Zelenskinin yeni "sağ qolu" kim olacaq? .....                        MDB liderləri bu ölkədə görüşəcək .....                        ABŞ iki od arasında .....                        Hər zaman həmrəy olaq! .....                        İranda etirazlar - minlərlə insan ayağa qalxdı .....                        Zəngəzur dəhlizi dünyanın ən yüksək tutumlu ticarət yolu olacaq .....                        ABŞ Ukraynaya qoşun yeridəcək? - Zelenskidən cavab .....                        Ərəb ölkəsi Yəməndə əməliyyatı dayandırır .....                        Bəşər Əsədin fotosu silindi .....                       
27-12-2025, 15:13
Qafan Rayon İcmasının növbəti iclası keçirilib


Qafan Rayon İcmasının

növbəti iclası keçirilib


Dekabrın 26-da Qərbi Azərbaycan İcmasının inzibati binasında Qafan rayonunun kənd icma rəhbərlərinin və rayon icmasının rəhbər heyətinin növbəti toplantısı keçirilib. Professor Eldar Abbasov gündəliyi elan etdikdən sonra 20 dekabr 2025-ci il tarixində Qərbi Azərbaycan İcmasının ümumi yığıncağı barədə də tədbir iştirakçılarını məlumatlandırıb.
Görülmüş işlər, həyata keçirilmiş beynəlxalq təşəbbüslər, ölkənin bütün ərazisində icmanın keçirdiyi tədbirlər, müxtəlif platformalarda aparılan maarifləndirici fəaliyyət və növbəti il üçün müəyyənləşdirilmiş prioritetlər barədə məlumat verib. Onu da qeyd edib ki, məruzədə Qafan Rayon İcmasının fəaliyyəti aktiv rayon icmaları sıranda çəkilsə də biz bununla qane olmamalı, daha da fəallaşmalıyıq.

Şəhərcik icmasının üzvü Əmirxan müəllimi 95 illiyi münasibəti ilə təbrik edən icma rəhbəri yubilyarın adına hazırlanmış plaketi övladına təqdim edib.
Qafan Rayon İcmasının 2025-ci il ərzindəki fəaliyyəti barədə hesabat məruzəsi ilə çıxış edən Seyfullah Abbasov bildirib ki, ilin birinci yarısında görülən işlər barədə ötən 6 ayın hesabatında ətraflı məlumat verdiyimiz üçün təkrarlayıb vaxtınızı almayacağam. Bircə onu qeyd edim ki, rayon icma rəhbərliyi bu il yubileyi olan 7-8 ziyalımızı, gənclərin təlim-tərbiyəsində xüsusi xidmətləri olan müəllimlərimizi təbrik edib, hədiyyələr verib.

İkinci yarımildə görülən işlərimizə gəlincə, fəaliyyətimiz əsasən ideoloji istiqamətə, milli- mənəvi dəyərlərin təbliğinə, yeni nəslin ata-baba yurduna qayıtmaq ruhunda tərbiyələnməsinə yönəlmişdi. Beləki, avqustun 9-da Qərbi Azərbaycan İcmasının Qafan Rayon İcma nümayəndələrinin, Kurud-Kirs kənd icma üzvlərinin, şəhidimizin ailə üzvləri və yaxın qohumlarının iştirakı ilə, uşaqkən Kirs kəndindən erməni quldur dəstələri tərəfindən qovulub Zəngilanda Vətənin bütövlüyü uğrunda döyüşərək şəhid olan, nəşi 44 günlük Zəfərimizdən sonra tapılan Müşfiq Ağa oğlu Vəliyevin məzarı Zəngilan Şəhidlər xiyabanında ziyarət olunub. Rayonun Ağalı kəndində ziyarətçilərə 40 nəfərlik ehsan süfrəsi açılıb. Sentyabrın 24-də Qafan rayonunun yazıçı və şairlərinin, mətbuat nümayəndələrinin - Elman Rüstəmov, Zöhrə Xəlilli, Ramazan Səməroğlu, Tamxil Ziyəddinoğlu, naşir Misir Aslanov, rayonun ziyalılarından Vasif Kərimov, Vahid Gülmalıyev və Kamran Rzayevin iştirakı ilə 44 günlük Zəfərimizdən sonra Laçın rayonunun Bəylik kəndində yeni məskunlaşmış soydaşlarımızla görüşü keçırılib. Qərbi Azərbaycanlı yazıçı-ziyalılar tədbirə qatılanlara Ermənistanın dövlət orqanlarının sistemli şəkildə xalqımıza qarşı yeritdiyi repressiya, etnik təmizləmə, kütləvi qətliam və digər hüquqların kobud pozulması siyasəti barədə məlumat veriblər. 1905-dən 1987-1991-ci illərə qədər baş verən olaylar, Ermənistandan deportasiya barədə irqçi qərara imza atmış İosif Stalinin və Ermənistan SSR-nin 1987-91-ci illərdə törətdiyi cinayət əməllərinin nəticələri təhlil edilib.

