Bakıdakı sürücülərin nəzərinə! .....                        İsrail zərbə endirdi .....                        Paşinyan İlham Əliyevə təşəkkür etdi .....                        Putin liderlərlə bir araya gəldi .....                        Bəzi təkliflərdən sonra futbolçuların başı gedir - Qurban Qurbanov .....                        Ukraynadan qaçan biznesmen bu ölkədə tapıldı .....                        Azərbaycana QIŞ GƏLDİ .....                        Kolumbiyada zənginlərdən əlavə vergilər alınacaq .....                        Bu suallar Putinin xoşuna gəlmədi .....                       
Dünən, 15:10
Peşəkar mühasib sertifikatı imtahanının II mərhələsi keçirilir


Peşəkar mühasib sertifikatı imtahanının II mərhələsi keçirilir

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 21 dekabr 2025-ci il tarixində peşəkar mühasib sertifikatı imtahanının II mərhələsi (qanunvericilik üzrә) keçirilir.
Bu barədə DİM-dən bildirilib.
İmtahan elektron formada Bakı və Naxçıvan şəhərlərində təşkil olunub. İmtahanın keçirilməsi üçün 4 ümumi imtahan rəhbəri, 13 zal admini, 76 nəzarətçi, 13 buraxılışı rejimi əməkdaşı (mühafizə) cəlb olunub.
Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS, Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS imtahanı saat 11:00-da başlanıb və 3 saat davam edib.
İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – I, II səviyyə PMS imtahanı isə saat 16:00-da başlayacaq.
Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda qapalı tipli tapşırıqların nəticələri ilə tanış olmaq imkanına malik olurlar.
Yekun imtahan nəticələri yazılı cavab tələb edən tapşırıqların yoxlanılması ilə əlaqədar 6 həftədən sonra elan olunacaq.
Dünən, 14:55
Muslera tarix yazdı


Muslera tarix yazdı

"Qalatasaray”ın keçmiş qapıçısı Fernando Muslera yeni komandası - Argentinanın “Estudiantes” klubunda növbəti uğuruna imza atıb.
Təcrübəli qapıçı son bir həftə ərzində iki fərqli turnirdə kubok qazanaraq karyerasına daha bir titul əlavə edib.
“Estudiantes” Argentina Çempionlar Kubokunun finalında “Platense” ilə qarşılaşıb. Görüş Musleranın komandasının 2:1 hesablı qələbəsi ilə başa çatıb və kubok “Estudiantes”in muzeyinə aparılıb.
Matçın gedişi isə olduqca dramatik alınıb. “Estudiantes” 51-ci dəqiqədə Zapiolanın qolu ilə hesabda geri düşüb. İlk hissə bu nəticə ilə yekunlaşıb. Qarşılaşmanın son dəqiqələrində isə səhnəyə Lukas Alario çıxıb. Hücumçu 79-cu dəqiqədə hesabı bərabərləşdirib, 90-cı dəqiqədə vurduğu qolla komandasına möhtəşəm geridönüş və çempionluq qazandırıb.
Qeyd edək ki, “Estudiantes” bundan bir həftə əvvəl, dekabrın 14-də Argentina Liqasının 2-ci mərhələsinin finalında “Rasinq Klub”u məğlub edərək çempion olmuşdu.
Dünən, 14:43
Magistral yollarda görmə məsafəsi məhdudlaşacaq


Magistral yollarda görmə məsafəsi məhdudlaşacaq

Azərbaycanın avtomobil yollarında vəziyyət açıqlanıb.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Dekabrın 22-də gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarının görünüş məsafəsinin 500-1000 m-dək məhdudlaşacağı ehtimalı var.
Dünən, 14:24
Coşqun Rəhimova ağır itki


Coşqun Rəhimova ağır itki

Azərbaycanın əməkdar artisti Coşqun Rəhimovun atası Allahverdi Rəhimov 82 yaşında dünyasını dəyişib.
Aktyorun atası bu gün xərçəng xəstəliyindən vəfat edib.
Allah rəhmət eləsin!
Dünən, 13:56
Tailandın Kamboca ilə atəşkəs şərti


Tailandın Kamboca ilə atəşkəs şərti

Tailand Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) xarici işlər nazirlərinin Kuala-Lumpurda keçirilən xüsusi görüşünün ardından Kamboca ilə sərhəd münaqişə zonasında atəşkəs rejiminin tətbiq edilməsi ehtimalını istisna etmir.
Bu barədə Tailandın Birgə Mətbuat Mərkəzinin Kamboca ilə sərhəddəki vəziyyətlə bağlı yaydığı və Krallığın Silahlı Qüvvələri və Xarici İşlər Nazirliyinin nümayəndələrinin də daxil olduğu bəyanatda bildirilir.
"Atəşkəs yalnız əsasən Tailand ordusunun vəziyyətin qiymətləndirilməsinə əsaslandığı təqdirdə əldə edilə bilər. Toqquşmaları başladan tərəf Kamboca olduğundan, əvvəlcə o, atəşkəs əldə etmək istəyindəki səmimiliyini açıq şəkildə nümayiş etdirməlidir. Tailand lap əvvəldən həqiqi və davamlı sülh görmək istəyini ifadə edib, lakin bu, vətəndaşlarının təhlükəsizliyini və əmin-amanlığını təmin etməlidir. Buna görə də, Tailand bu görüşdə sərhəd boyunca gərginliyin azaldılmasına dair yanaşmaların müzakirə edilməsi imkanını təmin etmək üçün Kambocadan əsl səmimiyyətin açıq şəkildə nümayiş etdirilməsini istəyir", - deyə bəyanatda vurğulanıb.
Malayziyanın Baş naziri Ənvər İbrahimin təşəbbüsü ilə ASEAN xarici işlər nazirlərinin xüsusi görüşü 22 dekabrda Kuala-Lumpurda keçiriləcək.
"Bu görüş həm Tailand, həm də Kambocanın mövqelərini və fikirlərini eşitmək, eləcə də iki ölkənin sərhədi boyunca gərginliyin azaldılması üçün mümkün yanaşmaları müzakirə etmək üçün fürsət yaradacaq", - deyə Tailand mətbuat mərkəzi vurğulayıb.
Dünən, 13:10
Təsadüfən maşınla vurduğu övladı öldü


