Gəncədə iki minik avtomobili toqquşub, xəsarət alanlar var .....                        Daha bir ölkə öz vətəndaşlarını İrandan qaçmağa çağırdı .....                        Qəzada yaralanmış FHN əməkdaşı evə buraxıldı .....                        İran sənətçilərinin Bakı səfəri: Onları kimlər qarşılamışdı? .....                        Zakir Həsənov hərbi hissəni yoxladı .....                        UEFA “Qarabağ”ı cəzalandırdı .....                        Göldə boğulan 8 nəfərin cəsədi tapıldı .....                        Heyvandarlıq məhsullarının istehsalı azalıb .....                        Ordumuzun əsgəri vəfat etdi .....                       
14-08-2025, 17:55
İran Zəngəzur dəhlizinə xüsusi həssaslıqla yanaşır - Nazir


İran Zəngəzur dəhlizinə xüsusi həssaslıqla yanaşır - Nazir

İranın xarici işlər naziri Abbas Arakçi deyib ki, İran qonşuları arasında sülh və sabitliyi dəstəkləsə də, regional geosiyasi sabitliyin və milli maraqlarının qorunmasına xüsusi diqqət yetirir.
Arakçi Araqçi cümə axşamı İnstagram səhifəsində yazıb: “Çərşənbə günü mən Ermənistan xarici işlər nazirinin müavinini və Rusiya Xarici İşlər Nazirliyinin Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul etdim. Biz Qafqaz regionunda baş verən siyasi proseslərə xüsusi diqqət yetirərək, beynəlxalq məsələləri müzakirə etdik”.
O, bir daha vurğulayıb ki, İran İslam Respublikası qonşuları arasında sülh və sabitliyin bərqərar olmasına dəstək verməklə yanaşı, regional geosiyasi sabitliyin və milli maraqlarının qorunmasına da xüsusi diqqət yetirir. Xarici işlər naziri əlavə edib ki, İran onun nəqliyyata çıxışını və ya ölkənin maraqlarını məhdudlaşdıra biləcək hər hansı plan və ya layihəyə xüsusi həssaslıqla yanaşır.
14-08-2025, 15:40
Ərdoğan Özgür Özəldən 1 milyon tələb edir


Ərdoğan Özgür Özəldən 1 milyon tələb edir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özələ qarşı 1 milyon lirəlik təzminat iddiası qaldırıb.
Bu barədə Prezidentin vəkili Hüseyn Aydın məlumat verib.
Onun sözlərinə görə, iddia Özgür Özəlin 13 avqust 2025-ci il tarixində Bayrampaşada keçirilən mitinqdəki fikirləri zamanı və eyni gün Marmara Həbsxanasının çıxışında mətbuata açıqlamasında Rəcəb Tayyib Ərdoğanı hədəf alan əsassız ittihamları səbəbilə qaldırılıb.
Bildirilib ki, bundan əlavə, Prezidentə təhqir ittihamı ilə bağlı Ankara Baş Prokurorluğuna da şikayət ərizəsi verilib.
14-08-2025, 14:26
Zelenski Londondadır - FOTO


Zelenski Londondadır - FOTO

Ukrayna prezidenti Volodimir Zelenski Londonda səfərdədir.
O, Böyük Britaniyanın baş naziri Key Starmerlə görüşüb.
Qeyd edək ki, Zelenski ötən gün Berlində səfərdə olub və Avropa liderləri ilə birgə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparıb.



14-08-2025, 14:05
Trampın xanımı Baydenin oğlunu 1 milyardlıq təzminatla hədələdi


[b]Trampın xanımı Baydenin oğlunu 1 milyardlıq təzminatla hədələdi[/b]

