Nazirliyin Media və kommunikasiya şöbəsi ləğv edilib .....                        Ağdaşda 28 yaşlı qadın itkin düşüb .....                        Dumanlı hava nə vaxta kimi davam edəcək? - Nazirlik açıqladı .....                        Kuryer işləyən azərbaycanlı güllələnərək öldürüldü .....                        Rusiyanın daha bir generalı ölüb .....                        Qənirə Paşayeva mükafatı qalibə təqdim olundu .....                        Tehran “İranı Daş dövrünə qaytaracağıq” deyən Trampa cavab verdi .....                        Türkiyə 11 gəmisini Hörmüzdən çıxara bilmir .....                        Türkiyə İranı kölgədə qoyacaq ballistik raketlər hazırlayır .....                       
Tarix : 22-12-2016, 18:52
Moskva Rusiyanın Türkiyədə qətlə yetirilən səfiri ilə vidalaşıb

Moskvada, Xilaskar İsa Məsih kilsəsində Rusiyanın Türkiyədə qətlə yetirilən səfiri Andrey Karlovla vida mərasimi keçirilib.
Butov.az xəbər verir ki, “Report”un Rusiya bürosunun məlumatına görə, səfirlə ilk vida mərasimi Rusiya Xarici İşlər Nazirliyində keçirilib. Andrey Karlovun cənazəsi oradan kilsəyə aparılıb və Rusiya Patriarxı Kirillin rəhbərliyi ilə mərasimlə bağlı dualar oxunub.
Tədbirdə prezident Vladimir Putin, baş nazir Dmitri Medvedev, xarici işlər naziri Sergey Lavrov, mərhumun ailə üzvləri, diplomatlar, ictimaiyyət nümayəndələri iştirak ediblər. S.Lavrov mərasimdə nitq söyləyib.
A.Karlov ailəsinin istəyi ilə Moskva vilayətinin Ximki şəhərinin qəbiristanlığında dəfn olunub.
Qeyd edək ki, Rusiyanın Türkiyədəki səfiri A.Karlov dekabrın 19-da Ankarada "Səyahətçilərin gözü ilə Kalininqraddan Kamçatkaya Rusiya" adlı sərgidə qətlə yetirilib. Mövlud Mərt Altınbaş adlı polis əməkdaşı sərginin açılışında çıxış edən diplomatı güllələyib. Xəstəxanaya çatdırılan A.Karlovun həyatını xilas etmək mümkün olmayıb. Türkiyə polisinin keçirdiyi əməliyyat nəticəsində diplomatı güllələyən Mövlud Mərt Altınbaş öldürülüb.


Paylaş



Bölmə: Dünya / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!