"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
Tarix : 15-02-2025, 09:08
Şuşa;  “Sızma” əməliyyatı


44 günlük Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin möhtəşəm
qələbəsinin 5-ci ildönümü


Şuşa; “Sızma” əməliyyatı

44 günlük Vətən müharibəsində Vətən Müharibəsi Qəhrəmanı, general-leytenant Hikmət Mirzəyevin komandanlığı ilə Xüsusi Təyinatlı Qüvvələrin Azərbaycanın hərb salnaməsinə qızıl hərflərlə həkk olan rəşadəti fonunda Şuşanın işğaldan azad edilməsi zamanı peşəkar hərbçi kimi şücaət göstərən Vətən Müharibəsi Qəhrəmanı, mayor Zaur Hüseynovun həyatı və qəhrəmanlığına həsr olunan poema-prozadan parçalar

Şuşa bir incidir, Şuşa bir zərdir,
Şuşa Qarabağın zümrüd qaşıdır...
Şuşa torpağında, ormanlarında,
dağında, daşında, qayalarında
pozulmaz, əbədi tarix yaşadır.
Şuşa neçə-neçə qanlı-qadalı
savaşa şahiddir,
O... bu dünyanın
çeşmə suyu kimi büllur, qənirsiz,
bakirə gözəli, can sirdaşıdır.
Şuşa qəlbi, ruhu birgə çırpınan
Güneyli – Quzeyli Azərbaycanın,–
Təbrizlə Bakının qan qardaşıdır.

Şuşa Pənahəli xandan yadigar,
Əbədiyaşarlıq, xanlıq rəmzidir,
Şuşa Qarabağın milli tamğası,
sonrakı nəsilə qalan izidir.
Şuşa – yenilməzlik, ərlik türbəsi!
Tarixin bizlərə daş məktubudur,
Şuşa – yaddaşımın daş kitabəsi!..

Qərargah...
General-leytenant Hikmət Mirzəyev
vəziyyəti çözür, var-gəl edərək:
Çünki qərar düzgün verilə gərək!..


Səngimək bilməyən qanlı savaşın
bu dar macalında, gərgin anında,
Dərin düşüncələr burulğanında,
qəlbinin hökmünə hakim kəsilir.
Bu hökmü zamanın diktəsi bilir:
“Nəyin bahasına olursa-olsun,
Şuşanı düşmənin məngənəsindən
(şəhid olsaq belə!..) qoparmalıyıq!
Bu vacib, bu məsul əməliyyatı
“bir atış-bir hədəf!” ilə və həm də...
Az itki verməklə aparmalıyıq!”
General-leytenant Hikmət Mirzəyev
məlumatlı idi, dəqiq bilirdi;
düşmənin Şuşada canlı qüvvəsi,
silah-sürsatı var, topu, tankı var,
texnikası vardır kifayət qədər.
Ancaq...
buna rəğmən köksündə bir səs
deyirdi: “General, əmin ol, sizin
Xüsusi Təyinatlı Qüvvələr bu gün
hər şeyə qadirdir.Yaxındır Zəfər!”
General dəyərli bilib hər anı,
istəmirdi getsin vaxt, zaman hədər...

Bu əminlik onu rahatlatsa da,
Yenə də təmkinlə, alnında vüqar
əllərin masaya dayayıb durdu.
Xəritəyə baxdı...
Əməliyyatı
icra eləməkçün Komandanlığın
önündə dörd əsas məsələ vardı;
1.Arxaya sızmaq!
2.Düşmənə gözləmədiyi məqamda gözlənilmədən həmlə etmək!
3.Ermənistan Silahlı Qüvvələrinin təminat və təchizat yolu olan Laçın dəhlizinə nəzarəti tam təmin etmək!
4.Əməliyyata cəlb edilən qruplarla ardıcıl əlaqə saxlamaq!

Demək... bu naxələf, murdar,
bu nankor,
bu şərəfsiz millət hara baxırsa, -
biz olamayan yerdə biz görünürük.
Dumanlı dağlarda, sıx ormanlarda,
Yarğanda, çökəkdə, daşda, divarda,
səmada, səngərdə biz görünürük.
Yuxusu irzikib...
Hər ötən anda, -
Axşamda, səhərdə biz görünürük.

Demək... bu ədalət, haqq savaşında
təkcə Ordu döyüşməyir şəhərdə...
Ona görə zatıqırıq tayfanın
artıq ...içdiyi su, udduğu hava
ona zəhərdi!
Demək... haray salıb nərə çəkərək
Şuşa sinəsini sipər edərək
özü də döyüşür... varlığı ilə,
Üzü tüpürcəkli düşməni isə
ən çox ağrıdır
Şuşanın vurduğu natərəs şillə...

