Zelenskinin yeni "sağ qolu" kim olacaq? .....                        MDB liderləri bu ölkədə görüşəcək .....                        ABŞ iki od arasında .....                        Hər zaman həmrəy olaq! .....                        İranda etirazlar - minlərlə insan ayağa qalxdı .....                        Zəngəzur dəhlizi dünyanın ən yüksək tutumlu ticarət yolu olacaq .....                        ABŞ Ukraynaya qoşun yeridəcək? - Zelenskidən cavab .....                        Ərəb ölkəsi Yəməndə əməliyyatı dayandırır .....                        Bəşər Əsədin fotosu silindi .....                       
26-12-2025, 22:03
Sahil Babayev yeni rəis təyin etdi


Sahil Babayev yeni rəis təyin etdi

Maliyyə Nazirliyinin yeni yaradılan Şərqi Zəngəzur Regional Maliyyə İdarəsinə rəis təyin olunub.
Nazir Sahil Babayevin müvafiq əmri ilə Mülkədarov Nurlan Qələndar oğlu Şərqi Zəngəzur Regional Maliyyə İdarəsinə rəis təyin gətirilib.
26-12-2025, 21:28
Münaqişənin həlli yaxındır, son cəhd qalıb - Moskvadan AÇIQLAMA


Münaqişənin həlli yaxındır, son cəhd qalıb - Moskvadan AÇIQLAMA

Rusiya və ABŞ Rusiya-Ukrayna münaqişəsinin həllinə yaxınlaşıb, tərəflərin son dəfə cəhd etməsi lazımdır.
Bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov yerli mediaya açıqlamasında deyib.
"Düşünürəm ki, 2025-ci il dekabrın 25-də hamımızın yaddaşında həqiqətən də həllə yaxınlaşdığımız bir hədd kimi qalacaq, lakin son cəhdi edib razılaşmaya çıxa biləcəyikmi? Bax bu, qarşı tərəfin siyasi iradəsindən asılıdır", - diplomat bildirib.
Onun sözlərinə görə, əgər tərəflər Ankoricdə razılaşdırılan məsələlərdən uzaqlaşsalar, heç bir kompromis əldə etmək mümkün olmayacaq.
O, həmçinin əlavə edib ki, Rusiya Ukraynanı dost ölkə kimi görmək istərdi.
26-12-2025, 21:05
Arayiklə dostlarının məhkəmə baxışı başa çatdı


Arayiklə dostlarının məhkəmə baxışı başa çatdı

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası dekabrın 26-da davam etdirilib.
Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.
İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.
Sədrlik edən Z.Ağayev bildirib ki, məhkəmə iclası təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilir.
Məhkəmə iclasında təqsirləndirilən şəxs Davit İşxanyan son söz deyib.
O, çıxışında irəli sürülmüş ittihamlarla razılaşmadığını bildirib və ittiham tərəfinin mövqeyinə əks arqumentlərini səsləndirib.
D.İşxanyan insanların yaşadıqları ərazilərdən məcburi şəkildə çıxarılmasında, qanunsuz məskunlaşmada, minaların yerləşdirilməsində, təcavüzkar müharibənin planlaşdırılmasında, yeni hücum planlarının hazırlanmasında, soyqırımında, mülki əhalinin məhv edilməsində, müharibə qanunlarının pozulmasında, mülki əhalinin təqibində, insanların girov götürülməsində, beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmədə, işgəncə verilməsində, mülki şəxslərin qətlində, əmlakların talan edilməsində, cinayətkar birliyin tərkibində olmaqda, silah-sursatın qanunsuz daşınmasında və s. cinayətlərdə iştirak etmədiyini iddia edib.
Təqsirləndirilən şəxs 1991-ci il noyabrın 20-də baş vermiş Qarakənd faciəsi barədə də danışıb. O, Azərbaycana məxsus, içərisində yüksəkvəzifəli şəxslərin olduğu vertolyotun partlaması hadisəsinin qəza olduğunu iddia edib.
D.İşxanyan çıxışında əsir və girovlarla bağlı ittiham aktında yer almış məqamlara da toxunub. O qeyd edib ki, azərbaycanlı əsir və girovlarla təması olmayıb.
“Özümü təqsirkar hesab etmirəm, mən hansısa cinayət törətməmişəm”, - deyə D.İşxanyan çıxışının sonunda bildirib.
Sədrlik edən Z.Ağayev bununla da son söz çıxışlarının yekunlaşdığını deyib. O, tərəflərə (ittiham tərəfi, zərərçəkmiş tərəf və müdafiə tərəfi) müraciət edərək hökm layihəsi təqdim edib-etməyəcəklərini soruşub. Tərəflər hökm layihəsi təqdim etməyəcəklərini bildiriblər.
Bundan sonra sədrlik edən məhkəmə baxışının başa çatdığını elan edib.
Məhkəmə heyəti müşavirəyə gedib. Müşavirədən qayıtdıqdan sonra məhkəmə hökmü elan olunacaq.
Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir.
Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.
26-12-2025, 20:36
Rusiya Ukrayna ilə atəşkəsə razılıq verib - KİV


