"Qarabağ" 5 qol vurdu .....                        FHN əhaliyə müraciət etdi .....                        Keçmiş sovet ölkələrinə xəbərdarlıq edildi .....                        Naxçıvanın keçmiş fövqəladə hallar naziri vəfat etdi .....                        14 yaşlı qızı avtomobil vurdu .....                        Lazaya gedən yol buz bağladı .....                        Pənah Hüseyn partiya sədrliyindən İSTEFA VERDİ .....                        Yol polisindən sürücülərə XƏBƏRDARLIQ .....                        Qusarda ağır qəza - 2 ölü, 4 yaralı .....                       
Dünən, 19:33
"Qarabağ" 5 qol vurdu


"Qarabağ" 5 qol vurdu

Misli Premyer Liqasının XV turunda "Qarabağ" evdə "Araz-Naxçıvan"ı məğlub edib.
"Azərsun Arena"da baş tutan qarşılaşma Ağdam təmsilçisinin 5:1 hesablı qələbəsi ilə başa çatıb.
Meydan sahiblərinin heyətində Toral Bayramov (30 və 90+5-ci dəqiqələr), Nəriman Axundzadə (41-ci dəqiqə), Joni Montiel (57-ci dəqiqə, penalti) və Leandro Andrade (72-ci dəqiqə) fərqləniblər.
Naxçıvan komandasında isə Ramon Maçado (76-cı dəqiqə, penalti) rəqib qapısına yol tapıb.
Bu nəticədən sonra "Qarabağ 33 xalla turnir cədvəlinə liderlik edir. 23 xala malik "Araz-Naxçıvan" isə 6-cı yerdədir.
Qeyd edək ki, turun daha əvvəl baş tutan görüşlərində "Şamaxı" "Zirə"ni (2:1), "Sabah" "Turan Tovuz"u (3:1), "Kəpəz" isə "Qəbələ"ni (1:0) məğlub edib. Tura dekabrın 15-də yekun vurulacaq.
Dünən, 19:25
FHN əhaliyə müraciət etdi


FHN əhaliyə müraciət etdi

Fövqəladə Hallar Nazirliyi (FHN) hazırda müşahidə edilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.
FHN-dən verilən məlumata görə, müraciətdə deyilir:
"Hazırda ölkə ərazisində, xüsusilə dağlıq rayonlarda soyuq və şaxtalı hava şəraiti müşahidə olunur.
Qeyd olunan hava şəraiti ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək bir sıra təhlükəsizlik qaydalarını bir daha xatırladır.
Belə ki, xüsusilə dağlıq ərazilərdə yaşayan, eləcə də dağlara səfər edən insanlara şaxtalı havada mümkün qədər yaşayış məntəqəsini tərk etməməyi, belə bir zərurət yarandıqda hərəkət istiqaməti barədə yaxınlarını əvvəlcədən məlumatlandırmağı tövsiyə edirik. Hərəkət avtomobillə olduqda avtomobilin texniki göstəricilərinin fəslə uyğunluğu və kifayət qədər yanacaq ehtiyatı təmin edilməlidir. Qar uçqunu ehtimalı olan yerlərdən, o cümlədən dik yamaclardan kənar gəzmək və günün qaranlıq vaxtına qalmadan yaşayış məntəqəsinə geri dönmək tövsiyə olunur.
Eyni zamanda, soyuq hava şəraiti qaz və elektrik qızdırıcı cihazlarından istifadənin xeyli artmasına səbəb olduğundan bu cihazlardan istifadə zamanı yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir. Nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qızdırıcı cihazlardan istifadə edilməməli, elektrik şəbəkəsi həddindən artıq yüklənməməli, işlək vəziyyətdə olan qızdırıcı cihazlar nəzarətsiz qoyulmamalıdır.
Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!
Təhlükə zamanı 112-yə zəng edin!".
Dünən, 19:10
Keçmiş sovet ölkələrinə xəbərdarlıq edildi


