Zelenskinin yeni "sağ qolu" kim olacaq? .....                        MDB liderləri bu ölkədə görüşəcək .....                        ABŞ iki od arasında .....                        Hər zaman həmrəy olaq! .....                        İranda etirazlar - minlərlə insan ayağa qalxdı .....                        Zəngəzur dəhlizi dünyanın ən yüksək tutumlu ticarət yolu olacaq .....                        ABŞ Ukraynaya qoşun yeridəcək? - Zelenskidən cavab .....                        Ərəb ölkəsi Yəməndə əməliyyatı dayandırır .....                        Bəşər Əsədin fotosu silindi .....                       
1-12-2025, 16:52
Rusiyanın bu iddiaları saxtadı - Ukraynadan açıqlama


Rusiyanın bu iddiaları saxtadı - Ukraynadan açıqlama

Ukrayna Silahlı Qüvvələri Rusiya Müdafiə Nazirliyinin Donetsk vilayətinin Lıman yaxınlığındakı Stavki və Novoselovka yaşayış məntəqələrini ələ keçirməsi barədə yaydığı məlumatı təkzib edib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Üçüncü Ordu Korpusu məlumat yayıb.
Korpusun bəyanatında bildirilir ki, Rusiya ordusu növbəti dəfə manipulyasiya məqsədilə dezinformasiya yayıb:
“20-ci ordu komandanlığı və Rusiya Müdafiə Nazirliyi guya Stavki və Novoselovka kəndlərinin "ələ keçirildiyini" iddia edir. Bu, tamamilə uydurmadır.”
Ukrayna hərbçilərinin sözlərinə görə, Rusiya bölmələri eyni taktikanı tətbiq edir, nəzarət etmədikləri ərazilərə kiçik diversiya qrupları göndərilir, orada üçrəngli bayraqla qısa videolar çəkilir və bu görüntülər “qələbə kimi” təqdim olunur.
Korpus qeyd edir ki, belə qrupların hər biri Ukrayna bölmələri tərəfindən operativ şəkildə zərərsizləşdirilir: “Rusiya ordusunun komandirləri real itkiləri gizlətmək üçün uydurma nailiyyətlər barədə hesabat verməyə davam edirlər.”
60-cı ayrı mexanikləşdirilmiş briqadanın komandiri Dmitri Roqozyuk da vəziyyətin nəzarətdə olduğunu təsdiqləyib:
“Briqada və qonşu bölmələr Donetsk istiqamətində mövqeləri sabit şəkildə qoruyur. Stavki və Novoselovka ilə bağlı iddialar üçün heç bir əsas yoxdur.”
1-12-2025, 16:47
Bakı və Ankara arasında yeni hərbi memorandom - Əsas məqsəd açıqlandı


Bakı və Ankara arasında yeni hərbi memorandom - Əsas məqsəd açıqlandı

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyi arasında qarşılıqlı hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair “Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi müzakirə edilib.
Hərbi ekspert Ədalət Verdiyev bildirib ki, bu sənədin müxtəlif əsasları var.
“Azərbaycan və Türkiyə üçün təhlükəsizlik məsələləri daim prioritet olaraq qalıb. Hər iki ölkənin təhlükəsizlik sahəsinə ayırdığı vəsiti mütəmadi olaraq artırı və bu vəsaitlər hesabına da güc strukturları inkişaf etdirilir. Nəticədə bu vəsaitlərin artırılması Azərbaycanın Silahlı Qüvvələri qarşısında duran ən mürəkkəb və çətin vəzifələrdən biri - ölkənin işğal olunan ərazilərini azad etməyi təmin etdi”.
Onun sözlərinə görə, Silahlı Qüvvələr qarşısında duran vəzifələr yerinə yetirilib. Artıq həm Türkiyədə, həm də Azərbaycanda sabitlik yaradılıb. Lakin bu sabitliyin davamlı olaraq qorunub saxlanması çox vacibdir.
“Azərbaycan ilə Türkiyənin bu qədər yaxın olması, Türk Dövlətləri Təşkilatlarının da ətraflarında birləşdirməsi bir çox qüvvələri və güc mərkəzlərini dərindən narahat edir və onların bizə qarşı addımlar atması heç bir zaman istisna edilmir”.
“Gözlənilən odur ki, yeni anlaşma memerandomu bu məsələlər - hərbi təhlükəsizliyin möhkəmləndirilməsi əsasən Türkiyə ilə Azərbaycan arasında mövcud olan hərbi əməkdaşlığın genişləndirliməsini nəzərdə tutacaq. Türkiyə və Azərbaycanın təhlükəsizlik sahəsində birgə hərbi təlimlər keçiriməsini, o cümlədən müdafiə sənayesi sahəsində birgə layihələrin həyata keçirilməsini özündə ehtiva edəcək” - hərbi ekspert vurğulayıb.
1-12-2025, 16:40
Göygöldə yanğın - Tüstüdən zəhərlənənlər var


