Zelenskinin yeni "sağ qolu" kim olacaq? .....                        MDB liderləri bu ölkədə görüşəcək .....                        ABŞ iki od arasında .....                        Hər zaman həmrəy olaq! .....                        İranda etirazlar - minlərlə insan ayağa qalxdı .....                        Zəngəzur dəhlizi dünyanın ən yüksək tutumlu ticarət yolu olacaq .....                        ABŞ Ukraynaya qoşun yeridəcək? - Zelenskidən cavab .....                        Ərəb ölkəsi Yəməndə əməliyyatı dayandırır .....                        Bəşər Əsədin fotosu silindi .....                       
28-12-2025, 13:33
Sürücünün telefonunu götürüb qaçan sərnişin saxlanıldı


Sürücünün telefonunu götürüb qaçan sərnişin saxlanıldı

Paytaxtın Nəsimi rayonunda soyğunçuluq hadisəsi baş verib.
Günorta saatlarında naməlum şəxs sərnişin qismində 54 saylı xətt üzrə hərəkət edən avtobusa daxil olaraq sürücünün mobil telefonunu talayıb.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən 31 yaşlı S.Quluzadə müəyyən olunaraq saxlanılıb.
Araşdırmalarla həmin şəxsin avtobusa sərnişin qismində daxil olduğu və anidən yanında dayandığı sürücünün mobil telefonunu götürərək qaçdığı məlum olub.
Faktla bağlı araşdırmalar davam etdirilir.
28-12-2025, 13:17
Rusiya ordusu Ukraynada bəzi istiqamətlərdə irəlilədi


Rusiya ordusu Ukraynada bəzi istiqamətlərdə irəlilədi

Rusiya ordusu Ukraynanın Qulyaypole, Pokrovsk və Mirnoqradda istiqamətində irəliləyib.
Bu barədə DeepState məlumat yayıb.
Ən mürəkkəb vəziyyət Pokrovsk istiqamətində və Zaporojye vilayətində qalmaqdadır. Məlumata görə, Rusiya qüvvələri eyni vaxtda bir neçə vilayətdə hücum əməliyyatlarını davam etdirir. DeepState 2025-ci il dekabrın 28-nə olan vəziyyətə görə cəbhə xəttində bir neçə sahədə dəyişikliklərin baş verdiyini bildirib.
Xüsusilə, düşmən Pokrovsk, Mirnoqrad və Qulyaypole şəhərlərində, həmçinin Zelyonoye, Rodinskoye, Çervonıy Liman və Novoekonomichnoye yaxınlığında irəliləyiş əldə edib.
28-12-2025, 13:04
Türkiyənin ən gözəl qadını və məşhur repçi saxlanıldılar


Türkiyənin ən gözəl qadını və məşhur repçi saxlanıldılar

Türkiyədə məşhur şəxslər arasında narkotik vasitələrin istifadəsi və satışı üzrə istintaq davam edir.
İstanbulda təhqiqat çərçivəsində keçirilən əməliyyat zamanı daha iki nəfər saxlanılıb.
Bildirilir ki, saxlanılanlar "Miss Türkiyə - 2016"nın qalibi Buse İskenderoğlu və tanınmış reper Ege Karataşlıdır.
Onlar səhər saatlarında keçirilmiş əməliyyat zamanı polis tərəfindən saxlanılıblar.
28-12-2025, 12:40
Sabahın havası


Sabahın havası

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Məlumata əsasən mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 1-3° isti, gündüz 6-9° isti olacaq. Atmosfer təzyiqi 750 mm civə sütununu təşkil edəcək. Nisbi rütubət gecə 80-85 %, gündüz 60-65 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz dağlıq ərazilərdən başlayaraq arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-9° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 10-15° şaxta, gündüz 1-6° şaxta olacaq.
Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlaması ehtimalı var.
28-12-2025, 12:09
Milli Məclisdə kadr və struktur dəyişikliyi


Milli Məclisdə kadr və struktur dəyişikliyi

Milli Məclisdə kadr və struktur dəyişikliyi olub.
Milli Məclis sədrinin köməkçisi Elmar Hüseynov vəzifəsindən azad edilərək Beynəlxalq münasibətlər şöbəsinə müdir təyin edilib.
Həmin şöbənin müdiri İlkin Məmmədov isə yeni yaradılan Protokol xidmətinə rəhbər təyin edilib.
28-12-2025, 11:46
Ermənistandan da Azərbaycana ixrac mümkündür -  Papoyan


