Zelenskinin yeni "sağ qolu" kim olacaq? .....                        MDB liderləri bu ölkədə görüşəcək .....                        ABŞ iki od arasında .....                        Hər zaman həmrəy olaq! .....                        İranda etirazlar - minlərlə insan ayağa qalxdı .....                        Zəngəzur dəhlizi dünyanın ən yüksək tutumlu ticarət yolu olacaq .....                        ABŞ Ukraynaya qoşun yeridəcək? - Zelenskidən cavab .....                        Ərəb ölkəsi Yəməndə əməliyyatı dayandırır .....                        Bəşər Əsədin fotosu silindi .....                       
14-12-2025, 15:02
Karateçilərimiz dünya çempionatında 5 medal qazandılar


Karateçilərimiz dünya çempionatında 5 medal qazandılar

Azərbaycan karateçiləri Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində Dünya Kyokuşin Federasiyasının (KWF) təşkilatçılığı ilə keçirilən dünya çempionatında müxtəlif yaş və çəki dərəcələrində 5 medal qazanıblar.
Cavid Kazımlı (16-17 yaş, +80 kq) və Selcan Babayeva (+60 kq) qızıl medal əldə edib.
Rəhman Yusubov (14-15 yaş, 75 kq) gümüş, Vaqif Bəndəliyev (16-17 yaş, 70 kq) və Toğrul Orucov (12-13 yaş, 60 kq) isə bürünc medala sahib olublar.
Qeyd edək ki, dünya çempionatında Azərbaycan 16 idmançı, 2 hakim, 1 baş məşqçi və 1 ölkə nümayəndəsi olmaqla, ümumilikdə 20 nəfərlik heyətlə iştirak edib. Karateçilər həm fərdi həm də komanda yarışlarında qüvvələrini sınayıblar.
Milliyə AKF-nin baş katibi Qabil Sayadov və KWF-in nümayəndəsi Rza Mustafayev rəhbərlik ediblər.
14-12-2025, 14:48
Berlində iğtişaşlar - 18 nəfəri saxlanıldı


Berlində iğtişaşlar - 18 nəfəri saxlanıldı

Berlin polisi şənbə günü keçirilən nümayişdən sonra ictimai asayişin pozulması ilə bağlı 18 nəfəri saxlayıb.
Bu barədə yerli polisin "X" sosial şəbəkəsindəki açıqlamasında bildirilib.
Məlumata görə, Berlinin Fridrixshayn rayonunda radikal solçu tərəfdarların nümayişi zamanı baş verən iğtişaşlarda səkkiz polis əməkdaşı xəsarət alıb.
"Hazırkı məqamda ictimai asayişin, Almaniya Cinayət Məcəlləsinin 86a maddəsinin (anti-konstitusion təşkilatların simvollarından istifadənin qadağan olunması) və partlayıcı maddələr haqqında qanunun pozulması ilə əlaqədar 18 nəfəri saxlamağa məcbur olduq", – açıqlamada qeyd olunub.
Hüquq mühafizə orqanlarının məlumatına görə, Almaniyanın paytaxtında keçirilən mitinqdə təxminən min nəfər iştirak edib, təhlükəsizliyi isə 500 polis təmin edib. Gecəyə yaxın nümayişçilər aqressiv davranmağa başlayaraq polislərə butulkalar, fişənglər atıb və qadağan olunmuş təşkilatların şüarlarını səsləndiriblər.
14-12-2025, 14:39
Rusiyaya kütləvi PUA hücumu


Rusiyaya kütləvi PUA hücumu

Gecə saatlarında Ukrayna Silahlı Qüvvələri Rusiyanın müxtəlif ərazilərinə pilotsuz uçuş aparatları (PUA) ilə kütləvi hücumlar təşkil edib.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, növbətçi hava hücumundan müdafiə sistemləri Rusiyanın müxtəlif bölgələri üzərində səmada 235 Ukrayna dronu vurub.
Nazirliyin açıqlamasına görə, Bryansk bölgəsi və Krasnodar diyarı daha çox hücuma məruz qalıb.
14-12-2025, 14:24
Kamran Əsədov günahını etiraf etdi


