Ermənistan və Azərbaycan sərhədçiləri dəbilqə və zirehli jiletləri çıxarıb - Paşinyan .....                        35 yaşında çempion oldu .....                        ABŞ-də Azərbaycan pasportu daşıyan erməni tutuldu - Bakıya deportasiya ediləcək .....                        Məhkəmə Tulin Ələkbərova ilə bağlı həbs qərarı verdi .....                        Ukrayna artıq boş vədlərə inanmır .....                        "Qarabağ" heç-heçə etdi .....                        “Boz qurd”am və belə də öləcəm! - Bağçalı .....                        Oğurladığı mopedi satmaq istədi, polis yaxaladı .....                        Bakıda tarixi abidəyə zərər vuruldu .....                       
Bu gün, 21:38
Ermənistan və Azərbaycan sərhədçiləri dəbilqə və zirehli jiletləri çıxarıb - Paşinyan


Ermənistan və Azərbaycan sərhədçiləri dəbilqə və zirehli jiletləri çıxarıb - Paşinyan

Ermənistanın baş naziri Nikol Paşinyan Tavuş vilayətinin Azərbaycanla sərhəddə yerləşən Kirants kəndində sakinlərlə gəzinti təşkil edərək bölgədəki vəziyyət barədə açıqlamalar verib.
O bildirib ki, sərhəd xəttinin demarkasiyasından sonra ərazidə sabitlik yaranıb və son bir ildə heç bir insident baş verməyib.
Paşinyanın sözlərinə görə, demarkasiyadan sonra sərhəddə üç mərhələli etimad prosesi formalaşıb:
“Bir müddət öncə həm erməni, həm də azərbaycanlı sərhədçilər səngərlərdən çıxaraq bir-birlərini açıq şəkildə görə bildilər. Daha sonra ikinci mərhələdə dəqiqə və zirehli jiletlər çıxarıldı. Üçüncü mərhələdə isə avtomat silahlarda patron saxlanılmaması barədə razılıq əldə olundu. Mən indi burada dayanmışam və heç bir təhlükə hiss etmirəm,” – deyə Paşinyan bildirib.
Baş nazir, həmçinin qeyd edib ki, artıq Azərbaycan ərazisi vasitəsilə Ermənistana dəmir yolu ilə yüklər daxil olur və yaxın zamanda Ermənistandan da yüklərin göndərilməsi gözlənilir.
“Kirants bu gün sülh kəndidir. Sərhədin demarkasiyasından sonra kəndin əhalisi 50 faiz artıb,” – Paşinyan əlavə edib.
Bu gün, 21:26
35 yaşında çempion oldu


35 yaşında çempion oldu

2016 Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının finalçısı Elmar Qasımov cüdo üzrə növbəti dəfə ölkə çempionu adına layiq görülüb.
35 yaşlı cüdoçu Cüdo üzrə qadınlar və kişilər arasında keçirilən Azərbaycan çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Təcrübəli idmançı -100 kq çəki dərəcəsində bütün rəqiblərini məğlub edərək qızıl medala sahib olub.
Bu gün, 21:06
ABŞ-də Azərbaycan pasportu daşıyan erməni tutuldu - Bakıya deportasiya ediləcək


ABŞ-də Azərbaycan pasportu daşıyan erməni tutuldu - Bakıya deportasiya ediləcək

ABŞ-ın İmmiqrasiya və Gömrük Polisi (ICE) Los-Ancelesdə Azərbaycan pasportu daşıyan şəxsi saxlayıb.
Saxlanılan şəxs Rafael Vladimiroviç Sarkisyan müxtəlif vaxtlarda bir sıra cinayətlərə görə məhkum olunub.
O, heyvanlara qarşı qəddarlıq və qadağan olunmuş maddələrin saxlanması görə tutulub.
Polis bildirir ki, Sarkisyan 25 noyabr tarixində Los-Ancelesdə həbs edilib və deportasiya proseduru başa çatana qədər saxlanılacaq. Onun ABŞ-a nə vaxt və hansı ölkə ərazisindən daxil olduğu isə məlum deyil.
Məlumatlara əsasən, Rafael Sarkisyan böyük ehtimalla 1990-cı illərin əvvəllərində sovet pasportu ilə Azərbaycandan köçmüş etnik ermənilərdən biridir və müstəqil Azərbaycan Respublikasının vətəndaşı hesab edilmir. Bununla belə, ABŞ rəsmiləri deportasiya zamanı onun üzərində olan sənədləri əsas götürdüyü üçün, o, yüksək ehtimalla Azərbaycana göndəriləcək.
Bu gün, 20:31
Məhkəmə Tulin Ələkbərova ilə bağlı həbs qərarı verdi


