Zelenskinin yeni "sağ qolu" kim olacaq? .....                        MDB liderləri bu ölkədə görüşəcək .....                        ABŞ iki od arasında .....                        Hər zaman həmrəy olaq! .....                        İranda etirazlar - minlərlə insan ayağa qalxdı .....                        Zəngəzur dəhlizi dünyanın ən yüksək tutumlu ticarət yolu olacaq .....                        ABŞ Ukraynaya qoşun yeridəcək? - Zelenskidən cavab .....                        Ərəb ölkəsi Yəməndə əməliyyatı dayandırır .....                        Bəşər Əsədin fotosu silindi .....                       
4-12-2025, 17:18
ATƏT-in sədrindən Bakı və İrəvana mesaj


ATƏT-in sədrindən Bakı və İrəvana mesaj

Azərbaycan və Ermənistan arasında münaqişənin başa çatması bütün ATƏT regionunda nikbinlik yaradan çox uğurlu nümunədir.
Bu fikirləri Finlandiyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Elina Valtonen jurnalistlər üçün açıqlamasında səsləndirib.
O bildirib ki, Azərbaycanla Ermənistan arasında razılaşmaların əldə edilməsi irəliyə atılmış addımdır və bu məsələ ATƏT-in builki fəaliyyətində əsas uğurlardan biri olub:
“Mən hər iki ölkəyə səfər edərək, sülh prosesilə yaxından tanış olmaq şansı əldə etmişəm. Hər iki ölkə ilə daim məhsuldar əlaqələrimiz mövcuddur. ATƏT bundan sonra da tərəflər arasında hazırda müzakirə edilən msəsələrlə bağlı istənilən dəstəyi verməyə hazırdır”.
4-12-2025, 17:00
Kəlbəcər və Laçında yanğın - Helikopterlər cəlb edildi


Kəlbəcər və Laçında yanğın - Helikopterlər cəlb edildi

Noyabrın 28-də Kəlbəcər rayonunun dağlıq hissəsində başlayan, sonra isə Laçın rayonu ərazisinə keçən yanğınla mübarizə üçün helikopterlər cəlb olunub.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin iki helikopteri, Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb ediliblər.
4-12-2025, 16:54
Əmək müqaviləsi bağlanan bu tələbələrə ödəniş ediləcək


Əmək müqaviləsi bağlanan bu tələbələrə ödəniş ediləcək

Tələbələrlə praktika dövründə əmək müqaviləsinin bağlanması nəzərdə tutulur. Bu məsələ Milli Məclisin Regional məsələlər komitəsinin dünən keçirilən iclasında Əmək Məcəlləsinə təklif olunan dəyişikliklər paketində öz əksini tapıb. Yeni dəyişikliklərə əsasən, təhsilalanlar istehsalat təlimi və təcrübə keçdikləri müddətdə, həmçinin əcnəbilər və vətəndaşlığı olmayan şəxslər iş icazəsi ilə ölkə ərazisində əmək fəaliyyəti göstərdikdə, onlarla əmək müqaviləsi bağlanacaq.
Lakin tələbələrlə əmək müqaviləsi imzalanacağı təqdirdə, onlara bu fəaliyyətə görə hər hansı ödənişin verilib-verilməyəcəyi hələlik məlum deyil.
Mövzu ilə bağlı Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Aydın Mirzəzadə sözügedən istiqəmətdə edilən dəyişikliyi mütərəqqi qiymətləndirib. Onun sözlərinə görə, beynəlxalq təcrübə göstərir ki, bu, işləyənlərin hüquqlarının daha geniş səpkidə qorunması üçün tətbiq edilən səmərəli bir modeldir.
“Təcrübəçilər və ya orada praktika keçən tələbələr son məhsulun və göstərilən xidmətin əldə olunmasında birbaşa iştirak edirlər. Onlar zəhmət çəkir, vaxt sərf edirlər. Bu baxımdan, onların əməyinin ödənilməsi olduqca vacibdir.
Digər tərəfdən, təcrübə keçən tələbələr istehsalat prosesinin içində iştirak edirlər. Ona görə də onların əmək təhlükəsizliyinin qorunması da bu müqavilədə öz əksini tapacaq. Hesab edirəm ki, bu dəyişiklik gənclərin istehsalat təcrübəsi keçməsinə marağını artırmaqla yanaşı, habelə təcrübəçilərin ödəniş olmadığı üçün təcrübədən imtina hallarını da minimuma endirəcək”.
Deputat həmçinin vurğulayıb ki, bu, imkan verəcək ki, son məhsulun əldə edilməsində iştirak edən hər bir kəs, həm əmək kollektivinin üzvləri, idarəedicilər, təcrübə keçənlər, tələbələr və ya qısa müddətlik əmək fəaliyyətində iştirak edənlər zəhmətlərinə görə maddi baxımdan qiymətləndirilsin. Onun fikrincə, dünya praktikasında da belə modellər mövcuddur və Azərbaycan da bu təcrübələrin müasir şəraitdə tətbiqində maraqlıdır.
4-12-2025, 16:45
Abbas Araqçi Azərbaycana gəlir


