“Qarabağ” güclü komandadır və asan rəqib deyil .....                        Son 10 gündə ikinci əfv fərmanı .....                        Sabah şansımız var - Qurban Qurbanov .....                        “Qiyamət Saatı”nın əqrəbləri dörd saniyə irəli çəkildi .....                        Bayden sükutu pozdu: Trampı tənqid etdi .....                        Azərbaycanda qəribə toy: gəlin onlayn qoşuldu - VİDEO .....                        Baş nazir Bakı buxtası ilə bağlı iclas keçirdi .....                        Ləğv edilən vəzifələrin yerinə bu ştatlar yaradıldı .....                        Sahibə Qafarova Əbu-Dabidə Forumunda .....                       
30-12-2025, 18:25
Vardanyanın məhkəməsi təxirə salındı


Vardanyanın məhkəməsi təxirə salındı

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə dekabrın 30-na təyin olunmuş məhkəmə prosesi qeyri-müəyyən müddətədək təxirə salınıb.
Buna səbəb həmin cinayət işi üzrə hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət məhkəmə heyətinin (ehtiyat hakim Günel Səmədova) digər iş (15 nəfər Ermənistan vətəndaşının barəsində cinayət işi) üzrə məhkəmə iclasında müşavirəyə getməsidir.
Beləliklə, R.Vardanyanın barəsində cinayət işi üzrə növbəti məhkəmə iclası məhkəmə heyəti müşavirədən qayıdandan sonra keçiriləcək.
Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.
30-12-2025, 17:55
Putin İran prezidenti ilə bu məsələləri müzakirə edib


Putin İran prezidenti ilə bu məsələləri müzakirə edib

İran Prezidenti Məsud Pezeşkian rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı aparıb.
Kremlin mətbuat xidmətinin verdiyi məlumata görə, prezidentlər "enerji və nəqliyyat infrastrukturu da daxil olmaqla müxtəlif sahələrdə Rusiya-İran əməkdaşlığının daha da gücləndirilməsi" barədə fikir mübadiləsi aparıblar.
Bəyanatda vurğulanır ki, "İranın nüvə proqramı ilə bağlı vəziyyət də müzakirə olunub".
"Pezeşkyan Putini qarşıdan gələn Yeni il münasibətilə səmimi qəlbdən təbrik edib. Öz növbəsində, Rusiya lideri İranın bu yaxınlarda keçirilən milli bayramı münasibətilə İslam Respublikasının rəhbərliyinə və xalqına ən xoş arzularını çatdırıb", - Kreml əlavə edib.
30-12-2025, 17:52
Binəqədidə yol hərəkətində dəyişiklik edildi - Yeni işıqforlar quraşdırıldı


Binəqədidə yol hərəkətində dəyişiklik edildi - Yeni işıqforlar quraşdırıldı

Bakının Binəqədi rayonu, Yəhya Hüseynov və Rəşid İsmayılov küçələrinin kəsişməsində yol hərəkətində dəyişiklik edilib, yeni svetoforlar quraşdırılıb.
Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Bildirilib ki, yeni svetofor hərəkətin daha təhlükəsiz və nizamlı təşkilinə, yolayrıcında hərəkət intensivliyinin optimallaşdırılmasına imkan verəcək.


30-12-2025, 17:45
Pezeşkian etirazçıların tələbləri ilə razılaşıb


Pezeşkian etirazçıların tələbləri ilə razılaşıb

İran prezidenti Məsud Pezeşkian ölkədəki etiraz aksiyalarını sakitləşdirməyə çalışır.
O, büdcə problemlərinin həll olunmasına vəd verərək, etirazları sakitləşdirməyə çalışır.
Pezeşkian vergi artımlarını yenidən nəzərdən keçirəcəyinə söz verib. O, etirazçıların qanuni tələblərini etiraf edib və əhalinin alıcılıq qabiliyyətinin qorunmasının prioritet olduğunu bildirib.
Bunun üçün Pezeşkian büdcədə dəyişikliklər etməyə hazırdır: vergi endirimləri, əmək haqqının artırılması və daha hədəflənmiş subsidiyalar.
Bahalaşma və əmək haqqı azlığına etirazlardan sonra Mərkəzi Banka yeni rəhbərin təyin edilməsindən sonra rial qismən düşüşünü bərpa edib.
30-12-2025, 17:40
Polis qanunsuz saxlanılan odlu silah-sursat aşkarladı


Polis qanunsuz saxlanılan odlu silah-sursat aşkarladı

Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
DİN-dən bildirilib ki, dekabrın 26-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 1 tapança, 4 tüfəng və 25 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
30-12-2025, 17:24
Türkiyə sənayesinin uğuru: NATO-ya texnologiya ixrac edir


