Zelenskinin yeni "sağ qolu" kim olacaq? .....                        MDB liderləri bu ölkədə görüşəcək .....                        ABŞ iki od arasında .....                        Hər zaman həmrəy olaq! .....                        İranda etirazlar - minlərlə insan ayağa qalxdı .....                        Zəngəzur dəhlizi dünyanın ən yüksək tutumlu ticarət yolu olacaq .....                        ABŞ Ukraynaya qoşun yeridəcək? - Zelenskidən cavab .....                        Ərəb ölkəsi Yəməndə əməliyyatı dayandırır .....                        Bəşər Əsədin fotosu silindi .....                       
17-12-2025, 17:28
Bakıda mağazalardan oğurluq edildi


Bakıda mağazalardan oğurluq edildi

Paytaxtın Sabunçu rayonunda silsilə oğurluq cinayətləri qeydə alınıb.
Naməlum şəxs gecə saatlarında iki mağazanın qapısını qıraraq zərərçəkənlərə ümumilikdə 2900 manat dəyərində ziyan vurub. Talanan əşyalar arasında nağd pul vəsaiti ilə yanaşı, mobil telefon, enerji içkiləri və tütün məmulatları da olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirilə hər iki əməli törətməkdə şübhəli bilinən, əvvəllər də analoji cinayətlərə görə məhkum olunmuş 22 yaşlı E.Yusifov müəyyən olunaraq saxlanılıb.
Məhəmmədi qəsəbəsində keçirilən digər tədbir zamanı isə marketlərin birindən 800 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinən 40 yaşlı İ.Nadirov da saxlanılıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
17-12-2025, 17:10
Azərbaycanda yeni fond yaradıldı


Azərbaycanda yeni fond yaradıldı

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) təsisçiliyi ilə "Tumar Ventures" adlı yeni vençur fondu yaradılıb.
Bunu "İDDA Awards" müsabiqəsinin mükafatlandırma mərasimində İRİA-nın İnnovasiya ekosistemi departamentinin müdiri Taleh Kərimli bildirib.
"Bu, bizim üçüncü vençur fondumuzdur", - deyə o qeyd edib.
Xatırladaq ki, İRİA-nın təşəbbüsü ilə bu gün Azərbaycanın innovasiya ekosistemində ən mühüm hadisələrdən biri olan "IDDA Awards" müsabiqəsinin mükafatlandırma mərasimi baş tutub. Tədbirdə innovasiya ekosisteminin 200-ə yaxın oyunçusu ilə yanaşı, startaplar, böyük şirkətlərin və müxtəlif dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
"IDDA Awards" Azərbaycanda innovasiyaların təşviqinə, startapların yaratdığı qabaqcıl texnoloji həllərin tanıdılmasına və innovativ layihələrin həm dövlət, həm də özəl sektorda tətbiqini stimullaşdıran mühüm platformadır. Müsabiqə iştirak edən və xüsusilə də qalib olan layihələr üçün ekosistemdə tanınmaqla yanaşı, şəbəkələşmə və yeni tərəfdaşlıqların qurulması baxımından geniş imkanlar yaranır.
17-12-2025, 17:06
Putin Ukrayna müharibəsinə görə Baydeni ittiham edib


Putin Ukrayna müharibəsinə görə Baydeni ittiham edib

"Ukrayna dövlətçiliyi dağılır və Silahlı Qüvvələrinin vəziyyəti də pisləşir".
Bu sözləri Rusiya prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin genişləndirilmiş Kollegiya iclasında söyləyib.
O, Ukraynada müharibəni Rusiyanın deyil, Qərbin başlatdığını deyib.
"Əvvəlki ABŞ administrasiyası (red- Co Bayden administrasiyası) Ukraynadakı müharibəyə səbəb olmuşdu: Vaşinqton və Avropadakı əlaltıları Rusiyanı qısa müddət ərzində məhv edəcəklərinə əmin idilər".
Putin Rusiyanın heç kimi təhlükəsizlik hüququndan məhrum etmədiyini, amma NATO-nun genişlənməməsi də daxil olmaqla, verdiyi vədləri yerinə yetirməkdə israr edəcəyini deyib:
"NATO-nun Şərqə genişlənməyəcəyi açıq şəkildə bildirilirdi. Bəs nə? Onlar vecinə deyillər - bir dalğa digərinin ardınca genişlənmə. Avropanın dialoqa başlayacağına ümid var, amma bu, hazırkı elita üçün mümkün deyil. Rusiya danışıqlar aparmağa və bütün məsələləri sülh yolu ilə həll etməyə hazırdır.
Qərb ölkələri Rusiyanın daxili siyasətinə təsir göstərmək üçün dağıdıcı vasitələrdən istifadə edərək ölkəni daxildən sabitsizləşdirdilər. Qərb ölkələri də oxşar cəhdlər göstərərək, daxili siyasəti pozmaq üçün alətlər yaratmış və istifadə etmişlər.
17-12-2025, 16:22
STM-in üzə çıxardığı böyük sosial problem - AÇIQLAMA


