Zelenskinin yeni "sağ qolu" kim olacaq? .....                        MDB liderləri bu ölkədə görüşəcək .....                        ABŞ iki od arasında .....                        Hər zaman həmrəy olaq! .....                        İranda etirazlar - minlərlə insan ayağa qalxdı .....                        Zəngəzur dəhlizi dünyanın ən yüksək tutumlu ticarət yolu olacaq .....                        ABŞ Ukraynaya qoşun yeridəcək? - Zelenskidən cavab .....                        Ərəb ölkəsi Yəməndə əməliyyatı dayandırır .....                        Bəşər Əsədin fotosu silindi .....                       
17-12-2025, 13:34
Putin sülhə razılaşmazsa, ABŞ təzyiqi artıracaq


Putin sülhə razılaşmazsa, ABŞ təzyiqi artıracaq

ABŞ, Putin yeni sülh müqaviləsini rədd edəcəyi təqdirdə Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır.
Vəziyyətlə tanış olan mənbələrə görə, ABŞ, Putin Ukrayna ilə sülh müqaviləsini rədd edəcəyi təqdirdə Moskvaya təzyiqi artırmaq üçün Rusiyanın enerji sektoruna qarşı yeni sanksiyalar hazırlayır.
ABŞ Rusiya neftini daşımaq üçün istifadə edilən "kölgə donanması" gəmilərini, eləcə də bu əməliyyatları asanlaşdıran treyderləri təqib etmək kimi müxtəlif variantları nəzərdən keçirir.
17-12-2025, 13:28
Mütəşəkkil dəstə üzvləri saxlanıldı - VİDEO


Mütəşəkkil dəstə üzvləri saxlanıldı - VİDEO

DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədi ilə əməliyyatlar davam etdirilir. Paytaxt və bölgələrdə baş tutan növbəti tədbirlər zamanı əvvəllər məhkum olunan Səddam Əsədov, Emin Balakişiyev və Emin Əliyev saxlanılıblar. Onlardan 47 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana və psixotrop maddə metamfetamin aşkarlanıb.
Bu barədə DİN-dən məlumat verilib.
Saxlanılanların şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşları ilə cinayət əlaqəsinə girərək narkotik vasitələri əldə etdikləri və satış məqsədi ilə əvvəlcədən təyin edilən nöqtələrə yerləşdirməyi planlaşdırdıqları məlum olub.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.

17-12-2025, 13:23
Overçuk danışıqlar üçün İrəvandadır


Overçuk danışıqlar üçün İrəvandadır

Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Ermənistan-Rusiya hökumətlərarası komissiyasının iclasında iştirak etmək üçün İrəvana gedib.
Onun Ermənistan rəhbərliyi ilə bir sıra işgüzar görüşləri də planlaşdırılır.
17-12-2025, 13:20
Onlara milli mətbuatın yubiley medalı verildi


Onlara milli mətbuatın yubiley medalı verildi

Dekabrın 17-də Medianın İnkişafı Agentliyinin (MEDİA) Müşahidə Şurasının ilin yekunlarına həsr olunmuş iclası keçirilib.
İclasda Müşahidə Şurasının sədri Dağbəyi İsmayılov, Müşahidə Şurasının üzvləri Vüqar Əliyev, Şəfəq Mehrəliyeva, Sevil Mikayılova, Elçin Şıxlı və Agentliyin İcraçı direktoru Əhməd İsmayılov iştirak ediblər.
İclas zamanı Agentliyin cari il ərzində həyata keçirdiyi fəaliyyətlər, prioritet istiqamətlər üzrə görülmüş işlər, beynəlxalq əməkdaşlıq çərçivəsində əldə olunan nəticələr və təşkil edilən layihələrin ümumi media mühitinə təsirindən bəhs edilib. Eyni zamanda, növbəti dövr üçün əsas hədəflər, tərəfdaşlıq əlaqələrinin daha da genişləndirilməsi və qlobal informasiya mühitində Azərbaycanın mövqeyinin gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, görüş çərçivəsində Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov tərəfindən Müşahidə Şurasının üzvlərinə “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” Azərbaycan Respublikasının yubiley medalı təqdim olunub.
17-12-2025, 13:11
Kamran Əsədov polis nəzarətinə götürülüb - RƏSMİ


