Dünən, 18:06
Qəzzada dəhşətli fırtına - 22 bina uçdu[/color]Qəzzada güclü fırtına nəticəsində İsrail hücumları zamanı zərər görmüş 22 bina uçub.
Dağıntılar altında qalan 18 nəfər həyatını itirib.
Fələstin Mülki Müdafiə Xidmətinin açıqlamasına görə, əlverişsiz hava şəraiti 10 dekabrdan bu yana davam edir.
Qeyd edək ki, İsrail 7 oktyabr 2023-cü ildən etibarən Qəzzaya genişmiqyaslı hücumlara başlayıb. Bu hücumlar nəticəsində bölgədə minlərlə ev və mühüm infrastruktur obyektləri dağıdılıb.
Dünən, 17:54
İsraildən Livana aviazərbəİsrail Ordusu bu gün Livanın Yater şəhərinə aviazərbə endirib.
Bu barədə İsrail Ordusu məlumat yayıb.
İsrail Ordusunun gün ərzində həyata keçirdiyi iki hava hərəkatı zamanı hədəf Hizbullah silahlıları olub.
Dünən, 17:43
Rusiyanın Avropanı işğal etmək gücü yoxdur - QabbardABŞ Milli Kəşfiyyatının direktoru Tulsi Qabbard “Röyters” agentliyinin Rusiya Prezidenti Vladimir Putinin bütün Ukraynanı ələ keçirmək və keçmiş Sovet İttifaqına məxsus olan Avropanın bir hissəsini geri qaytarmaq niyyətində olduğu ilə bağlı məlumatını yalan adlandırıb.
Bu barədə Qabbard özünün X səhifəsində yazıb.
“Siz Prezident Trampın sülh səylərini əngəlləmək üçün bu yalan hekayəni təbliğ edir və insanlar arasında isterika və qorxu yaradırsınız. NATO və AB-nin əslində istədiyi budur ki, ABŞ ordusunu birbaşa Rusiya ilə müharibəyə cəlb etsin.
Son bir neçə ildə Rusiyanın döyüş meydanındakı performansı, onun hazırda bütün Ukraynanı, xüsusən də Avropanı işğal etmək qabiliyyətinə malik olmadığını göstərir”, - o qeyd edib.
Dünən, 17:30
Bakıda ağır qəza - 19 yaşlı gənc öldüSabunçu rayonu, Kürdəxanı qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib, 19 yaşlı gənc ölüb.
Belə ki, 77-GK-835 dövlət nömrə nişanlı “Hammer” və 99-TY 561 dövlət nömrə nişanlı “Opel” markalı minik avtomobilləri toqquşub.
Hadisə nəticəsində “Opel” avtomobilində olan 19 yaşlı sərnişinin öldüyü bildirilir, xəsarət alan var.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Araşdırma aparılır.
Dünən, 17:17
]Naxçıvanda ər və arvad dəm qazından boğulduNaxçıvanda ər və arvad dəm qazından boğularaq ölüb.
Hadisə Babək rayonun Hacıvar kəndində qeydə alınıb.
Belə ki, 1996-ci il təvəllüdlü Altay Cəfərov və 1998-ci il təvəllüdlü həyat yoldaşı Səmənnaz Cəfərova dəm qazından boğularaq ölüb.
Faktla bağlı Babək rayonun Prokrorluğunda araşdırma aparılır.
Dünən, 16:42
Ukrayna ordusu cəbhəboyu müdafiə qurğuları inşa edirUkraynanın Dövlət Xüsusi Nəqliyyat Xidməti (GSSN) bütün cəbhəboyu müdafiə qurğuları inşa edir.
Bu barədə Ukraynanın müdafiə naziri Denis Şmıqal məlumat yayıb.
Onun sözlərinə görə, işlər Zaporoje, Sum, Xarkov, Çerniqov, Kiyev vilayətlərində və Donetskin Kiyevin nəzarətindəki hissələrində aparılır.
Dünən, 16:15
Vergi orqanlarında işləmək istəyənlər imtahan verdilərDövlət İmtahan Mərkəzi (DİM) İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə birgə 2025-ci il dekabrın 21-də vergi orqanlarına işə qəbul olunmaq istəyən namizədlər üçün test imtahanı keçirib.
Bu barədə DİM-dən bildirilib.
İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahan keçirilən binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub.
İmtahanların idarə olunmasına 10 ümumi imtahan rəhbəri, 28 imtahan rəhbəri, 221 nəzarətçi və 30 buraxılış rejimi əməkdaşı (mühafizə) cəlb olunub.
Dekabrın 22-dən etibarən DİM-də imtahan protokolları və cavab kartlarının emalı aparılacaq.
İmtahan nəticələri yaxın 2-3 gün ərzində elan olunacaq.
Dünən, 15:46
Külli miqdarda tibbi vasitələrin qanunsuz yolla gətirilməsinin qarşısı alındı
Balakən Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində külli miqdarda dərman və tibbi vasitələrin qanunsuz yolla Azərbaycana gətirilməsinin qarşısı alınıb.
Bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib.
Mazımqara gömrük postunda Türkiyədən Azərbaycana günəbaxan yağı yükü gətirən nəqliyyat vasitəsinə stasionar rentgen qurğusu vasitəsilə baxış keçirilib və monitorda şübhəli təsvirlər müşahidə olunduğundan yükə gömrük yoxlaması tətbiq edilib.
Yoxlama zamanı gömrük orqanına bəyan edilməyən 83 min ədəd dərman və tibbi vasitələr aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
Dünən, 15:33
Amnistiya aktının icrasına başlanılır - ŞAD XƏBƏRSabah Amnistiya aktının icrasına başlanılır.
Dekabrın 19-da Milli Məclis “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” qərar qəbul edib.
Parlament Azərbaycan Prezidenti İlham Əliyevin amnistiya elan olunması təşəbbüsü əsasında belə qərar qəbul edib.
Dekabrın 22-dən Amnistiya aktının icrasına başlanılacaq.
Dünən, 15:24
Rusiya Donetski vurdu - Ölən və yaralılar varUkraynanın Donetsk bölgəsində son 24 saat ərzində Rusiya ordusunun endirdiyi zərbələr nəticəsində bir nəfər ölüb, daha dörd sakin yaralanıb.
Bu barədə Donetsk regional hərbi administrasiyasının rəhbəri Vadim Filaşkin məlumat verib.
O, telegramda yazıb: "Rusiya hərbi qüvvələrinin hərəkətləri nəticəsində Donbasın bir sakini Drujkovkada həlak olub. Son 24 saat ərzində bölgədə daha dörd nəfər yaralanıb".