Prezident Heydər Əliyev Fondunun əməkdaşlarını təltif etdi .....                        Dəmir yollarının Astara terminalı istifadəyə verildi .....                        İrəvanda maşınlar su altında qaldı .....                        Müğənniyə ağır itki üz verdi .....                        Ermənistandan Gürcüstana gedən avtobuslar marşrutunu dəyişdirib .....                        Kür daşdı, əkin sahələrini su altında qaldı - FOTO .....                        Xarkovu qorumaq üçün 2 "Patriot"a ehtiyac var - Zelenski .....                        Lənkəranda qətlə yetirilən Könül haqda daha bir açıqlama .....                        Monitorinqlərdə iştirak edə bilməyənlər təkrar imtahana cəlb edilməyəcək .....                       
28-08-2023, 14:00
Ermənistan və Cənubi Koreyanın XİN Başçıları görüşdü


Ermənistan və Cənubi Koreyanın XİN Başçıları görüşdü

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Koreya Respublikasının (Cənubi Koreya) XİN başçısı Park Jinlə görüşüb.
Bu barədə Mirzoyan X platformasındakı səhifəsində məlumat verib.
Tərəflər ikitərəfli əlaqələrin perspektivlərini müzakirə ediblər. Eləcə də Laçın dəhlizi və Qarabağ ətrafında fikir mübadiləsi aparılıb.
28-08-2023, 12:59
İtaliya ilə Fransa arasında dəmir yolu əlaqəsi kəsildi


İtaliya ilə Fransa arasında dəmir yolu əlaqəsi kəsildi

Yağan leysan və sonradan baş verən sürüşmə səbəbindən Fransanın Sen-Jen-de-Marin kommunası ərazisində bir neçə yol bağlanıb.
İtaliya ilə Fransa arasında dəmir yolu əlaqəsi dayandırılıb.
Frecus tuneli isə yük maşınları üçün bağlanıb. İtaliyanın Trenitalia dəmir yolu şirkətinin məlumatına görə, Milandan Parisə və əks istiqamətdə bir neçə qatar ləğv edilib. Yollarda tıxac yaranıb.
Sinoptiklər leysan yağışlar, dolu, qasırğa və güclü küləyin ən azı bir gün də davam edəcəyini proqnozlaşdırırlar.
28-08-2023, 12:54
Reznikov: “F-16-nın cəbhədə görünməsi gələn ilin yazında baş verə bilər”


Reznikov: “F-16-nın cəbhədə görünməsi gələn ilin yazında baş verə bilər”

"Ukrayna 2024-cü ilin yazında F-16 qırıcılarından istifadəyə başlaya bilər".
Bunu Ukraynanın müdafiə naziri Oleksiy Reznikov "Bild"ə müsahibəsində bildirib.
O qeyd edib ki, təlim və infrastruktur hazırlığı üçün vaxt nəzərə alınmalıdır.
“Mən deyərdim ki, F-16-nın cəbhədə görünməsi gələn ilin yazında baş verə bilər, çünki biz pilotlarımız, mühəndislərimiz və texniklərimiz üçün təlim kurslarına başlamışıq”, - nazir vurğulayıb.
Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.
28-08-2023, 12:47
Arayik Arutyunyanın “ofisini” atəşə tutdular


Arayik Arutyunyanın “ofisini” atəşə tutdular

Gecə saatlarında naməlum şəxslər qondarma qurumun "prezidenti" Arayik Arutyunyanın "ofisinə" yaxınlaşaraq atəş açıblar.
Bu barədə Ermənistan mətbuatında məlumat yayılıb.
Ölən və yaralananlar barədə məlumat verilmir.
"Hraparak" qəzeti yazıb ki, hadisədən əvvəl bir qrup erməni onun "ofisinə" gəlib və Qarabağdakı vəziyyət barədə qızğın söhbət ediblər. Daha sonra ermənilər binadan çıxıb və "ofisi" gülləbaran ediblər.
Hadisədə iştirak edən şəxslərin hazırda polis idarəsində olduğu bildirilir.
28-08-2023, 12:22
Tərcüməçilərin olmaması Ukrayna qoşunlarına təlim keçməkdə maneə yaradır


Tərcüməçilərin olmaması Ukrayna qoşunlarına təlim keçməkdə maneə yaradır

İxtisaslı tərcüməçilərin olmaması NATO zabitləri üçün Aİ-nin təlim missiyası çərçivəsində Ukrayna qoşunlarına təlim keçməkdə ən böyük problemə çevrilib.
Bu barədə "Financial Times" məlumat yayıb.
Ötən ilin noyabrında ukraynalılara müxtəlif silah və taktikalarla işləmək üzrə təlim vermək üçün yaradılmış Avropa İttifaqının çoxmillətli təlim missiyasının rəhbərinin müavini, niderlandlı briqada generalı Martin Bonn deyib ki, tərcüməçilər bir nömrəli problemdir.
"Böyük çətinliklər hərbi və ya texniki kontekstdə, xüsusən də gündəlik həyatda istifadə olunmayan sözlərin tərcüməsi ilə bağlıdır", - o vurğulayıb.
Bundan əlavə, Qərb təlimatçıları Kiyevin onlara müxtəlif yaş və qabiliyyətlərə malik qoşunlar göndərməsindən şikayətlənirlər.
28-08-2023, 12:13
Çinə səyahət edənlərdən COVID testi tələb olunmayacaq


