Aşıqların dillər əzbəri – “Düşübdü” .....                        Füzulidə yanğın - Tüstüdən zəhərlənən var .....                        Azərbaycan "Prezident Kuboku"nda ilk medalı qazandı .....                        “Avroviziya” 1 həftə sonra başlayır! - Azərbaycan nə vaxt çıxış edəcək? .....                        Xınalığa dolu düşüb - VİDEO .....                        Azərbaycanda baş direktor və müavini cinayət başında saxlanıldı .....                        Prezident BMT Baş katibinin köməkçisini qəbul etdi .....                        Şoyqu müharibə ilə bağlı yeni göstəriş verdi .....                        İlham Əliyev İraq parlamentinin sədrini qəbul edib .....                       
12-08-2023, 00:27
Ermənistanda son sutkada ikinci hərbiçi öldürüldü


Ermənistanda son sutkada ikinci hərbiçi öldürüldü

Avqustun 11-də Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu Qranik Vardanoviç Xnkoyan ölüb.
Bu barədə Nazirliyin mətbuat xidməti məlumat yayıb.
Hərbçinin odlu silahdan açılan atəş nəticəsində öldüyü bildirilir.
Hadisənin baş vermə şəraitinin tam aydınlaşdırılması üçün araşdırma aparılır.
Qeyd edək ki, bu, Ermənistanda son sutkada öldürülən ikinci hərbçidir.
11-08-2023, 23:50
Güclü yağış nəticəsində 29 nəfər öldü


Güclü yağış nəticəsində 29 nəfər öldü

Çinin şimalındakı Hebey əyalətinin Baodin şəhərində güclü yağışlar nəticəsində azı 29 nəfər ölüb.
Yağışlar zamanı 16 nəfər itkin düşüb.
Məlumata görə, milyonlarla insan daşqınlardan zərər görüb və yüz minlərlə adam təxliyə edilib .
Daşqınlar nəticəsində 79 min hektar əkin sahəsinə ziyan dəyib, 4448 bina uçub, 7286 binaya ciddi ziyan dəyib.
11-08-2023, 19:52
Gürcüstanda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 24-ə çatdı


Gürcüstanda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 24-ə çatdı

Gürcüstanda torpaq sürüşməsinin olduğu Oni bölgəsində ölənlərin sayı 24 nəfərə çatıb.
Bu barədə Gürcüstanın regional inkişaf və infrastruktur naziri İrakli Karseladze məlumat verib.
Məlumata görə, 9 nəfərin axtarışları davam etdirilir.
Xatırladaq ki, avqustun 3-də Oni bələdiyyəsindəki Şovi kurort zonasının yaxınlığında baş vermiş təbii fəlakətlə əlaqədar avqustun 7-də Gürcüstanda matəm günü elan edilib.
11-08-2023, 17:21
Rusiyanın müdafiə nazirinin qızı bloger həyat yoldaşından boşandı


Rusiyanın müdafiə nazirinin qızı bloger həyat yoldaşından boşandı

Rusiyanın müdafiə naziri Sergey Şoyqunun qızı Kseniya və onun həyat yoldaşı məşhur fitnes-bloger Aleksey Stolyarov ayrılıb.
Kseniya Şoyqu gözlənilmədən "artıq cütlük olmadıqlarını" elan edib.
Stolyarov isə əlavə edib ki, ayrılıq bir neçə ay əvvəl baş verib, lakin cütlük ünsiyyətdə olmağa və ortaq bir qız böyütməyə davam edir.
Məlumata görə, boşanma təsadüfi baş verməyib və böyük skandalla müşayiət olunub. Belə ki, son aylar Stolyarov "qəşəng həyat tərzinə və daimi xaricə səfərlərinə görə" mütəmadi olaraq tənqid edilib.
Bəzi iddialara görə, Rusiya prezidenti Vladimir Putin qızının evliliyi ilə bağlı Sergey Şoyqu ilə bir neçə dəfə əlaqə saxlayıb və ondan “kürəkənini susdurmağı” istəyib və bundan sonra Kseniya Şoyqu Stolyarovla münasibətini kəsib.
11-08-2023, 17:08
Qazaxıstan Gürcüstanda konteyner terminalının təməlini qoydu


