Zelenskinin yeni "sağ qolu" kim olacaq? .....                        MDB liderləri bu ölkədə görüşəcək .....                        ABŞ iki od arasında .....                        Hər zaman həmrəy olaq! .....                        İranda etirazlar - minlərlə insan ayağa qalxdı .....                        Zəngəzur dəhlizi dünyanın ən yüksək tutumlu ticarət yolu olacaq .....                        ABŞ Ukraynaya qoşun yeridəcək? - Zelenskidən cavab .....                        Ərəb ölkəsi Yəməndə əməliyyatı dayandırır .....                        Bəşər Əsədin fotosu silindi .....                       
30-12-2025, 16:23
Azərbaycanda yeni agentlik yaradıldı - FƏRMAN


Azərbaycanda yeni agentlik yaradıldı - FƏRMAN

Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi yaradılıb.
Bu, Prezident İlham Əliyevin “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanında əksini tapıb.
Fərmana əsasən, Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi haqqında Əsasnamə” təsdiq edilib.
Müəyyən edilib ki, Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və dövlət adından yaradılan publik hüquqi şəxslərin illik və ortamüddətli dövr üzrə büdcə layihələrinin və proqnozlarının monitorinqini, habelə illik gəlir və xərc smetalarının icra vəziyyətinin monitorinqini həyata keçirən və icra göstəricilərini təhlil edən, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin strukturuna daxil olan qurumdur.
Nazirlər Kabineti bir ay müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi işçilərinin say həddini müəyyən etməli, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyinin maddi-texniki təminatı məsələlərinin həlli və saxlanılma xərclərinin maliyyələşdirilməsi ilə bağlı zəruri tədbirlər görməli, bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
30-12-2025, 16:18
Sabiq səfirə orden verildi - SƏRƏNCAM


Sabiq səfirə orden verildi - SƏRƏNCAM

Azərbaycan Prezidenti İlham Əliyev Həsən Sultan oğlu Zeynalov 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb.
Dövlət başçısının imzaladığı sənədə əsasən, H.Zeynalov bu ordenlə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib.
Qeyd edək ki, Həsən Zeynalov Azərbaycanın Türkmənistan və Əfqanıstandakı fövqəladə və səlahiyyətli səfiri olub.
30-12-2025, 16:14
QHT Agentliyinin Müşahidə Şurasının yeni tərkibi - SİYAHI


QHT Agentliyinin Müşahidə Şurasının yeni tərkibi - SİYAHI

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının yeni tərkibi təsdiq edilib.
Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.
Sərəncama əsasən, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının yeni tərkibi aşağıdakı kimidir:

“Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsinin rəisi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Sosial sahələrin maliyyəsi şöbəsinin müdiri

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru

“Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin İdarə Heyətinin üzvü

Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü

“Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının Rəyasət Heyətinin sədri

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin İdarə Heyətinin üzvü".
30-12-2025, 16:10
Prezident Rasim Musabəyovu TƏLTİF ETDİ


Prezident Rasim Musabəyovu TƏLTİF ETDİ

Rasim Nəsrəddin oğlu Musabəyov “Şərəf” ordeni ilə təltif edilib.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, Rasim Musabəyov Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə “Şərəf” ordeni ilə təltif olunub.
30-12-2025, 15:54
Sabah atəşfəşanlıq olacaq


Sabah atəşfəşanlıq olacaq

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Bakıda möhtəşəm atəşfəşanlıq keçiriləcək.
Sabah saat 00:00-da baş tutacaq atəşfəşanlıq Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Dənizkənarı Milli Parkda olacaq.
Qeyd edək ki, Yeni il münasibətilə Dənizkənarı Milli Park, paytaxtın digər parkları və mərkəzi küçələri bayramsayağı bəzədilib, yolkalar qurulub. Həmçinin müxtəlif Yeni il atributları və simvolları, nağıl qəhrəmanlarının fiqurları quraşdırılıb.
30-12-2025, 15:41
Deputat universitetdə dərs deməyə başladı


Deputat universitetdə dərs deməyə başladı

“Uzun fasilədən sonra, bu tədris ilindən başlayaraq Bakı Mühəndislik Universitetində (BMU) “Dövlət maliyyəsi” fənnini tədris etməyə başladım”.
Bunu Milli Məclisin iqtisadçı deputatı Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, tədris dili həm ingilis, həm də Azərbaycan olan qruplarda dövlət maliyyəsinin nəzəri və praktik tərəflərini tələbələrə çatdırmağa çalışır.
“Tədris zaman qrup müzakirələri, fərdi təqdimatlar, elmi və praktik araşdırmalar kimi daha interaktiv və müasir metodlara üstünlük verdik.
Payız semestrini artıq başa vurduq. Qarşıda tələbləri daha ciddi sınaq- imtahan sessiyası gözləyir. Tələbələrin hər birinə imtahanlarda uğurlar arzulayıram. İnanıram ki, insan kapitalının inkişafının prioritet olduğu ölkəmizdə gənc iqtisadçı-tələbələr iqtisadiyyatın inkişafına yaxın gələcəkdə daha yaxından töhvə verəcəklər.
Həm tədris imkanını yaratdığına, həm də tədris zamanı bütün lazımi texniki-təşkilati dəstəyə görə BMU-nun rektoru Yaqub Piriyevə təşəkkürümü bildirirəm”, - V.Bayramov deyib.
30-12-2025, 15:30
Çin Tayvanı mühasirəyə alıb