Məhkəmə Tulin Ələkbərova ilə bağlı həbs qərarı verdi

Azərbaycanda kikboks üzrə tanınmış xanım məşqçi Tulin Ələkbərova və onun tələbəsi Abbas Rəhimlinin məhkəməsi keçirilib.
Abşeron rayon Məhkəməsində hakim Vaqif Həsənovun sədrliyi ilə keçirilən prosesdə hər iki şəxsə barəsində qərar qəbul edilib.
Qərara əsasən, 21 yaşlı Tulin Ələkbərova və onun tələbəsi 19 yaşlı Abbas Rəhimli barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 181.2.5-ci (Quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, Abşeron rayonu ərazisində baş vermiş quldurluq cinayətinə görə kikboksçu kimi tanınan Tulin Ələkbərova və onun tələbəsi Abbas Rəhimli saxlanılıb.
Onlar dekabrın 4-də 2004-cü il təvəllüdlü şəxsə kəsici alətlə xəsarət yetirib, quldurluq yolu ilə onun 110 manat pulunu ələ keçirməkdə şübhəli bilinirlər.
Abşeron rayon polis idarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə 21 yaşlı Tulin Ələkbərova və onun tələbəsi 19 yaşlı Abbas Rəhimli tutulublar.
Əgər onların cinayət əməli sübuta yetirilərsə hər iki şəxsi 8 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası gözləyir.
Bu gün, 20:04
Ukrayna artıq boş vədlərə inanmır


Ukrayna artıq boş vədlərə inanmır

Bu gün Budapeşt Memorandumunun imzalanmasından 31 il keçir. Bu sənəd sonradan “uğursuz təhlükəsizlik razılaşması” anlayışının sinoniminə çevrildi. Ukrayna isə artıq boş vədlərə etibar etmir.
Bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa “X” sosial şəbəkəsindəki paylaşımında bildirib.
“Keçmişdə belə acı təcrübəyə malik olduğumuz halda, Ukrayna yalnız ordusunun və silahlarının gücünə etibar edir”, — deyə o, paylaşımında qeyd edib.
Nazir vurğulayıb ki, Ukrayna bu gün “real, ədalətli və uzunmüddətli sülh” üçün etibarlı təhlükəsizlik təminatlarına ehtiyac duyur.
Qeyd edək ki, Budapeşt Memorandumu 1994-cü il dekabrın 5-də imzalanıb. Sənədə əsasən, Rusiya, Böyük Britaniya və ABŞ Ukraynanın müstəqilliyinə, suverenliyinə və mövcud sərhədlərinə hörmət etmək öhdəliyini üzərlərinə götürüb.
Bundan əlavə, sənədi imzalayan dövlətlər Ukraynanın ərazi bütövlüyü və siyasi müstəqilliyinə qarşı güc tətbiqi və ya güc tətbiq etməklə hədələməkdən çəkinməyi öhdəlik kimi qəbul ediblər.
Sənəddə ayrıca qeyd olunurdu ki, onların heç bir silahı Ukraynaya qarşı istifadə edilməməlidir; yalnız özünümüdafiə hallarında və ya BMT Nizamnaməsinə uyğun şəkildə istisnalar mümkündür.
Bu gün, 19:37
"Qarabağ" heç-heçə etdi


"Qarabağ" heç-heçə etdi

Futbol üzrə Misli Premyer Liqasında XIV tura start verilib.
İlk oyun günündə bir qarşılaşma keçirilib.
Çempionatın lideri "Qarabağ" ikinci pillədə qərarlaşan "Zirə"nin qonağı olub.
Zirə İdman Kompleksinin stadionunda oynanılan görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Qeyd edək ki, XIV turun digər matçları dekabrın 7, 8 və 9-da keçiriləcək.
Bu gün, 19:18
“Boz qurd”am və belə də öləcəm! - Bağçalı