ABŞ prezidenti Donald Trampın həyat yoldaşı Melaniya eks-prezident Co Baydenin oğlu Hunteri Ceffri Epşteyn işi kontekstində onun barəsində böhtan xarakterli ifadələrə görə 1 milyard dollarlıq məhkəmə iddiası ilə hədələyib.
Bu barədə “Fox News” Melaniya Trampın vəkilinin məktubuna istinadən məlumat yayıb.
Məlumata görə, avqustun 5-də Hunter YouTube-da “Ovçu Bayden qayıdır” adlı video yerləşdirib, bundan sonra Melaniya videoda yalan ifadələrin olduğunu bildirib.
Vəkilin məktubunda deyilir: "Videoda mahiyyət etibarilə böhtan xarakterli yalan ifadələr var: "Epsteyn Melaniyanı Trampa təqdim etdi. Əlaqələr çox geniş və dərin görünür”".
Vəkil müvəkkilinin adından Hunterdən "dərhal yalan, böhtan, alçaldıcı və qızışdırıcı ifadələr verməkdən əl çəkməyi" tələb edib.
Co Baydenin oğlu Melaniyanın tələbini yerinə yetirməsə, sonuncu onu məhkəməyə vermək, 1 milyard dollar təzminat tələb etmək niyyətindədir. Şərtlərin yerinə yetirilməsi üçün son tarix avqustun 7-si idi.
Bundan əvvəl “The Washington Post” yazıb ki, Donald Tramp Epşteyn işi ilə bağlı administrasiyasının hərəkətlərindən narazılığını bildirib. Nəşrin yazdığına görə, o, mövzunun tez bir zamanda aradan qalxacağını gözləyən məmurların səhvlərindən və dəqiq strategiyasının olmamasından məyusdur.
13-08-2025, 23:51
Putin müharibəni dayandırmağa razı olmasa... - Tramp


Putin müharibəni dayandırmağa razı olmasa... - Tramp

ABŞ Prezidenti Donald Tramp cümə günü Alyaskada keçiriləcək görüş zamanı Rusiya Prezidenti Vladimir Putinin Ukraynadakı müharibəni dayandırmağa razı olmadığı təqdirdə, bunun Rusiya üçün çox ağır nəticələri olacağını deyib.
Bu barədə Tramp Vaşinqtondakı Kennedi Mərkəzində çıxışı zamanı keçirilən tədbirdə bildirib.
O, bunun yeni sanksiyalar və ya tariflər demək olduğuna dair sualdan yayınıb.
"Bu barədə nəsə deməyə məcbur deyiləm. Lakin bunun çox ağır nəticələri olacaq",- deyə Tramp qeyd edib.
13-08-2025, 23:34
Putin onlara güvənmir - Kreml elitası daxilində PARÇALANMA