Sentyabrın 12-də Xırdalan şəhərində Abşeron rayonunda məskunlaşmış qafanlıların, onların burda doğulub böyümüş gənclərinin görüşü təşkil olunub. Görüşün təşkilində məqsəd gənc nəslin yurda qayıdışını təşviq etmək, Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının əsas mahiyyətini- qərbi azərbaycanlıların Ermənistana qayıdışının bölgədə sülh prosesi üçün vacibliyini diqqətə çatdırmaq olub. Bu üç tədbirin hamısı AzərTAC-da, AzTV-nin “Xəbərlər”proqramında, “Respublika”, “Xalq qəzeti”ndə və digər KİV-lərdə işıqlandırılıb. “Bütöv Azərbaycan” qəzeti hər tədbirə bir qoşa səhifə yazı və fotoreportaş həsr edib.

Bütün bu tədbirlərin təşkilinin əsas təşəbbüskarı olan Kurud- Kirs İcmasının sədri Səxavət Hacıyevə minnətdarlığını bildirən məruzəçi digər məsələləri də diqqətə çatdırıb. Hesabat dövrü ərzində dünyasını dəyişmiş Oxtar Kənd İcmasının sədri Kifayət Həsənovanın yerinə seçilmiş Rəna İlqar qızı Fərzəliyevanı icma rəhbərləri ilə tanış edib.

Məruzə ətrafında çıxış edənlər İcmanın illik fəaliyyətini qənaətbəxş hesab edib, kafi qiymətləndiriblər.
Eldar Abbasov 26 dekabrın həm də onun Azərbaycan Tibb İnstitutunda müəllimi olmuş, mərhum həmyerlimiz neyro-fizioloq, professor, Əməkdar elm xadimi Qəhrəman Qəhrəmanovun doğum günü olduğunu qeyd edib. Görkəmli alimi 100 illiyi günündə xüsusi ehtiramla yad edən professor öz müəlliminin insani keyfiyyətlərindən, elmi nailiyyətlərindən söhbət açıb. Qeyd edib ki, Qəhrəman Qəhrəmanov 150-dən çox elmi nəşrin, 3 dərsliyin və bir çox monoqrafiyanın müəllifidir. Onun rəhbərliyi ilə 29 namizədlik və doktorluq dissertasiyası müdafiə edilib. Tibb sahəsindəki elmi nailiyyəti 1978-ci ildə “Nobel” mükafatına təqdim olunub rəydən keçmişdi. Təəssüf ki, bəzi qüvvələr müəyyən yollarla mükafatın alınmasına mane oldular.

Daha sonra Qafan rayonunda deportasiyaya-1988-ci il qaçqınlığına qədər işləmiş müəllimlər haqqında tərtib edilən kitaba məsul şəxs- Həçəti İcmasının rəhbəri Bəxşeyiş Ələmşahov kitabın çapa hazır olan, nəşriyyat tərəfindən təsdiqlənən ilk nüsxəsini icma rəhbərliyinin müzakirəsinə verib. Kitabın, tirajı çap formatı ətrafında fikir mübadiləsi aparılıb.

Gərd Kənd İcmasının sədri Eldar Qarayev, Kurud Kənd İcmasının sədri Səxavət Hacıyev, Gığı Kənd İcmasının sədri Bəhruz Piriyev və başqaları fikirlərini, təkliflərini bildiriblər. Tamxil Ziyəddinoğlu təklif edib ki, kitab nəşr olunandan sonra çap məhsullarının elektron forması, hissə- hissə dərc olunması üçün, “Bütöv Azərbaycan” qəzetinin redaksiyasına təqdim edilsin.

