İranda SEPAH generalının oğlu öldürülüb .....                        Bu rayonlara qar yağır .....                        Türkiyədə məşhur aktyor saxlanılıb .....                        İki gün güclü külək əsəcək - XƏBƏRDARLIQ .....                        Fazil Mustafa teleaparıcının müdafiəsinə qalxdı .....                        Tehranda 200-dən çox etirazçı öldürülüb - “Time” jurnalı .....                        Paşinyan II Qareginin fərmanını rədd etdi .....                        Elçibəyin qardaşı oğlu: "Ərturquta dedim ki, o kimdi axı, məhkəməyə verirsən?!" .....                        ABŞ İranın cəsur xalqını dəstəkləyir! - Marko Rubio .....                       
17-04-2025, 17:30
Qarabağ hərəkatını davam etdirmək cəhdi dağıdıcıdır - Paşinyan


Qarabağ hərəkatını davam etdirmək cəhdi dağıdıcıdır - Paşinyan

“Bu gün dövlətçilik qurmaq bizim mütləq prioritetimizdir”.
Bunu aprelin 17-də Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə bildirib.
"Təxminən 30 ildir ki, biz ilk növbədə Qarabağ probleminin həllinə, Qarabağ hərəkatına və bunun üçün hər şeyi qurban vermək məntiqinə sadiq olan bir dövlət modeli qururuq, bunu tənqid kimi deyil, reallıq kimi deyirəm, çünki hamımız, ən azı, çoxumuz bu modelə razıyıq.
Mən Ermənistan Respublikasının Baş naziri kimi tədricən, addım-addım, əvvəlcə qeyri-müəyyən, sonra konkret olaraq başa düşdüm ki, əgər bizim üçün müstəqillik və dövlətçilik təsəvvür etdiyimiz Qarabağ probleminin həlli vasitəsidirsə, bir sıra xarici aktorlar üçün Qarabağ məsələsi dövlətimizin müstəqilliyi və inkişafının qarşısının alınması, dövlətçiliyimizə son qoyulması vasitəsidir”, - Paşinyan bildirib.
Baş nazir bu hədəfin həyata keçirilməsinin 2020-ci ilin sentyabrında yekun mərhələsinə qədəm qoyduğunu, 2021-ci ilin mayında isə pik həddinə çatdığını, bu son məqsədin Ermənistanda da tərəfdarlarının olduğunu, müstəqillik və dövlətçilik deyil, Qarabağ məsələsinin vacib olduğuna inandıqlarını vurğulayıb.
Paşinyan deyib ki, “Daşnaksütyun”un funksionerlərinin, Ermənistanın keçmiş rəhbərlərinin bu çərçivəyə, bu məntiqə uyğun olduğunu vurğulayıb:
“Bu gün bu epoxal ideoloji toqquşmanın ikinci aktı baş verir. Hakim çoxluq və şəxsən mən bəyan edirik ki, Qarabağ hərəkatını davam etdirmək cəhdi dağıdıcıdır, çünki bu, Ermənistanın dövlətçiliyinin, müstəqilliyinin və suverenliyinin qarşısının alınması üçün alət olub və olacaq. Təəssüf ki, biz bunu çox gec başa düşdük.
Müxalifət isə mahiyyət etibarı ilə deyir ki, Ermənistan dövlətçiliyinin bir məqsədi və mənası var – Qarabağ hərəkatı, Qarabağ məsələsi. Müxalifət deyir ki, Qarabağ hərəkatı onun hansı nəticələrindən asılı olmayaraq davam etməlidir”.
Paşinyanın sözlərinə görə, 2018-ci ilin “məxməri inqilabı” nəticəsində Ermənistanda hakimiyyətə gələn siyasi komanda amansız sınaqlar və zərbələr altında intuisiya və cəsarət nümayiş etdirərək, Qarabağ hərəkatının çoxdan sona çatdığı faktına doğru addım-addım və hissə-hissə irəliləyib.
17-04-2025, 17:08
Minsk Qrupu aktuallığını itirdi, ləğv olunmalıdır! – Mariya Zaxarova


