Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                        “Ədalət axtarma sən bu dünyada” .....                        Hava proqnozu- Əhalinin nəzərinə .....                       
Tarix : 18-09-2024, 11:30
KTMT Ermənistanın dövlətçiliyinə təhlükə yaradır - Paşinyan


KTMT Ermənistanın dövlətçiliyinə təhlükə yaradır - Paşinyan

Biz Kollektiv Təhülkəsizlik Müqaviləsi Təşkilatında (KTMT) üzvlüyümüzü təkcə ona görə dondurmamışıq ki, bu qurum Ermənistan qarşısında öz təhlükəsizlik öhdəliklərini yerinə yetirmir, həm də ona görə ki, KTMT Ermənistanın təhlükəsizliyinə, onun gələcək mövcudluğuna, suverenliyinə və dövlətçiliyinə təhlükə yaradır.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan İkinci Dünya Erməni Sammitində bəyan edib.
Paşinyan deyib ki, Ermənistanın KTMT-yə qayıtması barədə fikirlər çox müzakirə olunur.
“Biz əvvəl də demişdik ki, KTMT-də fəaliyyətimizi yalnız qaldırdığımız suallara cavab veriləcəyi təqdirdə tam bərpa edəcəyik. 2 il keçdi, amma cavablar eşidilmir və eşidilməyəcəyi də ortadadır. Deyə bilərəm nə qədər ki, bu cavablar əsaslı və inandırıcı deyil, hər dəqiqə və saniyədə Ermənistan KTMT-dən getdikcə daha da uzaqlaşır”, - o bildirib.
Paşinyan qeyd edib ki, “dönməzlik nöqtəsi” ifadəsi var.
“Əgər biz geriyə “dönməzli nöqtəsi”ni keçməmişiksə, böyük ehtimal var ki, bu vəziyyət belə davam edərsə, o “dönməzlik nöqtəsi”ni keçəcəyik və onda heç kimin bizi ittiham etməyə haqlı səbəbi və əsası olmayacaq".


Paylaş



Bölmə: Dünya / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!