STM-in üzə çıxardığı böyük sosial problem - AÇIQLAMA

“Sosial Tədqiqatlar Mərkəzinin ən aktual araşdırması azad olunmuş ərazilərlə bağlı “Böyük qayıdış” prosesinin tədqiqi, strategiyanın müəyyənləşdirilməsi və ictimai rəyin öyrənilməsi istiqamətində gördüyü işlərdir”.
Bu sözləri Mərkəzin mətbuat katibi Əziz Əlibəyli bildirib.
O qeyd edib ki, Vətən müharibəsinin nəticələrinin qiymətləndirilməsi də əsas istiqamətlərdən biri kimi önəm daşıyır:
“44 günlük müharibə Azərbaycan dövləti ilə Azərbaycan xalqı arasında formalaşmış bir ictimai müqavilənin nəticəsidir və qazanılan qələbə həmin müqavilənin məntiqi davamıdır.
Sosial Tədqiqatlar Mərkəzi ictimai rəy əsasında dövlət rəsmilərinin imicinin müəyyənləşdirilməsini əks etdirən inam indeksi formalaşdırılıb. Bu yanaşmanın dünya təcrübəsində mövcud idi, Azərbaycanda isə ilk dəfə biz yaratdıq.
Eləcə də miqrasiya və təhsil sahəsində aparılan tədqiqatlar, dezinformasiyalarla bağlı araşdırmalar mühüm istiqamətlər sırasında yer alır. Ailə və uşaq problemləri üzrə tədqiqatlar da xüsusi vurğulanır. Bu sahələr üzrə mərkəzin yüzlərlə nəşr və sənədi mövcuddur.
Araşdırmalar nəticəsində əsas sosial problemlər kimi məşğulluq məsələsi, gənclərin əmək bazarına inteqrasiyası və bölgələrdən mərkəzə miqrasiya daha qabarıq şəkildə üzə çıxıb.
Təşkilat 2019-cu ilin fevral ayında Prezidentin fərmanı ilə yaradılıb.
Ölkə rəhbəri hesabatlarında Mərkəzin araşdırmalarına dəfələrlə istinad edildiyi qeyd olunur. Qurumun rəsmi statusu və institusional imici digər dövlət orqanlarının bizim nəticələrimizə əsaslanmasına imkan yaradır.
Qapalı siyasi arayışlar və ictimai müzakirələr də qurumun fəaliyyətinin mühüm tərkib hissəsidir.
Mərkəz ölkədə ən peşəkar sosial tədqiqat qurumlarından biri olaraq statistik məlumatlar təqdim etsə də, araşdırmalar Dövlət Statistika Komitəsindən fərqli olaraq dövlət qurumlarının sənədləri ilə deyil, birbaşa ictimai rəy əsasında aparılır.
Hazırda mərkəzdə aparılan hesablamaların arxitekturasında süni intellektin tətbiqinə başlanılıb. Süni intellektin araşdırmaya tam inteqrasiyası hələ reallaşmayıb. Çünki süni zəka özü hələ inkişaf mərjhələsini yaşayır. Gələcək illərdə məhsuldarlığın artırılması məqsədilə bu texnologiyadan daha geniş istifadə olunacaq.
17-12-2025, 16:16
Bu regionda elektron jurnalların tətbiqinə başlanılıb - RƏSMİ


