Cəlilabadda itkin düşən gənc Bakıda tapıldı .....                        İrana quru əməliyyatı? - Trampdan cavab .....                        Azərbaycanda axund 16 yaşlı qızı qaçırıb .....                        Tramp İrana dair xüsusi iclas keçirdi .....                        Paşinyan Ərdoğanla görüşündən yazdı .....                        İranda güclü zəlzələ .....                        Hidayət Heydərov komissiyaya üzv seçildi .....                        Ermənistanın işğalçılıq siyasəti ifşa edildi .....                        Ərdoğanla Paşinyanın görüşü başa çatdı - Nələr müzakirə edildi? .....                       
2-09-2024, 16:55
Peskovdan Putinin Türkiyəyə səfəri barədə açıqlama


Peskovdan Putinin Türkiyəyə səfəri barədə açıqlama

"Putinin Türkiyəyə səfəri üçün hələ dəqiq tarix yoxdur".
Bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
Qeyd edək ki, Putinin Türkiyəyə səfəri ilə bağlı bir neçə dəfə məlumat yayılsa da, hələlik baş tutmayıb.
O billdirib ki, Putin Moskva Şəhər Günü şərəfinə tədbirlər planlaşdırıb.
2-09-2024, 16:15
Ermənistanda 549 qızılcaya yoluxma halı qeydə alınıb


Ermənistanda 549 qızılcaya yoluxma halı qeydə alınıb

Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzi respublikada qızılca ilə bağlı vəziyyəti təqdim edib.
Bu barədə "News.am" məlumat yayıb.
Mərkəzin məlumatına görə, 2024-cü ildə 549 qızılcaya yoluxma halı təsdiqlənib.
Onlardan 329-u uşaq, 220-si böyükdür. Avqustun 26-dan sentyabrın 2-dək olan həftə ərzində 1 qızılcaya yoluxma faktı təsdiqlənib, bir nəfər xəstəxanaya yerləşdirilib.
2-09-2024, 14:55
Türkiyə BRICS-ə qoşulmaq üçün müraciət edib - KİV


Türkiyə BRICS-ə qoşulmaq üçün müraciət edib - KİV

"Bloomberg" yazır ki, Türkiyə BRICS-ə qoşulmaq üçün müraciət edib.
Nəşrin mənbələrinin iddiasına görə, Ankara BRICS üzvlüyünə Rusiya və Çinlə iqtisadi əməkdaşlığı gücləndirmək və Asiya ilə Avropa arasında enerji əməkdaşlığında potensialını inkişaf etdirmək imkanı kimi baxır.
Qrupun genişləndirilməsi məsələsinin müzakirə olunacağı növbəti BRICS sammiti oktyabrda Rusiyada - Tatarıstanın paytaxtı Kazanda keçiriləcək.
Bundan əvvəl BRICS-də iştirak etmək üçün Azərbaycan, Tailand və Malayziya müraciət etmişdi.
2-09-2024, 14:50
Türkiyədə fransız məktəblərinə qeydiyyat dayandırıldı


Türkiyədə fransız məktəblərinə qeydiyyat dayandırıldı

Türkiyədə fransız məktəblərinə qeydiyyat dayandırılıb.
Bu barədə Türkiyənin təhsil naziri Yusuf Tekin “Anadolu”nun efirində deyib.
Onun sözlərinə görə, altı ay müddətində fransız məktəblərinə qeydiyyata şərait yaradılmayacaq: “Bu müddət ərzində isə beynəlxalq sazişin imzalanması məsələsi gündəmdə olacaq”.
1-09-2024, 12:58
Rusiyada dəhşətli helikopter qəzası - 22 nəfər öldü


Rusiyada dəhşətli helikopter qəzası - 22 nəfər öldü

Ötən gün Rusiya Fövqəladə Hallar Nazirliyinin helikopteri radardan itib. Rusiyanın Kamçatka diyarında qəzaya uğrayan “Mi-8” helikopterində sağ qalan olmayıb.
Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, helikopterin göyərtəsində 22 nəfər olub: 3 ekipaj üzvü və 19 sərnişin. Onların hamısı həlak olub.
İndiyədək helikopterin qəzaya uğradığı yerdə 17 nəfərin meyiti tapılıb.
“Əlverişsiz hava şəraitində idarəetmə səhvi prioritet versiya hesab olunur. Dumanda pilot təpəni görə bilməyib və helikopter onun yamacına çırpılıb”, - açıqlamada deyilir.
Qərargah nümayəndəsi əlavə edib ki, avadanlıqların nasazlığı versiyaları da nəzərdən keçiriləcək, lakin o, hələlik əsas hesab edilmir.
31-08-2024, 14:58
Minsk Qrupu ləğv edilə bilər - Paşinyan şərtini açıqladı