Rusiya Ukrayna ilə atəşkəsə razılıq verib - KİV

Rusiya Ukrayna ilə yekun sülh sazişi imzalanana qədər müvəqqəti atəşkəsə razılıq verib.
Bu barədə "Axios" nəşri mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, atəşkəs Ukraynanın mübahisəli ərazilərlə bağlı referendum keçirməsi üçün nəzərdə tutulur.
Məlumata görə, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşner ayrı-ayrılıqda Rusiya və Ukrayna tərəfləri ilə danışıqlar aparıblar. Rusiya tərəfini bu təmaslarda prezidentin köməkçisi Yuri Uşakov təmsil edib.
Rəsmi şəxslərin bildirdiyinə görə, razılaşmanın əsas parametrlərinin böyük hissəsi artıq Vaşinqton və Kiyev arasında razılaşdırılıb. Söhbət, ilk növbədə, Ukraynanın ABŞ və Avropa ölkələrindən alacağı təhlükəsizlik zəmanətlərindən gedir. Yüksək rütbəli amerikalı rəsmi təsdiqləyib ki, ABŞ bu zəmanətlərlə bağlı sənədi ratifikasiya üçün Senata təqdim etməyə hazırdır. Həmin sənədin mətni NATO nizamnaməsinin 5-ci maddəsinə əsaslanır.
Məlumata əsasən, razılaşma yolunda əsas maneə Rusiyanın istənilən sülh sənədi çərçivəsində Donbasın bütün ərazisinə nəzarət tələbi olaraq qalır. Nəşr qeyd edir ki, ABŞ tərəfi sazişin təsdiqi üçün atəşkəs ideyasını dəstəkləsə də, bunun logistik baxımdan çətin olacağını vurğulayır.
Mənbələrin sözlərinə görə, daha əvvəl yekun razılaşma imzalanmadan atəşkəsə qarşı çıxan Rusiya tərəfi referenduma şərait yaratmaq üçün mövqeyini dəyişib. Bununla belə, Ukrayna 60 günlük atəşkəs tələb etsə də, Moskva daha qısa müddətə üstünlük verə bilər.
26-12-2025, 19:49
İsrail bu ölkəni tanıdı


İsrail bu ölkəni tanıdı

İsrail Somaliləndi rəsmi şəkildə tanıyan ilk ölkə olub.
Bu barədə İsrail Baş naziri Benyamin Netanyahunun ofisi məlumat yayıb.
Məlumatda qeyd edilib ki, “bununla bağlı sənədi İsrailin Baş naziri Benyamin Netanyahu və xarici işlər naziri Gideon Saar, Somalilənd tərəfdən isə prezident Abdirahman Mohamed Abdullahi imzalayıb”.
Qeyd edək ki, Somalilənd 1991-ci ildə Somalidən müstəqilliyini elan edib və heç bir ölkə tərəfindən rəsmi olaraq tanınmayıb.
26-12-2025, 18:52
İlham Əliyev Ermənistana səfər edəcək? - NAZİRDƏN CAVAB



İlham Əliyev Ermənistana səfər edəcək? - NAZİRDƏN CAVAB


"Cənab Prezidentin Avropa Siyasi Birliyinin konfransında iştirak edəcəyi ilə bağlı məlumatım yoxdur".
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.
“Avropa Siyasi Birliyinin formatı kifayət qədər yeni formatdır. Orada iştirak üçün dəvət dövlət başçılarına yönəlir. Konfransın İrəvanda keçirilməsi gözlənilir. Məndə olan məlumata əsasən, cənab Prezidentin belə bir səfəri nəzərdə tutulmayıb. Lakin, bu baxımdan daha dəqiq məlumatı Prezident Administrasiyası verə bilər”.
Qeyd edək ki, Avropa Siyasi Birliyinin növbəti toplantısının İrəvanda keçirilməsi nəzərdə tutulub.
26-12-2025, 18:42
İmam Əli məscidində partlayış - 8 nəfər öldü