Kamran Əsədov günahını etiraf etdi

Cinayət məsuliyyətinə cəlb olunan tanınmış təhsil eksperti Kamran Əsədov məhkəmdə ifadə verən zaman günahkar olduğunu etiraf edib.
Bu barədə məhkəmədə iştirak edən teleoperator Nazir Quliyev bildirib.
"Mən bəzi sosial şəbəkələrdə təhsil eksperti Kamran Əsədovla bağlı gedən müzakirələrə münasibət bildirmək istəyirəm. Gəncə şəhər Məhkəməsində mən də iştirak etmişəm. Hakimin verdiyi suala cavabında o özünü günahkar hesab etdiyini və imtahanla bağlı ona müraciət edən abituriyentləri Gəncə şəhərində tarix müəllimi kimi çalışan Gündüz Abbasovun yanına yönləndirdiyini etiraf edib. Qısası, bu fikrimi niyə yazdım? Rəylərə baxıram, bəzi insanlar yazır ki, belə şey olmaz, Kamran müəllimi tanıyırıq. Ancaq insan etdiyi əməli məhkəmədə təsdiqləyir, boynuna alır", - Nazir Quliyev vurğulayıb.
Qeyd edək ki, tanınmış təhsil eksperti Kamran Əsədov cinayət məsuliyyətinə cəlb edilib. Ekspert tanışı Gündüz Abbasovla birlikdə qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə hallarına görə ittiham olunur.
Xatırladaq ki, 2014-cü ildə də Kamran Əsədov Bakı şəhər sakinindən övladını ali məktəbə qəbul etdirmək adı ilə pul tələb edən zaman Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsininin əməkdaşları tərəfindən saxlanılmış, baxış zamanı onun üstündən 2 min 500 manat məbləğində nağd pul aşkar edilərək götürülmüşdü.
Faktla bağlı cinayət işi başlanmış və K.Əsədov Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdi.
O zaman K.Əsədov Nərimanov Rayon Məhkəməsinin 2015-ci il 18 fevral tarixli hökmü ilə Cinayət Məcəlləsinin 178.2.4, 310-cu maddələri ilə məhkum edilməklə barəsində 8 ay 6 gün islah işləri və 3500 manat cərimə cəzası tətbiq olunmuşdu.
14-12-2025, 13:52
Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ


Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

Azərbaycanda dekabrın 15-də avtomobil yollarında gözlənilən vəziyyət açıqlanıb.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Qeyd olunub ki, gecə və səhər saatlarında bəzi dağlıq ərazilərdə yolların buz bağlama ehtimalı var.
14-12-2025, 13:15
Ukrayna rus ordusunun müdafiəsini yardı - Kupyanskıda təmizləmə əməliyyatı