Kamran Əsədov polis nəzarətinə götürülüb - RƏSMİ

Dövlət İmtahan Mərkəzi (DİM) qəbul və buraxılış imtahanlarında qeydə alınmış qanun pozuntuları barədə növbəti açıqlama yayıb. Açıqlamada tanınmış təhsil eksperti Kamran Əsədovun yol verdiyi cinayət işindən bəhs olunub.
DİM təəssüflə bəyan edib ki, bəzi hallarda müəyyən şəxslər imtahanlarda “uğur” qazanamaq üçün müxtəlif qeyri-qanuni üsullardan çəkinmirlər.
Belə ki, Gəncə şəhərində keçirilən ali məktəbələrə qəbul imtahanında bəzi abituriyentlərin üzərində gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş və istifadəsi müvafiq orqanlar tərəfindən xüsusi icazə əsasında yol verilə bilən texniki vasitələr aşkarlanıb.
17 iyun 2025-ci il tarixində xüsusi yoxlama alqoritmlərinə əsasən nəticələri şübhə doğuran abituriyentlərin, həmçinin üzərlərində texniki vasitələr aşkarlanan abituriyentlərin siyahısı araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim olunub.
Nəticədə bu işin təşkilatçıları və onların qurduqları şəbəkə ibtidai istintaqın gedişində ifşa olunub. Buraxılış və qəbul imtahanlarında qanunsuz texniki vasitələr hazırlayan və istifadə məqsədilə satan bir qrup təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib.
“Həmin cinayət işi üzrə təqsirləndirilən şəxslər Babayev İslam Elşan oğlu, Məmmədov Ayxan İlham oğlu və Məmmədov Murad Mahir oğlunun törətdikləri cinayət əməlləri iş üzrə aparılmış istintaq zamanı toplanmış dəlillər, o cümlədən özlərinin etirafedici ifadələri ilə yanaşı şahid ifadələri, ekspert rəyi və digər istintaq sənədləri ilə tam sübuta yetirilib. Cinayət işinin materiallarından müəyyən olunur ki, bu iş üzrə kömək edilməsi nəzərdə tutulan abituriyent sayı 11 nəfərdir”, - DİM-dən bildirilib.
Rəsmi məlumatda deyilir ki, istintaqın gedişi zamanı 29 oktyabr tarixində DİM zərərçəkmiş şəxs kimi tanınmış və istintaq məlumatları təqdim edilib. İttiham aktı ilə tanış olan zaman hazırda təqsirləndirilən şəxslər Abbasov Gündüz Yaşar oğlu və Əsədov Kamran Alim oğlunun da əməlləri üzə çıxıb.
“İttiham aktına əsasən Gündüz Abbasov və Kamran Əsədov qadağan olunmuş texniki cihazlar vasitəsilə Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək imtahanlardan asanlıqla keçmələrinə kömək göstərilməsi üçün onlara müraciət etmiş müxtəlif şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaiti alıb aralarında bölüblər. Onlar müxtəlif yerlərdə abituriyentlərlə görüşərək texniki cihazlardan istifadə olunma qaydasını izah ediblər”.
Qeyd edək ki, bu cihazların yerləşdirilməsi üçün altı qalın idman tipli ayaqqabılardan istifadə olunub. Onların alt hissəsi xüsusi alətlə kəsilərək genişləndirilib. Beləliklə kənardan baxılanda ayaqqabının altlığında kənar əşyaların olmasını girişdə müəyyən etmək mümkün olmayıb.
Həmin abituriyentlər daha sonra sanitar qovşağa gediblər (qaydalara əsasən imtahan başlayana qədər iştirakçıların təbii ehtiyaclarını ödəməsinə imkan yaradılır). Orada onlar qulaqlığı xüsusi çubuq vasitəsilə qulaqlarına, kameranı köynəyin düymə hissəsinə, ötürücü cihazı xüsusi yapışqan vasitəsilə çiyinlərinə, internet paylacı cihazı isə ayaqqabının daban hissəsinə yerləşdiriblər. Daha sonra sinif otağına qayıdıblar və imtahan başlayandan sonra üzərlərində olan kameranı kitabçaya tutmaqla görüntünü qarşı tərəfə ötürüblər. Qarşı tərəf isə öz telefonunda olan xüsusi proqram vasitəsilə görüntüləri canlı şəkildə əldə edib. Cavablar isə üzərində “vip smart” sözləri yazılmış nazik plastik karta oxşayan və üzərində hər hansı düymə və s. olmayan telefona zəng etməklə bildirilib. Belə ki, kartın üzərində olan nömrəyə zəng gəldikdə avtomatik telefon açılır və zəng edən şəxsin səsi eşidilir.
Toplanmış sübutlara əsasən, təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan edilməklə Gündüz Abbasov barəsində məhkəmənin qərarı ilə həbs, Kamran Əsədov barəsində isə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirləri seçilib.
Dekabrın 12-də Gəncə Şəhər Məhkəməsində təqsirləndirilən şəxslərlə bağlı məhkəmənin hazırlıq iclası keçirilib və onların anket məlumatları dəqiqləşdirilib, hüquqi öhdəlikləri izah edilib, həmçinin ittiham aktı ilə tanış olub-olmadıqlarını soruşub. Kamran Əsədov hakimə jurnalistlərin onun haqqında yaya biləcək informasiyanı əsas gətirərək prosesin qapalı keçirilməsi ilə bağlı vəsatət versə də, hakim bunun üçün heç bir əsasın olmadığını qeyd edib və jurnalistlərin prosesdə iştirakı təmin edilib.
Məhkəmənin baxış iclası isə 19 dekabr saat 15:00-a təyin olunub.
17-12-2025, 13:00
Rusiyada terror aktının qarşısı alındı


