Gəncədə 43 yaşlı qadın bıçaqlandı .....                        Ukraynada yeni müdafiə naziri təyin edildi .....                        İranın hava limanlarının 24 saatlıq fəaliyyəti bərpa edildi .....                        Ağdaşda 17 yaşlı gənc kanalda boğuldu .....                        Ağdaşda 17 yaşlı gənc kanalda boğuldu .....                        Reper Əkbər Novruzlu həbs olundu .....                        Ukrayna hökuməti istefa verdi .....                        "Əl Ərəbiyyə" telekanalının Suriyadakı ofisi vuruldu .....                        Qohumunu 40 manat borca görə bıçaqlayan şəxs azadlığa buraxıldı .....                       
3-07-2023, 16:11
Sakaaşvilinin dəhşətə gətirən görüntüləri yayıldı


Sakaaşvilinin dəhşətə gətirən görüntüləri yayıldı

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin dəhşətli görüntüləri yayılıb. Fotolardan onun kəskin şəkildə çəki itirdiyi görünür. Şəkilləri onun köməkçisi Darina Çij dərc edib və Saakaşvilinin bu gün məhkəmə iclasında distant qaydada iştirak etdiyini bildirib.
Qeyd edək ki, Saakaşvili Ukraynadan Gürcüstüna qayıtdığı 2021-ci ilin oktyabr ayından bəri həbsdədir. O, dəfələrlə aclıq aksiyası keçirib. Səhhətində ağır problemlər yaranan eks-prezident bir müddət əvvəl müalicə müəssisəsinə köçürülüb.


3-07-2023, 15:35
Ukraynanı Krımsız təsəvvür edə bilmərik - Zelenski


Ukraynanı Krımsız təsəvvür edə bilmərik - Zelenski

Biz Ukraynanı Krımsız təsəvvür edə bilmərik. Nə qədər ki, Krım Rusiya tərəfindən işğal olunub, bu, müharibənin hələ bitmədiyi deməkdir. Bunu “CNN”ə müsahibəsində Ukrayna prezidenti Volodimir Zelenski deyib. O, müsahibə zamanı Krım qaytarılmadan Rusiya ilə Ukrayna arasında sülhün əldə olunmasının mümkünlüyündən söz açıb. “Belə olan halda bu, qələbə olmayacaq”, - deyə Zelenski vurğulayıb. O, qeyd edib ki, Ukrayna Krımsız təsəvvür oluna bilməz. Prezident dolayı yolla diqqətə çatdırıb ki, Krım işğaldan azad olunana qədər müharibə davam edəcək.
3-07-2023, 13:47
Paşinyan Belarusiya prezidentini təbrik etdi


Paşinyan Belarusiya prezidentini təbrik etdi

Ermənistanın baş naziri Nikol Paşinyan Belarusun Müstəqillik Günü münasibətilə ölkə prezidenti Aleksandr Lukaşenkoya təbrik göndərib. Bu barədə Nazirlər Kabineti məlumat yayıb. "İki ölkənin əməkdaşlığı dərinləşdirmək üçün əlaqələndirilmiş səyləri qarşılıqlı maraqlara uyğundur", - deyə Ermənistanın baş naziri mesajında ​​qeyd edib.
3-07-2023, 13:31
Moldovada milli matəm elan olundu


Moldovada milli matəm elan olundu

İyulun 4-ü Moldovada milli matəm elan olunub. Bu barədə ölkə prezidenti Maya Sandu sərəncam imzalayıb. Bildirilib ki, Kişinyov Beynəlxalq Hava Limanında həlak olanların xatirəsini yad etmək üçün iyulun 4-ü ölkədə milli matəm günü elan edilib. Sabah ölkənin bütün ərazilərində, eləcə də Moldova Respublikasının xaricdəki diplomatik və konsulluq nümayəndəliklərində dövlət bayraqları yarıya qədər endiriləcək. Saat 12:00-da həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.
Xatırladaq ki, iyunun 30-da Moldovanın paytaxtı Kişinyovdakı aeroportda atışma olub. Türkiyədən Moldovaya gəldiyi təxminən olunan şəxs odlu silahdan atəş açaraq 2 nəfəri qətlə yetirib.
3-07-2023, 12:10
Serbiya prezidentinin oğlu həbs edildi


Serbiya prezidentinin oğlu həbs edildi

Serbiya prezidenti Aleksandr Vuçiçin oğlu Danilo Vuçiç Kosovada saxlanılıb. Bu barədə “NSN” nəşri məlumat yayıb. Prezidentin oğlunun Kosovanın Trud kəndində həbs edildiyi iddia olunur. Danilo Vuçiçin dəqiq harada olduğu və hansı səbəbdən saxlanıldığı məlum deyil.
3-07-2023, 11:49
Tokioda partlayış - 4 nəfər xəsarət aldı


