Mahmud Səfəralıyev HƏBS EDİLDİ .....                        Ermənistanda daha bir keşiş tutuldu .....                        Ermənistan Konstitusiyasına dəyişiklik daimi sülhə imkan yaradacaq - Nazir .....                        Putin Hindistana getdi .....                        Gültəkin Hacıbəyli nə vaxt deportasiya olunacaq? - Türkiyəli deputat DANIŞDI .....                        Azərbaycanla Ermənistan ən dinc və sabit dövrü yaşayır .....                        DTX Əli Kərimliyə göndərilən sovqatı qəbul etdi .....                        ATƏT-in sədrindən Bakı və İrəvana mesaj .....                        Kəlbəcər və Laçında yanğın - Helikopterlər cəlb edildi .....                       
Bu gün, 18:19
Mahmud Səfəralıyev HƏBS EDİLDİ


Mahmud Səfəralıyev HƏBS EDİLDİ

Hərbi Prokurorluğun Biləsuvarda bir sıra cinayətlərdə, o cümlədən əsgərin intiharı ilə bağlı təqsirləndirilərək saxlanılan sabiq zastava rəisi Mahmud Səfəralıyev barəsindəki qərardan verdiyi apellyasiya protesti üzrə məhkəmə prosesi keçirilib.
Bu gün Şirvan Apellyasiya Məhkəməsində keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, birinci instansiya məhkəməsinin qərarı ləğv edilib. Hərbi Prokurorluğun təqdimatı təmin edilib və Mahmud Səfəralıyev barəsində həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, ittihama görə, Dövlət Sərhəd Xidmətinin Biləsuvarda yerləşən hərbi hissəsinin əsgəri H.H. və başqa bir neçə əsgər hərbi xidməti zamanı kapitan Mahmud Hikmət oğlu Səfəralıyev tərəfindən çoxsaylı təhqir və zorakılıq hallarına məruz qalıb.
Həmin faktla bağlı Hərbi Prokurorluqda aparılan istintaq zamanı kapitan Mahmud Səfəralıyevin törətdiyi əməllər sübut olunub və barəsində müvafiq maddə ilə cinayət işi açılıb.
Onun barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün Cəlilabad Hərbi məhkəməsinə təqdimat göndərilib.
Cəlilabad Hərbi Məhkəməsi əsgərlərə qarşı müxtəlif vaxtlarda qanunsuzluğa yol vermiş, buna görə vəzifədən azad olunmuş kapitan Mahmud Səfəralıyevlə bağlı təqdimatı təmin etməyib. Saxlanılan kapitan azadlığa buraxılıb.
Hərbi Prokurorluq M.Səfaralıyevin azadlıqda qalmasının həm cəmiyyətdə mənfi emosiya doğuracağını, həm də mərhum əsgərin yaxınları tərəfindən ciddi narazılığa səbəb olmasını nəzərə alaraq, qərardan apellyasiya şikayəti verib.
Cəlilabad Hərbi Məhkəməsindən bildirilib ki, noyabrın 27-də məhkəmədə Cinayət Məcəlləsinin 329.2.1, 329.2.2 və 329.3-cü maddələri ilə təqsirləndirilən Dövlət Sərhəd Xidmətinin hərbi hissəsinin hərbi qulluqçusu, kapitan Mahmud Hikmət oğlu Səfəralıyevin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimata baxılıb və təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün qanunda nəzərdə tutulmuş prosessual əsaslar müəyyən edilmədiyindən məhkəmənin həmin tarixli qərarına əsasən təqdimat rədd edilib, M.H.Səfəralıyev dərhal məhkəmə iclas zalında həbsdən azad edilib.
Bu gün, 18:13
Ermənistanda daha bir keşiş tutuldu


Ermənistanda daha bir keşiş tutuldu

Ermənistan Milli Təhlükəsizlik Xidməti arxiyepiskop Arşak Xaçatryanı saxlayıb.
Bu barədə Ermənistan mediası məlumat yayıb.
Din xadiminin hansı işlə bağlı saxlanıldığı hələ dəqiqləşməyib.
Qeyd edək ki, Eçmiədzinin kargüzarlıq idarəsinin rəhbəri Xaçaturyan bazar ertəsi keçirdiyi mətbuat konfransında MTX-nin nümayəndələri ilə bir neçə dəfə qeyri-rəsmi görüş keçirdiyini bildirib.
Bu gün, 17:54
Ermənistan Konstitusiyasına dəyişiklik daimi sülhə imkan yaradacaq - Nazir