Rusiyada terror aktının qarşısı alındı

Rusiyada cəzaçəkmə müəssisəsində planlaşdırılan terror aktının qarşısı alınıb.
Rostov vilayəti üzrə Federal Təhlükəsizlik Xidmətinin (FSB) əməkdaşları Mərkəzi Asiya ölkələrindən olan məhbuslar tərəfindən regiondakı cəza koloniyasında planlaşdırılan terror aktını önləyib.
"Terror təşkilatının tərəfdarları olan şübhəlilər cəzaçəkmə koloniyasında məhbuslar həbsxana nəzaərtçilərini girov götürmək və inzibati binaları yandırmaq üçün plan hazırlayıblar".
Axtarışlar zamanı şübhəlilərin üzərindən iti bıçaqlar, terror təşkilatının bayrağına bənzər təsviri olan parça və mobil telefonlar tapılıb. Terror aktına cəhd maddəsi ilə cinayət işi açılıb.
17-12-2025, 01:30
2025-ci ildə ən çox edam həyata keçirən ölkə


2025-ci ildə ən çox edam həyata keçirən ölkə

2025-ci ildə dünyada ən çox edam hökmü icra edən ölkə Səudiyyə Ərəbistanı olub.
Bu barədə "Agence France-Presse" (AFP) agentliyi məlumat yayıb.
Qeyd olunur ki, bu ilin əvvəlindən etibarən krallıqda ümumilikdə 340 nəfər edam edilib və bununla da yeni rekord qeydə alınıb.
Edam olunanların böyük əksəriyyəti narkotik cinayətləri ilə bağlı məhkum edilən şəxslərdir. 2025-ci ilin əvvəlindən bəri 232 nəfər narkotik alverinə görə ölüm hökmü ilə cəzalandırılıb. Daxili İşlər Nazirliyi dekabrın 15-də Məkkə əyalətində qətl işi üzrə üç nəfərin edam edildiyini də açıqlayıb.
Qeyd olunur ki, Səudiyyə Ərəbistanı ardıcıl ikinci ildir edamların sayına görə rekord qırır. 2024-cü ildə ölkədə 338 nəfər edam edilmişdi.
Analitiklər edamların sayındakı artımı 2023-cü ildən etibarən narkotiklərə qarşı mübarizənin sərtləşdirilməsi ilə əlaqələndirirlər. Həmin ildən krallıqda narkotiklə bağlı cinayətlər üzrə edam hökmlərinin icrası yenidən bərpa olunub. Bundan əvvəl bu maddələr üzrə edamlar üç il müddətinə dayandırılmışdı.
17-12-2025, 00:42
22 yaşlı qadın əməliyyatdan 5 gün sonra öldü


