Zelenskinin yeni "sağ qolu" kim olacaq? .....                        MDB liderləri bu ölkədə görüşəcək .....                        ABŞ iki od arasında .....                        Hər zaman həmrəy olaq! .....                        İranda etirazlar - minlərlə insan ayağa qalxdı .....                        Zəngəzur dəhlizi dünyanın ən yüksək tutumlu ticarət yolu olacaq .....                        ABŞ Ukraynaya qoşun yeridəcək? - Zelenskidən cavab .....                        Ərəb ölkəsi Yəməndə əməliyyatı dayandırır .....                        Bəşər Əsədin fotosu silindi .....                       
4-12-2025, 15:51
İran Azərbaycandan su almaq istəyir?


İran Azərbaycandan su almaq istəyir?

İran dərin quraqlıq və su çatışmazlığı fonunda ilk dəfə olaraq su idxalına açıq olduğunu bəyan edib.
Bu barədə İranın energetika naziri Abbas Əliyebadi çıxışında deyib.
Nazirin sözlərinə görə, əgər regionda suyu “məqbul qiymətə satmağa hazır olan ölkə varsa”, Tehran su almağa hazırdır. Əliyebadi bildirib ki, İran hazırkı böhran şəraitində su təminatını sabitləşdirmək üçün bütün mümkün variantları nəzərdən keçirir.
İran son illərin ən ağır quraqlığını yaşayır. 2025-ci ilin martında prezident Məsud Pezeşkian quraqlığın və suya həddindən artıq tələbatın ölkəni humanitar fəlakətə sürüklədiyini açıqlamışdı. İlin ortasına doğru vəziyyət kritik həddə çatdı: paytaxt Tehranın bir çox rayonlarında suyun verilişi 48 saata qədər dayandırıldı.
2025-ci ilin yayında regionun ən böyük duzlu gölü olan Urmiya tamamilə qurudu. Noyabrda Tehranın əsas su hövzəsində ehtiyatlar minimuma düşdü və hökumət suyun cəmi bir neçə həftəyə çata biləcəyini etiraf etdi.
Prezident Pezeşkian noyabrın 8-də bəyan etmişdi ki, yağışlar olmasa, paytaxtın müəyyən hissələrinin əhalisi təxliyə edilə bilər.
İranın su idxalına açıq olması fonunda regionda, o cümlədən Azərbaycanda bu məsələnin gündəmə gələcəyi istisna edilmir. Lakin indiyədək rəsmi Bakıdan İranın su almaq təklifinə dair hər hansı açıqlama verilməyib.
4-12-2025, 15:41
Bakıdakı məşhur mağazada məhsul satışı qadağan edildi


Bakıdakı məşhur mağazada məhsul satışı qadağan edildi

Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, ev 49, m. 6 ünvanında yerləşən, fiziki şəxs İsmayılov Vahid Cəmil oğluna məxsus “İvanovka” ticarət obyektində yoxlama keçirilib.
Bununla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, satışa çıxarılan kərə yağlarından agentliyin əməkdaşları tərəfindən nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.
Sınaq nəticəsində kərə yağlarının tərkibinin bitki yağı və ya bitki yağları qarışığından ibarət olduğu müəyyən edilib.
Yoxlama zamanı süd məhsullarının (seperator üsulu ilə alınmış yağ, əridilmiş yağ, kəsmik, xama və s.) müvafiq baytarlıq sənədlərinin və etiket məlumatlarının olmadığı, yağların kərə yağı adı altında satışa çıxarıldığı aşkarlanıb. Sahibkar süd məhsullarını mütəmadi olaraq İsmayıllı rayonunun İvanovka kəndində fəaliyyət göstərən müxtəlif fiziki şəxslərdən və İsmayıllı bazarından aldığını bildirib.
Məhsullar satışdan kənarlaşdırılıb, toxunulmazlıq aktı tərtib edilib və möhürlənərək saxlanca qoyulub. Təkrar laborator sınaq nəticəsində kərə yağı və kəsmik məhsulunun tərkibinin bitki yağı və ya bitki yağları qarışığından ibarət olduğu, həmçinin kəsmik məhsulunda mikrobioloji uyğunsuzluq (E.coli) müəyyən edilib.
Faktla bağlı ticarət obyektinin rəhbərliyi barəsində inzibati protokol tərtib edilib, süd məhsullarının satışı qadağan olunub.
Eyni zamanda agentliyin əməkdaşları tərəfindən Bakı şəhərində fəaliyyət göstərən digər “İvanovka” ticarət obyektlərində və İsmayıllı rayonunun İvanovka kəndində bu məhsulların istehsalı və satışını həyata keçirən qida subyektlərində nəzarət tədbirləri görülür.
Kərə yağlarından və kəsmik məhsullarından götürülmüş nümunələr Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.
4-12-2025, 15:34
Britaniya ilk dəfə Ermənistana hərbi attaşe təyin etdi