Türkiyə sənayesinin uğuru: NATO-ya texnologiya ixrac edir

Türkiyənin ilk milli təlim təyyarəsi olan HÜRJET-in İspaniyaya satışına dair müqavilə son 20 ildə müdafiə sənayesi və yüksək texnologiya sektorunda əldə etdiyimiz irəliləyişin mühüm göstəricisidir.
Bunu Türkiyənin Müdafiə Sənayesi Baş İdarəsinin (SSB) sədri Haluk Görgün bildirib.
O, HÜRJET-in 30 ədədlik satışına dair İspaniya ilə 2,6 milyard avroluq müqavilə imzalanmasını Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında həyata keçirilən dövlət siyasətinin uğurlu nəticəsi adlandırıb.
Görgün, Türkiyə müdafiə sənayesində yerli istehsal nisbətinin 82-83 faizə çatdığını qeyd edərək, "Bu ixracat öz orijinal dizaynımızla istehsal etdiyimiz və inkişaf etdirdiyimiz bir məhsulla gəldi. TUSAŞ ilə yanaşı, bu uğurlu məhsulun yaradılmasına töhfə verən təxminən 200 şirkət var. Onların hər biri ciddi məsuliyyətlər götürdü və onları ən yaxşı şəkildə yerinə yetirərək, dünyada ehtiyac duyulan döyüş təlim təyyarəsi hazırladı" dedi.
Görgün, TUSAŞ-ın əvvəllər Türkiyənin ehtiyacları üçün HÜRJET təyyarələri üçün sifarişlər aldığını və istehsalının davam etdiyini izah etdi. O, həmçinin oxşar istəkləri dost və müttəfiq ölkə, Avropa Birliyi və NATO-dan aldıqlarını bildirdi.
"Belə bir yüksək texnologiyalı məhsulu müttəfiqimiz İspaniyaya, Avropa Birliyinə və NATO ölkəsinə ixrac etməkdən məmnunuq və məmnunuq. Bu müqavilə sadəcə təlim təyyarəsi müqaviləsi deyil. Bu, yerüstü sistemlər, simulyasiya sistemləri, texniki xidmət sistemləri və əməkdaşlıq modeli daxil olmaqla bir çox yenilikləri əhatə edən hərtərəfli bir müqavilədir. Bu müqavilə əhəmiyyətlidir, çünki İspaniya ilə müdafiə sənayesi və yüksək texnologiya sahəsində əməkdaşlığımızın böyüməyə və güclənməyə davam edəcəyini göstərir. Bu baxımdan, təyyarəmizi seçdikləri üçün İspaniya Milli Müdafiə Nazirliyinə və Hərbi Hava Qüvvələri Komandanlığına təşəkkür etmək istərdim."
30-12-2025, 17:18
Tovuzda iki maşın toqquşdu - Yaralanan var


Tovuzda iki maşın toqquşdu - Yaralanan var

Tovuzda yol-nəqilyyat hadisəsi baş verib.
Hadisə şəhərin Həzi Aslanov küçəsi ilə Nizami küçəsinin kəsişməsində qeydə alınıb
Ağstafa sakini Kənan Salahov idarə etdiyi “Opel” markalı avtomobillə diqqətsizlikdən baş yola çıxarkən hərəkətdə olan “VAZ -2104” markalı avtomobillə toqquşub.
Zərbənin gücündən “Opel” piyda səkisinə çırpılıb. Hadisə nəticəsində “VAZ -2104” markalı avtomobilin sürücüsü 47 yaşlı rayon sakini Rauf Sadıqov xəsarət alıb.
Yaralı xəstəxanaya yerləşdirilib. Hazırda onun vəziyyəti stabil qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
30-12-2025, 17:12
Bakıda iki küçədə nəqliyyat infrastrukturu təkmilləşdirildi


