Prezident Heydər Əliyev Fondunun əməkdaşlarını təltif etdi .....                        Dəmir yollarının Astara terminalı istifadəyə verildi .....                        İrəvanda maşınlar su altında qaldı .....                        Müğənniyə ağır itki üz verdi .....                        Ermənistandan Gürcüstana gedən avtobuslar marşrutunu dəyişdirib .....                        Kür daşdı, əkin sahələrini su altında qaldı - FOTO .....                        Xarkovu qorumaq üçün 2 "Patriot"a ehtiyac var - Zelenski .....                        Lənkəranda qətlə yetirilən Könül haqda daha bir açıqlama .....                        Monitorinqlərdə iştirak edə bilməyənlər təkrar imtahana cəlb edilməyəcək .....                       
27-08-2023, 18:09
Parisdə elektrikli skuterləri icarəyə götürmək mümkün olmayacaq


Parisdə elektrikli skuterləri icarəyə götürmək mümkün olmayacaq

Sentyabrın 1-dən Parisdə elektrikli skuterləri icarəyə götürmək mümkün olmayacaq.
Şəhər meriyası Parisdə bu nəqliyyat vasitələrini təklif edən üç özəl operatorla müqavilələri yeniləmək niyyətində deyil. Beləliklə, Paris bu qərarla əhaliyə elektrikli skuterlərin verilməsi xidmətini qadağan edən ilk Avropa paytaxtı olacaq.
Bu xidmətin təminatçıları avqustun sonuna kimi istifadə oluna bilən skuterləri Paris küçələrindən yığışdırmalıdırlar.
Bu qərar şəhərin elektrik skuterlərindən istifadəyə dair referendumun nəticələrinə əsaslanır. Səsvermədə 100 mindən çox parisli iştirak edib. Aprelin 2-də keçirilən referendumda iştirak edənlərin 89 %-i qadağanın lehinə səs verib.
Belə bir səsvermənin səbəbi şəhərin hər yerinə səpələnmiş skuterlərin yaratdığı problemlər, lakin xüsusilə onların istifadəçilərinin təhlükəsizliyi ilə bağlı narahatlıq idi.
RTBF bu referendumun sözügedən şirkətlər tərəfindən tənqid edilməsini qeyd edir ki, bu da hər şeydən əvvəl 7,46 % aşağı iştirakla əlaqədardır.
27-08-2023, 16:27
Belqorod vilayəti atəşə tutuldu


Belqorod vilayəti atəşə tutuldu

Ukrayna Ordusu Rusiyanın Belqorod vilayətini atəşə tutub.
Belqorod vilayəti ərazisinə 140 mərmi, o cümlədən pilotsuz aparatlardan partlayıcı qurğular atılıb.
Nəticədə 1 nəfər ölüb, 6 nəfər yaralanıb. Eyni zamanda 50 evə, 2 sosial obyektə, 3 müəssisəyə və 8 avtomobilə ziyan dəyib.
27-08-2023, 14:44
Priqojinin ölümü rəsmi olaraq təsdiqləndi


Priqojinin ölümü rəsmi olaraq təsdiqləndi

Rusiyanın İstintaq Komitəsi “Vaqner” özəl hərbi şirkətinin qurucusu Yevgeni Priqojının ölümü rəsmən təsdiqləyib.
Bu barədə müvafiq qurum məlumat yayıb.
“Tver vilayətində baş verən təyyarə qəzasında həlak olanların kimliyinin müəyyənləşdirilməsi başa çatıb, onların arasında Priqojın da var”, - qurum açıqlayıb.
Xatırladaq ki, avqustun 23-də – “vaqnerçilər”in qiyamından düz 2 ay sonra – Bakı vaxtı ilə saat 19:20-də Rusiyanın Tver vilayətinin Kujenkino qəsəbəsi ərazisində “Vaqner” özəl hərbi şirkətinin qurucusu və rəhbəri Yevgeni Priqojına məxsus “Embraer Legacy 600” biznes təyyarəsi qəzaya uğrayıb. Hava gəmisinin göyərtəsində çətənin başçısından başqa 6 sərnişin, o cümlədən dəstənin komandiri Dmitri Utkin və 3 ekipaj üzvü olub. Ümumilikdə 10 nəfərin öldüyü qəzadan, rəsmi məlumata görə, sağ çıxan olmayıb. KİV-də qəzaya raket hücumunun və ya daxili partlayışın səbəb olduğu barədə məlumatlar yayılıb. Eyni gün Rusiya İstintaq Komitəsi Rusiya Federasiyası Cinayət Məcəlləsinin 263-cü maddəsi ("Təyyarənin istismarı qaydalarının pozulması") üzrə cinayət işi açıb.
26-08-2023, 22:39
Akşener müxalifəti sərt tənqid etdi