Britaniya ilk dəfə Ermənistana hərbi attaşe təyin etdi

Böyük Britaniya ilk dəfə Ermənistana rezident hərbi attaşe təyin edib.
Bu barədə məlumatı Böyük Britaniyanın Ermənistandakı Səfirliyi yayıb.
Sözügedən posta mayor Tomas Şorland Boll təyin olunub.
“Bu tarixi addım Birləşmiş Krallıqla Ermənistan arasında tərəfdaşlığın dayanıqlığının artmasını təcəssüm etdirir, müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsinə töhfə verəcək”, - məlumatda qeyd olunub.
Xatırladaq ki, Böyük Britaniya bu ilin martında Azərbaycana da hərbi attaşe təyin etmişdi.
4-12-2025, 15:29
Prezidentdən "AzerGold"la bağlı SƏRƏNCAM


Prezidentdən "AzerGold"la bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev "AzerGold" QSC-nin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında 22 fevral 2021-ci il tarixli sərəncamında dəyişiklik edib.
Bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.
Fərmana əsasən, Şuraya daxil olan Maliyyə Nazirliyi Aparatının İqtisadi sahələrin maliyyə şöbəsinin müdiri Vüqar Məcidli İnvestisiya layihələrinin və infrastrukturunun maliyyəsi şöbəsinin müdiri Mehman İsmayılovla, Azərbaycan İnvestisiya Holdinqinin Aktivlərin idarə olunması departamentinin Hasilat sənayesi və energetika şöbəsinin müdiri Rəşad İsmayılov isə Holdinqinin Baş icraçı direktorunun müavini Əli Cəfərovla əvəzlənib.
4-12-2025, 15:24
16 manat sığorta haqqını bu şəxslər ödəyəcək


16 manat sığorta haqqını bu şəxslər ödəyəcək

Hazırda formal şəkildə fəaliyyət göstərən qurumlarda işçi 2% və işəgötürən də 2% olmaqla, bir vətəndaş üçün ümumilikdə 4% icbari tibbi sığorta haqqı ödənilir. Sözügedən qanuna dəyişiklik edildikdən sonra müəyyən kateqoriyaya daxil olan şəxslər istisna olmaqla, əmək potensialı olan şəxslər də ayda minimum əməkhaqqının (400 manat) 4%-i həcmində, yəni 16 manat icbari tibbi sığorta haqqı ödəyəcək.
Milli Məclisin sonuncu plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı maliyyə naziri Sahil Babayev bildirib ki, bəlli bir kateqoriya insanların hamısı, yəni uşaqlar, pensiyaçılar, əlilliyi olan insanlar, əmək qabiliyyətsiz şəxslər, işsizlər dövlət tərəfindən tibbi sığorta olunacaq.
Onun sözlərinə görə, bu, bəzi hallarda, tam əks formada başa düşülür ki, işsizlər sığortalanmayacaq.
Nazir qeyd edib ki, əksinə, ilk dəfə olaraq qanunvericilikdə birbaşa göstərilir ki, işsizlər də dövlət tərəfindən sığorta olunacaq.
Məsələ ilə bağlı Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli də bildirib ki, “Tibbi sığorta haqqında” qanuna əsasən 18 yaşadək uşaqlar, 23 yaşadək birinci ali təhsil alan tələbələr, pensiyaçılar, yaşa görə təqaüd alanlar, sağlamlıq imkanları məhdud olub müxtəlif növ müavinət alan şəxslər dövlət hesabına tibbi sığorta olunan vətəndaşlar kateqoriyasına daxildir.
“Yəni, bu şəxslər özləri sığorta haqqı ödəmir, onların ödəmələri dövlət tərəfindən qarşılanır. Eyni qayda ilə rəsmi şəkildə işsiz kimi qeydiyyata alınan şəxslərin də tibbi sığorta haqları dövlət tərəfindən ödənilir”.
Deputat vurğulayıb ki, son günlər sosial şəbəkələrdə yanlış və ya məqsədli şəkildə, bilərək və bilməyərəkdən, şəxsi maraqlar naminə, xüsusən dağıdıcı müxalifətlə bağlı belə fikir formalaşdırılır ki, işsizlər sığorta haqqını özləri ödəməlidir. Əgər işi yoxdursa, o vətəndaş özü sığorta haqqını ödəyəcəkdir. Halbuki həm Milli Məclisin deputatları, həm də məsul dövlət qurumları dəfələrlə açıqlayıb ki, rəsmi işsizlərin sığorta haqları dövlət büdcəsi hesabına təmin ediləcək. Maliyyə naziri də bunu yenidən təsdiqləyib.
M.Məmmədli onu da əlavə edib ki, bununla yanaşı, qeyri-formal məşğul olan şəxslər, yəni faktiki işləyib gəlir əldə edən, lakin əmək müqaviləsi və ya rəsmi qeydiyyatı olmayanlar öz tibbi sığorta haqlarını müəyyən olunmuş məbləğ üzrə özləri ödəyəcəklər:
“Digər şəxslər, yəni əmək müqaviləsi ilə çalışan, rəsmi iş yeri olan işçilər aldıqları əmək haqqının məbləğinə uyğun olaraq İcbari Tibbi Sığorta Fonduna avtomatik şəkildə ödəniş edirlər. Bu ödənişlər həm işləyən şəxslərin maaşlarından tutulur, eləcə də onları işlə təmin edən dövlət qurumları və özəl təşkilatlar tərəfindən müvafiq qanunvericiliyə əsasən həyata keçirilir. Beləliklə, çalışan şəxslərin İcbari Tibbi Sığorta Fonduna köçürülən vəsaiti həm işçinin, həm də işəgötürən qurumun ayırmalarından formalaşır.
Əlavə olaraq, bütün əmək müqaviləsi ilə çalışan şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada İcbari Tibbi Sığorta Fonduna ödənişlər edirlər”,- deyə o fikrini tamamlayıb.
4-12-2025, 15:21
"FaceTime" Rusiyada qadağan edildi


