“Qarabağ” güclü komandadır və asan rəqib deyil .....                        Son 10 gündə ikinci əfv fərmanı .....                        Sabah şansımız var - Qurban Qurbanov .....                        “Qiyamət Saatı”nın əqrəbləri dörd saniyə irəli çəkildi .....                        Bayden sükutu pozdu: Trampı tənqid etdi .....                        Azərbaycanda qəribə toy: gəlin onlayn qoşuldu - VİDEO .....                        Baş nazir Bakı buxtası ilə bağlı iclas keçirdi .....                        Ləğv edilən vəzifələrin yerinə bu ştatlar yaradıldı .....                        Sahibə Qafarova Əbu-Dabidə Forumunda .....                       
18-12-2025, 13:55
Ermənistana neft məhsulları yola salındı


Ermənistana neft məhsulları yola salındı

Bu gün SOCAR tərəfindən ilk dəfə olaraq yerli mənşəli neft yükünün Ermənistana tədarükü həyata keçirilir.
22 vaqona yüklənmiş 1220 ton Aİ-95 markalı avtomobil yanacağı ADY-nin yük qatarı ilə Bakı Yük Stansiyasından Böyük Kəsik stansiyası istiqamətində yola salınıb.
Yük oradan Gürcüstan vasitəsilə Ermənistana çatdırılacaq.
Qeyd edək ki, neft məhsullarının ilk partiyası noyabrın 28-də Qəbələ şəhərində Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın görüşündə əldə edilmiş razılaşmaya əsasən yola salınır.
18-12-2025, 13:50
Prezident bu universitetin əməkdaşlarını təltif etdi - SİYAHI


Prezident bu universitetin əməkdaşlarını təltif etdi - SİYAHI

Azərbaycan Memarlıq və İnşaat Universitetinin əməkdaşları təltif ediliblər.
Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.
Sərəncama görə, Azərbaycanda təhsilin inkişafında xidmətlərinə görə Azərbaycan Memarlıq və İnşaat Universitetinin aşağıdakı əməkdaşları təltif ediliblər:


“Şərəf” ordeni ilə

Məmmədova Gülçöhrə Hüseyn qızı

3-cü dərəcəli “Əmək” ordeni ilə

Ağayev Asəf Mirzə oğlu

Babayev Nəbi Miri oğlu

Əliyev Fəqan Qənbər oğlu

Hacıyev Müxlis Əhməd oğlu

Haqverdiyeva Tahirə Axi qızı

Mehtiyev Əlixan Qafar oğlu

Məmmədov Nurməmməd Yaşar oğlu

Şirinzadə İradə Nüsrət qızı

“Tərəqqi” medalı ilə

Abdullayeva Nərgiz Cavad qızı

Aslanov Telman İmran oğlu

Aslanova Nigar Məhər qızı

Danyalov Şəfi Danyal oğlu

Əhmədova Salatın Alı qızı

Əkbərova Samirə Misirxan qızı

Əliyev Ramiz Dadaş oğlu

Əliyeva Səlmi Saleh qızı

Fərzəliyev Sahib Abduləli oğlu

Həsənov Fərzəli Həsən oğlu

Hüseynov Hüseynağa İbrahim oğlu

Hüseynova Rəna Ömər qızı

İskəndərov Ramiz Əziz oğlu

Qasımov Akif Fazil oğlu

Quliyeva Əzizə Mürsəl qızı

Məmmədov Sabir Baladin oğlu

Musayeva Nailə Fuad qızı

Naqdiyev Əcəm Özübəy oğlu

Nəbiyev Aydın Xalıq oğlu

Sazairov Əmirxan Bəhsət oğlu

Yusifzadə Elçin Nazim oğlu.

Eyni zamanda, Azərbaycanda təhsilin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Nağıyev Nizami Həsən oğluna Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.
18-12-2025, 13:27
Vardanyanı Azərbaycana mən satmamışam! - Şahramanyan