Cari məsələlər ətrafında da fikir mübadiləsi aparılıb. Qafan Rayon İcmasının sədri- professor Eldar Abbasov İcmanın işlərinin yürüdülməsində göstərdikləri fəallığa görə Seyfullah Abbasova, Polad Poladova təşəkkür edib. Kitabın ərsəyə gəlməsində əvəzsiz xidmətləri olan Bəxşeyiş müəllimlə Müsəlləm Kənd İcmasının rəhbəri Əkrəm Mustafayevin əməyinin isə kitabın təqdimat mərasimində qiymətləndiriləcəyini bildirib. Beləcə daha bir ilə yekun vurulub.

Sonda professor icma fəallarını və bütövlükdə xalqımızı “31 Dekabr- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” münasibətilə təbrik edib, Azərbaycanımıza xoş gələcək, Qərbi Azərbaycana Qayıdış Hərəkatının fəallarına isə möhkəm iradə, təpər, dönməzlik arzulayıb.
Tədbir xatirə şəklinin çəkilməsi ilə yekunlaşıb.




Qafan Rayon İcmasının mətbuat xidməti
27-12-2025, 03:14
Azərbaycan Brüsellə bir sıra məsələlərdə anlaşıb


Azərbaycan Brüsellə bir sıra məsələlərdə anlaşıb

Avropa İttifaqı ilə əməkdaşlıqla bağlı müəyyən irəliləyişlər olub.
Bunu 2025-ci ilin yekunlarına dair mətbuat konfransında çıxışı zamanı xarici işlər naziri Cehyun Bayramov bildirib.
“Təhlükəsizlik və enerji sahəsində yeni tərəfadşlıq prioritetlərin müəyyənləşdirilməsi və hərtərəfli əməkdaşlıq üzrə sənədlərlə bağlı ümumi razılıqlar əldə edilib. Minatəmizləmə, nəqliyat və su məsələri ilə bağlı sazişlərimiz var. Avropa Siyasi Birliyinin 2028-ci ildə Azərbaycabda keçirilməsi planlaşdırılır”.
27-12-2025, 00:50
İranda xalçaçılıq məhv olur


İranda xalçaçılıq məhv olur

Qərb sanksiyaları İranın məşhur fars xalçalarının satışını demək olar ki, dayandırıb.
İran Ticarət Palatasının Xalça və Əl İşləri Komissiyasının məlumatına görə, 2026-cı ilin martına qədər ölkənin xalça ixracı 40 milyon dollardan da aşağı düşə bilər.
Qeyd edək ki, 1990-cı İran xalça ixracından ildə 2 milyard dollar qazanırdı.
Xalça sahəsinin nümayəndələri FT nəşrinə bildiriblər ki, 2018-ci ildə ABŞ-nin İranla nüvə sazişindən çıxması və ardınca tətbiq olunan sanksiyalar əsas dönüş nöqtəsi olub. Bunun ardınca ixracatçılara xarici valyuta gəlirlərinin bir hissəsini rəsmi məzənnə ilə mərkəzi banka satmaq tələbi qoyulub ki, bu da xalça ixracını iqtisadi baxımdan mənasız hala gətirib. Nəticədə İranın vaxtilə məhsul göndərdiyi 80-ə yaxın ölkə ilə əlaqələri kəsilib, bazarlarda Türkiyə, Hindistan və Çin kimi rəqiblər önə çıxıb.
Daxildə isə inflyasiya, alıcılıq qabiliyyətinin azalması və istehlakçı zövqlərinin dəyişməsi ənənəvi fars xalçalarına tələbi zəiflədib. Mütəxəssislərin sözlərinə görə, bu gün istehsal olunan xalçaların cəmi 3 faizə yaxını ölkə daxilində istifadə olunur. Bir vaxtlar milyonlarla insanın çalışdığı sahədə hazırda toxucuların sayı 700 mindən də azdır.
Rəsmi Tehran ixracın dəstəklənməsi üçün yeni mexanizmlər vəd etsə də, sektor nümayəndələrinin əksəriyyəti vəziyyətin tezliklə dəyişəcəyinə inanmır. Onların fikrincə, sanksiyalar aradan qalxmasa və beynəlxalq əlaqələr bərpa olunmasa, fars xalçalarının qlobal bazardakı əvvəlki mövqeyinə qayıtması çətin olacaq.
27-12-2025, 00:15
Paris metrosunda bıçaqlı hücum -  Üç qadın yaraladı


