İranda azı 5 etirazçı öldürülüb .....                        Qızıl ucuzlaşacaq? .....                        BMT-də islahat aparılmalıdır! - Almaniyadan ÇAĞIRIŞ .....                        Bakıda mənzil yandı - tüstüdən zəhərlənən var .....                        Soydaşlarımız vətəndaşlıqdan məhrum edildi .....                        Səudiyyə Ərəbistanı qonşusunu bombaladı .....                        Minlərlə insan bayram günü niyə qazsız qalıb? .....                        Polşa 300 min nəfəri orduya çağırır .....                        Bu şəhərdə Rusiya qarnizonu mühasirəyə alındı .....                       
Tarix : 4-09-2024, 14:30
Baş nazir müxalifəti hədələdi: İstənilən cəhdi cəzalandıracağıq!


Baş nazir müxalifəti hədələdi: İstənilən cəhdi cəzalandıracağıq!

Gürcüstan hökumətinin sədri İrakli Kobaxidze bu
gün hakim Gürcü Arzusu Partiyasının ofisində keçirdiyi brifinqdə bildirib ki, yerli müxalifət oktyabrın 26-da keçiriləcək parlament seçkilərində qalib gəlməyə ümid etmir və “seçkilərdən sonra sabitliyi pozmağa hazırlaşır”.
Hökumət başçısının sözlərinə görə, müxalifət “Gürcü Arzusu qalib gəlsə” ifadəsini çıxarıb və “Gürcü arzusu seçkiləri saxtalaşdırsa” ifadəsini işlədir.
Baş nazir əmindir ki, müxalifət “yenidən seçkinin nəticələrini tanımayacaq” və “hakimiyyəti dəyişmək məqsədilə dövlət institutlarına basqın etməyə çalışacaq”, sonra isə Gürcüstanda Rusiya Federasiyasına qarşı “ikinci cəbhə” açacaq.
“Biz açıq şəkildə bildiririk ki, seçkilərdən əvvəl və ya seçkilərdən sonra sabitliyi pozmağa yönəlmiş istənilən cəhd ciddi şəkildə cəzalandırılacaq”, - Kobaxidze hədələyib.
İrakli Kobaxidze “radikallara və onların himayədarlarına” xatırladıb ki, ölkənin hüquq-mühafizə orqanları “ən yaxşı vəziyyətdədir” və Gürcüstan dövlətinin “heç kəsin sabitliyi poza bilməməsi üçün kifayət qədər resursları var”.
"Heç bir təxribat uğurlu olmayacaq və istənilən qanunsuz hərəkət ciddi şəkildə cəzalandırılacaq", - baş nazir təkrar edib.
O, cəmiyyəti “sayıq olmağa” və “müxalifətin hər hansı böyük və ya kiçik təxribatını adekvat qiymətləndirməyə” çağırıb ki, müxalifət qüvvələri “təxribatda hər hansı uğura ümid etməsinlər”.
Baş nazir açıq şəkildə bildirib ki, onun məlumatına görə, “radikallar” 2016-cı il parlament seçkiləri öncəsi Abxaziyanın Pankisi dərəsinin yerli sakinləri ilə birlikdə olduğu kimi hakimiyyəti gözdən salmaq üçün müxalifət liderlərinə sui-qəsd planlaşdıra bilər.
Kobaxidzenin sözlərinə görə, seçkilər ərəfəsində hakimiyyət “Gürcüstanda sülhün əsas təminatçısı - Gürcü Arzusunun fəxri sədri Bidzina İvanişvili ilə bağlı xüsusi təhlükəsizlik tədbirləri görür”. Milyarder İvanişvili partiyasının seçki kampaniyasında fəal iştirak edir, lakin təhlükəsizlik məqsədilə helikopterlə getmir və mitinqlərdə xüsusi gülləkeçirməz kabinədən çıxış edir.


Paylaş



Bölmə: Dünya / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!