Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
Tarix : 20-04-2016, 17:15
Ərəbləri əsəbiləşdirən Obamanın bugünkü səfəri - Yaxın Şərqlə uzaq qərbin yaxınlaşması


“Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obamanın Səudiyyə Ərəbistanına 20-21 aprel tarixinə nəzərdə tutulan səfəri iki ölkə arasında münasibətlərin gərginləşdiyi bir dövrə təsadüf edir. Bu dəfə ABŞ rəhbəri uzun müddət əməkdaşlıq etdiyi ölkə ilə münasibətləri daha da inkişaf etdirmək məqsədi ilə deyil, son bir neçə ildə ikitərəfli münasibətlərdə əmələ gəlmiş narazılığı aradan qaldırmaq üçün xarici səfərə çıxır”.

Butov.az AzNews.az-a istinadən xəbər verir ki, bu sözləri politoloq Əlimusa İbrahimov ABŞ prezidentinin Səudiyyə Ərəbistanına səfərini şərh edərkən bildirib.

Ərəbləri əsəbiləşdirən Obamanın bugünkü səfəri - Yaxın Şərqlə uzaq qərbin yaxınlaşması


Politoloqun sözlərinə görə, bu səfər zamanı Obama təkcə 2 müqəddəs məkanın mühafizəçisi Kral Salmanla deyil, eyni zamanda Körfəz Əməkdaşlıq Təşkilatına (GCC- Bəhreyn, Küveyt, Oman, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı) üzv dövlətlərin rəhbərləri ilə də görüşəcək: “Müzakirə olunacaq mövzuların regional təhlükəsizlik, Suriya və Yəməndə baş verən terrorizm və münaqişələri əhatə edəcəyi proqnozlaşdırılır”.

Səudiyyə Ərəbistanı-ABŞ münasibətlərinin tarixindən bəhs edən politoloq əlaqələrin 1933-cü ildən başladığını xatırladıb. Ə.İbrahimovun sözlərinə görə, bu müddət ərzində dövlətlərin ikitərəfli münasibətləri zaman-zaman müxtəlif səciyyələr daşıyıb: “Regionda baş verən proseslərə uyğun olaraq münasibətlər gah zəifləyib, gah da yüksəlib. İki ölkə arasındakı dostluq münasibətləri zamanın sınağından keçərək “xüsusi münasibətlər” səviyyəsinədək yüksələ bilib”.

Politoloq bildirib ki, bu xüsusi münasibətlərin bünövrəsi Səudiyyə Ərəbistanı Krallığının banisi Kral Əbdül Əziz ilə ABŞ prezidenti Franklin D. Ruzvelt arasında 1945-ci ilin fevral ayında Amerikanın hərbi gəmisində keçirilən görüş zamanı qoyulub: “Körfəz müharibəsi zamanı ABŞ-ın prezidenti Corc Buşun Küveyti İraq işğalından azad etmək üçün gördüyü tədbirlər iki dövlət arasında münasibətləri yeni səviyyəyə qaldırdı. Münasibətlər pik həddinə Corc Buşun hakimiyyəti dövrünə - 2002, 2005 və 2008-ci illərə təsadüf edir. 2008-ci ildə ABŞ prezidenti bir ildə iki dəfə bir xarici ölkəyə səfər edirdi. Bu əvvəllər görünməmiş hadisə idi. Ötən il Kral Salmanın Obamanın dəvəti ilə ABŞ-a səfəri də münasibətlərin inkişafına önəmli töhfə vermişdi”.

Ə. İbrahimov ABŞ və Səudiyyə Ərəbistanı arasındakı ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsinin qarşısını alan amillərdən də bəhs edib. Onun sözlərinə görə, burada regional və qlobal məsələlər də yetərincədir: “İranın nüvə problemi ilə əlaqədar baxışlarda müxtəliflik, Suriyada gedən vətəndaş müharibəsinin meydana çıxardığı narazılıqlar, Yəməndə hadisələrə İranın təsiri belə məsələlərdəndir. Bir neçə il bundan əvvəl Amerika qoşunlarının İraqdan çıxarılması ilə nəticələnən boşluğun İran tərəfindən doldurulması da münasibətlərin soyuması ilə nəticələnmışdi. Obamanın Atlantik saytına verdiyi müsahibə vəziyyəti bir az da gərginləşdirib. Burada o, Səudiyyə Ərəbistanı və digər Körfəz Əməkdaşlığı ölkələrini biletsiz sərnişinə bənzətmişdi ki, bununla da ərəbləri hiddətləndirmişdi”.

Politoloq bildirib ki, müzakirə ediləsi məsələlər yetərincədir və bu məsələlər ABŞ və Səudiyyə Ərəbistanı əlaqələrini təhlükəli həddə gətirib çatdırıb: “Hətta iş o yerə çatıb ki, əsəblərinə hakim ola bilməyən Səudiyyə ərəbistanının Xarici İşlər Naziri Adel Əl-Cubeyr Amerika iqtisadiyyatına qoyulmuş 1 trilyona yaxın vəsaiti geri çəkməklə hədələmişdi. Təbii ki, hadisələrin bu istiqamətdə inkişafı və əlaqələrin daha da pisləşməsini gözləmək olmazdı, əks halda hər iki dövlət əziyyət çəkəcəkdi”.

Politoloq qeyd edib ki, ABŞ prezidentini bu səfərdə Müdafiə Məsələləri üzrə Dövlət Katibi Aşton Karterin (Ashton Carter) müşayiət etməsi diqqətə layiqdir: “Bu fakt aparılacaq danışıqlar zamanı hərbi məsələlərə üstünlük veriləcəyinə işarədir”.

Əlimusa İbrahimov bildirib ki, politoloqlar Səudiyyə Ərəbistanında keçiriləcək görüşlərdə müzakirə olunacaq iqtisadi məsələlərdən neftin qiymətinin önə çıxacağını vurğulayırlar. Onun sözlərinə görə, bu məsələ öz əhəmiyyətinə görə heç də geri qalmır. Politoloq bildirib ki, prezident Obama Səudiyyə Ərəbistanı kralı və Körfəz ölkələri rəhbərlərini inandırmalıdır ki, İranla birgə fəaliyyət planını imzalamaq heç də İran-Amerika münasibətlərinin inkişaf etdirilməsi anlamına gəlmir və İran ABŞ-la əlaqələrinə görə Səudiyyə Ərəbistanı ilə yarışa bilməz.

Baxmayaraq ki, Obama bir neçə dəfə elan etmişdi ki, İranla münasibətlər nüvə sazişindən başqa sahələri əhatə etməyəcək: “Mən heç vaxt düşünməmişəm ki, biz İrana görə ənənəvi dostlarımızı kənara atmalıyıq”.

Ə.İbrahimov sonda qeyd edib ki, istənilən halda körfəz və region ölkələrinin diqqəti indi Səudiyyə Ərəbistanına yönəlib: “Oradan çıxan qərarların müsəlman ölkələrinin iztirablarına yüngüllük gətirəcəyinə ümid edilir”.


Paylaş



Bölmə: Dünya / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!