Ukrayna rus ordusunun müdafiəsini yardı - Kupyanskıda təmizləmə əməliyyatı

Ukraynanın Müdafiə Qüvvələri Xarkov vilayətinin Kupyansk istiqamətində və şəhərin kənarlarında hücumlarını davam etdirir.
Bu barədə ABŞ-nin Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) yeni hesabatında qeyd olunur.
Məlumatda qeyd edilir ki, xüsusilə, Ukrayna hərbçiləri Kupyanskın mərkəzində irəliləyib və burada təmizləmə əməliyyatları aparılır.
Bildirilir ki, jurnalist və Ukrayna Milli Qvardiyasının “Xartiya” adlı 13-cü operativ təyinatlı briqadasının döyüşçüsü Yuri Butusov Facebook səhifəsində yazıb ki, Ukrayna qoşunları Kupyanskın cənub-qərbində yerləşən Yubileynıy mikrorayonuna tam nəzarət edir. O əlavə edib ki, bu, rusların şəhərin cənubunda qalan istənilən mövqeləri saxlamaq imkanını aradan qaldıracaq.
Jurnalistin sözlərinə görə, Ukrayna qoşunları 24 sentyabra qədər Tişçenkovkanı, 9 oktyabra qədər Kondraşovkanı, 11 oktyabra qədər isə Radkovkanı azad edib. Onun bildirdiyinə görə, bu, Ukrayna hərbçilərinə həmin ərazidə Rusiya müdafiəsini yarmağa imkan verib.
Butusov həmçinin bildirib ki, Ukrayna hərbçiləri Oskol çayının sağ sahilinə çıxıb və 21 oktyabra qədər Rusiyanın şimaldan Kupyanska gedən yerüstü təchizat xətlərini kəsiblər. Eyni zamanda, ruslar Kupyansk istiqamətində pilotsuz uçuş aparatları üçün yüksək təhlükə zonası yaradıblar.
Bundan əlavə, ISW vurğulayıb ki, 12 və 13 dekabr tarixlərində dərc olunan geolokasiya görüntüləri rus diversiya qruplarının hələ də şəhərin şimal və qərb hissələrində mövcud olduğunu göstərir.
14-12-2025, 13:00
Honkonqda yanğın: 642 milyon dollar ziyan dəyib


Honkonqda yanğın: 642 milyon dollar ziyan dəyib[/color]

Honkonqdakı yaşayış kompleksində baş verən güclü yanğın nəticəsində azı 160 nəfər həlak olub, dəymiş ziyanın məbləği isə 5 milyard Honkonq dollarından (642 milyon ABŞ dollarından) çox təşkil edib.
Bu barədə "South China Morning Post" (SCMP) qəzetinə faciədən sonra iqtisadi itkiləri qiymətləndirən ekspertlər bildiriblər.
Son məlumata görə, 26 noyabrda başlayan və 28 noyabrda söndürülən yanğın 1 736 mənzili içindəki bütün əşyalarla birlikdə tamamilə məhv edib. Təxminən 5 min nəfər evsiz qalıb.
Ekspertlərin sözlərinə görə, zərərə daxil edilməyən digər itkilər də var – şəhərdə matəm səbəbindən bir sıra tədbirlər ləğv olunub. Restoranlar və ictimai iaşə müəssisələri çoxsaylı tədbirlərin ləğv olunduğunu açıqlayıb. Honkonq Otel Sahibləri Federasiyası isə otel sektorunda da sifarişlərin ləğvi və təxirə salınması hallarının çoxaldığını bildirib.
Yanğın Honkonqun yeni ərazilərindəki Tay Po rayonunda yerləşən "Wang Fuk Court" kompleksinin səkkiz hündürmərtəbəli yaşayış binasından yeddisini əhatə edib. Alov binalarda kosmetik təmir üçün quraşdırılmış tikinti torları və bambuk konstruksiyaları vasitəsilə yayılıb.
Hazırkı yanğın şəhər tarixində yaşayış binasında baş verən ən faciəvi yanğın oldu. Bundan əvvəl meqapolisdə yaşayış binasında qurbanların sayına görə ən böyük yanğın 1996-cı ildə "Garley Building" kompleksində baş vermişdi. Nəticədə 41 nəfər ölmüş və 81 nəfər xəsarət almışdı. Bununla belə, Honkonq daha faciəvi yanğınlar da yaşayıb, lakin onlar yaşayış tikililərində olmayıb. Meqapolisin tarixində ən çox qurbanla nəticələnən yanğın 27 fevral 1918-ci ildə "Happy Valley" ippodromunda baş verib. Müvəqqəti tribunanın uçması və yanğının başlaması nəticəsində 600-dən çox insan həlak olub. 1948-ci ildə "Des Voeux Road West" küçəsində baş verən digər bir yanğın zamanı anbarda baş verən yanğın yaşayış binalarına keçmiş, nəticədə 176 nəfər ölmüş və 69 nəfər yaralanmışdı.
14-12-2025, 12:50
Sabah leysan olacaq, qar yağacaq