Keçmiş sovet ölkələrinə xəbərdarlıq edildi

Almaniya kansleri Fridrix Merts Rusiya prezidenti Vladimir Putinin xarici siyasətinin yalnız Ukraynadakı müharibə ilə məhdudlaşmayacağını və Sovet İttifaqını əvvəlki sərhədlərinə qaytarmağa yönəldiyini bildirib .
Bu barədə Almaniya mətbuatı məlumat yayıb.
Merzin sözlərinə görə, Rusiya lideri "Avropada sərhədlərdə fundamental dəyişiklikdə" maraqlıdır və bu əvvəllər SSRİ-nin tərkibində olan ölkələr üçün ciddi hərbi təhlükə yaradır.
"Putin dayanmayacaq. Əgər Ukrayna süqut etsə, dayanmayacaq", - deyə Almaniya kansleri hesab edir.
Merz qeyd edib ki, Ukraynaya davamlı yardım, eləcə də Avropa birliyi və Birləşmiş Krallıqla strateji əməkdaşlıq Almaniyanın xarici və müdafiə siyasətinin prioritetləridir. O, həmçinin NATO-nun qorunub saxlanılmasının vacibliyini vurğulayıb və bunun effektivliyi əvvəllər ABŞ prezidenti Donald Tramp tərəfindən şübhə altına alınıb.
Dünən, 18:37
Naxçıvanın keçmiş fövqəladə hallar naziri vəfat etdi


Naxçıvanın keçmiş fövqəladə hallar naziri vəfat etdi

Naxçıvan Muxtar Respublikasının keçmiş fövqəladə hallar naziri, general-leytenant Şamı Abdullayev dünyasını dəyişib.
O infarkt keçirib.
Xatırladaq ki, Ş. Abdullayev 2023-cü ildə vəzifəsindən azad olunub.
Dünən, 18:23
14 yaşlı qızı avtomobil vurdu


14 yaşlı qızı avtomobil vurdu

Goranboyda piydanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə rayon ərazisində qeydə alınıb.
Naftalan şəhər sakini 1941-ci il təvəllüdlü Ə.Aslanov idarə etdiyi avtomobil ilə hərəkətdə olan zaman yolu keçmək istəyən rayon sakini 2011-ci il təvəllüdlü A.Əsədovanı vurub.
Dərhal yeniyetmə qız xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin hazırda orta ağır olduğu bildirilir. Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Dünən, 17:57
Lazaya gedən yol buz bağladı


Lazaya gedən yol buz bağladı

Qəbələnin Laza kəndinə gedən yolda güclü şaxta və soyuq hava səbəbindən buzlaşma yaranıb.
Yolun buz bağlaması nəqliyyatın hərəkətini çətinləşdirib.
Nəticədə kənd sakinləri şaxtalı havada yolda ilişib qalıblar.
Dünən, 17:41
Pənah Hüseyn partiya sədrliyindən İSTEFA VERDİ


Pənah Hüseyn partiya sədrliyindən İSTEFA VERDİ

Azərbaycan Xalq Partiyasının VII (növbədənkənar) qurultayı keçirilib.
Bu barədə partiyanın sabiq sədri Pənah Hüseyn paylaşım edib.
Paylaşımda bildirilir ki, qurultay Pənah Hüseynin istefasını qəbul etdi. Sadıqov Qiyas Böyükağa oğlu AXP sədri seçilib.

Dünən, 17:38
Yol polisindən sürücülərə XƏBƏRDARLIQ


Yol polisindən sürücülərə XƏBƏRDARLIQ

Mövcud hava şəraiti ilə əlaqədar respublikanın bəzi avtomobil yollarında qar yağışı müşahidə olunur. Ayrı-ayrı ərazilərdə temperaturun aşağı düşməsi yolların hərəkət hissəsində sürüşkənliyin və buzlaşma ehtimalının artmasına səbəb ola bilər.
Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) sürücülərə müraciətində qeyd olunub.
Bildirilib ki, yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin təmini məqsədilə sürücülərdən aşağıdakı ümumi tövsiyələrə əməl etmək xahiş olunur:
“Nəqliyyat vasitəsinin texniki vəziyyətini, xüsusilə əyləc sistemi, sükan idarəetməsi və işıqlandırma qurğularını əvvəlcədən yoxlayın;

