“Xankəndi” kitabı işıq üzü görüb .....                        “Ədalət axtarma sən bu dünyada” .....                        Hava proqnozu- Əhalinin nəzərinə .....                        21 saatlıq danışığın sonu .....                        Dil tarixinə dair praktikum .....                        Hörmüz tezliklə açılacaq - Tramp .....                        İranla işimiz bitməyib - Netanyahu .....                        “Neftçi”dən növbəti QƏLƏBƏ .....                        Vaşinqtonda kritik görüş: İsrail və Livan üz-üzə .....                       
Tarix : 20-08-2021, 09:11
Yaponiyanın Müdafiə Nazirliyi 2022-ci maliyyə ili üçün rekord məbləğdə büdcə planlaşdırır


Yaponiyanın Müdafiə Nazirliyi 2022-ci maliyyə ili üçün 5,4 trilyon yen (49,1 milyard dollar) məbləğdə büdcə planlaşdırır.

Butov.az Kyodo agentliyinə istinadla bildirir ki, bu, rekord məbləğdir. Bildirilir ki, nazirlik həmin vəsaitlə Okinava prefekturasına daxil olan və Cənub Şərqi Çin dənizində yerləşən adaların müdafiəsini gücləndirməyi nəzərdə tutur. Vəsaitin 300 milyard yen (2,7 milyon) məbləğində hissəsinin müdafiə texnologiyalarının inkişafına, xüsusən pilotsuz uçan aparatlara qarşı texnologiyaların hazırlanmasına sərf olunacağı gözlənilir. Bununla yanaşı, vəsaitin bir hissəsinin yeni texnikanın, o cümlədən F-35 qırıcılarının, nəqliyyat gəmilərinin, pilotsuz sualtı aparatların alınması üçün sərf ediləcəyi bildirilir.

Müdafiə xərclərini artırmaq üçün Yaponiya hökuməti 2023-cü ilədək nəzərdə tutulan beşillik müdafiə planına yenidən baxmalı olacaq. 2018-ci ildə təsdiq edilən həmin plana görə, Yaponiya müdafiə xərclərinə 27,47 trilyon yen (250 milyard dollar) ayırmağı nəzərdə tutur. Yaponiya qanunvericiliyinə əsasən, belə plana təhlükəsizliklə əlaqədar vəziyyət dəyişdiyi halda yalnız 3 ildən sonra baxmağa icazə verilir. Baş nazir Yoşihide Suqanın hökuməti də bu imkandan faydalanmağa çalışır.

Əlavə olaraq qeyd edək ki, Yaponiya hökuməti müdafiə xərclərini ümumi daxili məhsulun (ÜDM) 1 faizi həcmində saxlamağa çalışır. Son doqquz ildə Yaponiya üzrə ÜDM artdığına görə, həmin rəqəm də artmaqda davam edib.


Paylaş



Bölmə: Dünya / Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!