Türkiyədə zəlzələ oldu .....                        Amnistiya aktı 18 min 203 nəfərə şamil edilib - RƏSMİ .....                        Abşeronun içməli su təminatı bərpa olunur .....                        Qırğızıstanın Baş naziri Azərbaycana gəldi .....                        Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olunub .....                        İran sülh üçün 4 şərt açıqladı - SİYAHI .....                        Tramp Pezeşkianı təriflədi, İranı hədələdi - FOTO .....                        Müharibə Pasxa bayramından əvvəl sona çatacaq - Roma Papası .....                        Masallıda faciəli şəkildə ölən baba və nəvənin fotosu .....                       
Tarix : 30-05-2023, 17:09
Kılıçdaroğlu istefa versə, sədrliyə namizəd olacaq - Gürsel Tekin


Kılıçdaroğlu istefa versə, sədrliyə namizəd olacaq - Gürsel Tekin

Cümhuriyyət Xalq Partiyasının (CHP) sabiq baş katibi Gürsel Tekin "Millət İttifaqı"nın prezidentliyə namizədi olmuş Kamal Kılıçdaroğlunun istefası ilə bağlı çağırışlardan danışıb. O, CHP sədri postunda iddialı olduğunu bildirib. Gürsel Tekin qeyd edib ki, Kılıçdaroğlu istefa versə, sədrliyə namizəd olacaq: "Zaman yetişdikdə bu barədə düşünəcəyik. Sədrimiz geri çəkilərsə, inşallah, namizəd olacağam. Çünki mən onunla yol yerimişəm. Nə olur-olsun, bizim fitrətimizdə satqınlıq yoxdur". Qeyd edək ki, mayın 28-də Türkiyədə prezident seçkilərinin ikinci turu baş tutub. AKP lideri Rəcəb Tayyib Ərdoğan 52.16% səs toplayaraq ölkəni daha 5 il idarə etmək hüququ qazanıb. CHP lideri Kamal Kılıçdaroğlu isə 47,8 faiz səslə məğlub olub. Bundan sonra onun partiya sədrliyindən istefası məsələsi gündəmə gəlib.


Paylaş



Bölmə: Dünya / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!