20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                       
Tarix : 13-09-2024, 06:45
"Əziz Şuşa, biz qayıtmışıq!"


"Əziz Şuşa, biz qayıtmışıq!"

Şuşaya səfər təəssüratı

İllərdir həsrətində olduğumuz doğma torpaqlarımız Ali Baş Komandanın əmri ilə əks hücum nəticəsində igid zabit və əsgərlərimizin qəhrəmanlığı sayəsində, şəhidlərimizin qanı, qazilərimizin canı bahasına işğaldan azad olundu. Mənfur düşmənin ayağı müqəddəs torpaqlarımızdan kəsildi. Hər bir azərbaycan vətəndaşı kimi, o doğma yurdumuzu, Şuşanı, Laçını, Ağdamı, Xankəndini, Xocalını, Əsgəranı, Zəngilanı, Cəbrayılı, ümumiyyətlə doğma Qarabağı görmək arzusu vardı ürəyimdə. İnşallah Zəngəzura, Göyçəmizə də qovuşarıq.
Vətən həsrəti bir ayrı, bir də Vətəni Vətən edən şəhidlərimizin qanının axdığı o müqəddəs yurdu ziyarət etmək istəyi və nə vaxtsa mütləq doğma yurduma ayaq basacağıma inancım mənə ruh verirdi. Həmişə əsərlərimdə nə qədər Şuşanı, Qarabağımızı, unudulmaz şəhidlərimizi vəsv etsəm də, yenə nəyisə unutduğumu, nəyisə qələmə almadığımı hiss edirdim. Bu hissin bir intizardan qaynaqlandığını anlayırdım.
Həyatda həmişə nə arzu etmişəmsə, gec də olsa o arzuma çatmışam. Tanrıma şükürlər olsun ki, həmişə qarşıma yaxşı insanlar çıxarıb. Hətta məqalə və şeirlərimi dərc etdirmək üçün üz tutduğum qəzetlərdə belə sözün əsl mənasında əyani olmasa da qiyabi olaraq yaxşı və dürüst insanlarla qarşılaşmışam. Belə insanlardan biri də "Bütöv Azərbaycan"qəzetinin baş redaktoru və "Hərbi Jurnalistlər Birliyi"nin sədri Tamxil Ziyəddinoğlu və AYB-nin, AJB-nin üzvü, Yazıçı-publisist Hüseyn İsaoğlu (Məmmədov)- dur. Ailəm və öz adımdan "Bütöv Azərbaycan" qəzetinə başda Tamxil müəllim olmaqla , Hüseyin müəllimə və bütün redaksiya heyətinə təşəkkür edirəm. Mənim vətənpərvər mövzuda bir sıra məqalələrim olsa da bu dəfə Şuşa səfərim barədə yazmaq istədim. Amma bir kitaba sığmayacaq təəssuratları bir məqaləyə necə sığdıracağımı düşünürdüm. Hər halda məqaləmin sonu yəqin belə bitəcək; "Ardı var..."