Vardanyanı Azərbaycana mən satmamışam! - Şahramanyan

Keçmiş Qarabağ separatçılarının sonuncu başçısı Samvel Şahramanyan İrəvanda şahid qismində dindirilib.
Şahramanyanın jurnalistlərə bildirdiyinə görə, İstintaq Komitəsində dindirilmə 44 günlük müharibə ilə deyil, 2023-cü ilin hərbi əməliyyatları və onların nəticələri ilə bağlı olub.
İlkin istintaqın məxfiliyi səbəbindən o, təfərrüatları açıqlamayıb.
Şahramanyan izah edib ki, heç vaxt hüquq-mühafizə orqanlarına gəlməkdən və sualları cavablandırmaqdan yayınmayıb.
Şahramanyan deyib ki, Azərbaycan tərəfinin əlinə keçən separatçı liderlərin koordinatlarının qarşı tərəfə onun tərəfindən verildiyi barədə iddialar doğru deyil. O, Ruben Vardanyan, Arayik Harutyunyan, Arkadi Qukasyan və digərlərini satmadığını söyləyib
"Azərbaycan tərəfi kimin harada olduğunu çox yaxşı bilirdi. Ruben Vardanyan hansısa sığınacaqda, bunkerdə, meşədə deyildi və ya alternativ yollarla çıxmağa çalışarkən saxlanılmayıb...
O, hamı kimi, Ermənistana yeganə işlək yol - Laçın dəhlizi vasitəsilə keçməyə cəhd edib”.
Şahramanyanın sözlərinə görə Ruben Vardanyan Həkəri çayı üzərindəki körpüdə saxlanılıb.
O bildirib ki, Azərbaycan tərəfi həmçinin Kamo Vardanyanın (qondarma “artsaxın keçmiş müdafiə naziri”) həbs olunmasına çalışıb. Rəsmi Bakı onu da əsir götürmək niyyətində olduğu şəxslərin siyahısına daxil edib.
Kamo Vardanyan 2024-cü ilin avqustunda Ermənistan müdafiə nazirinin müşaviri təyin edilib.
18-12-2025, 13:22
Hospitalda ölən əsgərlə bağlı araşdırma aparılır


Hospitalda ölən əsgərlə bağlı araşdırma aparılır

Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər Əli Vahab oğlu Cəfərovun xəstəlikdən müalicə olunduğu hospitalda bu ilin dekabr ayının 15-də ölməsi ilə bağlı araşdırma aparılır.
Bu barədə Hərbi Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, Bakı hərbi prokurorluğunun əməkdaşları tərəfindən müvafiq istintaq hərəkətləri aparılıb, ölümün səbəbinin müəyyən edilməsi məqsədilə ekspertiza təyin olunub, eləcə də digər prosessual tədbirlər icra edilib.
Faktla bağlı hazırda araşdırma davam etdirilir.
18-12-2025, 10:55
“Konstitusiya və Suverenlik ili”ndə Dövlət Başçısından humanist addım