Bu regionda elektron jurnalların tətbiqinə başlanılıb - RƏSMİ

Dağlıq Şirvan Regional Təhsil İdarəsi üzrə 9 təhsil müəssisəsində kağız jurnalla yanaşı elektron jurnal tətbiq olunur.
Bu barədə Dağlıq Şirvan Regional Təhsil İdarəsindən məlumat verilib.
Regional Təhsil İdarəsindən bildirilib ki, layihənin əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində 2025-2026-cı tədris ilindən etibarən elektron jurnalların tətbiqinə başlanılıb. Bu proses "Rəqəmsal məktəb" platforması üzərindən aparılır.
Elektron jurnalların tətbiq edilməsində əsas məqsəd qiymətləndirməni rəqəmsallaşdırmaq, valideyn-məktəb əlaqəsinin daha əlçatan olmasını təmin etməkdən ibarətdir.
17-12-2025, 16:10
“Ailə vəzifələri olan işçilər”lə bağlı təklif irəli sürüldü


“Ailə vəzifələri olan işçilər”lə bağlı təklif irəli sürüldü

Cinayət Məcəlləsinin 164-cü maddəsində hamilə qadınlara və üç yaşınadək uşağı olan şəxslərə qarşı əmək müqaviləsinin xitamına görə cinayət məsuliyyəti nəzərdə tutulduğu kimi, gələcəkdə “ailə vəzifələri olan işçilər”lə də bağlı eyni qorumanın tətbiqi çox yaxşı olardı.
Bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova təklif edib.
Onun sözlərinə görə, təklifin reallaşması əmək hüquqlarının daha da gücləndirilməsinə xidmət edərdi.
17-12-2025, 15:53
Bu küçədə hərəkət yenidən qurulur


Bu küçədə hərəkət yenidən qurulur

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) "Ağ şəhər" yol infrastruktur layihələri çərçivəsində Süleyman Vəzirov küçəsinin bir hissəsində - Xəqani Rüstəmov küçəsi ilə kəsişməsindən Babək prospektinə qədər olan ərazidə apardığı yenidənqurma işlərini yekunlaşdırmaq üzrədir.
Uzunluğu 1100 metr olan sözügedən küçənin hərəkət hissəsinin eni 14 metr təşkil edir.
Yenidənqurma işləri çərçivəsində avtonəqliyyat vasitələrinin parklanmasının təmin edilməsi məqsədilə 2,5 metr enində xüsusi parkinq zolaqları yaradılıb.
Ərazidə yeni asfalt-beton örtüyü döşənib, avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinin təşkili üçün işıqforlar və siqnal dirəkləri quraşdırılıb.
Hazırda mövcud piyada səkilərinin bərpası, zəruri yerlərdə yenilərinin inşası, 5 metr enində yeni piyada səkilərinin tikintisi, eləcə də səki hissələrinin bəzək daşları (tamet) ilə örtülməsi işləri yekunlaşmaq üzrədir.
"İnşaat Norma və Qaydaları"nın tələblərinə uyğun olaraq, zəruri ərazilərdə yol nişanlarının quraşdırılması, yol cizgilərinin, yolgöstəricilərin və piyada zolaqlarının çəkilməsi işləri də aparılacaq. Küçənin sözügedən hissəsi yaxın müddətdə müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.
17-12-2025, 15:40
Lavrovla Əraqçi Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdilər


Lavrovla Əraqçi Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdilər

Rusiya və İran xarici işlər nazirləri Sergey Lavrov və Abbas Əraqçi Moskvada Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər.
Bu barədə hər iki nazir danışıqlarının yekunları ilə bağlı keçirdiyi birgə mətbuat konfransında bildiriblər.
Lavrov iranlı həmkarı ilə görüşdə ikitərəfli münasibətləri, İranın nüvə problemi ətrafındakı vəziyyəti, o cümlədən regional məsələləri, Yaxın Şərq, Cənubi Qafqaz və Xəzər regionundakı vəziyyəti müzakirə etdiklərini söyləyib.
Əraqçi də bu məsələlərlə yanaşı Ukrayna münaqişəsinin də bugünkü danışıqlarda müzakirə olunduğunu bildirib.
17-12-2025, 15:32
“Qarabağ” ötən il qazandığından çox xərcləyib