22 yaşlı qadın əməliyyatdan 5 gün sonra öldü

Kürdəmirdə 5 gün əvvəl əməliyyat olunan 22 yaşlı qadın xəstəxanada dünyasını dəyişib.
Hadisə dekabrın 16-da, saat 19 radələrində Rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb.
Belə ki, Kürdəmir rayonu, Qarasu kənd sakini, 2003-cü təvəllüdlü Məleykə Müsəllim qızı Nurməmmədova dekabın 11-də ginekoloji problemlə bağlı xəstəxanaya müraciət edib və həkimlər ona əməliyyat təyin ediblər.
Növbəti gün qadın əməliyyat olunub. Əməliyyat uğurlu alınsa da, Məleykə Nurməmmədova dekabrın 16-da, saat 19 radələrində kəskin qan azlığından dünyasını dəyişib.
Mərhumun yaxınları qadının ölüm səbəbini həkim səhlənkarlığı ilə əlaqələndirirlər. Qeyd edək ki, ölən qadın 5 ildir evlidir və onun bu evlilikdən iki azyaşlı qızı var.
Hazırda faktla bağlı Kürdəmir rayon prokurorluğunda araşdırmalara başlanılıb.
17-12-2025, 00:07
Azərbaycan bizim çox önəmli dostumuzdur - Kobaxidze


Azərbaycan bizim çox önəmli dostumuzdur - Kobaxidze

Rəsmi Tbilisi Azərbaycan və Ermənistanın maraqlarını nəzərə alır. Düşünürəm ki, danışıqlar yolu ilə hər üç ölkənin maraqlarını təmin edəcək ən yaxşı yolu tapacağıq.
Bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze mətbuata açıqlamasında söyləyib.
O deyib: “Türkmənistanda Azərbaycanın Baş naziri ilə çox səmimi görüş keçirdim. Ümumiyyətlə, Azərbaycan bizim çox önəmli dostumuzdur. Hökumətlərimiz arasında olduqca mehriban münasibətlər mövcuddur. Buna görə də, heç bir məsələdə ortaq dil tapmaqda çətinlik çəkməyəcəyik".
Kobaxidzenin sözlərinə görə, danışıqların mövzusu Azərbaycandan Gürcüstan ərazisi vasitəsilə tranzitin hansı formada həyata keçiriləcəyidir. “Bizim üçün Azərbaycan tərəfinin maraqları, eləcə də Ermənistan tərəfinin maraqları tamamilə məqbuldur. Bizim öz maraqlarımız var və düşünürəm ki, danışıqlar əsasında hər üç ölkənin maraqlarını təmin edəcək ən yaxşı yolu asanlıqla tapacağıq”, - deyə Baş nazir bildirib.
O, Cənub Qaz Dəhlizi Sazişinin müddətinin bitməsi ilə bağlı sualı da cavablandırıb. O, bütün məsələlər üzrə danışıqların aparıldığını qeyd edib.
16-12-2025, 23:43
FIFA ilin ən yaxşılarını açıqladı


FIFA ilin ən yaxşılarını açıqladı

FIFA ilin ən yaxşılarını açıqlayıb.
Fransanın PSJ klubunda çıxış edən Usman Dembele ən yaxşı futbolçuya təqdim olunan "The Best" mükafatına sahib çıxıb.
Komandanın çalışdırıcısı Luis Enrike isə ən yaxşı baş məşqçi seçilib.
Argentina təmsilçisi "İndependiente"nin futbolçusu Santyaqo Montiel "Puşkaş" mükafatına layiq görülüb. O, "İndependiente Rivadavia" ilə matçda vurduğu qola görə fərqləndirilib.
Daha əvvəl ən yaxşı qapıçı mükafatını İngiltərə nəhəngi “Mançester Siti”nin formasını geyinən Canluici Donnarumma qazanıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!