“Konstitusiya və Suverenlik ili”ndə

Dövlət Başçısından humanist

addım


Azərbaycan dövlətçiliyinin otuz ildən artıq müddətdə taleyi dahi və uzaqgörən şəxsiyyət, xalqını, vətənini canından artıq sevən Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin rəhbərliyi ilə Azərbaycan bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından şərəflə çıxaraq sürətli inkişaf yoluna qədəm qoyub.
Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə dövlət quruculuğunda, insan hüquqları və azadlıqlarının təmin edilməsi yolunda da mühüm işlər görülüb. Onun apardığı humanist siyasət nəticəsində ölkəmizdə ölüm hökmü aradan qaldırılıb və Azərbaycanın adı Şərqdə ilk olaraq bu cəzanı ləğv edən ölkə kimi tarixə düşüb. Ümummilli Lider Heydər Əliyev tərəfindən ölkədə əfv və amnistiya institutlarının bərpa olunaraq tətbiqinə başlanılması da onun humanist siyasətinin növbəti təntənəsi olmuşdur. O vaxtdan Prezidentin müstəsna səlahiyyətlərinə aid olan əfv, habelə amnistiya aktlarının imzalanması davamlı xarakter almışdır. Belə ki, 1995-2003-cü illərdə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 32 əfv fərmanı, 7 amnistiya aktı imzalanmış, həmin dövrdə on minlərlə məhkum bağışlanaraq azadlıqdan məhrumetmə cəzasından azad edilmişdir.
Ulu Öndərin zəngin dövlətçilik ənənələrinə sədaqət Prezident İlham Əliyevin digər sahələrdə olduğu kimi, cəzaların humanistləşdirilməsi siyasətində də özünü bariz şəkildə göstərir. Belə ki, 2003-2025-ci illər ərzində Prezident İlham Əliyev 39 əfv fərmanı imzalayıb, həmin dövrdə 5 amnistiya aktı qəbul edilib.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Milli Məclisin deputatı olarkən irəli sürdüyü təşəbbüs ilə də 2007, 2009, 2013,2016-cı illərdə amnistiya aktı qəbul edilib.
Onu da qeyd edək ki, 2021-ci ildə 8 Noyabr-Zəfər Günü münasibətilə elan olunan amnistiya aktı 17 mindən artıq nəfərə şamil edilib. Ümumilikdə 1995-ci ildən etibarən qəbul edilən 12 amnistiya aktı ilə 130 mindən artıq məhkum azadlığa buraxılıb.
Bu siyasət cəmiyyətdə ictimai asayişin və əmin-amanlığın təmin olinmasına, vətəndaşla dövlət arasında münasibətlərin inkişafına böyük töhfə verir.
Dövlət başçısının siyasi fəaliyyətinin mərkəzində insan amili, vətəndaş rifahı, sosial ədalət və mərhəmət prinsipləri dayanır. Məhz bu humanist yanaşmanın nəticəsidir ki, ölkəmizdə cinayət-hüquq siyasətinin formalaşdırılmasında da humanizm əsas prinsip kimi qəbul edilib.
Bildiyimiz kimi, xalqımız üçün əlamətdar günlərdə Prezident əfv fərmanı imzalayır. Bu dəfəki Amnistiya aktı isə “Konstitusiya və Suverenlik ili”nin başa çatması ilə əlaqərdır.
15 dekabr 2025-ci ildə Prezident İlham Əliyev ümumbəşəri humanizm dəyərlərinə sadiqliyini əks etdirən mühüm qərar qəbul edərək amnistiya elan edilməsi təşəbbüsünü irəli sürüb. Amnistiya aktının miqyasına görə ölkə tarixində ən geniş amnistiyalardan biri olacağı ehtimalı onun ictimai əhəmiyyətini daha da artırır. On minlərlə insanın taleyinə müsbət təsir göstərəcək bu qərar cəmiyyətdə sosial sabitliyin və inamın möhkəmlənməsinə xidmət edir.
Amnistiya aktı tətbiq ediləcəyi şəxslərin, o cümlədən azadlıqdan məhrum etmə cəzasından azad ediləcək məhkumların sayına görə ən böyük amnistiya olacaq. Bu dəfəki amnistiya 20 mindən çox şəxsə şamil ediləcək. Anistiya tətbiq olunduğu şəxslərdən 733-ü Vətən müharibəsi iştirakçısı, 837-si qadın, 65-i yetkinlik yaşına çatmayanlardır.
İmzalanan əfv sərəncamları, qəbul edilən amnistiya aktları törətdikləri müxtəlif cinayətlərə görə azadlıqdan məhrum edilmiş məhkumların cəmiyyət üçün yararlı vətəndaşa çevrilmələri naminə yaradılmış imkanların ən ümdəsidir.
Amnistiya aktının layihəsinə əsasən Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19–20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslərin, eləcə də bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumlarının, mülki əhaliyə qarşı Ermənistan Respublikasının hərbi təxribatı nəticəsində əlil olmuş şəxslərin, habelə qadınların, 60 yaşına çatmış şəxslərin, cinayət törədərkən yetkinlik yaşına çatmayanların və digər şəxslərin cəzadan və ya cinayət məsuliyyətindən azad edilmələri nəzərdə tutulur. Bununla yanaşı, layihəyə əsasən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət, habelə ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş bir sıra şəxslər cəzadan azad ediləcək və ya cəzalarının çəkilməmiş hissəsi azaldılacaqdır.
İnanırıq ki, cəzadan azad olunmuş məhkumlar ömürlərinin qalan hissəsini qanunun aliliyinə söykənərək heç bir ciddi səhvə yol verməyəcək, bir daha cinayətə əl atmayacaqlar.

Muğan Əliyev

Abşeron rayon Vəkil bürosunun müdiri
18-12-2025, 00:47
BMT iki ölkəyə çağırış etdi


BMT iki ölkəyə çağırış etdi

“BMT Baş katib Antonio Quterreşin diqqəti ABŞ-la Venesuela arasında vəziyyətin hər hansı bir şəkildə gərginləşməsinin qarşısını almağa yönəlib”.
Bu sözləri BMT-nin sözçüsünün müavini Fərhan Haq açıqlayıb.
O bildirib ki, tərəflər BMT Xartiyasına əməl etməlidirlər.
“Biz hər hansı bir gərginləşdirici addımın qarşısını almaq istəyirik. Bu mərhələdə diplomatik əlaqələri davam etdirmək, dialoq və dinc yolla irəliləmək vacibdir”,- deyə Haq əlavə edi.
O bildirib ki, Quterreş vəziyyəti çox yaxından izləyir və müvafiq tərəflərlə əlaqə saxlayır.
18-12-2025, 00:27
PSJ Qitələrarası Kubokun qalibi oldu


PSJ Qitələrarası Kubokun qalibi oldu

FIFA-nın Qitələrarası Kubokunun qalibi bəlli olub.
Finalda Fransanın PSJ və Braziliyanın “Flamenqo” komandaları qarşılaşıblar.
Qətərin paytaxtı Doha şəhərində reallaşan görüşün əsas və əlavə vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Penaltilər seriyasında isə 2:1 hesabı ilə qalib gələn PSJ kubokun sahibi olub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!