Zelenskinin yeni "sağ qolu" kim olacaq? .....                        MDB liderləri bu ölkədə görüşəcək .....                        ABŞ iki od arasında .....                        Hər zaman həmrəy olaq! .....                        İranda etirazlar - minlərlə insan ayağa qalxdı .....                        Zəngəzur dəhlizi dünyanın ən yüksək tutumlu ticarət yolu olacaq .....                        ABŞ Ukraynaya qoşun yeridəcək? - Zelenskidən cavab .....                        Ərəb ölkəsi Yəməndə əməliyyatı dayandırır .....                        Bəşər Əsədin fotosu silindi .....                       
28-12-2025, 16:04
Milli Qəhrəmanın anası vəfat etdi


Milli Qəhrəmanın anası vəfat etdi

Azərbaycanın Milli Qəhrəmanı Şükür Həmidovun anası Şərqiyə Həmidova 86 yaşında dünyasını dəyişib.
Mərhum uzun müddət şəkər və təzyiq xəstəliklərindən əziyyət çəkib. Şərqiyə Həmidova bu gün Sumqayıt şəhərində dəfn olunub.
Allah rəhmət eləsin.
28-12-2025, 15:54
Bakıda avtoxuliqanlıq edən sürücü həbs edildi


Bakıda avtoxuliqanlıq edən sürücü həbs edildi

Bakı Şəhər DYP İdarəsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını kobud şəkildə pozub avtoxuliqanlıq edərək digər hərəkət iştirakçılarının həyat və sağlamlığına real təhlükə yaradan "Tofaş" markalı 99-KG-772 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Asif Abbaszadə saxlanılıb.
Bu barədə DİN-in Mətbuat xidmətindən bildirilib.
Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə sürücü A.Abbaszadənin nəqliyyat vasitəsini idarəetmə hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 30 gün inzibati qaydada həbs edilib.
28-12-2025, 15:25
Keçmiş arvadı Ağadadaş Ağayevi məhkəməyə verdi


Keçmiş arvadı Ağadadaş Ağayevi məhkəməyə verdi

Xalq artisti Ağadadaş Ağayevin keçmiş xanımı məhkəməyə üz tutub.
Lalə Əliyeva sənətçi ilə boşandıqdan sonra 2018-ci ildə tərəflər arasında bağlanılan barışıq sazişinin etibarsız hesab edilməsini istəyib.
Əliyeva iddia ərizəsində qeyd edib ki, o, Ağadadaş Ağayevlə boşandıqdan sonra birgə nikah dövründə olan əmlakın bölünməsi ilə əlaqədar məhkəməyə müraciət edib. O, xalq artistinə qarşı iddia qaldıraraq, "Büsat" şadlıq sarayının, "Vüsal" kafesinin, eləcə də idman kompleksinin birgə nikah dövründə əldə olunduğundan bölünməsini məhkəmədən xahiş edib.
Tərəflər arasında 7 il öncə təsdiqlənən barışıq sazişinə əsasən Lalə Əliyeva Mərdəkanda yerləşən villadan, eyni zamanda digər əmlak hüquqlarından imtina edib, Ağadadaş Ağayev isə bankdan götürülən 86 716 ABŞ dollar və 14 299 manat kredit borclarını ödəməyi öz üzərinə götürüb. Sənətçi eyni zamanda Mərdəkandakı villada olan hüquqlarından imtina edəcəyini bildirib.
Lalə Əliyeva bildirib ki, dəyəri milyonlarla ölçülən Mərdəkandakı fərdi yaşayış evi uzun illər əvvəl qızlarına alınıb və qızlarının doğum günündə - 2003-cü il tarixdə hədiyyə olaraq evin təməli atılıb:
"2018-ci ildəki məhkəmə prosesində Ağadadaş Ağayev təklif etdi ki, kredit borcunu ödəsin və ev banka keçməsin. Dedi ki, onsuz da bu bağ evi qızlarımındır. Amma bildirdi ki, hansısa sənədləşmə və kredit işləri ilə əlaqədar onun adına olması lazımdır, yaxın gələcəkdə qızlarına bağışlayacağını, digər əmlakları isə bütün övladları arasında ədalətli şəkildə böləcəyini bildirdi. Mən də Ağadadaş Ağayevin vədlərinə inanaraq barışıq sazişini imzalamağa məcbur oldum".
Lalə Əliyevanın sözlərinə görə, o, barışıq sazişinə öz sərbəst iradəsinin əleyhinə olaraq birinci qrup əlil qızı, nəvələri və böyük bir ailə ilə evsiz-eşiksiz qalmamaq üçün, eyni zamanda qarşı tərəfin yalan vədlərinə aldanaraq imza atıb:
"Lakin qərardadın qəbulundan xeyli vaxt keçməsinə baxmayaraq, Ağadaş Ağayev verdiyi vədlərin heç birinə əməl etmədi. Əksinə gələcəkdə qızına verəcəyini vəd etdiyi bağ sahəsini indiki həyat yoldaşının adına keçirib. Ağlıma gəlməzdi ki, qızımın atası ona məxsus bağ sahəsini yeni həyat yoldaşına bağışlayacaq".
Xalq artistinin keçmiş xanımı yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmədən 2018-ci il tarixli qərardad ilə təsdiq edilmiş barışıq sazişinin etibarsız hesab edilməsini xahiş edib.
Məhkəmə isə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edib ki, iddia tələbləri təmin edilməməlidir.
Belə ki, tərəflər arasında bağlanılmış barışıq sazişində Lalə Əliyeva Mərdəkandakı bağ evi üzərində Ağadadaş Ağayevin xüsusi mülkiyyət hüqunu tanıyıb və keçmiş ərinin xeyrinə evdən imtina edib. Odur ki, bu saziş əsasında qəbul edilən məhkəmə qərardadı fərdi yaşayış evinə dair çıxarışın verilməsi üçün əsasdır.
Qeyd edək ki, məhkəmə prosesində nə Ağadadaş Ağayevin özü, nə də nümayəndəsi iştirak edib. Məhkəmə onların iştirakı olmadan prosesə baxılmasını mümkün hesab edib.
28-12-2025, 15:16
Türkiyədə jurnalist və sosial media fenomeni də saxlanıldılar