İmam Əli məscidində partlayış - 8 nəfər öldü

Suriyanın Homs şəhərində yerləşən İmam Əli məscidində cümə namazı zamanı güclü partlayış baş verib.
İlkin məlumatlara görə, hadisə nəticəsində azı səkkiz nəfər ölüb, bir neçə nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Hadisə yerinə dərhal xilasedici briqadalar və təhlükəsizlik qüvvələri cəlb olunub. Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib, məscidin ətrafı mühasirəyə alınıb və istintaq başladılıb. Suriyanın Daxili İşlər Nazirliyinin yaydığı açıqlamada bildirilir ki, daxili təhlükəsizlik qüvvələri əraziyə nəzarət edib və partlayışda əli olan şəxslərin axtarışı aparılır.
Partlayışın dəqiq səbəbi hələlik məlum deyil. Hadisənin kamikadze hücumu, yoxsa əvvəlcədən yerləşdirilmiş partlayıcı qurğunun işə düşməsi nəticəsində baş verdiyi araşdırılır.
Partlayış nəticəsində məscidin binasına da ciddi maddi ziyan dəyib. Mülki müdafiə əməkdaşları artıq dağıntıların aradan qaldırılmasına başlayıb.
Hazırda heç bir radikal qruplaşma hücuma görə məsuliyyəti üzərinə götürməyib. Homs şəhəri paytaxt Dəməşqdən təxminən 165 kilometr şimalda yerləşir və Suriyanın üçüncü ən böyük şəhəri hesab olunur. 2011-ci ildə daxili münaqişə başlamazdan əvvəl burada təxminən 1,8 milyon insan yaşayırdı; şəhər dini azlıqların, o cümlədən xristianlar və ələvilərin sıx məskunlaşdığı mərkəzlərdən biri olub.
26-12-2025, 18:27
İki ölkə arasında müharibə dayandırıldı


İki ölkə arasında müharibə dayandırıldı

Tailand və Kamboca hakimiyyəti müvəqqəti atəşkəs barədə razılığa gəliblər.
Bu barədə Tailandın PBS telekanalı məlumat yayıb.
Tailand hökumətinə yaxın mənbə kanala bildirib ki, ilkin atəşkəs 72 saat davam edəcək. Atəşkəsin uzadılması ilə bağlı sonrakı razılaşma Tailand Milli Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənməlidir.
Qeyd edək ki, iki ölkə arasında toqquşmalar 8 dekabrda yenidən başlayıb. Bir neçə gün sonra ABŞ prezidenti Donald Tramp tərəflərin hərbi əməliyyatları dayandırmaq və oktyabr ayında imzalanmış sülh müqaviləsinə qayıtmaq barədə razılığa gəldiyini açıqlayıb. 24 dekabrda tərəflər atəşkəsi bərpa etmək üçün danışıqlara başlayıblar.
26-12-2025, 17:53
FHN-in polkovnik-leytenantı qəfil vəfat etdi


FHN-in polkovnik-leytenantı qəfil vəfat etdi

Bu gün Bakıda Fövqəladə Hallar Nazirliyinin zabiti qəfil vəfat edib.
Nazirliyin Bakı Regional Mərkəzinin növbətçi hissəsinin rəisi polkovnik-leytenant Rəşad Namiq oğlu Həsənovun səhhəti qəfil pisləşib.
O, dərhal mərkəzin tibb məntəqəsinə çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
18 ildir FHN-də xidmət edən R.Həsənovun cənazəsi dəfn olunmaq üçün Qusar rayonuna aparılıb.
26-12-2025, 17:50
Ceyhun Bayramov Ermənistana bu şərtlərlə səfər edə bilər


Ceyhun Bayramov Ermənistana bu şərtlərlə səfər edə bilər

Mənim buna hansısa şərt əsasında deyil, hadisə və zaman əsasında cavab verərdim.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına dair jurnalistin "xarici işlər nazir hansı şərt əsasında Ermənistana səfər edəcək", sualına cavab olaraq bildirib.
Nazir qeyd edib ki, Azərbaycanın milli maraqları tələb edən görüş, hadisə baş tutan zaman və belə məqam yetişən zaman bu baş verə bilər.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!