Abbas Araqçi Azərbaycana gəlir

İranın xarici işlər naziri Abbas Araqçi Azərbaycana səfər edəcək.
Bu barədə İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.
İranın xarici işlər nazirinin Azərbaycana səfərinin gələn həftəyə planlaşdırıldığı qeyd edilir.
4-12-2025, 16:41
Mirzoyan Vyanada Hakan Fidanla görüşdü


Mirzoyan Vyanada Hakan Fidanla görüşdü

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Vyanada türkiyəli həmkarı Hakan Fidanla ayaqüstü görüş keçirib.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Ermənistan və Türkiyə XİN rəhbərlərinin təması ATƏT-in Vyanada keçirilən 32-ci Nazirlər Şurasının açılış mərasimi zamanı baş tutub.
4-12-2025, 16:30
Sabah Bakıda leysan yağacaq - XƏBƏRDARLIQ EDİLDİ


Sabah Bakıda leysan yağacaq - XƏBƏRDARLIQ EDİLDİ

Dekabrın 5-dən 6-sı səhərədək Bakıda və Abşeron yarımadasında arabir yağış yağacaq.
Bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, yağıntının bəzi yerlərdə leysan xarakterli olacağı gözlənilir.

***

12:36

Azərbaycan ərazisində dekabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli olacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 8-10, gündüz 11-14 dərəcə isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunu, nisbi rütubət isə 80-90 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Əsasən şərq rayonlarında leysan xarakterli olacağı ehtimalı var. Səhər yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 5-10, gündüz 14-17 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti olacaq.
4-12-2025, 16:24
Azərbaycanda vəzifəli şəxs CƏZALANDIRILDI


Azərbaycanda vəzifəli şəxs CƏZALANDIRILDI

Bərdə Kommunal Təsərrüfatı İdarəsinin direktoru Natiq Qasımov barəsində protokol tərtib edilib, vəzifəli şəxs qismində 2 min 500 manat məbləğində cərimə olunub.
Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.
Belə ki, Bərdə rayonu ərazisində yerləşən tullantı poliqonunda tullantıların yandırılması ilə bağlı mediadan daxil olan şikayət əsasında 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılıb və fakt təsdiqini tapıb.
İdarənin rəisi Oqtay Şahmurov bildirib ki, yanğın məişət tullantılarının mövcud qanunvericiliyin tələb və qaydalarına uyğun idarə olunmaması və qabaqlayıcı tədbirlərin görülməməsi səbəbindən baş verib.
Poliqonda tullantıların düzgün idarə olunmasının təmin edilməsi və gələcəkdə belə halların təkrarlanmaması məqsədilə Bərdə Kommunal Təsərrüfatı İdarəsinə "Ekoloji tələb" verilib.
Eyni zamanda mövcud vəziyyətlə bağlı Bərdə Rayon İcra Hakimiyyətinə müraciət olunub.
4-12-2025, 16:20
Ziya Məmmədovun səs-küylü tələbə yoldaşının oğlu yarım milyon mənimsəyib