Mövsümə uyğun təkərlərdən istifadə edin;

Hərəkət zamanı sürət həddini hava və yol şəraitinə uyğun seçin, kəskin manevr və qəfil tormozlamadan çəkinin;

Avtomobillər arasında təhlükəsiz ara məsafəsini qoruyun;

Körpülərdə, açıq sahələrdə, enişli-yoxuşlu yol hissələrində daha diqqətli olun;

Yol və hava şəraiti ilə bağlı rəsmi məlumatları izləyin, zərurət olmadıqca riskli istiqamətlərdə hərəkət etməyin.
Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri diqqətli və məsuliyyətli olmağa, yol hərəkəti qaydalarına ciddi əməl etməklə həm özlərinin, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etməyə çağırır”.
Dünən, 17:02
Qusarda ağır qəza - 2 ölü, 4 yaralı


Qusarda ağır qəza - 2 ölü, 4 yaralı

Qusar rayonu, Yuxarı Ləgər kəndində yol-nəqliyyat qəzası baş verib.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qusar rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "KİA" markalı minik avtomobilinin idarəetməni itirərək dərəyə aşdığı və vətəndaşın nəqliyyat vasitəsində köməksiz vəziyyətdə qaldığı müəyyən olunub.
Yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildə köməksiz vəziyyətdə qalan 1 nəfər qadın xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.
Hadisə nəticəsində ümumilikdə 2 nəfər həyatını itirib, 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Dünən, 16:36
Sudanda kütləvi məzarlıq salındı


Sudanda kütləvi məzarlıq salındı

Sudanın paytaxtı Xartumda ordunun və silahlı birləşmələrin qarşıdurmasından sonra kütləvi məzarıqlarla bağlı ən son fotolar yayılıb.
Bu barədə "Aljazeera" məlumat yayıb.
Şiddətli döyüşlər getdiyi zaman insanlar cənazələri evinin həyətində dəfn edirdi.
Agentliyin verdiyi məlumata görə, döyüşlər səbəbindən qəbiristanlıqlara çıxış mümkün olmayıb.
Hazırda Xartum Vilayəti müvəqqəti şəkildə dəfn edilmiş insanların qalıqlarının çıxarılaraq qəbiristanlıqlara köçürülməsi üçün genişmiqyaslı kampaniyaya start verilib.
Məzarlıqların qazılması prosesini həyata keçirmək üçün dövlət və yerli komitələr yaradılıb. Bu komitələrə məhkəmə-tibbi ekspertiza, Mülki Müdafiə, Sudan Qızıl Hilalı, həmçinin məhəllə idarəetmə və xidmət komitələrinin nümayəndələri daxildir.
Proses mərhələli şəkildə aparılacaq. İlk mərhələ müvəqqəti dəfn yerlərinin müəyyən edilməsindən ibarətdir.
Bundan sonra ailələr məlumatlandırılır və onlara qazılmadan tutmuş yenidən dəfnə qədər bütün mərhələlərdə iştirak edəcək bir nümayəndə təyin etmək imkanı verilir.
Qeyd edək ki, Sudanda döyüşlər Sudan ordusu ilə paramilitar Rapid Support Forces (RSF) arasında gedirdi. Bir tərəfdə Sudan Silahlı Qüvvələri (rəsmi ordu), digər tərəfdə Rapid Support Forces (RSF) adlanan silahlı paramilitar qruplaşma halında mübarizə aparırlar. Bu qarşıdurma 2023-cü ildən başlayaraq xüsusilə Xartum, Omdurman və Xartum Şimal kimi şəhərlərdə şiddətli döyüşlərə səbəb olub və ölkədə ağır humanitar böhran yaradıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!