Qazaxıstan Gürcüstanda konteyner terminalının təməlini qoydu

Qazaxıstanın sənaye naziri Gürcüstanın Poti limanında konteyner terminalının təməlqoyma mərasiminə qatılıb.
Planlaşdırılan terminalın yerinə kapsul qoyulub.
Artıq tikintiyə start verilib. Terminalın istifadəyə verilməsi 2024-cü ilə planlaşdırılır. Layihə Transxəzər beynəlxalq nəqliyyat marşrutu üzrə yükdaşımaların həcmini artıracaq.
Terminalın gücü ildə 80 min konteyner olacaq. Qara dəniz sahilində yeni obyekt Qazaxıstanın "PTC Holding" şirkətinin nəqliyyat və logistika investisiya qrupu tərəfindən tikiləcək.
11-08-2023, 16:29
Zelenski hərbi komisarların işdən çıxarılmasıyla bağlı qərar qəbul etdi


Zelenski hərbi komisarların işdən çıxarılmasıyla bağlı qərar qəbul etdi

Ukrayna prezidenti Volodimir Zelenski bütün regional hərbi komissarların işdən çıxarılması barədə qərar qəbul edib.
Müvafiq qərar Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasının yekunları üzrə verilib.
Onun sözlərinə görə, işdən çıxarılan əməkdaşları “cəbhədən keçmiş hərbçilər" əvəz edəcək.
“Artıq hərbi komissarlığa qarşı ümumilikdə 112 cinayət işi var. Bu hallar ölkənin müxtəlif regionlarında qeydə alınıb: Donetsk, Poltava, Vinnitsa, Odessa, həmçinin Kiyev və Lvov", - Zelenski qeyd edib.
Qərarın icrası Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zaluznıya həvalə edilib.
11-08-2023, 15:53
Putin Təhlükəsizlik Şurasının daimi üzvləriylə operativ iclas keçirdi


Putin Təhlükəsizlik Şurasının daimi üzvləriylə operativ iclas keçirdi

Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ iclas keçirib.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, görüşdə informasiya məkanı və onun təhlükəsizliyinin təmin edilməsi müzakirə olunub.
“Bu gün biz sizinlə müasir şəraitdə Rusiya dövlətinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı informasiya məkanı sahəsində iş məsələsini müzakirə edəcəyik. Bunun nə qədər vacib olduğunu hamımız başa düşürük, xüsusən indi, həmişə vacibdir, amma xüsusilə indi...", - Putin iclasdan əvvəl bildirib.
Ənənəvi olaraq görüş qapalı formatda keçirilir.
11-08-2023, 13:50
Paşinyanın üzv olduğu partiya namizədliyini irəli sürdü


Paşinyanın üzv olduğu partiya namizədliyini irəli sürdü

Ermənistanın hakim “Mülki Müqavilə” Partiyası İrəvanın bələdiyyə məclisinə keçirilən seçkilərdə iştirak edəcək namizədlərin siyahısını Mərkəzi Seçki Komissiyasına təqdim edib.
Məlumat "Sputnik Armenia"ya MSK tərəfindən təsdiqlənib.
İlk sırada merliyə namizəd, hazırda mer müavini olan Tiqran Avinyan, ikinci sırada isə sabiq fövqəladə hallar naziri Armen Pambuxçyan yer alıb.
Qanuna görə üçüncü sırada qadın olmalıdır - bu, Nuard Vardanyandır. Daha sonra isə İrəvan meri vəzifəsini icra etmiş Levon Hovhannisyan və onun müavini Suren Qriqoryanın adları gəlir.
11-08-2023, 13:37
Qazaxıstan prezidenti ATƏT sədrini qəbul etdi