Minsk Qrupu ləğv edilə bilər - Paşinyan şərtini açıqladı

"Əgər sülh əldə olunarsa, Ermənistan ATƏT-in Minsk qrupunun fəaliyyətinin dayandırılması imkanını istisna etmir".
Bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında çıxışı zamanı deyib.
"Sülhün bərqərar olduğu zaman bu formatın mövcudluğu suallar doğura bilər. Bu, yalnız zaman məsələsidir", - deyə o bildirib.
Qeyd edək ki, Azərbaycan Ermənistanı ATƏT-in Minsk Qrupunun buraxılması üçün birgə təşəbbüslə çıxış etməyə çağırıb. İrəvan bildirib ki, ATƏT-in Minsk qrupunun məsələsinə sülh müqaviləsinin imzalanması kontekstində baxıla bilər.
Minsk Qrupunun tarixi 1992-ci il martın 24-də ATƏM-in Xarici İşlər Nazirləri Şurasının Helsinkidə keçirilmiş görüşündən başlayır. Həmin görüşdə Qarabağda vəziyyət müzakirə olunub, ATƏM-in Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsinə dair Minsk konfransının çağırılması haqqında qərar qəbul edilib.
1994-cü il dekabrın 5–6-da ATƏM-in Budapeştdə keçirilən Zirvə toplantısında həmsədrlik institutu təsis edilib. Minsk konfransına iki həmsədrin təyin olunması və Minsk qrupunun iclaslarının onların birgə həmsədrliyi ilə keçiriləcəyi barədə qərar qəbul edilib. Minsk prosesinin həmsədrlik institutu təsis olunarkən, ona əvvəlcə Finlandiya ilə Rusiya, daha sonra isə 1995–1996-cı illər ərzində İsveç və Rusiya başçılıq edib. 1 yanvar 1997-ci ildən ATƏT-in Minsk Prosesinə Həmsədrlər qismində ABŞ, Rusiya və Fransa başçılıq edirlər.
Minsk Qrupu yaradıldan sonra münaqişənin həllinə nail ola bilməyib, bir neçə təklif irəli sürülsə də, proses nəticəsiz qalıb. İkinci Qarabağ müharibəsindən sonra isə Qrupun fəaliyyəti tamamilə dayandırılıb.
30-08-2024, 19:28
Ukraynaya ayrılan hərbi yardımın məbləği açıqlandı


Ukraynaya ayrılan hərbi yardımın məbləği açıqlandı

Avropa İttifaqı ölkələri artıq Ukraynaya 43,5 milyard avro dəyərində hərbi yardım edib.
Aİ diplomatiyasının rəhbəri Cozep Borrel bunu ittifaq ölkələrinin müdafiə nazirlikləri rəhbərlərinin Brüsseldə keçirilən qeyri-rəsmi görüşündən sonra deyib.
“Ukraynaya yalnız hərbi yardımımız 43,5 milyard avro təşkil edir”, - deyə o bildirib.
Borrel bir daha qeyd edib ki, Brüssel artıq Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirləri Kiyevə hərbi yardımı maliyyələşdirmək üçün istifadə etməyə başlayıb. Onun sözlərinə görə, indiyədək 1,4 milyard avro gəlir köçürülüb.
Ukraynada müharibə başlayandan sonra Aİ və G7 ölkələri Rusiyanın təxminən 300 milyard avro dəyərində valyuta ehtiyatlarının təxminən yarısını dondurub. Bu vəsaitin 200 milyard avrodan çoxu Aİ ölkələrindədir.
30-08-2024, 17:49
Müdafiəmizi məhdudlaşdırmağa rasional səbəb yoxdur - Zelenski


Müdafiəmizi məhdudlaşdırmağa rasional səbəb yoxdur - Zelenski

"Rusiyanın Xarkova zərbəsi sadəcə insanlara, adi evlərədir".
Bunu Ukrayna prezidenti Volodimir Zelenski bildirib.
"Müdafiə qüvvələrimiz yerləşdikləri yerdə Rusiya hərbi təyyarələrini məhv etmək imkanına malik olsaydı, bu, baş verməyəcək bir zərbə olardı. Bu terroru dayandırmaq üçün tərəfdaşların güclü qərarlarına ehtiyacımız var", - o deyib.
"Bu, tamamilə ədalətli bir ehtiyacdır və Ukraynanın müdafiəsini məhdudlaşdırmaq üçün heç bir rasional səbəb yoxdur", - deyə Zelenski əlavə edib.
30-08-2024, 17:20
Putin Monqolustandan təminat alıb - Həbs olunmayacaq


Putin Monqolustandan təminat alıb - Həbs olunmayacaq

Monqolustan hakimiyyəti Kremlə Rusiya prezidenti Vladimir Putinin səfəri zamanı həbs olunmayacağı təminatını verib.
Bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb.
Kremlin hazırlıqları ilə tanış olan iki mənbənin bildirdiyinə görə, Rusiya prezidenti Monqolustana planlaşdırılan səfərdən əvvəl Beynəlxalq Cinayət Məhkəməsinin orderi əsasında hərbi cinayətlərə görə həbs olunmayacağına dair zəmanət alıb.
Sentyabrın 3-də baş tutacaq səfər Ukraynanın işğal olunmuş ərazilərindən uşaqların oğurlanması ilə bağlı ötən ilin martında BCM tərəfindən order verildikdən sonra Putinin Roma Statutunu ratifikasiya etmiş dövlətə ilk səfəri olacaq.
Sənədə əsasən, Monqolustan öz ərazisində orderi icra etməli və Putini həbs etməyə borcludur.
Putin monqolustanlı həmkarının dəvəti ilə SSRİ və Monqolustanın Yaponiya qoşunları üzərində birgə qələbəsinin 85-ci ildönümünün qeyd edilməsində iştirak etmək üçün Monqolustana gedir.
30-08-2024, 14:40
Erməniyə Avrasiya Komissiyasında vəzifə verildi


Erməniyə Avrasiya Komissiyasında vəzifə verildi

Hayk Tutuncyan Avrasiya İqtisadi Komissiyasının Energetika Departamentinin direktor müavini təyin edilib.
Bu barədə Avrasiya İqtisadi Komissiyasının mətbuat xidməti xəbər məlumat yayıb.
Əvvəllər o, qurumun Nəqliyyat və İnfrastruktur Departamentinin direktor müavini vəzifəsində çalışıb.
Tutuncyan karyerasına Ermənistan baş nazirinin köməkçisi kimi başlayıb (2011-2014-cü illər).
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!