Təsadüfən maşınla vurduğu övladı öldü

Rusiyada azərbaycanlı sürücü oğlunu təsadüfən avtomobillə vuraraq öldürüb.
Hadisə Dağıstanda qeydə alınıb.
Beynəlxalq yükdaşımaları həyata keçirən Sabirabad rayonunun Çağırğan kənd sakini Şamil Şirinov idarə etdiyi TİR tipli yük avtomobilini arxaya verərkən 37 yaşlı oğlu Şirinov Camil Şamil oğlu iki avtomobilin arasında qalaraq faciəli şəkildə ölüb.
Şamil Şirinov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Qeyd edək ki, ata və oğul hər ikisi beynəlxalq yükdaşıma həyata keçiriblər. Qəza zamanı onlar istirahət etmək üçün dayanıblarmış.
Faktla bağlı araşdırma aparılır.
Dünən, 12:46
Sabahın havası


Sabahın havası

Dekabrın 22-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Ayın 21-dən 22-nə keçən gecə bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 3-6° isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-85%, gündüz 60-65 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-13° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 3-8° isti olacaq.
Dünən, 12:12
ABŞ ədalətli razılaşmaya hazır deyil - Abbas Əraqçi


ABŞ ədalətli razılaşmaya hazır deyil - Abbas Əraqçi

"ABŞ İranla ədalətli razılaşmaya hazır deyil".
İranın xarici işlər naziri Abbas Əraqçi bunu "Russia Today"ə verdiyi müsahibədə bildirib.
Bu kontekstdə o, Vaşinqtonun həddindən artıq tələblərini və Qərbin İranın ideyalarını rədd etməsini misal gətirib:
"Hər şey onların danışıqların diktələrdən fərqli olduğunu başa düşüb-düşməmələrindən asılıdır. Danışıqlar yolu ilə əldə edilən ədalətli və balanslı bir razılaşmaya hazırıq, amma diktələri qəbul etməyə hazır deyilik. Yaxşı ideyalar təklif etdik, amma hamısı rədd edildi. Bundan sonra belə bir nəticəyə gəldik ki, kifayətdir. Onlar ədalətli bir razılaşmaya hazır deyillər".
İran xarici işlər naziri əlavə edib ki, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffla da əlaqələr kəsilib.
"Reallıq budur ki, mən Stiv Uitkoffla əlaqə saxlayırdım və onunla İranın nüvə proqramı ilə bağlı müzakirələr aparırdım, amma bir neçə ay əvvəl bu əlaqələri bitirmək qərarına gəldik. Beş raund danışıqlarımız oldu və hətta altıncı raundu 15 iyuna təyin etdik, amma bundan iki gün əvvəl İsrail bizə hücum etdi və sonra ABŞ da qoşuldu".
Dünən, 11:34
Tərtərdə kanalda batan şəxsin kimliyi bilindi


Tərtərdə kanalda batan şəxsin kimliyi bilindi

Tərtərdə suvarma kanalında batan şəxsin kimliyi məlum olub.
Tərtər şəhər sakini, 1938-ci il təvəllüdlü Solmaz Fərzəliyevanın suvarma kanalında batması ehtimal edilir.
Bu barədə yaxınları tərəfindən Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat verilib. Hazırda FHN-nin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

***

11:23

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Tərtər şəhərində suvarma kanalında 1 nəfərin batması barədə ilkin məlumat daxil olub.
Bu barədə FHN-dən xəbər verilib.
Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Əlavə məlumat veriləcək.
Dünən, 10:56
Keçmiş prezident xəstəxanaya yerləşdirildi


Keçmiş prezident xəstəxanaya yerləşdirildi

Argentinanın ev dustaqlığında olan keçmiş prezidenti Kristina Fernandes de Kirşner qarın nahiyəsində ağrı ilə xəstəxanaya aparılıb.
Bu barədə "La Nacion" qəzeti mənbələrə istinadən məlumat yayıb.
Mənbələrin məlumatına görə, çağırışa gələn həkimlər keçmiş dövlət başçısını korrupsiyaya görə cəzasını çəkdiyi mənzildə müayinə ediblər və onu xəstəxanaya yerləşdirmək qərarına gəliblər. Fernandes de Kirşnerə xəstəxanada appendisit diaqnozu qoyulub. O, əməliyyat olunub.
Fernandes de Kirşner 2007-ci ilin dekabrından 2015-ci ilin dekabrına qədər Argentinanın Prezidenti olub. O, 2019-cu ildən 2023-cü ilə qədər vitse-prezident vəzifəsində çalışıb.
2022-ci ilin dekabrında məhkəmə onu Santa Kruz əyalətindəki infrastruktur layihələri ilə bağlı korrupsiyaya görə altı il müddətinə azadlıqdan məhrum edib.
İttiham tərəfi hesab edir ki, cinayət sövdələşməsi nəticəsində müqavilələrin əksəriyyəti çirkli pulların yuyulmasında məhkum olunmuş iş adamı Lasaro Baesə məxsus şirkətlərə verilib. Keçmiş dövlət başçısı təqsirini inkar edir və özünü siyasi təqiblərin qurbanı sayır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!