Raport:
Məlumat verirəm, cənab General!
“Sızma” əməliyyatı bitdi, Komandan!
Bizə dayaq durdu ulu Yaradan!
Uzun illər dözən, səbri tükənən,
Yadın tapdağında qalan Şuşanı
azad eləmişik!...
Cənab General!
Qürurla döyünür bu an qəlbimiz.
Artıq “təmizləmə” aparırıq biz.

General fərəhlə, köks ötürərək,
dərin nəfəs alıb “Afərin!...” dedi,
Dedi və üstündən sanki bu anda
zillətli, çox ağır yük götürüldü.
“Nəhayət bacardıq!.. Bu çox möhtəşəm!..”
dedi, sevinərək gözləri güldü;
“Biz. təkcə Şuşanı azad etmədik,
Onun namusunu, ləyaqətini,
onun qeyrətini geri qaytardıq!
Biz cənnət diyarın vuran qəlbini, -
ulu Məmləkətim Azərbaycana
ləkə götürməyən zəri qaytardıq!”

Müharibənin 44-cü günüydü..
Sanki nur libası geymişdi şəhər,
Zər idi torpağım, daşım bu gecə.
Yaxın da, uzaq da işıq saçırdı,
Nura qərq olmuşdu Şuşam bu gecə.


Kölgə dolaşırdı dar küçələrdə,
Yaman daralmışdı yeri düşmənin.
Kölgə elə parlaq görünürdü ki,
Gözü qamaşırdı qarı düşmənin.

Qəfil nur selinə ürcah gələndə,
Yağılar daha da ümidsizlənir,
bağrı yarılırdı, çaş-baş qalırdı.
Atəş açılsa da, açılmasa da,
qorxudan ölürdü... qımıldanmayır,
nəfəsi tıncıxır, bərbad durdu.

Bu gün Qarabağda, bu gün Şuşada,
Açılan hər güllə hədəfə dəydi.
Bu gün Ordumuzun hər bir əsgəri,
nurlu anaların kölgələriydi...

Şuşam azad oldu yadd!.. tapdağından,
Hava təmizləndi yad nəfəsindən.
Şuşam bir qərinə ötdükdən sonra,
Ürpənmirdi daha yadın səsindən.

Bu gün qapıları insan əli yox,
Bir qərib həsrətin ruhu döyürdü.
Sanki xalq şairi Səməd Vurğun da
"Havalansın Xanın səsi"deyirdi.


Bu payız günündə sanki duyurdun,
qönçənin ətrini, gülün iyini.
Sanki heç atəş yox, mərmi səsi yox,
Cabbarın, Seyidin zəngulələri
pozurdu gecənin səssizliyini.

Sanki Molla Pənah heyrət edərək
deyirdi: " Nə şahə, nə xinxarə bax,
gərdişi-dövrani-kəcrəftara bax!"
Sanki Pənahəli xan da fərəhlə
deyirdi:"Müzəffər, yenilməz Ordu,
alqışa layiqdir ey ana torpaq!..”

Şuşam azad oldu.
Bu gerçək anın
özüylə üz-üzə durmaq nə gözəl.
Bu tarixi anda göz yaşlarını
Şuşamın gözündə görmək nə gözəl.


Buna inanan da, inanmayan da
heyrət içindəydi...
Bu gün, bu anda
sanki bir-birinə gözaydınlığı
verirdi sevinclə torpağım, daşım.
Sanki bircə gündə, bir an içində
silkinib libasın dəyişdi Şuşam...

Zaur top-tüfəngin susub-səngiyən
bu müthiş, qürurlu, məğrur gecədə,
Nur libası geyən Pənəhabadı,
dumanlı dağları seyr eləyirdi.
Yenə də xəyala dalmışdı...
Onu
içində qorranıb atəşə dönən
nurlu xatirələr silkələyirdi;


...Məmləkətim!
Heç inanma yüzillərlə
Xalq çəkdiyi acıları
(Haqq yerini aldı deyə) unudacaq.
Əsla!... Bil ki,
bizə asi düşənlərin
qurulanda Haqq divanı,
qarşısında dimdik, məğrur
duracaqdır bu Qələbə.
Bəlli bil ki, bax o zaman
Yapışaraq əsrlərin yaxasından,
heç kəs sora bilmədiyi
çox cavabsız sorğuları
soracaqdır bu Qələbə!

Sabir Arazlı Özgün,
“Yaddaş” milli müakafat laureatı


Paylaş



Bölmə: Bütöv Azərbaycançılar / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!