Bir az öncə yaxşı insanlardan söz açdım.Təbii ki, bu ifadə əbəs yerə deyil. Mənim Qarabağı, doğma Şuşamızı görmək istəyimi ətrafımda olan hər kəs bilirdi. Baxmayaraq ki dəfələrlə Şuşaya dəvət alsam da müəyyən səbəblərdən bu arzum reallaşmamışdı. Qistmət deyilən deyim var. Söz açdığım dəyərli insanların biri də mənə doğma olan və ailəmizin əzizlırindən biri olan Gülbəniz müəllimə idi. Bir ay öncə Gülbəniz xanım Naxçıvana gəlmişdi. Yəni söhbət 2024-cü ilin İyul ayına təsadüf edir. Şuşa haqqında söhbətlərimiz zamanı o, mənə söz vermişdi ki, bu dəfə Bakıya gələndə səni Şuşaya aparacağam. Zaman elə gətirdi ki, mən və hər zaman mənə dəstək olan dəyərli insan, həyat yoldaşım Elçinlə birlikdə avqust ayında Bakıya getdik. Orada "sizi portaldan keçirmişəm, turla Şuşaya, Xankəndinə gedəcəyik" -deyə, xoş bir sürprizlə qarşılaşdıq. Bəlkə də kimlərsə fikirləşər ki, Şuşaya getmək çətin deyil ki...Amma mən o torpaqları da Məkkə, Mədinə qədər müqəddəs bilirəm. Orada da nahaqq yerə haqqı deyənlərin qanı axıdılıb. O torpaqları ziyarət etmək Məkkə-Mədinə qədər vacib, müqəddəs və həyəcanlıdır. Ruhların yaşadığı məkanımızdır. Orada mənə elə gəldi ki, hər qayadan bir şəhidin ruhu bizi izləyir, torpağa düşən hər şəhidin qanı nura dönüb səmaları aydınladıb. Sanki ağaclar dil açıb danışmaq istəyirdi. Mən belə hiss edirdim. Qələm əhli olduğum üçün bir az da fərqli düşünə bilərəm, bəlkə kənardan qəribə görünə bilər. Amma həqiqətən bu belədir. Bu diqqətə görə Gülbəniz xanıma təşəkkür edirəm.
Doğrudanda insan fərqli düşüncələrlə daima mübarizə aparır. İkili bir hiss yaşayırsan. Sən və içindəki bir sən. Biri kövrəlir, digəri onu qınayır. Gah sevinir, yenə içindəki sən, səni qınayır. Qəribə hissdir...Kövrəlirsən, qeyri-ixtiyari göz yaşları axıdırsan, bir tərəfdən də qürur hissi keçirirsən.

Sevinc də bizimdir, kədər də bizim,
Şəhid uca məqam, Zəfər də bizim.

Xəyal etdiklərin gerçək olur, insan seli içərisində bir anlıq düşünüsən...Doğrudanmı otuz il ayrılıqdan sonra biz artıq öz doğma torpaqlarımıza geri dönmüşük?!
"Əziz Şuşa, biz səni dirçəldəcəyik"
Ali Baş Komandanın bu qətiyyətli və dəyərli ifadəsi öz əksini tapmışdı. Şuşa dirçəlişə doğru addımlayırdı.
Bizə bu hissləri yaşadan Ali Baş Komandanımız var olsun. Şəhidlərimizin ruhu şad olsun. Qazilərimizə Allahdan şəfa diləyirəm, xalqımız var olsun ki, bir yumruq kimi birləşdi. Şuşada o Daşaltını, o sıldırım qayaları izlədikcə heyrətləndim. Bir daha cəsur Azərbaycan əsgəri ilə fəxr etdim. "Ulu Türküm" adlı şeirimdəki misralar sanki cana gəlmişdi.
Sən ey mənim ulu türküm,
Qeyrət rəmzim, başda börküm.
Doğrudanda qeyrətli oğulların sayəsində qürurdan başımızın ucalığının sevincini yaşamaq necə də ülvü hissdir.
Yaşasın Azərbaycan!
Yaşasın Azərbaycan ordusu!
"Qarabağ Azərbaycandır!"


Tarixi qanla yazanlar

Ayağını, o torpağa
Yavaş bas ki,
O torpaqlar müqəddəsdir.
Orda şəhid qanı vardır.
Heç vaxt qurumayan qanlar
Ləl-cəvahir, altunlardır.
O, torpağın altındadır...
O, torpağın üstündədir...
O torpağın taleyini...
Tarix səhifəsinə yaz ki,
Tarixi qanla yazanlar,
Tarix səhifələrindədir,
Tarixin yaddaşındadır!
"Qurani Kərim"də belə...
Kəlam var ki,
"Şəhid ölmür...onlar,
Əbədi yaşayır"
Vətən onları yaşadır,
Onlar Vətəni yaşadır.


Rəqsanə TAPDIQLI(Nəcəfova)
Heyran xanım adına"Zərif Qadınlar" ədəbi məclisinin üzvü.
Aşıq Pəri Məclisinin Naxçıvan üzrə təmsilçisi.
Məhsəti Şairlər Birliyinin üzvü.



Paylaş



Bölmə: Bütöv Azərbaycançılar / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!