Türkiyədə jurnalist və sosial media fenomeni də saxlanıldılar

İstanbul Respublika Baş Prokurorluğu tərəfindən məşhurlara qarşı aparılan genişmiqyası narkotik əməliyyatları çərçivəsində daha iki tanınmış sima saxlanılıb.
Bu gün səhər saatlarında keçirilmiş əməliyyat zamanı "HaberTürk" telekanalının keçmiş baş direktoru və jurnalist Veysi Ateş və sosial media fenomeni Taner Çağlı polis tərəfindən saxlanılıblar.
Qeyd edilir ki, sözügedən əməliyyat çərçivəsində bu günə kimi 23 nəfər həbs edilib.
28-12-2025, 15:01
Yollar dumanlı olacaq, buz bağlayacaq


Yollar dumanlı olacaq, buz bağlayacaq

Avtomobil yollarında vəziyyət açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, dekabrın 29-da gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi ərazilərdə dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarının görünüş məsafəsinin 500-1000 m-dək məhdudlaşacağı gözlənilir.
Gecə bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var.
28-12-2025, 14:36
Litvada fırtına - Minlərlə insan işıqsız qaldı


Litvada fırtına - Minlərlə insan işıqsız qaldı

Küləkli hava Litvanın 7 mindən çox istehlakçısını elektrik enerjisiz qoyub, hava şəraiti səbəbindən Klaypeda dövlət dəniz limanında gəmilərin hərəkəti məhdudlaşdırılıb.
Bu barədə Hidrometeoroloji Mərkəzin nümayəndəsi Yan Vaytkevic LRT milli radiosunun efirində bildirib.
"Gecədən sonra 5,5 min istehlakçı işıqsız qalıb. Lakin səhər də təbiət sakitləşməyib, qasırğa həddində olan külək əsməyə davam edib. Zərər çəkmiş istehlakçıların sayı 7,1 minə çatıb", - o qeyd edib.
Küləyin sürəti saniyədə 31 metrə çatıb. Qasırğa ölkənin qərb hissəsinə güclü zərbə vurub. Klaypeda dəniz limanının rəhbərliyi gəmilərin hərəkətini məhdudlaşdırmağa məcbur olub. Dalğaların hündürlüyü 5 metri keçib.
28-12-2025, 14:22
Ağdərədə yollar xüsusi texnikalarla təmizlənir


Ağdərədə yollar xüsusi texnikalarla təmizlənir

Ağdərə rayonuna güclü qar yağıb.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, intensiv qar yağışı bəzi istiqamətlərdə hərəkətdə qismən çətinliklər yaratsa da xidmətin balansında olan xüsusi texnikalar vasitəsilə avtomobil yolları operativ şəkildə qardan təmizlənib. Yol infrastrukturu nəzarətdə saxlanılır, hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə yollara qum və buz əleyhinə maddələr səpilib.
Görülən tədbirlər nəticəsində avtomobillərin hərəkəti tam təmin olunub. Mövcud hava şəraitinə baxmayaraq, rayon ərazisində elektrik enerjisi, təbii qaz və içməli su təchizatında hər hansı problem qeydə alınmayıb. Əhali fasiləsiz olaraq kommunal xidmətlərlə təmin edilir. Hazırda aidiyyatlı qurumlar gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.
28-12-2025, 14:10
Əfsanəvi fransız aktrisa vəfat etdi