Akşener müxalifəti sərt tənqid etdi

Türkiyənin İYİ Partiyasının sədri Meral Akşener may ayında keçirilən seçkilərdə məğlubiyyətə görə müxtəlifi sərt tənqid edib.
Bu barədə o, Afyon Kocatepedə çıxışı zamanı danışıb.
Akşener “məğlubiyyətin qarşısını ala bilmədiyinə görə" dəfələrlə xalqdan üzr istəyib.
O, ittifaq sistemini tənqid edib və qarşıdan gələn yerli seçkilərə təkbaşına qatılacaqlarını deyib.
"Biz dedik, etiraz etdik ki, millət olmayan yerdən, siyasi elitanın, sözdə fikir liderlərinin rəhbərliyi altında istehsal olunan siyasət uğurlu olmayacaq. Biz reaksiya verdik, xəbərdarlıq etdik. Çox təəssüf ki, biz təkcə hökumət üzvləri ilə deyil, həm də bu seçkinin uduzmasına çalışanlarla mübarizə apardıq”.
Akşener seçkidən sonra susqunluğunu tənqid edənlərə də cavab verib: “Mən susdum, amma “60 faizlə qalib gələcəyik” deyənlər susmadı”
26-08-2023, 18:37
Təyyarələrin toqquşması üç pilotun ölümünə səbəb oldu


Təyyarələrin toqquşması üç pilotun ölümünə səbəb oldu

Avqustun 25-də Ukraynanın Jitomir vilayətində iki L-39 döyüş təlim təyyarəsi toqquşub.
Məlumatı Ukrayna Milli Təhqiqatlar Bürosu yayıb.
Qəza nəticəsində üç pilot həlak olub. İlkin məlumata görə, toqquşma uçuş təhlükəsizliyi qaydalarının pozulması səbəbindən baş verib.
“Döyüş tapşırığı zamanı Jitomir yaxınlığında səmada iki L-39 döyüş təlim təyyarəsi toqquşub. Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin üç pilotu həlak olub”, - deyə açıqlamada bildirilib.
Qeyd edək ki, L-39 Çexoslovakiyanın "Aero Vodochody" şirkəti tərəfindən istehsal edilən təlim və yüngül döyüş təyyarəsidir.
26-08-2023, 10:56
Paşinyan hökumətdə dəyişikliklər etməyi planlaşdırır


Paşinyan hökumətdə dəyişikliklər etməyi planlaşdırır

Ermənistan baş naziri Nikol Paşinyan hökumətdə bəzi dəyişikliklər etməyi planlaşdırır.
Bu barədə "Hraparak" qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.
Bildirilir ki, Paşinyan bəzi nazirləri işdən çıxarmaq istəyir. Dəyişiklər oktyabr ayında ola bilər.
İşdən çıxarılacaq nazirlər arasında baş nazirin narazı olduğu Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin rəhbəri Qnel Sanosyan da var.
Nəşrin məlumatına görə, hökumət dəyişiklikləri hələlik gizli saxlamağa çalışır.

25-08-2023, 19:16
Danimarkalı diplomat Türkiyə XİN-ə çağırıldı


Danimarkalı diplomat Türkiyə XİN-ə çağırıldı

Danimarkanın Ankaradakı müvəqqəti işlər vəkili yenidən Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.
Bu barədə TRT kanalı məlumat yayıb.
Diplomata Danimarkada Qurani-Kərimin təhqir olunmasına görə növbəti dəfə etiraz bildirilib.
Qeyd edək ki, son 1 həftə ərzində danimarkalı diplomat eyni məsələyə görə 6 dəfə Türkiyə Xarici İşlər Nazirliyinə çağrılıb.
Avqustun 18-də, 21-də, 22-də, 23-də, 24-də və bu gün diplomata müqəddəs kitabın yandırılmsına görə etiraz bildirilib.
25-08-2023, 18:38
Lukaşenko Priqojinin ölümünə münasibət bildirdi