Ermənistandan da Azərbaycana ixrac mümkündür - Papoyan

Gələcəkdə təkcə Bakıdan yeni idxalın deyil, həm də erməni məhsullarının Azərbaycana ixracının mümkün ola biləcəyi bildirilib.
Bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan açıqlama verib.
“Hazırda biz “Georgian Railways” şirkətindən tranzit üçün kifayət qədər qabiliyyətli qiymət əldə etmişik. Düşünürəm ki, həm Gürcüstan, həm də Azərbaycan növbəti uğurlu razılaşma barədə məlumat verəcək”, – deyə Papoyan jurnalistlərlə Qarni kəndində söhbəti zamanı bildirib.
Nazirin sözlərinə görə, Ermənistan Azərbaycana alüminium, folqa, meyvə və tərəvəz, bəzi növ içkilər, eləcə də müxtəlif növ tekstil məhsulları ixrac edə bilər. Papoyan əlavə edib ki, aparılmış araşdırma nəticəsində Ermənistanın ixrac etdiyi, Azərbaycanın isə idxal etdiyi məhsulların mövcud olduğu müəyyən edilib.
28-12-2025, 11:35
Rusiyanın Kiyevə hücumu - 2 ölü, onlarla yaralı


Rusiyanın Kiyevə hücumu - 2 ölü, onlarla yaralı

Rusiya ordusunun dekabrın 27-də Ukraynanın paytaxtı Kiyevə kütləvi hücumu nəticəsində yaralananların sayı 32-yə çatıb, iki nəfər həlak olub.
Bu barədə Ukraynanın Fövqəladə Hallar Xidməti teleqram kanalında məlumat yayıb.
Qeyd olunub ki, xilasedicilər hücumdan sonra şəhərin bütün ərazilərində xilasetmə işlərini başa çatdırıblar.
Son məlumata görə, xəsarət alanlardan 2-si uşaqdır.
28-12-2025, 11:28
Prezidentin dəmir iradəsi: Heç kim qanundan üstün deyil!


Prezidentin dəmir iradəsi: Heç kim qanundan üstün deyil!