Ermənistan Konstitusiyasına dəyişiklik daimi sülhə imkan yaradacaq - Nazir

"Ermənistan Konstitusiyasında hələ də qalmaqda davam edən ərazi iddialarının çıxarılması, paraflanmış ikitərəfli sazişinin imzalanmasına və onun sonrakı ratifikasiyasına və həmişəlik sülhün təmin olunmasına imkan yaradacaq”.
Bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Vyanada ATƏT Nazirlər Şurasının 32-ci iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycan sülh gündəliyinin təşəbbüskarı kimi bu yola sadiqdir və Ermənistan tərəfindən də qarşılıqlı siyasi iradə və məsuliyyəti gözləyir.
Bu gün, 17:48
Putin Hindistana getdi


Putin Hindistana getdi

Rusiya Prezidenti Vladimir Putin iki günlük səfərlə Hindistana gedib. 4 dekabrda dövlət başçısının Hindistanın Baş naziri Narendra Modi ilə qeyri-rəsmi təkbətək görüşü planlaşdırılır.
Bu barədə Rusiya KİV-i məlumat yayıb.
Prezidentin təyyarəsi Hindistan Hərbi Hava Qüvvələri Palam bazasına eniş edib. Aeroportda onu Baş nazir Modi onu şəxsən pilləkənlərdə qarşılayıb.
Putini qatarda yeddi nazir müşayiət edir. Onların arasında müdafiə naziri Andrey Belousov, kənd təsərrüfatı naziri Oksana Lut, səhiyyə naziri Mixail Muraşko, nəqliyyat naziri Andrey Nikitin, iqtisadi inkişaf naziri Maksim Reşetnikov, maliyyə naziri Anton Siluanov və daxili işlər naziri Vladimir Kolokoltsev var.
Bu gün, 17:32
Gültəkin Hacıbəyli nə vaxt deportasiya olunacaq? - Türkiyəli deputat DANIŞDI


Gültəkin Hacıbəyli nə vaxt deportasiya olunacaq? - Türkiyəli deputat DANIŞDI

"Ramiz Mehdiyev işi" çərçivəsində Azərbaycandakı istintaqa dəvət olunan Milli Şuranın üzvü Gültəkin Hacıbəyli hazırda Türkiyənin İstanbul şəhərindəki Arnavutköy Geri Göndərmə Mərkəzində saxlanılır.
O, sosial şəbəkədəki açıqlamasında noyabrın 29-dan Geri Göndərmə Mərkəzində saxlanıldığını deyib.
Maraqlıdır, Gültəkin Hacıbəyli Türkiyədən Azərbaycana nə vaxt göndəriləcək?
Məsələ ilə əlaqədar Türkiyə Böyük Millət Məclisinin (TBMM) Dostluq Qrupunun sədri Şamil Ayrım bildirib ki, Türkiyə Gültəkin Hacıbəylini uzun müddət saxlaya bilməz:
"Belə bir məsələ varsa, Türkiyə ən qısa zaman kəsiyində onu ilk fürsətdə təyyarəyə mindirib geri yollayacaq. Türkiyə onu uzun müddət saxlaya bilməz. Biz Azərbaycanın daxili işlərinə heç kəsin qarışmasını istəmirik. Azərbaycan müstəqil, azad və demokratik bir dövlətdir. Təbii ki, Azərbaycanın ayaqda durması üçün öz daxilindəki qanunlarını tətbiq etməsi lazımdır. Bu məsələlərdə Azərbaycanın Türkiyə ilə anlaşmaları mövcuddur. Həmin şəxs geri göndərmə mərkəzinə aparılıbsa, ən qısa zamanda onu geri qaytararlar".
Qeyd edək ki, “Mehdiyev işi” çərçivəsində AXCP sədri Əli Kərimli və onun müavini Məmməd İbrahimli barəsində həbs qətimkan tədbiri seçilib. Milli Şuranın sədri Cəmil Həsənli DTX-da dindirilib, Milli Şuranın üzvü Gültəkin Hacıbəyli isə Türkiyədə saxlanılıb, onun Azərbaycana deportasiya ediləcəyi gözlənilir.
Bu gün, 17:26
Azərbaycanla Ermənistan ən dinc və sabit dövrü yaşayır