“Boz qurd”am və belə də öləcəm! - Bağçalı

Bəzi təxribatçı ifadələrə, absurd bəyanatlara və təxribat mühitini qızışdırmağa yönəlmiş təkəbbürlü ritorikaya baxmayaraq, biz “Terrorsuz Türkiyə” hədəfinə çatmaq yolunda addım-addım irəliləyirik.
Bunu MHP lideri Dövlət Bağçalı deyib.
“Cizrə təxribatı bizi yolumuzdan çəkindirməyəcək. “Boz qurd” ideyamıza gəlincə, təbii ki, mən “Boz qurd”am və dünyadan belə köçəcəyəm. İnşallah sülh tezliklə əldə olunacaq. Biz əməkdaşlığın tərəfdarıyıq”, - partiya sədri əlavə edib.
Bu gün, 18:49
Oğurladığı mopedi satmaq istədi, polis yaxaladı


Oğurladığı mopedi satmaq istədi, polis yaxaladı

Xətai rayonunda oğurladığı mopedi 485 manata satan şəxs saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, "Tufan" markalı mopedi oğurlamaqda şübhəli bilinən N.Süleymanzadəni polis əməkdaşları saxlayıblar.
Qeyd edək ki, saxlanılan şəxs oğurladığı mopedi sonradan 485 manata satıb.
Bu gün, 18:37
Bakıda tarixi abidəyə zərər vuruldu


Bakıda tarixi abidəyə zərər vuruldu

Bakıda təmir zamanı tarixi abidəyə zərər vurulub.
Bu barədə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti məlumat yayıb.
Bildirilib ki, Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi 213 ünvanında yerləşən, yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət mühafizəsinə götürülmüş yaşayış binasının yaxınlığında 2023-cü ildə “VEST PARK” MMC tərəfindən yeni yaşayış binasının tikintisinin aparılması planlaşdırılıb.
“Tarixi abidənin yaxınlığında tikinti işləri aparılacağı üçün yeni inşa olunacaq binanın layihəsinə baxılması məqsədilə 29 avqust 2023-cü il tarixində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə müraciət ünvanlanıb.
Dövlət Xidmətinin 5 sentyabr 2023-cü il tarixli cavab məktubunda planlaşdırılan tikinti nəticəsində sözügedən tarixi abidəyə təhlükə yarana biləcəyi nəzərə alınaraq, mümkün risklərin qarşısının alınması məqsədilə sözügedən şirkətin vəsaiti hesabına tarixi binada təmir-bərpa işlərinin həyata keçirilməsi tələb olunub.
7 noyabr 2023-cü il tarixində binanın bünövrəsinin gücləndirilməsi, fasad hissəsində, daxili həyətində və dam örtüyündə təmir-bərpa işlərinin layihəsi hazırlanmış və qanunvericiliyə uyğun olaraq Azərbaycan Milli Elmlər Akademiyası və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılıb, Dövlət Xidməti tərəfindən təsdiq edildikdən sonra şirkət tərəfindən bərpa işlərinə başlanılıb.
Lakin təmir-bərpa işlərinin gedişi zamanı təsdiq olunmuş layihənin tələbləri kobud şəkildə pozulub”.
Əlavə olunub ki, Dövlət Xidmətinə təqdim edilərək razılaşdırılan layihədə mövcud dam örtüyünün (ruberoid) saxlanılması nəzərdə tutulduğu halda, şirkət tərəfindən həmin örtük yeni metal kirəmit tipli konstruksiya ilə əvəz edilib, damda yerləşən tüstü və havalandırma bacaları tamamilə qapadılıb və quraşdırılan əlavə konstruksiyalar binanın dayanıqlılığına əlavə təhlükə yaradıb:
“Bu səbəbdən də Dövlət Xidməti tərəfindən işlər dayandırılıb, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 231.2-ci maddəsi ilə protokol tərtib edilib və baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib. Nəsimi Rayon Məhkəməsinin 28 noyabr 2025-ci il tarixli Qərarı ilə “VEST PARK” MMC təqsirli hesab edilib.
Abidənin tarixi görkəminə qaytarılması tələbinə “VEST PARK” MMC tərəfindən layihədən kənar quraşdırılmış dam örtüyü sökülüb və zədələnib. Nəticədə yağan yağış suları sakinlərin mənzillərinə dolub.
Binanın dam örtüyünün şirkət tərəfindən tezliklə təmir edilməsi üçün aidiyyəti üzrə tədbirlər görüləcək”.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!