Lukaşenko Priqojinin ölümünə münasibət bildirdi

Belarus Prezidenti Aleksandr Lukaşenko "Vaqner" muzdlu şirkətinin qurucusu Yevgeni Priqojinin təyyarə qəzasında ölməsinə münasibət bildirib.
Bu barədə "Belta" agentliyi məlumat yayıb.
O deyib ki, Priqojin heç vaxt təhlükəsizlik zəmanəti istəməyib. Belarus lideri Priqojinlə iki dəfə təhlükəsizlik məsələsini müzakirə etdiyini söyləyib.
Aleksandr Lukaşenko deyib ki, mümkün risklərlə bağlı ilk müzakirə iyunun 24-də Yevgeni Priqojin və muzdlularının Moskvaya yürüşü zamanı olub. Onun sözlərinə görə, Priqojin qəhrəman kimi ölmək istədiyini deyib.
İkinci müzakirə Yevgeni Priqojin və “Vaqner” PMC-nin komandiri Dmitri Utkinin Belarusa gəlişindən sonra baş tutub: “Mən onların hər ikisinə qəti şəkildə xəbərdarlıq etdim".
Aleksandr Lukaşenko Rusiya prezidenti Vladimir Putinin insidentdə iştirakı ilə bağlı versiyaya inanmadığını vurğulayıb: "Bunu Putinin etdiyini, Putinin günahkar olduğunu təsəvvür edə bilmirəm. Bu, çox kobud, qeyri-peşəkar işdir”.
Belarus prezidenti bildirib ki, BƏƏ-yə səfəri zamanı Yevgeni Priqojinə qarşı sui-qəsd cəhdi ilə bağlı “mənbələrdən çox ciddi məlumat” alıb. Rusiya səfiri vasitəsilə o, məlumatları Vladimir Putinə və FTX rəhbəri Aleksandr Bortnikova ötürüb. Aleksandr Lukaşenkonun sözlərinə görə, Yevgeni Priqojin mesajı aldığını təsdiqləyib.
"Vaqner" muzdlularının Belarusda qalıb-qalmayacağı ilə bağlı suala Aleksandr Lukaşenko belə cavab verdi: “Vaqner" yaşayır, o, sağdır və "Vaqner" Belarusda yaşayacaq, nə qədər kiməsə xoş gəlməsə də. Priqojin və mən artıq "Vaqner"in ölkəmizdə necə yerləşəcəyi ilə bağlı bir sistem qurmuşuq”.
Avqustun 23-də Rusiyanın Tver vilayətində “Embraer Legacy” biznes təyyarəsi qəzaya uğrayıb. Priqojinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində 10 nəfər ölüb. Ölənlər arasında Priqojinin özü və onun sağ qolu, “Vaqner”in komandiri Dmitri Utkin də var. "Vaqner"ə yaxın teleqram kanalları təyyarənin raketlə vurulduğunu iddia edib.
24 saatlıq sükutdan sonra Rusiya prezidenti Vladimir Putin təyyarədəki 10 nəfərin hamısının ailələrinə “səmimi başsağlığı” verib və Priqojini “istedadlı iş adamı” adlandırıb.
25-08-2023, 18:14
Dövlət qulluğuna qəbul imtahanına dəyişiklik edildi


Dövlət qulluğuna qəbul imtahanına dəyişiklik edildi

Aparılan araşdırmalar göstərir ki, dövlət qulluqçularının kompüter və internetdən təhlükəsiz istifadə üzrə baza bilikləri və bu sahədə müvafiq səriştələrinin kifayət qədər olmaması dövlət orqanlarında informasiya təhlükəsizliyi təminatına mənfi təsir göstərir. Məsələnin əhəmiyyəti nəzərə alınaraq dövlət qulluğuna qəbul imtahanlarına informasiya texnologiyalarından (kompüterdən, internetdən, mobil telefondan) təhlükəsiz istifadəyə dair test tapşırıqlarının da daxil edilməsi məqsədəuyğun hesab edilib.
Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, dövlət qulluğuna qəbul üçün keçirilən test imtahanının informasiya texnologiyaları üzrə proqramına müəyyən dəyişikliklər edilib və imtahan proqramına “İnformasiya təhlükəsizliyi” mövzusu da daxil edilib. 2023-cü il oktyabr ayından etibarən keçirilən imtahanlarda bu mövzuya dair test tapşırıqlarının da istifadə edilməsi nəzərdə tutulur.
İmtahana hazırlaşan namizədlər yenilənmiş proqramla DİM-in saytında tanış ola bilərlər.
25-08-2023, 17:26
Türkiyənin XİN Başçısı Yermakla görüşdü


Türkiyənin XİN Başçısı Yermakla görüşdü

Türkiyənin XİN başçısı Hakan Fidan Ukrayna Prezident Ofisinin rəhbəri Andriy Yermakla görüşüb.
Bu barədə Türkiyə XİN-in X-dəki rəsmi səhifəsində paylaşım edilib.
Qeyd edək ki, Ukrayna paytaxtı Kiyevə səfər çərçivəsində o, prezident Volodimir Zelenski ilə də görüş keçirmişdi.


����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!