Sabah leysan olacaq, qar yağacaq

Bakıda və Abşeron yarımadasında dekabrın 15-də havanın bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Məlumata görə, gündüz yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterli olacağı ehtimalı var. Cənub-qərb küləyi gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 2-4° isti, gündüz 5-7° isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunundan 765 mm civə sütununa enəcək. Nisbi rütubət 75-85 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti, əsasən, yağmursuz olacaq. Lakin gecə və səhər bəzi şərq rayonlarında arabir yağıntılı olacağı, axşam isə dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-10° isti, dağlarda gecə 0-5 şaxta, gündüz 2-7° isti olacaq. Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlaması ehtimalı var.
14-12-2025, 12:20
Türkiyədə fabrikdə güclü yanğın


Türkiyədə fabrikdə güclü yanğın

Türkiyənin Denizli şəhərinin Çardak rayonu ərazisində filtr sistemləri istehsal edən bir fabrikin anbar hissəsində hələ müəyyənləşdirilməmiş səbəbdən yanğın baş verib.
Bu barədə "TRT Haber" məlumat yayıb.
Yanğın qısa müddət içərisində fabrikin böyük hissəsinə yayılıb. Yanğın zamanı fabrikin boş olduğu öyrənilib. Hadisə yerinə çox sayda yanğınsöndürən briqadalar göndərilib və alovların yayılmasını dayanmağa müvəffəq olublar. Yanğın nəticəsində fabrikin böyük hissəsi istifadə olunmaz vəziyyətə gəlib. Hazırda yanğını idarə altına almaq və söndürmək üçün işlər davam etdirilir.
14-12-2025, 11:53
İsrail HƏMAS liderini öldürdü - FOTO


İsrail HƏMAS liderini öldürdü - FOTO

İsrail Müdafiə Ordusu HƏMAS-ın ikinci ən nüfuzlu liderləri hesab olunan Raed Saadın Qəzza şəhərində keçirilən xüsusi əməliyyat zamanı zərərsizləşdirildiyini rəsmi şəkildə təsdiqləyib.
Bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, şənbə günü gündüz saatlarında Raed Saad mühafizəçiləri ilə birlikdə hərəkətdə olarkən “Şkoda” markalı avtomobili hədəfə alınıb.
Zərbə qüvvədə olan atəşkəs rejimi fonunda endirilib və bu addım faktiki olaraq atəşkəsin açıq şəkildə pozulması kimi qiymətləndirilir.
Əməliyyatın İsrailin baş naziri Benyamin Netanyahunun birbaşa icazəsi ilə, ölkənin ali hərbi rəhbərliyinin tövsiyəsi əsasında həyata keçirildiyi bildirilir. Qərarın ABŞ Prezidenti Donald Trampın mövqeyi ilə ziddiyyət təşkil etdiyi vurğulanır. Belə ki, Tramp son telefon danışığında Netanyahudan Qəzza üzrə diplomatik təşəbbüslərə və öz planına şans verilməsini istəmişdi.
İsrail tərəfinin məlumatına görə, Raed Saad 2023-cü il oktyabrın 7-də İsrailə qarşı həyata keçirilmiş hücumun əsas planlaşdırıcılarından biri olub. O, HƏMAS-ın hərbi akademiyasının qurucusu sayılır, şəhər müharibəsi və reyd əməliyyatları üzrə döyüş doktrinalarının hazırlanmasında iştirak edib. Onun zərərsizləşdirilməsi İsrail üçün həm simvolik, həm də strateji əhəmiyyət daşıyır və Netanyahunun seçki ilində sərt xətt yürüdən lider imicini gücləndirir.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!