Zelenskinin yeni "sağ qolu" kim olacaq? .....                        MDB liderləri bu ölkədə görüşəcək .....                        ABŞ iki od arasında .....                        Hər zaman həmrəy olaq! .....                        İranda etirazlar - minlərlə insan ayağa qalxdı .....                        Zəngəzur dəhlizi dünyanın ən yüksək tutumlu ticarət yolu olacaq .....                        ABŞ Ukraynaya qoşun yeridəcək? - Zelenskidən cavab .....                        Ərəb ölkəsi Yəməndə əməliyyatı dayandırır .....                        Bəşər Əsədin fotosu silindi .....                       
24-12-2025, 13:59
“Kanal-11” in rəhbərinin cəzası azaldıldı


“Kanal-11” in rəhbərinin cəzası azaldıldı

"Kanal 11" internet televiziyasının həbsdə olan rəhbəri Teymur Kərimovun barəsində olan hökmdən verilən kassasiya şikayətinə baxılıb.
Bu gün Ali Məhkəmədə hakim İlqar Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.
Kassasiya şikayəti qismən təmin edilib. Onun cəzası 2 il azaldılıb.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Teymur Kərimov 2 il jurnalistika fəaliyyətinə qadağa qoyulmaqla, 8 il müddətində azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi təqsirləndirilən Teymur Kərimovun cəzasını 1 il azaltmışdı.
Teymur Kərimov və onunla birgə ittiham olunan İstək Totiyevanın barəsində Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qroxu yolu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham elan edilib.
Onunla birgə ittiham olunan İstək Totiyevaya isə 2 il sınaq müddəti seçilməklə şərti cəza verilib.
24-12-2025, 13:52
İranda təyyarəni qaçırma cəhdinin qarşısı alındı


İranda təyyarəni qaçırma cəhdinin qarşısı alındı

İranda Tehran-Məşhəd reysi ilə uçan təyyarənin qaçırılmasının arşısı alınıb.
Bunu Milli Aviasiya Təhlükəsizliyi Korpusunun komandanı Hadi Melanuri bəyan edib.
Onun sözlərinə görə, hadisə ötən ay baş versə də, yalnız indi açıqlanıb.
Cani Tehran-Məşhəd reysli təyyarənin mühafizə dəstəsinin rəisini tərksilah və hətta girov götürmək niyyətində olub. Amma təsadüfən həmin reysdə olan digər təhlükəsizlik əməkdaşının sayıqlığı nəticəsində o, tərkisilah edilib.
24-12-2025, 13:46
Zelenski ilk dəfə “sülh planı”nın bütün 20 bəndini açıqladı


Zelenski ilk dəfə “sülh planı”nın bütün 20 bəndini açıqladı

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə müharibəyə son qoymaq üçün hazırlanmış “sülh planı”nın bütün 20 bəndini açıqlayıb. Sənəddə aşağıdakı müddəalar var:

1. Ukraynanın suverenliyinin təsdiqi.

2. Rusiya ilə Ukrayna arasında təmas xətti boyunca vəziyyətin monitorinqi və hücum etməmək paktının bağlanması.

3. Ukrayna üşün təhlükəsizlik zəmanətləri.

4. Sülh dövründə Ukrayna ordusunun 800.000 nəfərlik heyətlə məhdudlaşması.

5. ABŞ, NATO və Avropa Ukraynaya Şimali Atlantika Müqaviləsi Təşkilatının 5-ci maddəsinə bənzər təhlükəsizlik zəmanətlərinin verilməsi. Rusiyanın yeni işğalı halında hərbi cavab və sanksiyaların bətpa edilməsi.

6. Rusiyanın Avropa və Ukraynaya hücum etməmək siyasətini zəruri qanunvericilikdə təsbit etməsi.

7. Ukraynanın Avropa İttifaqına üzvlük tarixinin müəyyən edilməsi, Kiyevə Avropa bazarına qısamüddətli çıxışın verilməsi.