“Qarabağ” ötən il qazandığından çox xərcləyib

Azərbaycan Premyer Liqasında iştirak edən klubların 2024-cü ildə əldə etdiyi gəlirlər və xərcləri müəyyənləşib.
Bu barədə AFFA-nın klubların lisenziyalaşdırılması üzrə hesabatında qeyd olunub.
Ötən il ən çox gəlir əldə edən də, xərcləyən klub da “Qarabağ” olub. Ağdam təmsilçisi 34 milyon 753 min 800 manat gəlir əldə edib, xərcləri isə 35 milyon 630 min 700 manat olub.
“Neftçi” 28 milyon 617 min 506 manat qazanıbsa, 28 milyon 737 min 905 manat xərcə düşüb.
“Sabah”ın ümumi gəliri isə 26 milyon 953 min 800 manat olub. Onlar 26 milyon 236 min 600 manat xərcləyib.
2024-cü ildə digər klubların gəlirləri və xərcləri aşağıdakı kimi olub:

“Zirə”:
Gəlir: 10 milyon 968 min 897 manat
Xərc: 10 milyon 946 min 081 manat

“Sumqayıt”:
Gəlir: 9 milyon 178 min 060 manat
Xərc: 9 milyon 071 600 manat

“Səbail”:
Gəlir: 7 milyon 799 min 500 manat
Xərc: 8 milyon 094 min 600 manat

“Araz-Naxçıvan”:
Gəlir: 6 milyon 208 min 100 manat
Xərc: 5 milyon 939 min 700 manat

“Turan Tovuz”:
Gəlir: 6 milyon 145 min 200 manat
Xərc: 6 milyon 133 min 100 manat

“Kəpəz”:
Gəlir: 3 milyon 711 min 300 manat
Xərc: 3 milyon 491 min 800 manat

“Şamaxı”:
Gəlir: 3 milyon 51 min 300 manat
Xərc: 2 milyon 503 min 600 manat
17-12-2025, 15:27
Spiker Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə görüşdü


Spiker Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə görüşdü

Milli Məclisin sədri Sahibə Qafarova Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mariyana Kuyundziç ilə görüşüb.
Bu barərədə parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Görüşdə Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb.
Xüsusilə, 2025-ci il ərzində əlaqələrdə, qarşılıqlı səfər və görüşlərdə müşahidə olunan müsbət dinamikadan məmnunluq ifadə olunub, Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə görüşlərinin tərəflər arasında ikitərəfli gündəliyin müxtəlif aspektlərinin müzakirəsi baxımından əhəmiyyəti qeyd edilib.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mariyana Kuyundziç Azərbaycan və Ermənistan arasında sülh istiqamətində əldə olunan nailiyyətlər münasibətilə təbriklərini çatdırıb və bunu tarixi hadisə kimi dəyərləndirib. Diplomat tərəflər arasında sülhün əldə olunması istiqamətində irəliləyişlərin həm region, həm qitə, həm də dünya üçün əhəmiyyətli hadisə olduğunu söyləyib.
Milli Məclisin sədri diplomata Azərbaycan və Ermənistan sülh prosesi, o cümlədən parlamentlər arasında etimad quruculuğu tədbirləri haqqında məlumat verib.
Spiker Sahibə Qafarova bu kontekstdə "Avropa İttifaqı-Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik"də Azərbaycan–Ermənistan sülh prosesi baxımından narahatlıq doğuran məqamlara toxunub.
Azərbaycan parlamentinin sədri Milli Məclisin Avropa İttifaqına üzv ölkələrin parlamentləri ilə sıx əməkdaşlığını qeyd edib. O, özünün bu istiqamətdə səfərlərini və görüşlərini məmnunluqla xatırlayıb.
Spiker Sahibə Qafarova Avropa Parlamentinin Azərbaycan əleyhinə qətnamələrinə toxunaraq, bu gün regionda mövcud olan reallıqların, Azərbaycan və Ermənistan arasında sülh prosesində əldə olunmuş nailiyyətlərin bu qətnamələrin nə dərəcədə qərəzli olmasını bir daha sübut etdiyini deyib.
Söhbət zamanı, həmçinin Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin müxtəlif aspektləri nəzərdən keçirilib. O cümlədən, enerji sahəsində tərəfdaşlığın əhəmiyyəti vurğulanıb.
Eyni zamanda nəqliyyat, ticarət və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanların olduğu diqqətə çatdırılıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!