Minsk Qrupu aktuallığını itirdi, ləğv olunmalıdır! – Mariya Zaxarova

“Biz dəfələrlə demişik ki, Minsk Qrupunun amerikalı və fransalı həmsədrləri ilə rusiyalı həmsədr arasında əlaqənin kəsilməsi və bunun 2022-ci ilin fevralında baş verməsi, eləcə də Ermənistan-Azərbaycan-Avropa İttifaqı-Fransa sammitindən sonra Ermənistanın Qarabağı Azərbaycan Respublikasının ayrılmaz hissəsi kimi tanıması vəziyyətin münaqişə ilə bağlı köklü dəyişməsi Dağlıq Qarabağ nizamlanması üzrə ATƏT-in Minsk konfransının həmsədrlərinin ATƏT tərəfindən təsdiqlənmiş mandatı öz aktuallığını itirdi.
Bunu aprelin 17-də keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
O, jurnalistin sualını belə cavablandırıb: “Ermənistanın baş naziri Nikol Paşinyan çərşənbə axşamı parlamentdə çıxış edərkən Azərbaycan tərəfinin tələblərinə uyğun olaraq ATƏT-in Minsk Qrupunun buraxılmasına razı olduqlarını bildirib.
Biz bu mövzunu dəfələrlə müzakirə etmişik.
Nəticədə Minsk konfransının bütün strukturları: Minsk Qrupu, yüksək səviyyəli planlaşdırma qrupu və ATƏT-in Dağlıq Qarabağ nizamlanması üzrə hazırkı nümayəndəsinin şəxsi nümayəndəsi vəzifəsi – bunların hamısı ləğv edilməlidir”.
“Hesab edirik ki, müvafiq qərarın qəbulu üçün optimal yol Bakı və İrəvanın bu qurumların ləğvi ilə bağlı birgə bəyanatıdır.
Biz öz tərəfimizdən tərəfdaşlarımıza sülh müqaviləsinin imzalanması yolunda qalan maneələrin aradan qaldırılmasında, nəqliyyat və iqtisadi kommunikasiyaların açılmasında, Ermənistan-Azərbaycan dövlət sərhədinin delimitasiyası, humanitar məsələlərin həllində - 2020-ci ildən 2022-ci ilə qədər bağlanmış ən yüksək səviyyədə üçtərəfli sazişlər toplusu əsasında kömək etmək niyyətindəyik.
Və təbii ki, biz hər zaman Azərbaycan və Ermənistan nümayəndələri arasında ikitərəfli məsələlərin bütün spektri, o cümlədən sülh müqaviləsinin bağlanması üzrə danışıqlar üçün Rusiya platformasını təqdim etməyə hazır olduğumuzu təsdiqləyirik”, - Zaxarova əlavə edib.
17-04-2025, 16:48
Rusiya “Taliban”ı terrorçular siyahısından çıxardı