Qazaxıstan prezidenti ATƏT sədrini qəbul etdi

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniya Respublikasının xarici işlər naziri Buyar Osmani qəbul edib.
Bu barədə "Kazinform" agentliyi məlumat yayıb.
"Sizin səfəriniz bizim üçün çox önəmlidir və mən bu təşkilatın etibarlı üzvü olan dövlət kimi ATƏT-ə sadiqliyimizi vurğulamaq istərdim. Təəssüf ki, təşkilatda mövcud olan fikir ayrılıqlarına baxmayaraq, ATƏT əvəzolunmazdır və biz onun potensialını qorumaq üçün səy göstərməliyik. 2025-ci ildə Helsinki Yekun Aktının 50-ci ildönümünü qeyd edərkən, ATƏT-in dialoq üçün unikal platforma rolunu davam etdirməsini təmin etmək həyati əhəmiyyət kəsb edir. ATƏT ilə güclü tərəfdaşlığımız ATƏT-in 2010-cu il Sammitinin Astana Bəyannaməsində təsbit olunmuş təhlükəsiz icmanın qurulmasına dair ümumi baxışa əsaslanır", - Tokayev deyib.
Dövlət başçısı Qazaxıstan və Şimali Makedoniya arasında əlaqələrin möhkəmləndirilməsi perspektivlərinə ayrıca toxunub: "İkitərəfli əməkdaşlıq çərçivəsində bizim heç bir problemimiz yoxdur. Biz əməkdaşlığın genişləndirilməsində kifayət qədər mühüm nəticələr əldə etmişik.Ölkəniz Qazaxıstanın Avropada çox mühüm tərəfdaşı kimi qəbul edilir və biz Skopyedə səfirliyimizi açmaq qərarına gəldik".
Buyar Osmani ATƏT-in Qazaxıstan və Mərkəzi Asiya regionu ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini vurğulayıb. Onun sözlərinə görə, ATƏT-in 2010-cu ildə Astanada keçirilən Sammiti təşkilatın əsas fəaliyyət istiqamətlərinin dəstəklənməsində Qazaxıstanın fəal rolunu sübut edib. Nazir bildirib ki, Qazaxıstanın həm regional, həm də regionlararası əməkdaşlıqda əsas rolu qeyd olunmalıdır.
Görüşün sonunda Tokayev Şimali Makedoniya Prezidenti Stevo Pendarovskiyə ən xoş arzularını çatdırıb və onu Qazaxıstana səfərə dəvət edib.
11-08-2023, 12:31
Ukraynaya humanitar yardım paketinin həcmi artırılıb - Səfir


Ukraynaya humanitar yardım paketinin həcmi artırılıb - Səfir

Ukrayna daxili işlər nazirinin müavini Boqdan Drapyatıy Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
Bu barədə "RBC Ukraine" məlumat yayıb.
Danışıqların əsas mövzusu Ukraynanın minalardan təmizlənməsi və bu istiqamətdə Azərbaycanın yardımı məsələsi olub. Səfir Ukraynaya humanitar yardım paketinin həcminin artırıldığını açıqlayıb.
Azərbaycanın göstərdiyi humanitar yardımlar haqqında məlumat verən səfir S.Mərdəliyev, öz növbəsində qeyd edib ki, Prezident İlham Əliyev Ukrayna dövlətinə elektrik avadanlıqları üçün 7,6 milyon dollar ayrılması haqqında Sərəncam imzalayıb. Artıq müvafiq avadanlıqlar hazırlanır və maddi-texniki təchizat işlənir. Yaxın vaxtlarda Ukrayna Azərbaycandan generator və transformatorlar alacaq. Azərbaycan Ukraynaya humanitar yardım göstərməyə və bunu genişləndirməyə davam edəcək.
Onun sözlərinə görə, söhbət Azərbaycanın Ukraynaya kömək etməyə hazır olduğu 4 əməkdaşlıq sahəsindən gedir. Zərər çəkmiş ukraynalı uşaqların tibbi və psixoloji reabilitasiyası, hərbi personalın reabilitasiyası, enerji sektorunda yardım və Ukraynanın müharibədən sonrakı bərpası nəzərdə tutulub.
"Əməkdaşlığımız üçün İrpen şəhərini seçmişik, şəhərin infrastrukturunun bərpasından danışırıq. Layihənin konsepsiyası memarlıq mərkəzinin, idman kompleksinin bərpasını, uşaqlar üçün yeni incəsənət mərkəzinin inşasını, xəstəxananın tibbi ləvazimatlarla təminatını əhatə edir”, - səfir bildirib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!