8. Ayrıca bir investisiya müqaviləsilə Ukraynaının qlobal inkişaf paketinin formalaşdırılması.

9. Ukrayna üçün 800 milyard dollarlıq bir neçə bərpa fondunun yaradılması.

10. Ukrayna ilə ABŞ arasında sərbəst ticarət müqaviləsinin sürətləndirilməsi.

11. Ukraynanın qeyri-nüvə dövləti statusunun təmin edilməsi.

12. Zaporojye Atom Elektrik Stansiyasının güzəştə gedilməməsi. ABŞ-ın əsas rol oynadığı üçtərəfli idarəetmə təklifinə qarşı Kiyevin təklifi: ABŞ və Ukraynanın stansiyanı bərabər əsasda birgə idarə etmələri.

13. Məktəblərdə tolerantlığın, mədəniyyətlərarası anlaşmanın inkişaf etdirilməsinə, irqçilik və qərəzin aradan qaldırılmasına yönəlmiş təhsil proqramlarının tətbiqi.

14. Rusiya ordusu Dnepropetrovsk, Nikolayev, Sumı və Xarkov vilayətlərindən çıxır. Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərində "olduğumuz yerdə qalırıq" prinsipi tətbiq olunur.

Rusiya Ukraynanın Donetsk bölgəsindən çıxmasını tələb edir. ABŞ azad iqtisadi zona şəklində kompromis təklif edir. "Mövqeyimizdə qalmaq" barədə razılıq olmadığı təqdirdə, azad iqtisadi zona seçimi yalnız referendum yolu ilə mümkündür və bu zaman bütün sənəd təqdim edilməlidir.

1. Rusiya və Ukrayna müqavilələri zorla dəyişdirməməyi öhdələrinə götürürlər.

2. Rusiya Ukraynanın Dnepr çayından və Qara dənizdən kommersiya məqsədləri üçün istifadəsinə müdaxilə etmir, Kinburn burnu demilitarizasiya edilir.

3. Mülki şəxslərin, uşaqların və siyasi məhbusların qaytarılması ilə yanaşı, əsir mübadiləsi də həyata keçirilir.

4. Ukrayna müqavilə imzalandıqdan sonra mümkün qədər tez seçkilər keçirməyi öhdəsinə götürür.

5. Müqavilə hüquqi cəhətdən məcburi olur və onun icrasına nəzarət ABŞ prezidenti Donald Trampın sədrlik etdiyi Sülh Şurasına həvalə edilir.

6. Bütün tərəflər şərtlərlə razılaşdıqdan sonra tam atəşkəs dərhal qüvvəyə minir.
24-12-2025, 13:35
Kobaxidze İlham Əliyevi təbrik etdi


Kobaxidze İlham Əliyevi təbrik etdi

Dekabrın 24-də Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Qeyd edilib ki, Gürcüstanın Baş naziri Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində yeni uğurlar və möhkəm cansağlığı arzulayıb.
Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.
Söhbət zamanı dostluq və mehriban qonşuluq prinsiplərinə əsaslanan ikitərəfli münasibətlərimizin uğurla inkişaf etdiyi vurğulanıb, əməkdaşlığımızın perspektivləri barədə fikir mübadiləsi aparılıb.
24-12-2025, 13:29
Paşinyanın seçkilərə gedəcəyi tarix dəqiqləşdi


Paşinyanın seçkilərə gedəcəyi tarix dəqiqləşdi

Ermənistanda parlament seçkilərinin təklif olunan tarixini açıqlanıb.
Mərkəzi Seçki Komissiyasının rəhbəri Vaaqn Ovakimyanın sözlərinə görə, Ermənistanda parlament seçkiləri 2026-cı il 2-12 iyun tarixlərində keçirilə bilər.
"Prezident seçki gününü təyin edəcək; hələlik heç bir fərman yoxdur. Hamı bu dövrdə yeganə bazar günü kimi 7 iyundan danışılır. Başqa bir gün seçilərsə, bu, qeyri-iş günü olmalıdır", - Ovakimyan qeyd edib.
Xatırladaq ki, 2026-cı ilin iyununda Ermənistanda mühüm parlament seçkiləri keçiriləcək. Seçkilərdə hazırki baş nazir Nikol Paşinyan "Vətəndaş Müqaviləsi" partiyası ilə seçkilərə qatılacaq.
24-12-2025, 13:25
Sarayda marşrut avtobusu yandı


