeva da iştirak elədi. Şairlərin səsləndirdiyi şeirlərdən sonra böyük həvəslə başlayan Ədəbi Məclis uğurla başa çatdırıldı.
Sonda "Çeşmə" Ədəbi Məclisinin sədri Lilpar Cəmşidqızı məclisin keçirilməsində göstərdiyi qayğı və dəstəyə görə “Şahənşah” restoranının rəhbəri Rəşid Süleymanova və Dədə Ələsgər Ocağı İctimai Birliyinin sədri Xətai Ələsgərliyə minnətdarlığını ünvanladı və iştirakçılar adından təşəkkürünü bildirdi. Növbəti görüşü keçirmək ümidi ilə məclis iştirakçıları görüş yerindən ayrıldılar.




1-12-2025, 18:59
Mayor Quliyevə hökm oxundu


Mayor Quliyevə hökm oxundu

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin (TTM) Tibb Xidmətinin sabiq rəisi, mayor rütbəsində xidmət etmiş Şahin Quliyevin barəsində rüşvət alma ittihamı ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə yekun məhkəmə prosesi keçirilib.
Bakı Hərbi Məhkəməsində hakim Bilal Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Şahin Quliyev 4 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin (TTM) Tibb Xidmətinin sabiq rəisi Quliyev Şahin Varis oğlu DTX tərəfindən həbs edilib.
1-12-2025, 18:40
Bakıda 11 il əvvəl törədilən cinayətini üstü açıldı


Bakıda 11 il əvvəl törədilən cinayətini üstü açıldı

Bakının Sabunçu rayonunda 11 il əvvəl törədilmiş cinayət hadisəsinin üstü açılıb.
Bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında deyilir.
Sabunçu rayon prokurorluğu və rayon polis idarəsinin əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 11 il əvvəl, 2014-cü ilin noyabr ayında 1977-ci il təvəllüdlü Hənifə Namiq Naib oğlunun qəsdən öldürülməsi müəyyən olunub.
Həyata keçirilən tədbirlərlə 1990-cı il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı Cəfərov Hüseyn Gülağa oğlunun ictimai-təhlükəli əməlin qarşısının alınması üzrə ictimai borcunu yerinə yetirən Namiq Hənifəyə bıçaqla xəsarətlər yetirərək öldürməsinə əsaslı şübhələr müəyyən olunub.
Hüseyn Cəfərov dekbrın 1-də Cinayət Məcəlləsinin 126.3 -cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub, ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilib, müstəntiqin vəsatəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Sabunçu Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılması Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin daim diqqət mərkəzində saxlanılmaqla bu istiqamətdə işlər davam etdirilir.
1-12-2025, 18:21
24 yaşında oğurluğa görə tutuldu


24 yaşında oğurluğa görə tutuldu

Şərur rayonunda oğurluq hadisəsi baş verib. Rayonun Tumaslı kəndində yaşayan şəxs polisə müraciət edərək ona məxsus evdən 300 manat dəyərində qızıl-zinət əşyasının və 310 manat pul vəsaitininin naməlum şəraitdə oğurlanmasını bildirib.
Şərur Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri ilə əməli törətməkdə şübhəli bilinən 24 yaşlı Ülvi Tağıyev müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla Ü.Tağıyevin rayon ərazisində yerləşən digər bir evdən ayrı-ayrı vaxtlarda ümumilikdə 3000 manat dəyərində qızıl-zinət əşyası və 50 manat pul vəsaiti oğurlanması da məlum olub.
İdarə əməkdaşları tərəfindən keçirilən digər tədbirlə isə rayon ərazisindəki evlərin birindən 430 manat nağd pul oğurlamaqda şübhəli bilinən Y.Sadiqov da saxlanılıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
1-12-2025, 18:11
Makron Çinə ümid bağlayıb


Makron Çinə ümid bağlayıb

Fransa Prezidenti Emmanuel Makron dekabrın 3-də başlayacaq Çin səfəri çərçivəsində Pekindən Ukraynada atəşkəsin əldə olunması üçün Rusiyaya təsir göstərməyi xahiş edəcək.
Bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro BFM telekanalına açıqlama verib.
Makron 3–6 dekabr tarixlərində Çində səfərdə olacaq və bu, onun prezident kimi Çinə dördüncü rəsmi səfəridir.
Səfərin əsas məqsədi Pekinlə münasibətlərin yenilənməsi, həmçinin Çin lideri Si Cinpinin Moskva üzərində təsir imkanlarından istifadə edərək Ukraynada vəziyyətin yumşaldılmasına nail olmaqdır.
Nazir bildirib ki, Paris BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Çinin atəşkəs üçün Rusiyaya təsir göstərə biləcəyinə ümid edir. “Biz hesab edirik ki, Çin Rusiyanı və xüsusən də prezident Vladimir Putini nəhayət atəşkəsə razı olmağa yönləndirə bilər”, – deyə Barro vurğulayıb.
Xatırladaq ki, bu gün Ukrayna Prezidenti Volodimir Zelenski Parisdə səfərdədir və Fransanın dövlət başçısı Emmanuel Makronla görüş keçirib.
1-12-2025, 17:37
Cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları dəyişdi


Cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları dəyişdi

Cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydalarında dəyişiklik edilib.
Bununla bağlı ədliyyə naziri Fərid Əhmədov müvafiq qərar imzalayıb.
Sənədə əsasən, müalicə müəssisəsində, o cümlədən ixtisaslaşdırılmış müalicə müəssisəsində təsərrüfat və məişət xidməti işi üçün saxlanılan məhkumların sayı Ədliyyə Nazirliyinin Tibb baş idarəsi ilə razılaşdırılmalıdır.
Həmçinin, təsərrüfat və məişət xidməti işlərini yerinə yetirmək üçün məhkumların seçilmə qaydası açağıdakı kimi olacaq:
Məhkumlar təsərrüfat və məişət xidməti işlərinə yalnız Ədliyyə Nazirliyinin Tibb baş idarəsi tərəfindən verilən və yerinə yetirilməsi nəzərdə tutulan işlərin görülməsinə yararlı olmalarını təsdiq edən sağlamlıq haqqında tibbi arayış əsasında cəlb edilə bilərlər. Obliqat qruplara aid məişət xidmətinə cəlb edilmiş məhkumlar dövri olaraq ildə 2 dəfə müvafiq tibbi müayinələrdən keçirilməlidirlər.
Təsərrüfat və məişət xidməti işlərinə məhkumlar müvafiq xidmət sahələrinin rəisləri tərəfindən əməliyyat xidməti ilə razılaşdırılmaqla seçilir. Müalicə müəssisəsində, o cümlədən ixtisaslaşdırılmış müalicə müəssisəsində təsərrüfat və məişət xidməti işlərinə seçilən məhkumların siyahısı Ədliyyə Nazirliyinin Tibb baş idarəsi ilə, əməliyyat-axtarış fəaliyyəti ilə bağlı həmin müəssisələrə keçirilən şəxslərin siyahısı isə PX tərəfindən Azərbaycan Respublikasının ədliyyə naziri ilə razılaşdırılır.
Məhkumlar müəssisənin təsərrüfat və məişət xidməti işlərinə cəzaçəkmə müəssisəsi rəisinin əmri ilə təyin olunur və əmrdən çıxarışlar onların şəxsi işlərinə əlavə olunur.
Müalicə müəssisələrində məhkumların müayinə və müalicə dövründə təsərrüfat və məişət işlərinə cəlb edilməsinə yol verilmir. Müayinə və müalicəsi başa çatmış məhkumların müraciətlərinə əsasən bu Qaydaların 49.1-ci və 49.2-ci bəndlərində nəzərdə tutulmuş qaydada onlar müalicə müəssisəsində təsərrüfat və məişət xidməti işlərinə cəlb olunurlar.
Təsərrüfat və məişət xidməti işlərinə cəlb olunmuş məhkumlar bir dəstəyə ayrılırlar. Onların vəzifələri müvafiq xidmət sahələrinin rəisləri tərəfindən müəyyənləşdirilir.
Yataqxana tipli adi yaşayış binaları (kameralar) üzrə növbətçilik edən məhkumların vəzifələri bu Qaydalarla müəyyən edilir.
1-12-2025, 17:35
Azərbaycanda kommunizmə xidmət edən partiya yoxdur


Azərbaycanda kommunizmə xidmət edən partiya yoxdur

Azərbaycanda siyasi partiyalar müvafiq qanuna uyğun olarsa, yaradılması mümkündür.
Bunu Milli Məclisin üzvü Azər Badamov deyib.
O qeyd edib ki, Azərbaycanda kommunist ideologiyasına xidmət edən partiya mövcud deyil:
“Partiyaların qeydiyyatdan keçməsi üçün müəyyən tələblər var və bu tələblər çərçivəsində partiya yaratmaq mümkündür. Ancaq Azərbaycanda “kommunist partiyası” deyilən rəsmi bir partiya yoxdur, fəaliyyət göstərmir. Nə Milli Məclisdə, nə də Milli Məclisdən kənarda müxalifətdə belə bir partiya mövcud deyil.
"Siyasi partiyalar" haqqında qanun var. Həmin qanunda partiyaların təsis olunması üçün tələblər müəyyən edilib. O tələblərə uyğun olaraq müvafiq prosedurlardan keçən təşkilatlar siyasi fəaliyyət göstərə bilər. Yəni hər hansı qrup öz siyasi fikirlərini ifadə etmək üçün partiya yaratmaq istəyirsə, siyasi partiyalar haqqında qanunun tələblərinə əməl etməlidir. Ölkəmizdə insanların hüquq və azadlıqları konstitusiya ilə qorunur. Kimin hansı siyasəti dəstəkləməsi onun şəxsi seçimidir. Amma mən düşünürəm ki, sosializm dövrü Azərbaycana müsbət heç nə vermədi. Azərbaycanın müstəqilliyini əlindən aldı. Bizim taleyimizə özümüzün hökm vermək imkanlarımızı məhdudlaşdırdı. Milli sərvətlərimizə sahib olmamızın qarşısını aldı. Bu baxımdan mən sosializmi dəstəkləmirəm”.
Xatırladaq ki, bir neçə gün əvvəl sosial şəbəkələrdə kommunist ideologiyasının təbliğinə dair SSRİ bayraqları ilə yürüş etməyə cəhd göstərən bir qrup şəxsin videogörüntüləri yayılıb.
DİN tərəfindən keçirilən tədbirlərlə təşkilatçı şəxslər Abdulla İbrahimli, İbrahim Əsədli və yürüşdə iştirak etmiş digər şəxslər müəyyən olunaraq saxlanılıb və barələrində cinayət işi başlanılıb.
İlkin istintaqla həmin şəxslərin başqa bir dövlətin dəstəyi və ayırdığı maliyyə hesabına ofis icarəyə götürərək qrup halında fəaliyyət göstərməsi və vaxtaşırı toplantılar həyata keçirməsi müəyyən olunub.
Adı çəkilən şəxslərə məxsus ofis və mənzillərə baxış zamanı kommunist ideologiyasının təbliğinə yönəlik çox saylı materiallar, bayraqlar, radikallığı təbliğ edən kitab nüsxələri, CD-disklər və digər elektron cihazlar aşkarlanaraq götürülüb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!