Paris metrosunda bıçaqlı hücum - Üç qadın yaraladı

Paris metrosunun 3-cü xəttində axşamüstü saatlarında bıçaqlı hücum baş verib. Silahlı şəxs “Arts-et-Métiers”, “République” və “Opéra” stansiyalarında bir neçə qadına hücum edib. Hadisələr yerli vaxtla saat 16:15 ilə 16:45 arasında qeydə alınıb.
Metro rəsmilərinin təsdiqlədiyi məlumatlara əsasən, hücum edən şəxs əvvəlcə “République” stansiyasında bir qadını bıçaqlayıb, ardınca “Arts-et-Métiers” və “Opéra” stansiyalarında daha iki qadına hücum edib. Yaralanan qadınların həyatına təhlükə yoxdur.
Hücumlardan sonra qaçan şəxs daha sonra Parisin şimalında yerləşən Sarsel kommunasında saxlanılıb.
Hadisədən sonra metro xəttində təhlükəsizliyi təmin etmək üçün əlavə mühafizə qüvvələri cəlb edilib. Hadisə ilə bağlı istintaq davam edir, hüquq-mühafizə orqanları hücumun motivlərini müəyyənləşdirməyə çalışır.
26-12-2025, 23:49
Amnistiyaya düşən Dəniz yenidən hakim qarşısında


Amnistiyaya düşən Dəniz yenidən hakim qarşısında

3 gün əvvəl Amnistiya Aktı nəticəsində azadlığa buraxılan müğənni Dəniz Əsədova yenidən məhkəmə qarşısına çıxarılır.
Müğənni bu dəfə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 32.4.308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə təhrik etmə), 32.4.313-cü (vəzifə saxtakarlığına təhrik etmə), 32.311.3.3-cü ( təkrar, külli miqdarda rüşvət almağa təhrik etmə), 32.312.3.3 (rüşvət verməyə təhrik etmə), 320-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) cinayətlərində təqsirli bilinir.
Məlumatda bildirilir ki, Dəniz Əsədovanın cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İşə hakim Vüqar Seyidovun sədrlik etdiyi kollegiya baxacaq.
26-12-2025, 23:43
Kəlbəcər məktəblilərinin ilk qar sevinci - FOTO


Kəlbəcər məktəblilərinin ilk qar sevinci - FOTO

Kəlbəcər rayonuna qar yağması yeni qurulan Kəlbəcər şəhərinə bir neçə ay öncə köçmüş uşaqları daha çox sevindirib.
Yeni il bayramını doğma yurdlarında ilk dəfə qarşılamağa hazırlaşan uşaqlar üçün qar sanki bir hədiyyə olub. Balaca kəlbəcərlilər əyləncənin dadını çıxarırlar.
Bu, onların Kəlbəcərli həyatında ilk qış və ilk qardır. Həm də buna görə əlamətdarlğı ilə seçilir.




26-12-2025, 23:03
Rusiyaya gedən azərbaycanlıların nəzərinə! – Qaydalar dəyişdi


Rusiyaya gedən azərbaycanlıların nəzərinə! – Qaydalar dəyişdi

2026-cı ildən etibarən yetkinlik yaşına çatmayan şəxslərin Rusiya ərazisinə giriş və çıxış qaydaları dəyişir.
Rusiya Daxili İşlər Nazirliyinin açıqlamasına görə, bundan sonra uşaqlar Rusiya Federasiyasına yalnız xarici pasportla daxil ola və ölkədən çıxa biləcəklər.
Nazirlik bildirir ki, yeni qaydalar 20 yanvar 2026-cı il tarixindən qüvvəyə minəcək. Bu tarixdən sonra uşaqların doğum şəhadətnaməsi və ya valideynin pasportunda qeyd əsasında sərhədi keçməsi mümkün olmayacaq.
Yeni tələblər Rusiyaya səfər edən Azərbaycan vətəndaşlarına da şamil olunur. Xüsusilə ailəvi səfərlər, təhsil, müalicə və ya qohum ziyarəti məqsədilə Rusiyaya gedənlər üçün bu dəyişiklik vacibdir. Valideynlər və qanuni nümayəndələr səfərdən əvvəl uşaqlar üçün ayrıca xarici pasportun olmasına diqqət etməlidirlər.
Qaydaların qüvvəyə minməsinə az vaxt qaldığını nəzərə alaraq, valideynlər sənədlərin hazırlanmasını son vaxta saxlamamalıdır. Əks halda, sərhəddə problemlər yarana və səfər baş tutmaya bilər.
Qeyd edək ki, bu dəyişiklik Rusiya tərəfindən sərhəd nəzarətinin gücləndirilməsi və miqrasiya qaydalarının vahid sistemə salınması məqsədi daşıyır. Səfər planlaşdıran vətəndaşlara rəsmi qurumların açıqlamalarını izləmək və sənədləri əvvəlcədən dəqiqləşdirmək tövsiyə olunur.
26-12-2025, 22:35
Bu universitetin əməkdaşlarına "13-cü maaş" verildi