Çin Tayvanı mühasirəyə alıb

Çin Tayvan adası ətrafında ən böyük hərbi təlimlərini davam etdirir.
Hərbi təlimlərinin ikinci günündə Çin adanın şimal və cənubundakı dəniz sularına raketlər atıb və amfibiya gəmiləri, esmineslər və bombardmançı təyyarələr yerləşdirib. "Mission Justice 2025" təlimi dəniz, hava və quru hədəflərinə qarşı blokada və zərbələr simulyasiya etdi.
Tayvan adanı müdafiə etməyə hazır olduğunu, lakin eskalasiya axtarmadığını bildirib.
Pentaqon Çinin 2027-ci ilə qədər Tayvanı nəzarətə götürməyi planlaşdırdığını təxmin edir.
30-12-2025, 15:26
Keçmiş baş prokuror HƏBS EDİLDİ


Keçmiş baş prokuror HƏBS EDİLDİ

Gürcüstanın keçmiş baş prokuroru Otar Partsxaladze barəsində qiyabi həbs qətimkan tədbiri seçilib.
Hökmü Tbilisi Şəhər Məhkəməsi elan edib.
Rusiya vətəndaşı olan Partsxaladze iş adamı Levan Canqveladzenin qətlinin təşkilində ittiham olunur. O, hazırda Rusiyadadır.
Vəkili müdafiə etdiyi şəxsin ittihamı qəbul etmədiyini bildirib.
Qeyd edək ki, Levan Canqveladze bu ilin martın 14-də Tbilisidə qətlə yetirilib. Qətli törətməkdə ittiham olunan Gela Udzilauri bu ilin oktyabrında ömürlük azadlıqdan məhrum edilib.
Xatırladaq ki, Otar Partsxaladze Gürcüstanın baş prokuroru vəzifəsini 2013-cü ildə qısa müddət ərzində tutub.
30-12-2025, 15:10
Bu ölkədə yanacaq ucuzlaşdı


Bu ölkədə yanacaq ucuzlaşdı

Yanvarın 1-dən etibarən İsraildə yanacaq ucuzlaşdırılıb.
Özünəxidmət məntəqələrində 95 oktanlı benzinin bir litrinin qiyməti 26 sent azaldılacaq.
Bununla da İsraildə bu yanacaq növünün qiyməti 6,85 şekel təşkil edəcək.
30-12-2025, 14:49
Yanvarda yağıntının miqdarı normadan çox olacaq - PROQNOZ


Yanvarda yağıntının miqdarı normadan çox olacaq - PROQNOZ

Aparılmış çoxillik iqlim müşahidələrinə görə yanvar ilin ən soyuq ayı sayılır. Yanvar ayı arktik soyuq hava kütlələrinin ölkə ərazisinə tez-tez müdaxiləsi zamanı soyuq, isti hava kütlələri üstünlük təşkil edərsə bu zaman daha mülayim keçir. Bu ilin yanvar ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər çox olacağı ehtimal olunur.
Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 4-6 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 0-5 dərəcə isti, bəzi günlərdə 3 dərəcəyədək şaxta, gündüzlər 5-10 dərəcə isti, bəzi günlərdə 2 dərəcəyədək isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 18-28 mm).
Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında havanın orta aylıq temperaturu 0-2 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 5-10 dərəcə şaxta, bəzi günlərdə 13-18 dərəcə şaxta, gündüzlər 4-9 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 14-25 mm).
Xankəndi, Şuşa, Goranboy, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 1 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 2-7 dərəcə şaxta, bəzi günlərdə 9-14 şaxta, gündüzlər 3-8 dərəcə isti, bəzi günlərdə 1-6 dərəcə şaxta olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 15-28 mm).
Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında havanın orta aylıq temperaturunun 0-3 dərəcə isti olacağı ğözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 2-7 dərəcə şaxta, bəzi günlərdə 12-17 dərəcə şaxta, gündüzlər 2-7 dərəcə isti, bəzi günlərdə 1-6 dərəcə şaxta olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 24-30 mm).
Qazax, Gəncə, Ağstafa, Şəmkir, Tovuz, Ceyrançöl, Tərtər, Füzuli rayonlarında havanın orta aylıq temperaturunun 2-4 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 1-6 dərəcə isti, bəzi günlərdə 2-7 dərəcə şaxta, gündüzlər 6-11 dərəcə isti, bəzi günlərdə 0-3 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 10-32 mm).
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 1-4 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, bəzi günlərdə 5-10 dərəcə şaxta, gündüzlər 4-9 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta, dağlıq ərazilərdə gecə 9-14 dərəcə şaxta, bəzi günlərdə 16-20 dərəcə şaxta, dağlıq ərazilərdə gündüzlər 0-5 dərəcə isti, bəzi günlərdə 3-8 dərəcə şaxta olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 22-49 mm).
Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Mingəçevir, Beyləqan, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 3-5 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 1-6 dərəcə isti, bəzi günlərdə 1-6 dərəcə şaxta, gündüzlər 6-11 dərəcə isti, bəzi günlərdə 4 dərəcəyədək isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 17-31 mm).
Masallı, Yardımlı, Lerik, Lənkəran, Biləsuvar, Astara, Cəlilabad rayonlarında havanın orta aylıq temperaturunun 1-5 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 1-6 dərəcə isti, bəzi günlərdə 1-6 dərəcə şaxta, gündüzlər 6-11 dərəcə isti, bəzi günlərdə 0-3 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, bəzi günlərdə 12-17 dərəcə şaxta, dağlarda gündüzlər 1-6 dərəcə isti, bəzi günlərdə 2-7 dərəcə şaxta olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 44-98 mm).
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!