Rusiya “Taliban”ı terrorçular siyahısından çıxardı

“Taliban” hərəkatı Rusiyada terrorçular siyahısından çıxarılan ilk təşkilat olub. Onun fəaliyyəti 20 il əvvəl Rusiyada qadağan edilmişdi.
Rusiya Ali Məhkəməsi Baş Prokurorluğun "Taliban"ın fəaliyyətinə qoyulan qadağanın dayandırılması ilə bağlı iddiasını təmin edib və hərəkatın terror təşkilatları siyahısından çıxarılması barədə qərar verib.
Hakim Oleq Nefedov bildirib ki, qərar dərhal icra olunmalıdır.
"Taliban" 2003-cü ildən Rusiyada terror təşkilatları siyahısına salınıb. Ali Məhkəmənin onun fəaliyyətini qadağan edən qərarında hərəkatın Çeçenistandakı qeyri-qanuni silahlı qruplarla əlaqə saxladığı və terror üsullarından istifadə etdiyi bildirilir. “O, Usamə bin Ladenin dəstəyi ilə Özbəkistan, Tacikistan və Qırğızıstan da daxil olmaqla, Mərkəzi Asiya dövlətlərində islami hərəkatların hakimiyyəti ələ keçirməsi üçün imkanlar axtarırdı”, - deyə məhkəmə qərarında qeyd edilib.
2021-ci ilin avqustunda Amerika qoşunlarının Əfqanıstandan çıxarılması fonunda “Taliban” ölkədə hakimiyyətə gəlib. Əfqanıstan İslam Respublikasının əvəzinə hərəkat üzvləri tarixdə ikinci dəfə “Əfqanıstan İslam Əmirliyi”nin yaradıldığını elan etdilər. “Taliban” qadınların hüquq və azadlıqlarını şəriət qanunları çərçivəsində təmin edəcəklərinə söz verib. Rusiya da bir sıra başqa ölkələr kimi hərəkata siyasi tələblər irəli sürüb, ilk növbədə hakimiyyətin inklüzivliyi və elementar insan hüquqlarına riayət olunmasını tələb edir. Rusiya rəsmiləri ilə “Taliban” arasında siyasi təmaslar davam edir. Ötən ilin yanvarında xarici işlər naziri Sergey Lavrov Rusiyanın “Taliban”la təmasda olduğunu, lakin siyasi öhdəliklərini yerinə yetirməyənə qədər hərəkatın yaratdığı hökuməti tanımayacağını bəyan etmişdi.
2024-cü ilin mayında Xarici İşlər Nazirliyi və Ədliyyə Nazirliyi prezident Vladimir Putinə “Taliban” hərəkatının qadağan olunmuş təşkilatlar siyahısından çıxarıla biləcəyi barədə məlumat verib. Agentliklər “Taliban”ın Əfqanıstanın bütün ərazisinə nəzarət etdiyini və orada real güc olduğunu qeyd ediblər. Prezident bu təşəbbüsü şərh edərkən deyib ki, Kabillə münasibətlər necəsə qurulmalıdır.
2023-cü ildə “Taliban” Qazaxıstandada terror təşkilatları siyahısından çıxarılıb, 2024-cü ilin sentyabrında isə Qırğızıstanın Baş Prokurorluğu respublikada qadağan olunmuş təşkilatların reyestrini yeniləyərək “Taliban”ı oradan çıxarıb.
17-04-2025, 00:47
ABŞ bu ölkəyə 14 zərbə endirdi


ABŞ bu ölkəyə 14 zərbə endirdi

ABŞ silahlı qüvvələri husi üsyançılarının nəzarətində olan Yəmənin paytaxtı Sənaya 14 hava zərbəsi endirib.
Paytaxtın Sabeyn rayonu hücuma məruz qalıb. Bundan əlavə, Yəmənin şimalındakı Əl-Cəvf əyalətində də zərbələr qeydə alınıb.
Hələlik ölən və yaralananlar barədə məlumat yoxdur.
Qeyd edək ki, martın 15-də ABŞ Prezidenti Donald Tramp ABŞ ordusuna husilərə qarşı zərbə endirmək əmri verdiyini bildirib. O vaxtdan bəri Amerikanın Yəmənin husilərin nəzarətində olan ərazilərinə hər gün hücumları baş verir.
16-04-2025, 23:16
Pezeşkian Zərifin istefasını qəbul etdi


Pezeşkian Zərifin istefasını qəbul etdi

İran Prezidenti Məsud Pezeşkian strateji məsələlər üzrə vitse-prezident Məhəmməd Cavad Zərifin istefasını qəbul edib.
Bildirilib ki, Zərif istefa ərizəsini hələ martın 3-də təqdim etmişdi, lakin İran prezidenti onun ərizəsini yalnız indi qəbul edib.
Zərifin yerinə 59 yaşlı Mohsen İsmaili təyin olunub.
16-04-2025, 17:42
Gürcüstan prezidenti İrəvana gedir


Gürcüstan prezidenti İrəvana gedir

Gürcüstan prezidenti Mixail Kavelaşvili aprelin 28-29-da Ermənistanda rəsmi səfərdə olacaq.
Bu barədə Gürcüstan hökumətinin saytında bildirilib.
Səfər zamanı Kavelaşvili baş nazir Nikol Paşinyan, parlamentin sədri Alen Simonyan və bütün ermənilərin katolikosu II Qareginlə görüşəcək.
Xatırladaq ki, Gürcüstanın baş naziri İrakli Kobaxidze martın 20-də İrəvana səfər edib və o, erməni həmkarı Nikol
Paşinyanla iki ölkənin milli komandaları arasında keçirilən futbol matçına baxıb. Martın 23-də Paşinyan milli komandaların ikinci oyununun keçirildiyi Tbilisiyə səfər edib.
16-04-2025, 16:25
ABŞ İranda səfirlik açır? - Tehrandan reaksiya