Bakıda iki küçədə nəqliyyat infrastrukturu təkmilləşdirildi

Bakının Xətai rayonunun Süleyman Vəzirov küçəsində hərəkətin təhlükəsizliyinin yüksəldilməsi və nəqliyyat axınının daha səmərəli təşkili məqsədilə kompleks tədbirlər həyata keçirilib.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Məlumata görə, küçə boyu yol nişanları və nişanlanma xətləri normativ tələblərə və standartlara əsasən yenidən təşkil olunub.
Bakı Avropa Liseyinin yerləşdiyi ərazidə maksimal sürət həddi saatda 30 kilometr, küçə boyunca isə saatda 40 kilometr müəyyən edilib.
Eyni zamanda, Süleyman Vəzirov küçəsinin Babək prospekti ilə kəsişməsində hərəkət sxemi optimallaşdırılıb. Belə ki, Süleyman Vəzirov küçəsindən Məşədi Hilal Kazımov küçəsi istiqamətində düzünə, Süleyman Vəzirov küçəsindən şəhər mərkəzi istiqamətində isə sola hərəkətə imkan yaradılıb. Xaqani Rüstəmov küçəsində təmir işləri aparıldığı nəzərə alınaraq, Süleyman Vəzirov küçəsindən şəhər mərkəzi istiqamətində yeni alternativin yaradılması xüsusi əhəmiyyət kəsb edir. Ərazidə quraşdırılan işıqforlar hazırda test rejimində fəaliyyət göstərir.
Beləliklə, Ağ Şəhər ərazisinə giriş-çıxış üçün daha rahat alternativ marşrutlar formalaşdırılıb, nəqliyyat axınlarının paylanması yaxşılaşdırılıb, pik saatlarda Babək prospektində yaranan geriyə dönmə yerlərində yüklənmənin azalmasına şərait yaradılıb.
Digər layihə çərçivəsində Biləcəri qəsəbəsinin Rəşid İsmayılov və Yəhya Hüseynov küçələrinin kəsişməsində yol hərəkəti yenidən təşkil edilib. Artıq sözügedən yol kəsişməsində hərəkət işıqforla nizamlanır. Yəhya Hüseynov küçəsindən və yaxınlıqdakı yaşayış kompleksindən hərəkət edən nəqliyyat vasitələri yol ötürücüsünün altında yerləşən geriyədönmə yerindən istifadə etməklə paytaxt istiqamətində hərəkət edə bilirlər. Layihəyə uyğun olaraq, ərazidə təhlükəsizlik adacıqları tikilərək hərəkət kanallaşdırılıb, kəsişmənin hüdudları boyunca piyadaların rahat və təhlükəsiz hərəkəti üçün nizamlanan piyada keçidləri təşkil olunub. Eyni zamanda, avtobus dayanacaq məntəqələrinin yeri optimallaşdırılıb, yeni yol nişanları quraşdırılıb, nişanlanma xətləri təşkil edilib.
Qeyd edək ki, layihənin icrasından əvvəl Yəhya Hüseynov küçəsindən, eləcə də yaxınlıqda yerləşən yaşayış kompleksindən paytaxt istiqamətində getmək istəyən sürücülər Bakı-Sumqayıt şosesindən istifadə etməklə, “Ekologiya postu”nun yaxınlığında yerləşən yol qovşağından geriyə dönərək hərəkət etmək məcburiyyətində qalırdılar. Bu da 3 km-dən çox izafi nəqliyyat yürüşünə, səyahət müddətinin artmasına və yol qovşağının əlavə yüklənməsinə gətirib çıxarırdı. Bununla yanaşı, kəsişmədə piyada və yol hərəkətinin təhlükəsizliyi arzuolunan səviyyədə deyildi.
30-12-2025, 17:00
“Azərenerji” elektrik xəttinə 24,6 milyon ayırdı


“Azərenerji” elektrik xəttinə 24,6 milyon ayırdı

330 kV-luq "Ağbənd-Ordubad" elektrik verilişi xəttinin (EVX) çəkilişinə və metal dayaqların satın alınmasına sərf olunacaq vəsaitin həcmi açıqlanıb.
Bu barədə “Azərenerji” ASC-dən məlumat əldə edib.
Məlumata görə, “Azərenerji” metal dayaqları Türkiyənin “Mitaş Endüstri Sanayi Tic.A.Ş” şirkətindən alır. Bununla bağlı 6.516 milyon manat dəyərində müqavilə bağlanılıb.
Bundan əlavə, “Azərenerji” 330 kV-luq "Ağbənd-Ordubad" elektrik verilişi xəttinin çəkilişini isə "Azenco" şirkətinə həvalə edib və onunla isə 18.1 milyon manat dəyərində müqavilə imzalayıb.
30-12-2025, 16:56
Həbsdə olan sabiq icra başçısı AZADLIĞA ÇIXDI


Həbsdə olan sabiq icra başçısı AZADLIĞA ÇIXDI

Neftçalanın sabiq icra başçısı İsmayıl Vəliyev azadlığa buraxılıb.
Amnistiya aktı ona da şamil edilib.
İ.Vəliyev saxlanıldığı cəzaçəkmə müəssisəsindən azadlığa çıxıb.
Xatırladaq ki, Neftçalanın eks-icra başçısı İsmayıl Vəliyev mənimsəmə və rüşvət almaqda təqsirli bilinərək 6 il 2 ay azadlıqdan məhrum edilmişdi. Onun çəkilməmiş 4 ay cəza müddəti qalmışdı.
Bir neçə gün əvvəl hazırladığımız yazımızda həbsdəki icra başçılarından yalnız İ.Vəliyevin amnistiyaya düşə biləcəyini bildirmişdik.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!