Putin onlara güvənmir - Kreml elitası daxilində PARÇALANMA

Rusiyada iqtisadi vəziyyət getdikcə pisləşir, Ukrayna müdafiəsi isə möhkəm qalır. Bu şəraitdə Kreml elitası həm müharibədən qazandıqları imtiyazları qorumağa, həm də böyük insan və maliyyə itkilərinə görə məsuliyyətdən yayınmağa çalışır.
Nüfuzlu “Foreign Policy” jurnalında dərc edilən məqalədə deyilir ki, Rusiya Prezidenti Vladimir Putin elita içindəki parçalanmanın və gələcəyə dair narahatlığın rejimin birliyini sarsıda biləcəyindən ehtiyat edir.
Bu səbəbdən Kreml “milli təhlükəsizlik” adı altında misilsiz hüquqi mexanizmlər tətbiq edir. Məqsəd Qərblə əlaqədə və ya azacıq “sədaqətsizlikdə” şübhələnilən şəxslərin sərvətlərini müsadirə edib, vəsaiti daha az bacarıqlı olsa da Putinə açıq dəstək göstərənlərə ötürməkdir.
Yeni mexanizm Rusiya elitası daxilində “məhbus dilemması”na səbəb olub, burada ən təhlükəsiz yol nümayişkaranə sədaqət göstərmək və rəqibləri səssizcə zəiflətməkdir.
ABŞ üçün əsas məsələ bu daxili proseslərin Ukrayna müharibəsinin bitməsinə mane olmamasıdır. “Foreign Policy” yazır ki, Vaşinqton Kreml rəhbərliyini və sənaye elitasını müharibənin iqtisadi və siyasi qiyməti barədə narahat saxlamaqla, sülh danışıqlarında üstünlük qazana bilər. Bunun üçün “müharibənin memarları”na sanksiyalar davam etməli, müharibəyə açıq dəstək verməyənlər üçün isə yumşaq davranılacağı mesajı verilməlidir.
Putin 2022-də başladığı müharibəni siyasi zirvəsinin “tac qələbəsi” kimi görsə də, indi sistem onu qorumağa məcburdur. BBC və “Mediazona”nın hesablamalarına görə, 2025-ci ilin iyuluna qədər ən azı 165 min rus hərbçisi həlak olub. “Oryx” platforması isə 22 min hərbi texnika itkisini sənədləşdirib.
2024-də yüksək vəzifəli məmurlar arasında 122 cinayət işi açılıb, 100 nəfər korrupsiya ittihamı ilə həbs olunub. Müdafiə Nazirliyindən onlarla zabit işdən çıxarılıb. 2022-dən bəri strateji sektorlara bağlı 27 yüksək səviyyəli iş adamı müəmmalı şəkildə ölüb. İyulda nəqliyyat naziri Roman Starovoytun “intihar” etdiyi xəbəri yayılıb, ardınca nazirlikdə başqa bir yüksək vəzifəli şəxs qəfil infarktdan öldü. Elita daxilində artıq qorxu yaranıb: “Növbə məndədir?”
Müharibə bəzi dairələr üçün isə sərvət mənbəyinə çevrilib. Müdafiə sənayesi oliqarxları, istehsal müəssisələrinə ev sahibliyi edən qubernatorlar və Qərb aktivlərini ələ keçirən şəxslər böyük mənfəət qazanır. Onlar dövlət dəstəkli güzəştli hərbi kreditlər alır, amma qalan iqtisadiyyat üçün faiz dərəcələri 18–21% civarındadır.
Kreml sədaqətsizliyi cəzalandırmaq üçün sərvət bölgüsünü silah kimi istifadə edir. 2022-dən bəri ÜDM-in təxminən 2%-i (49 milyard dollar) həcmində aktivlər milliləşdirilib. Məsələn, Putinin partiyasının üzvü Konstantin Strukovun biznesləri, qızına kapital ötürdüyünə və xaricə pul çıxardığına görə, cəmi 9 günə dövlətə keçirilib.
Maliyyə naziri Anton Siluanov açıqlayıb ki, bu aktivlər sovet üsulu ilə müsadirə olunmayacaq, “etibarlı” yeni sahiblərə satılacaq. Beləliklə, strateji sektorlar sadiq elitaya paylanır.
ABŞ prezidenti Donald Tramp Putinə müharibəni bitirməsi üçün son tarix qoysa da, “Foreign Policy” hesab edir ki, hətta atəşkəs siqnalları belə Kreml daxilində mübarizəni qızışdıracaq. Müharibə zamanı əldə edilən aktivlər iqtisadiyyat daraldıqca başqalarının hədəfinə çevriləcək.
Vaşinqton üçün ən yaxşı strategiya tələsmədən, iqtisadi təzyiqi davam etdirərək rus elitasında müharibənin “udulmaz” olduğu qənaətini gücləndirməkdir. ABŞ həm sanksiyaları davam etdirib, həm də səssizcə müharibədən uzaq duranlara gələcəkdə Qərblə barışıq imkanı təqdim edə bilər.
Beləliklə, Putin öz mövqeyini qorumağa çalışsa da, “Foreign Policy”yə görə, onun ətrafındakı elita artıq gələcəyi düşünür və müharibənin davamı onların şəxsi sərvətləri üçün getdikcə daha böyük risk yaradır.
13-08-2025, 22:37
Özgür Özəl haqqında istintaq başladı


Özgür Özəl haqqında istintaq başladı

CHP sədri Özgür Özəl haqqında istintaq başladılıb.
Bu haqda Türkiyənin ədliyyə naziri Yılmaz Tunç sosial şəbəkə hesabında paylaşım edib.
Nazir bildirib ki, istintaqa səbəb onun ölkə prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı söylədiyi sözlərdir:
“CHP sədrinin prezidentimizin ünvanına söylədiyi təhqiramiz ifadələrlə bağlı Ankara Respublika Baş Prokurorluğu tərəfindən araşdırma başlanıb. Hörmət həddini bu sözlər 86 milyon vətəndaşımızı təmsil edən iradəyə açıq-aşkar hücumdur.
Siyasət ədəb və əxlaq çərçivəsində aparılır. CHP sədrinin istifadə etdiyi bu yersiz dil artıq sadəcə üslub məsələsi deyil.
Millətimiz əvvəllər də olduğu kimi böhtanla məşğul olanlara yol verməyəcək”.
13-08-2025, 17:36
Tramp-Putin görüşü ərəfəsində ruslar ildırımsürətli hücuma keçib