Sarayda marşrut avtobusu yandı

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı-Sumqayıt şosesinin Abşeron rayonu, Saray qəsəbəsindən keçən hissəsində avtobusda yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-in Mətbuat xidmətindən verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlər tərəfindən avtobusda baş vermiş yanğın qısa müddətdə söndürülüb.
Xəsarət alan yoxdur.
24-12-2025, 13:22
Bakıya yağış, rayonlara qar yağacaq - Sabahın havası


Bakıya yağış, rayonlara qar yağacaq - Sabahın havası

Azərbaycanda dekabrın 25-də havanın arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər bəzi yerlərdə çiskinli, axşam isə arabir yağıntılı olacağı gözlənilir. Şimal-qərb küləyi gündüz arabir güclənəcək.
Havanın temperaturu gecə 3-6° isti, gündüz 6-9° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütununu 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin səhər şərq rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 0-5° isti, gündüz 7-11° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 0-5° isti olacaq.
24-12-2025, 13:10
Azərbaycandan benzin alan daha bir erməni şirkəti məlum oldu


Azərbaycandan benzin alan daha bir erməni şirkəti məlum oldu

Azərbaycandan Ermənistana benzin idxal edən ikinci şirkətin də adı məlum olub.
Ermənistanın Dövlət Gəlirləri Komitəsinin məlumatına görə, həmin şirkət “Shisha World” MMC-dir.
Hüquqi şəxslərin dövlət reyestrinə əsasən, adı çəkilən şirkətin Samvel Mkrtçyana məxsusdur. Şirkət 2022-ci ilin dekabr ayında təsis edilib.
Bundan əvvəl Azərbaycandan digər benzin idxalçısının "Mülki müqavilə" fraksiyasından olan deputat Xaçatur Sukiasyanın ailəsinə məxsus olan "Mega Trade" olduğu bildirilib.
"Mega Trade" Azərbaycandan 600 ton benzin idxal edib.
Xatırladaq ki, Azərbaycandan dəmir yolu ilə 22 vaqon premium benzin Ermənistana idxal edilib.
Dünən məlum olub ki, bu benzin Sukiasyanın şirkətinə məxsus Run Oil yanacaqdoldurma məntəqələrində litri 430 drama satılır.
24-12-2025, 13:04
Vuçiç İlham Əliyevə zəng etdi


Vuçiç İlham Əliyevə zəng etdi

Dekabrın 24-də Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Aleksandar Vuçiç dövlətimizin başçısını ad günü münasibətilə təbrik edərək, ona prezidentlik fəaliyyətində yeni uğurlar və cansağlığı arzulayıb.
Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görə minnətdarlığını ifadə edib.
Telefon söhbəti zamanı Prezident İlham Əliyevlə Prezident Aleksandar Vuçiçin görüşləri məmnunluqla xatırlanıb, iki ölkə arasında tərəfdaşlığın müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb.
Dövlət başçıları ikitərəfli əlaqələrin perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.
23-12-2025, 17:10
Milli Məclisin bu həftə müzakirə edəcəyi məsələlər AÇIQLANDI


Milli Məclisin bu həftə müzakirə edəcəyi məsələlər AÇIQLANDI

Milli Məclisin 26 dekabrda keçiriləcək plenar iclasında müzakirə etdiyi məsələlər məlum olub.
Gündəlikdə 9 məsələ var:

1. Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Gənclər siyasəti haqqında”, “Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “İnsan alverinə qarşı mübarizə haqqında”, “Sosial müavinətlər haqqında”, “Əmək pensiyaları haqqında”, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Təhsil haqqında”, “Sosial xidmət haqqında”, “Uşaqların icbari dispanserizasiyası haqqında”, “Peşə təhsili haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında”, “Ümumi təhsil haqqında”, “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2024-cü il 29 noyabr tarixli 79-VIIQD nömrəli və “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2025-ci il 7 mart tarixli 151-VIIQD nömrəli Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

2. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

3. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

4. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” və “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

5. “Notariat haqqında” və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

6. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

7. Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Tütün və tütün məmulatları haqqında”, “Reklam haqqında” və “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

8. “Patent haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

9. “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!