Azərbaycanın müasir dövlətçilik tarixində korrupsiyaya, nepotizmə qarşı mübarizə və qanunun aliliyinin təmin edilməsi sadəcə hüquqi proses deyil, həm də köklü bir sosial transformasiya mərhələsinə qədəm qoyub.
Bu gün ölkədə həyata keçirilən islahatların mərkəzində "Heç kəs toxunulmaz deyil" prinsipi dayanır. Həmin prinsip dövlət idarəçiliyində bəzi hallarda formalaşmış bir sıra mənfi stereotipləri — imtiyazlı şəxslər qrupu, toxunulmaz qohumlar və vəzifə statusundan doğan hüquqi immunitet xülyasını darmadağın edir.
Son dövrlərdə Dövlət Gömrük Komitəsində (DGK) həyata keçirilən irimiqyaslı əməliyyatlar dövlətin bu sahədəki qətiyyətini bir daha nümayiş etdirdi. Belə ki, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyatlar nəticəsində külli miqdarda siqaret qaçaqmalçılığı və vəzifə səlahiyyətlərindən sui-istifadə halları ifşa olunub.
​Bu əməliyyatların ən diqqətçəkən məqamı həbs olunan şəxslərin statusu və onların yüksək vəzifəli şəxslərlə olan qohumluq əlaqələridir. Əməliyyatda Dövlət Gömrük Komitəsinin vəzifəli şəxsi Fərid Usubov, iş adamı Ruslan Eyyubov və Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının rəisi Rəşad Daşdəmirov kimi şəxslərin həbsi cəmiyyətə verilən aydın bir mesajdır: Qanun qarşısında hər kəs bərabərdir. Yüksək rütbəli generalların və ya nüfuzlu dövlət xadimlərinin yaxın qohumu olmaq heç kimə qanunsuzluq etmək və ya məsuliyyətdən qaçmaq imtiyazı vermir.
​Azərbaycan cəmiyyətində bəzi şəxslərin özlərini qanundan üstün tutması, "mən filankəsəm" və ya "filan şəxsin qohumuyam" deyərək özünə toxunulmazlıq statusu qazanmaq istəyi dövlətin sərt reaksiyası ilə qarşılaşır. Müasir dövlət modelində artıq "nüfuzlu qohum" faktoru hüquqi qalxan rolunu oynamır. Əksinə, yüksək vəzifəli şəxslərin qohumlarının törətdiyi qanunsuzluqlar daha böyük ictimai məsuliyyət doğurur və qanun çərçivəsində ən sərt şəkildə cəzalandırılır.
​Dövlət başçısı İlham Əliyev bu mövzuya dəfələrlə toxunmuş, məmur aparatına dəfələrlə xəbərdarlıqlar etmişdir. 2020-ci il martın 5-də dövlət başçısının İsmayıllı və Neftçala rayonlarına təyin etdiyi yeni icra başçıları ilə qəbulda dediyi sözlər bu gün də aktualdır.
“Heç bir şəxs qanundan üstün ola bilməz. Əgər kimsə özünü cəmiyyətdən yuxarıda görürsə, öz təkəbbürü və qanunsuz hərəkətləri ilə dövlətin siyasətinə ləkə vurursa, o, mütləq qanun qarşısında cavab verəcəkdir.
Xalqının və dövlətinin mənafeyini fəaliyyətinin prioriteti sayan dövlət başçısı 2025-ci il noyabrın 12-də Naxçıvanda prezidentin səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbul edərkən bu mövzuda bir daha mühüm mesaj verib.
“Rəhbər vəzifədə çalışan hər bir şəxs, hər bir məmur təvazökar olmalıdır. İlk növbədə, xalqa xidmət etmək, xalqla bir yerdə olmaq onun əsas iş prinsipi olmalıdır."
​Prezident İlham Əliyev daha bir çıxışında himayədarlıq hallarına toxunmuşdu.
"Əgər kimsə hansısa tanışlara, qohumlara, yaxud da vəzifədə olan dostlara arxalanırsa, səhv yoldadır. Özü də cəzalandırılacaq, ona himayədarlıq edən də cəzalandırılacaq. Heç kimə güzəşt yoxdur."
​Bu sitatlar göstərir ki, dövlət səviyyəsində təkəbbürlülük, vətəndaşa yuxarıdan aşağı baxmaq və imtiyazlılıq mənəvi baxımdan qəbulolunmaz, hüquqi baxımdan isə təhlükəli bir yoldur.
Gömrükdə keçirilən son əməliyyatlar və yüksək rütbəli şəxslərin yaxınlarının həbsi Azərbaycanın hüquqi inkişafında yeni bir mərhələdir. Bu, "imunnutet sahibi" olduqlarını düşünən, qanunu öz maraqlarına uyğunlaşdırmağa çalışan hər kəs üçün bir dərsdir. Ölkədə qanun hər şeydən üstündür və hər bir şəxs öz əməlinə görə qanun qarşısında fərdi məsuliyyət daşıyır.
​Cəmiyyətin dövlətə olan inamı məhz belə ədalətli və qətiyyətli addımlarla möhkəmlənir. "Heç kəs toxunulmaz deyil" prinsipi Azərbaycanın gələcək inkişafının, sosial ədalətin və dövlət-vətəndaş münasibətlərinin sarsılmaz təməlidir.
28-12-2025, 11:11
Xankəndiyə ilk qar yağdı


Xankəndiyə ilk qar yağdı

Dekabrın 28-də Xankəndi şəhərinə mövsümün ilk qarı yağıb.
Axşam saatlarından yağan qar şəhərə qış ab-havası gətirib, küçə və parklar ağ örpəyə bürünüb.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, hava şəraitinin dəyişməsi ilə əlaqədar kommunal xidmətlər gücləndirilmiş iş rejiminə keçib. Nəqliyyatın maneəsiz hərəkəti üçün yolların təmizlənməsi istiqamətində tədbirlər görülür.
28-12-2025, 10:54
Külli miqdarda qanunsuz siqaret ƏLƏ KEÇİRİLDİ


Külli miqdarda qanunsuz siqaret ƏLƏ KEÇİRİLDİ

Ölkəyə qanunsuz yollarla gətirilən külli miqdarda - 1 milyon 180 min ədəd siqaretin Dövlət Gömrük Komitəsi tərəfindən realizə edilməsinin qarşısı alınıb.
Bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, Komitənin Əməliyyat-İstintaq Baş İdarəsi və Bakı Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri ərazisində həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 1 yük və 1 minik nəqliyyat vasitəsindən Azərbaycan Respublikasına məxsus məcburi nişanlanma ilə nişanlanmayan külli miqdarda, dəyəri 150 min manata yaxın olan 1 milyon 180 min ədəd “Platinium Seven” markalı siqaret aşkar edilib.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!