Əfsanəvi fransız aktrisa vəfat etdi

1950-1960-cı illərin əfsanəvi fransız aktrisası, müğənnisi Bricit Bardo vəfat edib.
Bu barədə "France Press" agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.
Bardonun 91 yaşında dünyasını dəyişdiyini bildirilir, lakin hələlik onun ölümünün təfərrüatı açıqlanmayıb. Xüsusilə, ölümün səbəbləri və başvermə şəraiti barədə məlumat verilməyib.
Qeyd edək ki, Bordo kinoda 1952-ci ildə debüt edib.
28-12-2025, 14:02
Yol polisindən hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ


Yol polisindən hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

Baş Dövlət Yol Polisi İdarəsi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib.
Müraciətdə hazırda ölkənin bəzi dağlıq və dağətəyi ərazilərində hava şəraitinin dəyişkənliyi, qar yağması, duman, eləcə də yolların buz bağlaması müşahidə olunur.
Qeyd edilir ki, mövcud hava və yol şəraiti həmin istiqamətlərdə yol hərəkətinin təhlükəsizliyi baxımından əlavə diqqət və məsuliyyət tələb edir:
"Baş Dövlət Yol Polisi İdarəsi həmin ərazilərdə gücləndirilmiş rejimdə xidmət aparır və yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə nəzarət tədbirləri intensivləşdirilib.
Aparılan müşahidələr göstərir ki, qarlı və buzlu yol şəraitində dağlıq ərazilərdə sürücülük təcrübəsi kifayət qədər olmayan şəxslərin iştirakı ilə, xüsusilə mürəkkəb yol şəraitinə hazırlıqsız sürücülər arasında yol-nəqliyyat hadisələrinə daha çox rast gəlinir. Bu isə bir daha onu göstərir ki, dağlıq ərazilərə xas yol və hava şəraitində avtomobil idarə etmək risklərin qabaqcadan düzgün qiymətləndirilməsini, vəziyyətə uyğun qərar verməyi və xüsusi təcrübə tələb edir.
Sürücülərin diqqətinə çatdırılır:

- Dağlıq ərazilərə səfər etməzdən əvvəl hava və yol şəraiti barədə məlumat əldə edin;

- Nəqliyyat vasitəsinin texniki sazlığına xüsusi diqqət yetirin;

- Qarlı və buzlu yol sahələrində sürət həddini azaldın;

- Təhlükəsiz ara məsafəsini qoruyun;

- Qəfil manevr və kəskin əyləclərdən çəkinin;

- Mövsümə uyğun təkərlərdən istifadə edin;

- Dumanlı hava şəraitində işıq cihazlarından yol hərəkəti qaydalarına uyğun istifadə edin;

- Mövcud hava və yol şəraitində sürücülük təcrübəsi kifayət qədər olmayan sürücülərə, o cümlədən xanım sürücülərə dağlıq ərazilərdə hərəkət zamanı daha ehtiyatlı olmaları, zərurət olmadıqda isə səfərləri təxirə salmaları tövsiyə olunur.

Unutmayın: Yolda verilən hər bir qərar məsuliyyət tələb edir. Mövcud şəraitə uyğun davranış həm sizin, həm də digər yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin əsas təminatıdır".
28-12-2025, 13:48
Bu komanda 111 il sonra rekordunu təkrarladı


Bu komanda 111 il sonra rekordunu təkrarladı

İngiltərənin "Aston Villa" komandası 1914-cü ildən bəri ilk dəfə ardıcıl 11 oyunda qələbə qazanaraq klub rekordunu təkrarlayıb.
Birmingem təmsilçisi bu uğura ötən gün Premyer Liqanın XVIII turunda səfərdə "Çelsi"yə qalib (2:1) gəlməklə imza atıb.
Kollektiv sonuncu dəfə 111 il əvvəl ardıcıl 11 qələbəni sıralayıb.
Baş məşqçi Unay Emerinin rəhbərlik etdiyi kollektiv ölkə çempionatında səkkiz, Avropa Liqasında isə üç qələbə qazanıb.
"Aston Villa" Premyer Liqanın turnir cədvəlində 39 xalla üçüncü yerdədir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!