Çinə səyahət edənlərdən COVID testi tələb olunmayacaq

Çin ölkəyə səyahət edənlərin COVID test nəticələrini təqdim etmə tələbini ləğv edib.
Bu barədə "RİA Novosti" məlumat yayıb.
Qərar avqustun 30-dan etibarən qüvvəyə minir.
Qeyd edək ki, koronavirus pandemiyası Çinin Uhan əyalətindən dünyaya yayılmışdı.
28-08-2023, 10:53
Rusiyadan Çinə quş ətinin idxalı qadağan edildi


Rusiyadan Çinə quş ətinin idxalı qadağan edildi

Çin Rusiyadan quş ətinin idxalını qismən məhdudlaşdırıb.
Bununla bağlı heç bir izahat verilməyib.
Belə ki, Rusiya Federasiyasının cənubunda yerləşən 4 böyük quşçuluq fabrikindən məhsulların Çinə idxalı qadağan edilib.
Ehtimal edilir ki, onların məhsullarında təhlükəli orqanizmlər və ya antibiotiklər aşkar edilib.
27-08-2023, 23:40
İsrail və Liviyanın XİN Başçıları ilk görüşü baş tutdu


İsrail və Liviyanın XİN Başçıları ilk görüşü baş tutdu

Ötən həftə İsrail və Liviyanın xarici işlər nazirləri Eli Koen və Nəcla Manquş arasında görüş keçirilib.
Bu barədə AP agentliyi İsrail Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Görüş İtaliyada keçirilib. Bildirilir ki, bu, iki ölkənin xarici işlər nazirləri arasında ilk görüşdür. Romadakı görüş İtaliyanın xarici işlər naziri Antonio Tajaninin vasitəçiliyi ilə keçirilib.
İsrail Xarici İşlər Nazirliyinin məlumatına görə, Liviyanın keçmiş yəhudi icmasının irsinin qorunub saxlanması, o cümlədən sinaqoqların və qəbiristanlıqların yenidən qurulması müzakirə olunub. Danışıqlar, həmçinin humanitar məsələlər, kənd təsərrüfatı və su idarəçiliyində İsrailin mümkün yardımını əhatə edib.
“Mən xarici işlər naziri ilə iki ölkə arasında əlaqələrin böyük potensialı haqqında danışdım”, - deyə Koen bəyanatında bildirib. Liviya tərəfdən heç bir açıqlama verilməyib.
Qeyd edək ki, Liviya İsrailin müstəqilliyini tanımır.
27-08-2023, 20:23
Zelenski Qərbdən yeni hərbi yardımlar alacağını bildirdi


Zelenski Qərbdən yeni hərbi yardımlar alacağını bildirdi

Ukrayna prezidenti Volodimir Zelenski sentyabrda ölkəsinin Qərb ölkələrindən yeni hərbi yardımlar alacağını bildirib.
Bu barədə o, özünün teleqram kanalında yazıb.
Onun sözlərinə görə, bir həftə ərzində avadanlıqların tədarükü ilə bağlı danışıqlar aparılacaq.
“Biz artıq Ukrayna üçün sentyabr ayına hazırlaşmağa başlamışıq... Ukrayna əsgərləri üçün yeni hərbi yardım paketləri olacaq. Artilleriya, zirehli texnika, hava hücumundan müdafiə və raketlər, minalardan təmizləmə texnikası. Tərəfdaşların hər biri ehtiyaclarımız barədə məlumatlandırılır. Biz qərarları gözləyirik”, – o Zelenski qeyd edib.
O, konkret hansı ölkələrin Ukraynaya yardım edəcəyini açıqlamayıb.
Zelenski vurğulayıb ki, sentyabr ayında Ukrayna üçün təhlükəsizlik zəmanətləri üzrə danışıqlar olacaq. Onun sözlərinə görə, Ukrayna beynəlxalq tədbirlərdə, o cümlədən BMT Baş Assambleyasının sessiyasında iştirak edəcək.
27-08-2023, 19:25
Qısamüddətli həbsdən sonra 7,1 milyon dollar ianə topladı


Qısamüddətli həbsdən sonra 7,1 milyon dollar ianə topladı

ABŞ-nin keçmiş Prezidenti Donald Tramp qısamüddətli həbsdən sonra seçki kampaniyası üçün təxminən 7,1 milyon dollar ianə toplayıb.
Tramp təkcə avqustun 25-də 4,18 milyon dollar ianə toplaya bilib. Buna qədər Trampın seçki qərargahı indiyə qədər heç vaxt 24 saat ərzində bu qədər böyük məbləğ toplaya bilməyib.
Keçmiş ABŞ Prezidentinin seçki qərargahı bildirib ki, son üç həftə ərzində o, kampaniyaya 20 milyon dollara yaxın ianə cəlb edə bilib.
Yenidən seçilmək istəyən hazırkı Amerika lideri Cozef Bayden bu ilin ikinci rübündə kampaniya üçün təxminən 72 milyon dollar toplayıb.
ABŞ-də növbəti prezident seçkiləri 2024-cü ilin noyabrında keçiriləcək.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!