Göygöldə yanğın - Tüstüdən zəhərlənənlər var

Göygöldə yanğın hadisəsi baş verib.
Hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki rayon ərazisindən yerləşən fərdi yaşayış evlərinin birində anidən yanğın baş verib. Dərhal hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Göygöl rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürmə texnikası və canlı qüvvəsi cəlb edilib.
Yanğın nəticəsində rayon sakini 1961-ci il təvəllüdlü İ.Hüseynova məxsus ümumi sahəsi 200kv.m olan 1 mərtəbəli kürsülü 4 otaqlı evin dəhlizində 1 ədəd divan yanıb, yüksək temperaturdan 3 ədəd plastik qapı və 1 ədəd pəncərə çərçivəsi qismən yanıb. Yanğın söndürülüb, ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın nəticəsində 1989-cu il təvəllüdlü A.Huseynova tüstüdən zəhərlənib. Zəhərlənən qadın xəstəxanaya yerləşdirilib. Ona yardım edilib, vəziyyətinin orta ağır olduğu bildirilir. Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
1-12-2025, 16:36
Naxçıvan Ali Məclisinin Daxili Nizamnaməsinə dəyişiklik edildi


Naxçıvan Ali Məclisinin Daxili Nizamnaməsinə dəyişiklik edildi

Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin Daxili Nizamnaməsinə dəyişiklik edilib.
Bununla bağlı qərar Ali Məclisin dekabrın 1-də keçirilmiş iclasında qəbul olunub.
İclasda muxtar respublikanın 2023-cü il 1 avqust tarixli Qanunu ilə təsdiq edilmiş "Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsi"ndə dəyişiklik edilməsi haqqında" məsələyə baxılıb.
Müzakirələrdən sonra təklif səsə qoyularaq qəbul edilib.
1-12-2025, 16:34
Azərbaycanda 3 manatlıq tədavülə buraxılacaq? - RƏSMİ


Azərbaycanda 3 manatlıq tədavülə buraxılacaq? - RƏSMİ

Sosial şəbəkələrdə yayılan iddialara görə, gələn ildən 3 manat nominallı pul nişanının tədavülə buraxılacaq.
Mərkəzi Bankdan bildirilib ki, yayılan xəbərlər həqiqəti əks etdirmir və vətəndaşları bu kimi məsələlərdə dəqiq məlumatları yalnız Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet səhifəsi və ya rəsmi sosial şəbəkə hesablarından əldə etməyə çağırırıq.
Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tədavülə buraxılmış milli pul nişanlarının nominal strukturu 7 ədəd kağız pul nişanından (1, 5, 10, 20, 50, 100, 200 manat) və 6 ədəd metal pul nişanından (1, 3, 5, 10, 20, 50 qəpik) ibarətdir. Tədavüldə olan milli pul nişanlarına dair məlumat Mərkəzi Bankın rəsmi internet səhifəsində yerləşdirilib: //www.cbar.az/page-28/currency-in-circulation

Eyni zamanda bildiririk ki, Mərkəzi Bank yeni nominalda pul nişanını tədavülə buraxdıqda öncədən rəsmi internet səhifəsi vasitəsilə ictimaiyyəti məlumatlandırır.
1-12-2025, 16:23
Erməni general beynəlxalq axtarışa verildi


Erməni general beynəlxalq axtarışa verildi

Ermənistanda istefada olan general-mayor Qriqori Xaçaturov haqqında cinayət işi açılıb və o, dövlətlərarası axtarışa verilib.
Bu barədə Ermənistan KİV-ləri ölkənin Baş Prokurorluğuna istinadən bildirib.
Daha əvvəl KİV-lər bildirmişdi ki, 3-cü ordu korpusunun sabiq komandiri Qriqori Xaçaturov (Ermənistan Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi Yuri Xaçaturovun oğlu) rüşvət vermə və müharibə şəraitində vəzifə səlahiyyətlərini aşmaqda ittihamı olunur.
Digər təfərrüatlar açıqlanmır.