Bu universitetin əməkdaşlarına "13-cü maaş" verildi

Naxçıvan Dövlət Universitetinin əməkdaşlarına Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramları münasibəti ilə pul verilib.
Bu barədə Universitetin rektoru Elbrus İsayev əmr imzalayıb.
Əmrə əsasən, bayramlarla əlaqədar universitetin əməkdaşlarına 1 aylıq əməkhaqqı həcmində mükafat verilib.
26-12-2025, 22:27
Rusiya-Ermənistan münasibətlərində çətin mərhələ


Rusiya-Ermənistan münasibətlərində çətin mərhələ

Moskva–İrəvan münasibətləri hazırda “asan olmayan mərhələdən” keçir və bu proses regionda və dünyada baş verən ümumi hadisələrdən kənarda qiymətləndirilə bilməz.
Bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin yerli mediaya müsahibəsində deyib.
Səfir vurğulayıb ki, bütün çətinliklərə baxmayaraq, münasibətlərin əsasını təşkil edən siyasi və mənəvi sütunun qorunub saxlanılması vacibdir. Onun sözlərinə görə, həm Rusiya, həm də Ermənistan tərəfdən bu münasibətləri davam etdirmək üçün siyasi iradə mövcuddur və qarşılıqlı olaraq əlaqələrin əhəmiyyəti dərk olunur.
Kopırkin qeyd edib ki, Rusiya Ermənistan xalqını qardaş xalq, Ermənistanı isə müttəfiq dövlət kimi görür.
Səfir eyni zamanda Ermənistanla Rusiya arasında ticarət dövriyyəsinin əhəmiyyətli dərəcədə azalmasına da toxunub. Onun sözlərinə görə, bu azalma diqqətdən kənarda qalmamalıdır, lakin panikaya əsas yoxdur. Kopyrkin bildirib ki, ticarətin azalması əsasən əvvəlki illərdə dövriyyənin artmasına təsir edən müvəqqəti və konyunktur amillərlə bağlıdır. O xatırladıb ki, Ermənistanın ümumi xarici ticarətinin təxminən 35 faizi Rusiyanın payına düşür və bu, kifayət qədər ciddi göstəricidir. Diplomat münasibətlərin hazırkı mərhələsini “yetkinləşmə və transformasiya dövrü” kimi xarakterizə edib.
Səfirin sözlərinə görə, Ermənistanın eyni vaxtda həm Avropa İttifaqı, həm də Avrasiya İqtisadi İttifaqının üzvü olması texniki baxımdan mümkün deyil. O bildirib ki, bu barədə təkcə Rusiya tərəfi deyil, Ermənistanın baş naziri də açıq şəkildə danışıb və hansısa mərhələdə ölkənin seçim etməli olacağını bəyan edib.
Rusiya səfiri vurğulayıb ki, Moskva Ermənistanın və erməni xalqının suveren qərarlarına hörmətlə yanaşır. Bununla belə, onun fikrincə, Ermənistan cəmiyyətinə Avrasiya inteqrasiyasından imtinanın və Avropa istiqamətinin seçilməsinin hansı nəticələr doğura biləcəyi aydın şəkildə izah olunmalıdır.
26-12-2025, 22:12
25 Dekabr 2025 –   “Milli İdeallar Günü”


25 Dekabr 2025 –

“Milli İdeallar Günü”


Böyük İdeallar Araşdırma Mərkəzinin təşəbbüsü ilə ilk dəfə olaraq “Milli İdeallar Günü” keçirilib. Tədbirin əsas məqsədi milli kimlik, ideya mədəniyyəti və müasir Azərbaycan düşüncəsinin strateji istiqamətlərini ictimaiyyətə təqdim etməkdir.
Tədbir elm və sənətin vəhdəti üzərində qurulmuşdu.