Tramp-Putin görüşü ərəfəsində ruslar ildırımsürətli hücuma keçib

Rusiya qoşunları ABŞ və Rusiya prezidentləri Donald Trampla Vladimir Putinin 15 avqust tarixli görüşü ərəfəsində Ukrayna ərazisində ilin ən böyük 24 saatlıq hücumunu həyata keçirib.
Bu barədə AFP agentliyi Amerika Müharibə Araşdırma İnstitutunun məlumatlarının təhlili əsasında məlumat yayıb.
Rusiya ordusu avqustun 12-də ildırımsürətli hücum zamanı 110 kvadrat kilometr ərazini işğal edib - bu, 2024-cü il may ayının sonundan bəri 24 saat ərzində ələ keçirilən ən böyük ərazidir.
Ukrayna hərbçilərinin hesablamalarına görə, təxminən 110 min rusiyalı hərbçi Pokrovsk istiqamətində irəliləyir ki, bu da Vladimir Putin üçün böyük sıçrayış ola bilər.
Ukrayna əsgərləri zirehli personal daşıyıcısını pilotsuz təyyarələrin zərbələri ilə məhv etməzdən əvvəl hava kəşfiyyatı Rusiya taqımının sürətli irəliləyişini qeydə alıb.
13-08-2025, 17:21
Azərbaycan əleyhinə qətnamə layihəsi rədd edildi


Azərbaycan əleyhinə qətnamə layihəsi rədd edildi

Cenevrə kantonunun parlamentinin bir sıra ermənipərəst üzvü tərəfindən 2024-cü il noyabrın 5-də irəli sürülmüş “Dağlıq Qarabağın ilhaqı və Azərbaycanın siyasi məhbuslarının azadlığa buraxılması” adlı 24.321 saylı qətnamə layihəsi
Azərbaycanın İsveçrədəki səfirliyinin apardığı məqsədyönlü fəaliyyət nəticəsində avqustun 11-də bu ölkənin parlamentinin yuxarı palatası olan Kantonlar Şurasının Xarici Əlaqələr Komitəsi tərəfindən rədd edilib.
Azərbaycanın İsveçrədəki səfirliyindən bildirilib ki, bununla yanaşı, həmin Komitənin vitse-prezidenti, Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilən Karlo Sommaruga tərəfindən irəli sürülmüş, yalnız “məhbuslara” və “erməni mədəni irsinin mühafizəsinə” istinad edən yeni qərar layihəsi 5 əleyhinə, 4 lehinə və 3 bitərəf səslə Komitənin gündəliyindən çıxarılıb.
Qeyd edək ki, İsveçrə parlamentinin yuxarı palatasının Xarici Əlaqələr Komitəsinin mətbuat məlumatında Cenevrə kantonal parlamentinin təxribat xatakterli məlum təşəbbüsünün birtərəfli olduğu, yalnız Azərbaycan tərəfinə tələblər irəli sürdüyü vurğulanıb və bu cür yanaşmaya etiraz ifadə olunub.
İsveçrə parlamentinin sözügedən qərarı bir daha radikal erməni qrupları tərəfindən dəstəklənən parlamentarilərin uğursuzluğunu nümayiş etdirib.
13-08-2025, 17:06
Zelenski Almaniyaya gedib


Zelenski Almaniyaya gedib

Ukrayna prezidenti Vladimir Zelenski avqustun 13-də Berlinə gedib. Almaniyada o, ABŞ prezidenti Donald Tramp və Avropa liderləri ilə onlayn görüşlər keçirəcək.
Bu barədə RBC-Ukrayna Zelenskinin ofisinə istinadən məlumat yayıb.
Berlin hava limanında Zelenskini bir sıra rəsmi şəxslər, o cümlədən Ukraynanın Almaniyadakı səfiri Aleksey Makeyev qarşılayıb.
Ukrayna prezidentinin mətbuat katibi Sergey Nikiforov jurnalistlərə bildirib ki, Vladimir Zelenski Berlində Almaniya kansleri Fridrix Merts ilə görüş keçirəcək.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!