"FaceTime" Rusiyada qadağan edildi

"Roskomnadzor" (Rusiyann rabitə, informasiya texnologiyaları və kütləvi kommunikasiyalara Nəzarət Federal xidməti) "FaceTime" servisinin işini məhdudlaşdırıb.
Bu barədə TASS qurumun Mətbuat Xidmətinə istinadən məlumat yayıb.
Bu addım sözügedən servisdən terror fəaliyyətinin təşkili və icrası məqsədilə istifadə olunması ilə izah edilir.
"Hüquq-mühafizə orqanlarının məlumatına görə, "FaceTime" servisindən ölkə ərazisində vətəndaşlarımıza qarşı terror fəaliyyətinin təşkili və həyata keçirilməsi, dələduzluq və s. cinayətlərdə istifadə olunur. Bu səbəbdən, "Roskomnadzor" "FaceTime" ilə bağlı məhdudiyyətlər tətbiq edir", - deyə məlumatda bildirilib.
4-12-2025, 14:50
Əbülfəs Qarayevin qızı Məhsəti Gəncəvini əxlaqsız kimi təqdim edibmiş


Əbülfəs Qarayevin qızı Məhsəti Gəncəvini əxlaqsız kimi təqdim edibmiş

Mədəniyyət Nazirliyinin nəzdindəki Bədii Şuranın “Məhsəti” qısametrajlı bədii filminin Bakı Film Festivalında nümayişinə qadağa qoymasının səbəbi bəlli olub.
Filmdə görkəmli şairə Məhsəti Gəncəvi gəzəyən əxlaqsız qadın kimi təqdim edilir.
Rejissor və ssenari müəllifi Suad Qara tərəfindən hazırlanan filmdə ədəbiyyat irsimizə hörmətsizlik nümayiş olunur, Azərbaycanın klassik ədəbi-mədəni tarixində xüsusi mövqeyə malik olan Məhsəti Gəncəvi obrazının bədii təqdimatında ciddi təhriflərə yol verilir, etik-normativ çərçivələrə açıq etinasızlıq nümayiş etdirilir. Eləcə də obrazın mənəvi kimliyi ilə təqdim edilən səhnə və situasiyalar arasında nəzərəçarpacaq dərəcədə kobud uyğunsuzluqlar qeydə alınıb.
Filmin ayrı-ayrı fraqmentlərində mövzunun daxili məzmununa və Məhsəti Gəncəvinin ideya-mənəvi irsinə zidd olan sətiraltı mesajlar, manipulyativ təqdimatlar və kontekstdənkənar mənalandırma cəhdləri müşahidə edilir.
Qeyd edək ki, görkəmli şairəmiz Məhsəti Gəncəvinin zəngin irsi dövlət səviyyəsində qorunur və yüksək ideya-estetik dəyər kimi təbliğ olunur. Belə bir tarixi şəxsiyyətin həyat və irsinin primitivləşdirilməsi, təhrif edilməsi və qeyri-adekvat kontekstdə təqdim edilməsi qətiyyən yolverilməzdir və geniş ictimaiyyət, eləcə də ziyalı təbəqəsi tərəfindən ciddi narazılıqla qarşılanacağı şübhəsizdir.
Məhsəti Gəncəvinin erotik səhnələrlə təqdimatı, normativ-etik xarakterli ciddi pozuntular və konseptual uyğunsuzluqlar nəzərə alınaraq, Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) Bədii Şurası tərəfindən “Məhsəti” filmi üzrə lisenziyanın verilməsi və qeydiyyata alınması məqsədəuyğun hesab edilməyib.
Qeyd edək ki, Suad Qara sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin qızıdır.
4-12-2025, 14:46
Ceyhun Bayramov britaniyalı nazirlə bir arada