Tədbir aparıcı Güllü xanım Seyidlinin giriş sözü və qəhrəman şəhidlərimizin xatirəsinə sayğı duruşu ilə açıldı. BİAM yetkilisi Xalidə xanım “Milli İdeallar Günü”nün təsisini əsaslandıran bəyanatı oxudu.

Daha sonra ustad aşıqlar- aşıq Cahangir Quliyev və aşıq Şaiq İncəlinin ifasında el adətinə uyğun olaraq “Ustadnamə” və “Divani” ilə mənəvi açılışı etdilər.

Açılışda BİAM sədri Zalimxan Məmmədli milli ideal anlayışının Azərbaycan üçün əhəmiyyətindən danışaraq bildirdi ki, “İdeallar millətin yönünü, ritmini və ruhunu müəyyənləşdirən strateji gücdür.” Bildirdi ki, İdeyalar olmasa millik birlik olmaz, milli birlik olmasa, güclü dövlət qura bilmərik, güclü dövlət olmasa ideallarımız gerçəkləşməz.

Daha sonra, elm adamları, ziyalılar və yaradıcı şəxslərin qısa çıxışlarından ibarət panel keçirilib. Birinci paneldə professorlar Alşan Həsənov, Vaqif Nəsir, Rzaxan Mahmudov və məşhur diktor, xalq artisti Eldost Bayram təhsilin milli kimlik və milli şüurun formalaşmasında rolu mövzusunda çıxışlar edib, təkliflərini verdilər.

İkinci paneldə isə, “Təzadlar”ın qurucusu Asif Mərzili, “Xəbərmən”TV-nin qurucusu İlqar Salmanov və “Xural”-ın təmsilçisi İlqar bəy Hüseynli mətbuatın milli şüurun formalaşmasında rolu və yeri mövzusunda maraqlı çıxışlar etdilər. Çıxışçılar milli kimliyin yenilənməsi, ideyaların müasirliyi və Azərbaycan düşüncəsinin böyük xətti haqqında öz baxışlarını təqdim ediblər.

BİAM İH tərəfindən milli-mənəvi dəyərlərin qorunması və təbliğində fədakarlıq göstərən Güllü Eldan Tomarlıya, Çiçək Mahmudqızına və aşıq Nargilə Mehdiyevaya “Milli İdeallara Xidmət” diplomlarının verilməsi haqda qərar elan olundu. Güllü Tomarlıya ödül təqdim edildi. Professor Nəsib Nəsibli, Güllü Tomarlı, professor Esmira Fuad, Dədə Camal Mustafayevin qızı Leyla xanım və digər ziyalılar çıxış etdilər.

Tədbirdə BİAM tərəfindən hazırlanmış strateji istiqamət – “Azərbaycan 2050 - Üç İlahi İdeya” təqdim olunub. Bu ideyalar Vahid Vətən konsepti, Turan mədəni-sivilizasiya xətti və Qafqazın yeni humanitar fəlsəfəsini özündə birləşdirir. Daha sonra Suay xanım, Tural bəy “Gənclərin müraciəti”ni, təcrübəli pedoqoq Şölə xanım Zərgərli isə tədbirin yekun deklorasiyasını tədbir iştirakçılarının nəzərinə çatdırıblar. Hər iki sənəd məmnunluqla qəbul olunub.

Tədbir boyu aşıqların, ustad Mərkəz Şuşalının rəhbərliyində muğam üçlüyü, ustad Musanın rəhbərliyində qara zurna üçlüyü bir-birindən gözəl ifaları ilə bayram ovqatı yaratdılar. 12 yaşlı aşıq Adil Məmmədlinin sazda ifaları isə məclisə xüsusi gözəllik bəxş etdi.

Gecənin sonunda iştirakçılar BİAM-ın hazırladığı “İdeala sədaqət andı”nı birlikdə səsləndiriblər. Tədbir musiqi proqramı və səmimi ziyafətlə davam edib.
Sonda isə aşıq Cahangir və aşıq Şaiq “Müxəmməs”lə el adətinə uyğun məclisi bağladılar.
“Milli İdeallar Günü” bundan sonra hər il dekabrın 25-də ölkənin düşüncə həyatının mühüm hissəsi kimi davam etdiriləcək.
BİAM – Azərbaycanın gələcək ideyalarının mərkəzi.

















����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!