Ziya Məmmədovun səs-küylü tələbə yoldaşının oğlu yarım milyon mənimsəyib

Xırdalan dəmir yolu stansiyasının keçmiş rəisi Fəyyaz Xankişiyevin biznesmen oğlu Zamiq Xankişiyev cinayət məsuliyyətinə cəlb edilib.
O, 3 nəfərin 500 min manatdan artıq (xüsusilə külli miqdarda dələduzluq) pulunu ələ keçirməkdə ittiham olunur.
Şirkət rəhbəri zərərçəkmişlərin şikayəti əsasında Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən tutulub. Z.Xankişiyev əvvəl həbs edilsə də, sonradan ziyanın bir hissəsini ödədiyi üçün barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilərək sərbəst buraxılıb.
Hazırda cinayət işinin istintaqı yekunlaşaraq məhkəməyə göndərilib.
Qeyd edək ki, mediada İmişlidən olan iş adamı barədə əvvəllər də şikayətlər yayımlanıb. Mətbuata üz tutan vətəndaşlar “Azərbaycan Dövlət Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Xırdalan stansiyasının rəisi vəzifəsində çalışmış atası Fəyyaz Xankişiyevi də dələduzluqda ittiham ediblər.
Sonuncu keçmiş nəqliyyat naziri Ziya Məmmədovun tələbə yoldaşı olub. Onun bu addan istifadə edərək İmişlidən Bakıya hər gün vaqonlarla qanunsuz şəkildə qum-çınqıl materialları daşıtdırması barədə də iddialar var.
F.Xankişiyev 2014-cü ildə elə qrup yoldaşı Z.Məmmədov tərəfindən işdə yol verdiyi ciddi nöqsanlara və quruma vurduğu maddi ziyana görə vəzifəsindən azad edilib.
Hazırda dələduzluqda ittiham olunan oğul Xankişiyev isə bahalı həyat tərzi ilə gündəmdə olub. O, “Bentley” markalı 10-PP-555 nömrə nişanlı və seriya nömrəsinin sonu 400-lə bitən bir neçə lüks avtomobilin sahibidir. Müxtəlif vaxtlarda avtomobil kolleksiyasını sosial şəbəkələrdə nümayiş etdirib.





4-12-2025, 16:13
Şamil Ayrım Bakıya gəldi


Şamil Ayrım Bakıya gəldi

Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan Dostluq Qrupunun sədri Şamil Ayrım Azərbaycana gəlib.
Bu barədə onun özü məlumat verib.
O, burada Qərbi Azərbaycan İcmasının "Mədəni İrs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası-ədalətə, barışığa və sülhə aparan yol kimi" mövzusunda keçirəcəyi III Beynəlxalq Konfransda iştirak edəcək.
Şamil Ayrım həm də Kooperasiya Universitetinin 60 illiyinə həsr olunmuş tədbirə qatılacaq.
4-12-2025, 16:07
Ceyhun Bayramov Kaya Kallas ilə görüşdü


Ceyhun Bayramov Kaya Kallas ilə görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Vyanada ATƏT-in Nazirlər Şurasının 32-ci iclası çərçivəsində Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas ilə görüşüb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bildirilib ki, tərəflər Azərbaycan–Aİ əməkdaşlığı gündəliyini nəzərdən keçirib, yüksək səviyyəli təmaslarda müşahidə olunan müsbət dinamikanı alqışlayıb və enerji təhlükəsizliyi, nəqliyyat və əlaqəlilik, ticarət və yaşıl keçid sahələrində əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər.
Nazir Ceyhun Bayramov qarşı tərəfi regional inkişaflar barədə məlumatlandırıb və Azərbaycanın Cənubi Qafqazda davamlı sülh və sabitliyi təşviq etmək istiqamətində səyləri barədə geniş məlumat verib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!