1-12-2025, 16:18
İlham Əliyev bu ölkə ilə əməkdaşlıq sazişini təsdiqlədi


İlham Əliyev bu ölkə ilə əməkdaşlıq sazişini təsdiqlədi

2025-ci il sentyabrın 20-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Ruanda Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş" təsdiq edilib.
Bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb.
Fərmana əsasən, Saziş qüvvəyə mindikdən sonra Azərbaycanın Elm və Təhsil Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.
Azərbaycan Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Ruanda Respublikası Hökumətinə bildiriş göndərəcək.
1-12-2025, 16:15
Yasamaldakı yanğın baş verən binada bərpa işlərinə başlanılıb


Yasamaldakı yanğın baş verən binada bərpa işlərinə başlanılıb

"Bina sakinlərinin binaya giriş-çıxışında hər hansı problem yoxdur. Su, qaz, işıq verilişi dayandırılıb, lift işləmir".
Bu barədə bir müddət öncə güclü yanğının baş verdiyi Yasamaldakı çoxmərtəbəli yaşayış binasının sakini, jurnalist Heydər Mirzə məlumat verib.
O bildirib ki, bina hazırda yararsız vəziyyətdə olaraq qalsa da, lakin dünən və bu gün səhər saatlarından etibarən bərpa işlərinə başlanılıb:
“Bundan əvvəl də əməkdaşlar ekspertiza aparılması, smeta və xərclərin hesablanması məqsədilə işlər görürdülər. Bərpa işlərinə vaxtında başlanması, ilk növbədə hüquq-mühafizə orqanlarının dəstəyi ilə prosesin sürətlənməsi sakinlərin narahatlığının tez bir zamanda aradan qalxmasına kömək edir. Çünki gün ərzində hadisə ilə bağlı insanlar binanın qarşısında toplaşır, danışırlar. Hər bir polis rəisi və sahə müvəkkili də istəyir ki, vətəndaşlar tez bir zamanda mənzillərinə qayıda bilsinlər. Buna görə də aidiyyəti qurumlar sağ olsunlar, prosesi maksimum dərəcədə sürətləndirirlər”.
H.Mirzə, həmçinin vurğulayıb ki, bərpa işlərini icra edəcək şirkətin seçilməsi, sertifikatlaşdırılması və sənədləşmənin düzgün aparılması diqqətdə saxlanılır:
“Dünən rayon icra hakimiyyətinin nümayəndələri də əraziyə gəlib, inzibati-məişət məsələlərinə köməklik göstəriblər. Bildirdilər ki, sabahdan etibarən işıq verilişi bərpa olunacaq. Həmçinin çalışılacaq ki, lift də tez bir zamanda işə salınsın ki, ümumi bərpa prosesi daha sürətli həyata keçirilsin”, - deyə o, söyləyib.
Xatırladaq ki, noyabrın 21-də baş verən yanğında 2018-ci il təvəllüdlü Qənbərli Arzu Əli qızı, 1983-cü il təvəllüdlü Məhəmmədov Samir Kamal oğlu və 1977-ci il təvəllüdlü Hümbətova Könül Vəlibəy qızı vəfat edib.
1-12-2025, 16:01
Azərbaycanda COVİD-19-a yoluxanlar var - RƏSMİ


Azərbaycanda COVİD-19-a yoluxanlar var - RƏSMİ

6 il əvvəl bu gün COVİD-19 virusuna ilk bilinən yoluxma halları Çinin Hubei əyalətinin Uhan şəhərində qeydə alınıb. Belə ki,Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) retrospektiv araşdırmalarına görə, ilk klinik olaraq tanınan hadisə 1 dekabr 2019 tarixində müşahidə edilib.
TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva bildirib ki, hazırda ölkəmizdə koronavirusa (COVID-19) aşkarlanma hallarına rast gəlinir. Onun sözlərinə görə, hazırda koronavirus mövsümi respirator xəstəliklərin daxilində nəzarətdə saxlanılan bir xəstəlikdir. Digər respirator xəstəliklər kimi, COVID-19-un da aylıq olaraq statistikası aparılır.
"Bütün respirator xəstəliklər necədirsə, COVID-19 da elədir. İndi mövsümdür və respirator xəstəliklər yayılıb. Əvvəllər hər gün COVID-19-a dair statistik rəqəmlər tərtib olunurdusa, indi ayda bir dəfə hesabat təqdim edilir. Yəni yoluxma dərəcəsi o qədər azdır", - deyə Y.Qarayeva diqqətə çatdırıb.
1-12-2025, 16:00
Ramiz Mehdiyevin oğlu İŞDƏN ÇIXARILDI


Ramiz Mehdiyevin oğlu İŞDƏN ÇIXARILDI

Teymur Mehdiyev fövqəladə hallar nazirinin müavini vəzifəsindən azad edilib.
Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Qeyd edək ki, Teymur Mehdiyev Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin oğludur.
Onun adı FHN-in rəsmi saytından çıxarılıb.
Akademik Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.
Bir müddət öncə Səbail rayon Məhkəməsində Ramiz Mehdiyev barədə cinayət işi üzrə qərar qəbul edilib. Məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.
87 yaşlı Ramiz Mehdiyev 1995-2019-cu illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, 2019-2022-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti olub. O, hazırda Azərbaycan Milli Elmlər Akademikasının həqiqi üzvüdür.
Qeyd edək ki, bu xəbəri daha əvvəl "trend" agentliyi yayıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!