Ceyhun Bayramov britaniyalı nazirlə bir arada

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Nazirlər Şurasının Vyanada keçirilən 32-ci iclası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Böyük Britaniyanın Avropa və Şimali Amerika, həmçinin Britaniyanın Dənizaşırı Əraziləri üzrə dövlət naziri Stefan Dauti ilə görüşüb.
Bu barədə Azərbaycan XİN sosial mediada paylaşım edib.
Görüşdə Azərbaycan–Böyük Britaniya əməkdaşlığının mövcud vəziyyəti və perspektivləri, o cümlədən siyasi dialoq, enerji təhlükəsizliyi, ticarət və investisiya sahələri müzakirə olunub.
Tərəflər həmçinin, regional proseslər barədə fikir mübadiləsi aparıb və Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığının inkişafı üçün mövcud imkanları dəyərləndiriblər.
4-12-2025, 14:40
"Azərşin"in ləğvi ilə bağlı komissiya yaradılır


"Azərşin"in ləğvi ilə bağlı komissiya yaradılır

Gələn il yanvarın 21-də "Azərşin" ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
İclasda "Azərşin" ASC-nin ləğv edilməsi barədə qərar qəbul ediləcək. Eləcə də Ləğvetmə Komissiyası yaradılacaq.
Qeyd edək ki, aylardır mediada fəaliyyəti olmayan bu şirkətin bağlanacağına dair xəbərlər yer alır. "Azərşin" 2005-ci ildə yaradılıb. Hüquqi sahibi Xanlar Süleymanov olan ASC-nin nizamnamə kapitalı 1.789 milyon manatdır.
4-12-2025, 13:47
G20-yə yeni üzv qəbul ediləcək


G20-yə yeni üzv qəbul ediləcək

Birləşmiş Ştatlar 2026-cı ilin dekabrında Mayamidə keçiriləcək İyirmilik Qrupunun (G20) növbəti sammitinin iştirakçıları siyahısına Cənubi Afrikanın əvəzinə Polşanı daxil edib.
Bu barədə "Bloomberg" məlumat yayıb.
Dövlət katibi Marko Rubionun sözlərinə görə, ABŞ Polşanı Cənubi Afrikanın əvəzinə G20 sammitində iştirak etməyə dəvət edir.
Nəşrin yazdığına görə, Amerika rəsmiləri Varşava ilə tərəfdaşlıqlarını yüksək qiymətləndirərək, ölkənin 1989-cu ildə Varşava Müqaviləsi Paktından çıxmasından sonra uğurlu əməkdaşlığı qeyd ediblər. Rubio vurğulayıb ki, “bir vaxtlar dəmir pərdə arxasında qalan ölkə indi dünyanın ən böyük iqtisadiyyatlarından birinə çevrilib və G20-də öz layiqli yerini tutacaq”.
Qeyd olunur ki, Polşa uzun müddətdir ki, G20-yə qoşulmağa çalışır. Bu ilin sentyabrında ABŞ prezidenti Donald Tramp Polşa prezidenti Karol Navroçkini sammitə “müəyyən edilməmiş formada” dəvət edib. Cənubi Afrikanı Polşa ilə əvəz etmək qərarı Vaşinqtonun Pretoriyanı ağdərililərin hüquqlarını pozduğuna görə tənqid etməsi fonunda qəbul edilib.
Noyabrın 26-da Tramp Cənubi Afrikanın Mayami sammitinə dəvət edilməməsinə göstəriş verib. O bəyan edib ki, Cənubi Afrikada keçirilən G20-nin əvvəlki sammitindən sonra ölkə hakimiyyəti bağlanış mərasimində iştirak edən yüksək rütbəli ABŞ rəsmisinə prezidentlik səlahiyyətlərini verməkdən imtina edib. Prezident həmçinin qeyd edib ki, Cənubi Afrikada avropalı müstəmləkəçilərin övladlarına qarşı insan hüquqlarının pozulması davam edir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!