Azərbaycanla Ermənistan ən dinc və sabit dövrü yaşayır

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ATƏT Nazirlər Şurasının 32-ci iclasında çıxış edib.
XİN-dən verilən məlumata görə, nazir ilk növbədə, ATƏT-in fəaliyyətdə olan sədri Elina Valtonenə il ərzində təşkilata sədrliyi həyata keçirdiyinə görə minnətdarlığımı bildirib və isveçrəli nazir İqnasio Kassisə gələn il uğurlu sədrlik arzu edib.
Eyni zamanda, Avstriya tərəfinə Vyanada bugünkü iclasımıza ev sahibliyinə görə təşəkkür edib.
"Nazirlər Şurasının iclası yenidən ATƏT məkanında davam edən təhlükəsizlik böhranı fonunda keçirilir. Helsinki Yekun Aktının imzalanmasının 50-ci ildönümü təntənə ilə qeyd edilməli olsa da, təəssüf ki, bu mümkün deyil. Bu, əslində daha çox keçmiş səhvlərdən dərs çıxarmaq və Yekun Aktın mətninə və mahiyyətinə yenidən sadiqliyimizi təsdiqləmək üçün kollektiv iradəmizi səfərbər etməyə dərin ehtiyacın olduğuna dair bir xatırlatmadır.
Bu baxımdan, xüsusən dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığına hörmət kimi Yekun Aktda təsbit edilmiş prinsiplərin davamlı aktuallığını vurğulayırıq.
Bizim ağrılı təcrübəmiz göstərir ki, bu prinsiplər hamıya bərabər, ardıcıl, ayrı-seçkilik və ikili standartlar olmadan tətbiq edilməlidir", - nazir qeyd edib.
Onun sözlərinə görə, ötən ilin dekabr ayından etibarən Azərbaycan və Ermənistan arasında post-münaqişə dövründə normallaşma prosesində əhəmiyyətli tərəqqi əldə edilib və cari ilin 8 avqust tarixində keçirilmiş tarixi Vaşinqton Sülh Sammiti ilə ən yüksək səviyyəyə çatıb: "Sözügedən sammit nəticəsində şahid qismində ABŞ Prezidenti Donald Tramp tərəfindən imzalanmaqla Azərbaycan və Ermənistan ölkə başçıları arasında Birgə Bəyannamə qəbul edilib. Tərəflər münaqişənin artıq keçmişdə qaldığını, ona heç bir şəkildə geri dönməyəcəklərini, mövcud reallığa əsaslanaraq, mehriban qonşuluq münasibətləri qurmağa başlayacaqlarını təsdiqləyiblər.
Sammit çərçivəsində mən və erməni həmkarım cari ilin mart ayında yekunlaşan ikitərəfli danışıqların davamı olaraq, Azərbaycan, Ermənistan və ABŞ liderlərinin iştirakı ilə “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş” layihəsini parafladıq.
Bundan əlavə, erməni həmkarımla birlikdə, 2020-ci ildə münaqişənin həllindən sonra həmin mexanizmlərə artıq ehtiyac qalmadığına dair qarşılıqlı anlayışın göstəricisi qismində, ölkələrimiz arasında münaqişənin nəticələrinin aradan qaldırılması üçün vaxtilə yaradılmış ATƏT-in Minsk Prosesi və əlaqədar strukturların bağlanması ilə bağlı birgə müraciəti imzaladıq. Nazirlər Şurasının müvafiq qərarının operativ qəbuluna görə Finlandiya sədrliyinə, ATƏT Baş katibinə, ATƏT Katibliyinə və iştirakçı dövlətlərə təşəkkür edirəm.
Nəticə etibarilə, regionda sülh de-fakto bərqərar olub. Bu gün qeyri-sabit ATƏT regionundan fərqli olaraq, Azərbaycan və Ermənistan ən dinc və sabit dövrü yaşayır. Hər iki tərəf hökumət, parlament və vətəndaş cəmiyyəti səviyyələrində müxtəlif ölçülər üzrə konkret tədbirlərin həyata keçirilməsi istiqamətində irəliləyir.
