İlk səfərini Türkiyəyə edəcək .....                        Taleh Yüzbəyovun xanımı qəzaya düşdü .....                        Samuxda ağır qəza: Ölən var .....                        Aşıq Əlixanın adı ehtiramla xatırlanır .....                        Lüksemburq parlamenti siyasi avantüra meydanına çevrilib - BƏYANAT .....                        Rəsulzadənin sözləri "20 Yanvar"a qayıdacaq? - Rəsmi açıqlama .....                        Azərbaycanda yeni bulvar salınacaq .....                        Bu müəllimlərin maaşları artırıldı .....                        Rəşad Nəbiyev pakistanlı nazirlə görüş keçirdi .....                       
Tarix : 7-10-2015, 09:36
Yəmən ordusundan xüsusi əməliyyatlar


Əməliyyatlar Əl-Tələl Həmrə şəhərində baş tutub.

Yəməndə hökumət qüvvələri husi üsyançılarına qarşı əməliyyatlar keçiriblər.

ANS PRESS-in məlumatına görə, əməliyyatlar Əl-Tələl Həmrə şəhərində baş tutub. Hökumət qüvvələri üsyançıların nəzarəti altında olan həbsxananı azad ediblər. Döyüşlərdə üsyançılara qarşı iriçaplı silahlardan istifadə olunub.

Qarşıdurmalar əsasən dağlıq ərazilərdə gedib. Əməliyyatkara, eyni zamanda, Səudiyyə Ərəbistanı hərbi hava qüvvələrinə məxsus qırıcılar da dəstək veriblər.

Ötən gün Yəmənin baş naziri Xalid Bahaya qarşı təşkil olunmuş sui-qəsd cəhdinə görə məsuliyyəti İŞİD qruplaşması öz üzərinə götürüb. Ədən şəhərində oteldə törədilən partlayış nəticəsində 15 hərbçi ölümüşdü. Lakin baş naziri hücumdan sağ xilas ola bilib.

Hadisənin partlayış olduğu bildirilsə də, Yəmən rəhbərliyi otelin, əslində, raket hücumuna məruz qaldığını iddia edir. Hadisədən bir qədər sonra paytaxt Sənada kamikadze məsciddə partlayış törədib. Nəticədə azı 7 nəfərin öldüyü bildirilir.

Yəməndə mart ayından hökumət qüvvələri ilə üsyançılar arasında davam edən döyüşlərdə indiyə qədər 5200-dən çox insan öldürülüb. Ölkədə münaqişənin əsas qarşıduran tərəfləri husi qiyamçıları və Yəmən hökumətidir.

Husilər şiə məzhəbinin Zeydi təriqətinə aiddirlər. Onlara qarşı nəinki Sanadan qovduqları hökumət, həm də sünni tayfaları çıxış edirlər. Bundan əlavə Ərəb yarımadasındakı əl-Qaeda (AQAP) və şiələri kafir sayan İŞİD cihadçıları da onlara qarşıdırlar.

Martın 20-də İŞİD husi tərəfdarlarının toplaşdığı 4 məsçiddə 130 insanın həyatına son qoymuş intihar bombaları partlatmaqla özünün bu ölkədəki qanlı debütünə başlayıb. Husilər Yəmənin şimalından gəliblər və ölkənin əksər hissəsində geniş dəstəyə malik deyillər.

Bununla belə, onlar ötən sentyabrda paytaxt Sananı ələ keçirməklə özlərini mahir döyüşçü kimi göstəriblər. Qüdrətli keçmiş prezident Əli Abdullah Salehin də onları dəstəklədiyi düşünülür. Saleh bu yolla BMT tərəfindən dəstəklənən prezident Hadini ölkənin normal idarəetməsindən məhrum etməyə çalışır.
Bəzi iddialara görə şiəməzhəb husi qiyamçılarını həm də İran dəstəkləyir. Qiyamçılar bu iddiları rəsmən təkzib edirlər, lakin onların əsas fiqurlarının İranın müqəsddəs Qum şəhərinə baş çəkdikləri xəbər verilib. Belə söhbətlər də var ki, İran pilotları husilərə aviasiya dəstəyi verirlər.

Bu vəziyyət hazırda Səudiyyə Ərəbistanını ciddi narahat edir, lakin ər-Riyad qonşu ölkədə İrana meylli hərəkatın yayılması qarşısındfa bir qədər gec ayılıb.

Pərdə arxasından döyüşənlər

2010-cu ildə Yəmənlə ortaq sərhədlərində husilərə aviasiya zərbələri endirmiş səudlar deyirlər ki, İranın regionda məzhəb ədavəti toxumlarını səpməsinə yol verməyəcəkılər. Səudiyyə Ərəbistanı hazırda Yəmənlə sərhəddə möhkəm çəpərin quraşdırılması ilə məşğuldur və Qırmızı dənizdəki Cizan portundakı hərbi dəniz donanması bazasını gücləndirməyə çalışır.

Təhlilçiləri narahat edən budur ki, Yəməndəki vətəndaş müharibəsində qarşıduran tərəfləri dəstəkləyən İran və Səudiyyə bu münaqişəyə birbaşa cəlb oluna bilərlər. Bəzi şərhçilərin fikrincə isə İranın husilərə dəstəyinin miqyası xeyli şişirdilib.
Müdaxilələr tarixi

Yəmən öz tarixində ilk dəfə deyildir ki, xarici müdaxiləyə məruz qalır. 1960-cı illərdə Camal Əbdül Nasir Yəməndə krala sadiq qüvvələrə qarşı döyüşən respublikaçıları dəstəkləmək üçün Misirin hərbi təyyarələrini göndərmişdi.

Ədən və ona bitişik bəzi rayonlar 1967-ci ilədək Britaniyanın protektoratı olub. O vaxtlar Cənubi Yəmənə sovetlər tərəfindən dəstəklənən kommunistlər rəhbərlik edirdirlər. 1994-cü ilin vətəndaş müharibəsi zamanı Səudiyyəninin ölkənin ikiyə parçalanması üçün cəhdlər göstərdiyi iddia olunur. Son 20 ildə isə ABŞ bu ölkədə azsaylı hərbi kontingentə malik olub. Hazırda 200 nəfərlik bu qüvvə Yəməndən çıxarılıb.


Butov.az


Paylaş



Bölmə: Dünya / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!