ABŞ İranda səfirlik açır? - Tehrandan reaksiya

İran hökumətinin sözçüsü Fatma Mühacirani ABŞ-ın Tehranda səfirlik açıb-açmayacağı ilə bağlı açıqlama verib.
Fatma Mühacirani ABŞ-ın İrana sərmayə qoyacağı və Tehranda səfirlik açacağı iddialarını cavablandırarkən deyib:
"Hazırda ABŞ səfirliyinin yenidən açılması vacib deyil, məsələ hələ çox təzədir və bu sualın cavabının hazırda heç bir mənası yoxdur. Xarici investisiya məsələsinin də öz proseduru var və bütün ölkələr üçün eynidir. İstənilən sərmayə, bunu kimin yatırmasından asılı olmayaraq, ölkənin qanunları və “qırmızı xətlər”i çərçivəsində həyata keçirilməlidir".
16-04-2025, 15:41
Paşinyandan Sarkisyana sərt cavab: Qarabağ hərəkatı davam etməyəcək!


Paşinyandan Sarkisyana sərt cavab: Qarabağ hərəkatı davam etməyəcək!

“Ermənistanda Qarabağ hərəkatı davam etməyəcək”.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
O, aprelin 16-da jurnalistlərlə söhbətində müxalifətin və eks-prezident Serj Sarkisyanın Qarabağ səhifəsinin bağlanmadığına və bu məsələnin siyasi gündəmə qaytarılmasına dair bəyanatlarına reaksiya verərəkən bildirib:
“Mən bu bəyanatları hələ onlar verilməzdən əvvəl cavablandırmışam və demişəm ki, Ermənistanda Qarabağ hərəkatı davam etməyəcək”.
O, Serj Sarkisyanın hakimiyyətin ələ keçirildiyi barədə iddiasına da münasibət bildirib.
“Qoy Serj Sarkisyan görsün ki, o zaman nə deyib” – deyə hökumət başçısı fikrini yekunlaşdırıb.
16-04-2025, 14:25
İtaliya prezidenti ürəyindən əməliyyat olundu


İtaliya prezidenti ürəyindən əməliyyat olundu

İtaliya Prezidenti Sercio Mattarella əməliyyat olunub.
Bu barədə məlumatı ölkənin “L’Unione Sarda” qəzeti yayıb.
Bildirilib ki, Romada “Santo Spirito” xəstənasında 83 yaşlı dövlət başçısının ürəyinə kardiostimulyator quraşdırılıb.
Məlumata görə, əməliyyat planlaşdırılmış olub. Həmçinin hazırda İtaliya liderinin vəziyyətinin stabil olduğu vurğulanıb.
Xatırladaq ki, Mattarella 2015-ci ildən İtaliya Prezidentidir.
16-04-2025, 12:59
Ermənistanda müxalifətin namizədi mer seçildi


Ermənistanda müxalifətin namizədi mer seçildi

Ermənistanın ikinci böyük şəhərinin – Gümrünün Ağsaqqallar Şurasının bu gün keçirilən ilk iclasında keçmiş mer Vardan Qukasyan 13 ildən sonra yenidən bələdiyyə sədri seçilib.
Ağsaqqallar Şurasının 33 üzvündən 18-i ona səs verib.
Hakim “Mülki müqavilə” fraksiyası həm iclasın özünü, həm də səsverməni boykot edib. Fraksiya lideri, müvəqqəti olaraq mer vəzifəsini icra edən Sarik Minasyan Gümrüdə növbədənkənar seçkilərin keçirilməsini istəyib.
Bundan əvvəl Kommunist Partiyasının siyahısına başçılıq edən və müxalifət arasında ən çox səs toplayan Qukasyan müxalifətdən olan digər rəqiblərinin dəstəyini qazanaraq vahid namizədə çevrilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!