Sülh prosesinə əlavə təkan vermək məqsədilə, Azərbaycan xoşməramlı jest olaraq, Ermənistana münasibətdə məhsulların tranzit məhdudiyyətini birtərəfli qaydada aradan qaldırıb.
Azərbaycan tərəfindən uzun illər ərzində təşviq edildiyi kimi, bu nailiyyətlər aydın şəkildə nümayiş etdirir ki, birbaşa ikitərəfli danışıqlar irəliyə aparan ən yaxşı yoldur.
Azərbaycan sülh gündəliyinin təşəbbüskarı kimi bu yola sadiqdir və Ermənistan tərəfindən də qarşılıqlı siyasi iradə və məsuliyyəti gözləyir. Biz bu çərçivədə, normallaşma prosesinin yekunlaşdırılması naminə xoş niyyətin və bütün öhdəliklərin zamanında icrasının həlledici əhəmiyyətini vurğulayırıq".
Nazir diqqətə çatdırıb ki, Ermənistan Konstitusiyasında hələ də qalmaqda davam edən ərazi iddialarının çıxarılması, paraflanmış ikitərəfli sazişinin imzalanmasına və onun sonrakı ratifikasiyasına və birdəfəlik sülhün təmin olunmasına imkan yaradacaq: "Bununla yanaşı, “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun zamanında həyata keçirilməsi böyük əhəmiyyət kəsb edir. Bu multimodal bağlantılar marşrutu dəmir yolu, avtomobil yolu və digər kommunikasiyaları əhatə etməli və Ermənistan üçün qarşılıqlı bağlantı faydaları ilə birlikdə Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını təmin etməlidir. Dəfələrlə bəyan edildiyi kimi, kommunikasiyaların açılmasının əhəmiyyəti təkcə Ermənistan və Azərbaycan arasında sülhün dayanıqlı olmasına təsir göstərmir, daha geniş miqyasda böyük faydalar gətirir".
Ceyhun Bayramov əlavə edib ki, Qoşulmama Hərəkatı, COP-29, Türk Dövlətləri Təşkilatı, AQEM və digər platformalarda fəal və nəticəyönümlü sədrlikləri ilə əməli təsdiqini tapdığı kimi, Azərbaycan həqiqi körpü yaradan və konsensusa əsaslanan yanaşmaların sadiq təbliğatçısı olaraq effektiv çoxtərəfliliyin etibarlı tərəfdarıdır: "Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə bu yaxınlarda tam hüquqlu üzvlüyümüz çoxtərəfliliyə töhfə vermək imkanlarımızı daha da gücləndirəcək.
Azərbaycan özünün prinsipial və praqmatik xarici siyasətinə əsaslanaraq ATƏT çərçivəsində də konstruktiv əməkdaşlığa sadiqdir.
Bütün çatışmazlıqlara baxmayaraq, biz hərtərəfli təhlükəsizlik konsepsiyası və əhatəli üzvlük xüsusiyyətlərinə görə ATƏT-in roluna inanmaqda davam edirik. Bununla belə, aktual qalmaq üçün təşkilat adaptasiya etməyi bacarmalı və nəzərə çarpacaq nəticələr əldə etməlidir.
Yalnız birgə həll yolları nəticə verə bilər. Konsensus prinsipi həmişə bizim kollektiv səylərimizin əsas xüsusiyyəti və qərarların qəbulu prosesinin təməli olaraq qalmalıdır.
Bu anlayışla ATƏT-in funksionallığı və səmərəliliyi ilə bağlı çağırışların aradan qaldırılması naminə bütün ATƏT üzv dövlətləri ilə konstruktiv əməkdaşlığa hazırıq".
Bu gün, 17:22
DTX Əli Kərimliyə göndərilən sovqatı qəbul etdi