Tokioda partlayış - 4 nəfər xəsarət aldı

Yaponiyanın paytaxtı Tokionun mərkəzi hissəsindəki binalardan birində partlayış baş verib.
Bu barədə NHK telekanalı məlumat yayıb. Hadisə Minato şəhərinin mərkəzi ərazisində, Şimbaşi qatar stansiyası yaxınlığında qeydə alınıb. Hazırda ərazidə yanğın başlayıb, ən azı 5 yanğınsöndürmə briqadası hadisə yerində işləyir. Şahidlərin sözlərinə görə, partlayışdan əvvəl binadan qaz iyi gəlirmiş. Xilasedicilər bildiriblər ki, hadisə nəticəsində azı 4 nəfər xəsarət alıb. Yerli sakinlərdən hadisə yerinə yaxınlaşmamaları xahiş olunur.
3-07-2023, 11:13
Krım “rəhbəri”nə qarşı təşkil olunan sui-qəsdin qarşısı alındı


Krım “rəhbəri”nə qarşı təşkil olunan sui-qəsdin qarşısı alındı

Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) ilhaq olunmuş Krımın "rəhbəri" Sergey Aksyonova qarşı sui-qəsdin qarşısını alıb. Bu barədə FTX məlumat yayıb. Xidmət sui-qəsdin arxasında "Ukrayna xüsusi xidmət orqanlarının dayandığını" iddia edib. "Aksyonova sui-qəsd UTX tərəfindən işə götürülən və Ukraynada təlim keçmiş rusiyalı tərəfindən cəhd edilib. Məlumata görə, o, Aksyonovun avtomobilini partlatmağı planlaşdırıb. Şəxs anbardan bombanın götürülməsi zamanı saxlanılıb", - deyə qeyd olunub.
Xatırladaq ki, Ukraynanın Krım regionu 2014-cü ildə Rusiya tərəfindən ilhaq olunub və Moskvaya tabe olan "rəhbər" təyin edilib.
2-07-2023, 23:41
İsveçdə Quranı yandıran iraqlı mühacirin İranla əlaqələri üzə çıxdı


İsveçdə Quranı yandıran iraqlı mühacirin İranla əlaqələri üzə çıxdı

İsveçdə müqəddəs Quranı yandıran iraqlı mühacir Salvan Momikanın İranla əlaqələri üzə çıxıb. Bu barədə "Rusen" nəşri məlumat yayıb. Bildirilir ki, o, İraqda İrana bağlı briqadaların üzvü olub. Daha sonradan İsveçə köçüb. Qeyd olunur ki, aksiya İsveçin NATO-ya üzvlüyünün qarşısını almaq üçün nəzərdə tutulub.
Xatırladaq ki, iyunun 28-də Stokholmun mərkəzində yerləşən Medborjarplatsen meydanındakı məscidinin yaxınlığında 37 yaşlı Salvan Momika adlı iraqlı mühacir aksiya keçirib. O, kitabın səhifələrini qoparıb, onlarla ayaqqabılarını silib və daha sonra Quranı yandırıb. İsveç hakimiyyəti bu cür hərəkətlərin qanuni olduğu bildirib, ancaq aksiyanın yersiz olduğunu vurğulayıb. Aksiyadan dərhal sonra Salvan Momikaya qarşı dini ədavətin qızışdırılması və yanğın qadağasının pozulması ilə bağlı protokol tərtib edilib.
2-07-2023, 22:37
Makron ölkədəki etirazlarla bağlı toplantı keçirdi


Makron ölkədəki etirazlarla bağlı toplantı keçirdi

Fransa Prezidenti Emmanuel Makron ölkədəki etirazlarla bağlı toplantı keçirir. Bu barədə BFM telekanalı məlumat yayıb. Bildirilir ki, iclas Yelisey sarayında baş tutur. İclasda baş nazir Elizabet Born, daxili işlər naziri Cerald Darmanin və ədliyyə naziri Erik Düpon-Moretti iştirak edir.
2-07-2023, 21:53
Polşa Belarusla sərhədə polis heyəti göndərir


Polşa Belarusla sərhədə polis heyəti göndərir

Polşa Belarusla sərhədə 500 polis göndərəcək. Bu barədə Polşa daxili işlər naziri Mariuş Kaminski məlumat verib. O qeyd edib ki, ölkənin Belarusla sərhədi daha da gücləndiriləcək.
Qeyd edək ki, Polşa Belarusla sərhədə 5000 sərhədçi və 2000 əsgər yerləşdirib. Polşa sərhəd polisinin məlumatına görə, şənbə günü 187 nəfər Belarusdan qanunsuz olaraq Polşa ərazisini keçməyə cəhd edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!