DTX Əli Kərimliyə göndərilən sovqatı qəbul etdi

Hazırda DTX-da saxlanılan AXCP sədri Əli Kərimli üçün nəzərdə tutulmuş sovqat qəbul edilib.
Bu barədə AXCP-nin məlumatında bildirilib.
Vəkili Aqil Layicin sözlərinə görə, Əli Kərimliyə kimlərin sovqat aparacağı əvvəlcədən DTX-ya bildirilib.
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan AXCP sədri Əli Kərimli barəsində Səbail rayon Məhkəməsi 2 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçib.
Əli Kərimliyə Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.
Bu gün, 17:18
ATƏT-in sədrindən Bakı və İrəvana mesaj


ATƏT-in sədrindən Bakı və İrəvana mesaj

Azərbaycan və Ermənistan arasında münaqişənin başa çatması bütün ATƏT regionunda nikbinlik yaradan çox uğurlu nümunədir.
Bu fikirləri Finlandiyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Elina Valtonen jurnalistlər üçün açıqlamasında səsləndirib.
O bildirib ki, Azərbaycanla Ermənistan arasında razılaşmaların əldə edilməsi irəliyə atılmış addımdır və bu məsələ ATƏT-in builki fəaliyyətində əsas uğurlardan biri olub:
“Mən hər iki ölkəyə səfər edərək, sülh prosesilə yaxından tanış olmaq şansı əldə etmişəm. Hər iki ölkə ilə daim məhsuldar əlaqələrimiz mövcuddur. ATƏT bundan sonra da tərəflər arasında hazırda müzakirə edilən msəsələrlə bağlı istənilən dəstəyi verməyə hazırdır”.
Bu gün, 17:00
Kəlbəcər və Laçında yanğın - Helikopterlər cəlb edildi


Kəlbəcər və Laçında yanğın - Helikopterlər cəlb edildi

Noyabrın 28-də Kəlbəcər rayonunun dağlıq hissəsində başlayan, sonra isə Laçın rayonu ərazisinə keçən yanğınla mübarizə üçün helikopterlər cəlb olunub.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin iki helikopteri, Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb ediliblər.
Bu gün, 16:54
Əmək müqaviləsi bağlanan bu tələbələrə ödəniş ediləcək


Əmək müqaviləsi bağlanan bu tələbələrə ödəniş ediləcək

Tələbələrlə praktika dövründə əmək müqaviləsinin bağlanması nəzərdə tutulur. Bu məsələ Milli Məclisin Regional məsələlər komitəsinin dünən keçirilən iclasında Əmək Məcəlləsinə təklif olunan dəyişikliklər paketində öz əksini tapıb. Yeni dəyişikliklərə əsasən, təhsilalanlar istehsalat təlimi və təcrübə keçdikləri müddətdə, həmçinin əcnəbilər və vətəndaşlığı olmayan şəxslər iş icazəsi ilə ölkə ərazisində əmək fəaliyyəti göstərdikdə, onlarla əmək müqaviləsi bağlanacaq.
Lakin tələbələrlə əmək müqaviləsi imzalanacağı təqdirdə, onlara bu fəaliyyətə görə hər hansı ödənişin verilib-verilməyəcəyi hələlik məlum deyil.
Mövzu ilə bağlı Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Aydın Mirzəzadə sözügedən istiqəmətdə edilən dəyişikliyi mütərəqqi qiymətləndirib. Onun sözlərinə görə, beynəlxalq təcrübə göstərir ki, bu, işləyənlərin hüquqlarının daha geniş səpkidə qorunması üçün tətbiq edilən səmərəli bir modeldir.
“Təcrübəçilər və ya orada praktika keçən tələbələr son məhsulun və göstərilən xidmətin əldə olunmasında birbaşa iştirak edirlər. Onlar zəhmət çəkir, vaxt sərf edirlər. Bu baxımdan, onların əməyinin ödənilməsi olduqca vacibdir.
Digər tərəfdən, təcrübə keçən tələbələr istehsalat prosesinin içində iştirak edirlər. Ona görə də onların əmək təhlükəsizliyinin qorunması da bu müqavilədə öz əksini tapacaq. Hesab edirəm ki, bu dəyişiklik gənclərin istehsalat təcrübəsi keçməsinə marağını artırmaqla yanaşı, habelə təcrübəçilərin ödəniş olmadığı üçün təcrübədən imtina hallarını da minimuma endirəcək”.
Deputat həmçinin vurğulayıb ki, bu, imkan verəcək ki, son məhsulun əldə edilməsində iştirak edən hər bir kəs, həm əmək kollektivinin üzvləri, idarəedicilər, təcrübə keçənlər, tələbələr və ya qısa müddətlik əmək fəaliyyətində iştirak edənlər zəhmətlərinə görə maddi baxımdan qiymətləndirilsin. Onun fikrincə, dünya praktikasında da belə modellər mövcuddur və Azərbaycan da bu təcrübələrin müasir şəraitdə tətbiqində maraqlıdır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!