Ballıcada da çərşənbə tonqalı qalandı .....                        Ukraynanın nə qədər silahı qalıb? .....                        Vardanyan kimlərlə gizlin danışırmış - Məhkəmədə ifşa edildi .....                        Övladını naqillə döyən qadın tapıldı .....                        Prezidentlə xanımı çərşənbə tonqalı ətrafında - FOTO .....                        33 ildən sonra od çərşənbəsi qeyd edildi .....                        Zelenski geri çəkildi: Trampla işləməyə hazırıq! .....                        Prezident Fuad Nağıyevə buna görə şiddətli töhmət verib .....                        Hikmət Hacıyev Fələstin səfiri ilə görüşdü .....                       
25-02-2023, 15:51
Türkiyədə güclü zəlzələ baş verib


Türkiyədə güclü zəlzələ baş verib

Türkiyənin Niğde bölgəsində 5.3 bal gücündə zəlzələ olub. Bu barədə AFAD məlumat yayıb.
25-02-2023, 15:45
Hazırda Ukraynanın F-16 qırıcılarına ehtiyacı yoxdur - Bayden


Hazırda Ukraynanın F-16 qırıcılarına ehtiyacı yoxdur - Bayden

Hazırda Ukraynaya F-16 qırıcıları lazım deyil və bu səbəbdən yaxın zamanlarda onlar Kiyevə verilməyəcək. Bunu ABŞ Prezidenti Co Bayden ABC telekanalına müsahibəsində bildirib. Onun sözlərinə görə, hazırda Ukraynaya tanklar, artilleriya qurğuları, hava hücumundan müdafiə vasitələri, o cümlədən HIMARS yaylım atəş sistemləri lazımdır. “Biz yazda, yayda və payızın əvvəlində uğur qazanması üçün Kiyevi lazım olan hər şeylə təmin edirik”, - deyə Co Bayden söyləyib.
25-02-2023, 15:38
Kiyevə silah tədarükü sülhə nail olmağın yeganə yoludur - Stoltenberq


Kiyevə silah tədarükü sülhə nail olmağın yeganə yoludur - Stoltenberq

Ukrayna münaqişəsi danışıqlar masası arxasında başa çatacaq. Bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq bildirib. Onun fikrincə, Kiyevə silah tədarükü sülhə nail olmağın yeganə yoludur. “Müharibə çox güman ki, danışıqlar masası arxasında bitəcək. Lakin bu, döyüş meydanındakı vəziyyətdən asılıdır”, - deyə baş katib vurğulayıb. Stoltenberq Ukrayna müharibəsində Rusiyanın qələbəsinin faciə olacağını və NATO üçün ciddi təhlükə yaradacağını düşünür.
25-02-2023, 15:31
Krım yarımadasında Ukrayna bayrağı ucaldıldı


Krım yarımadasında Ukrayna bayrağı ucaldıldı

Krım yarımadasının Sevastapol şəhərində Ukrayna bayrağı ucaldılıb. Ukrayna bayrağı Naximov meydanında yerləşən binalardan birinin üzərində asılıb. Görüntülər sosial şəbəkələrdə yayılıb. Qeyd edək ki, Rusiya 2014-cü ildə Krımı ilhaq edib.
25-02-2023, 15:24
Gürcüstan Türkiyəylə həmrəydir - Qaribaşvili


Gürcüstan Türkiyəylə həmrəydir - Qaribaşvili

Gürcüstan Türkiyənin yanındadır. Türkiyə xalqı Rəcəb Tayyib Ərdoğan kimi müdrik və güclü liderlə tarixin bu sınağından da qalib çıxacaq. Bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Türkiyənin Hatay vilayətinin Antakya şəhərində zəlzələnin nəticələri ilə tanış olarkən deyib. O, Türkiyədə baş verən zəlzələni dəhşətli faciə adlandırıb. “Dəstək mesajımı və başsağlığımı ötən gün Prezident Rəcəb Tayyib Ərdoğana çatdırdım. Mən ona həmrəy olduğumuzu bildirdim. Bu, Türkiyənin və qardaş xalqın başına gələn dəhşətli faciədir. Zəlzələ nəticəsində 40 mindən çox insan ölüb, 100 mindən çoxu yaralanıb. Minlərlə insan evsiz qalıb. Prezident Rəcəb Tayyib Ərdoğanla görüşümüzdə o mənə bildirdi ki, artıq müvafiq qərargah yaradılıb, plan hazırlanıb, bir ildə 270 minə yaxın mənzil tikiləcək”, - deyə baş nazir vurğulayıb.
25-02-2023, 15:19
Makron və Şolts Ukraynanı sülh aparmağa çağırıb


Makron və Şolts Ukraynanı sülh aparmağa çağırıb

Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolts Ukrayna prezidenti Volodimir Zelenskini Rusiya ilə sülh aparmağı nəzərdən keçirməyə başlamağa çağırıb. Bu barədə “The Wall Street Journal” (WSJ) nəşri məlumat yayıb. Qəzet yazır ki, sülh çağırışı üç liderin bu ay Parisdə keçirilən görüşündə səsləndirilib. Yelisey sarayında şam yeməyi zamanı Makron Zelenskiyə xatırladıb ki, hətta Fransa və Almaniya kimi “ölümcül düşmənlər” də İkinci Dünya Müharibəsindən sonra sülh bağlamaq məcburiyyətində qalıb.
25-02-2023, 15:14
İran Rusiyanı artilleriya və tank mərmiləri ilə təmin edib - ABŞ


İran Rusiyanı artilleriya və tank mərmiləri ilə təmin edib - ABŞ

İran Rusiyanı artilleriya və tank mərmiləri ilə təmin edib. Bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi məlumat verib. Mərmilərdən Ukraynaya qarşı müharibədə istifadə olunduğu bildirilir. "Rusiya ilə İran arasında münasibətlərin hər iki istiqamətdə inkişaf edəcəyindən qorxurduq. Və bu qorxular, şübhəsiz ki, əsaslıdır. 2022-ci ilin noyabrında İran Ukraynaya qarşı istifadə üçün Rusiyaya artilleriya və tank mərmiləri verib", - Kirbi deyib. Onun sözlərinə görə, bu baxımdan müdafiə sahəsində Rusiya-İran əməkdaşlığı ABŞ administrasiyasının narahatlığına səbəb olur. "Bu, təkcə Ukraynadakı vəziyyəti çətinləşdirməyəcək, həm də tərəfdaşlarımız və dostlarımız üçün Yaxın Şərqdə təhlükəsizlik vəziyyətini çətinləşdirə bilər", - Kirbi vurğulayıb.
25-02-2023, 14:59
Kanada Ukraynaya “Leopard 2” tankları verəcək


Kanada Ukraynaya “Leopard 2” tankları verəcək

Kanada Ukraynaya daha dörd ədəd “Leopard 2” tankı verəcək. Bu barədə Kanadanın Baş naziri Castin Trüdo bildirib. Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri Kanadadan daha 4 “Leopard 2” tankı alacaq. Həmçinin Kanada Ukraynaya bir zirehli xilasetmə maşını təhvil verəcək.
25-02-2023, 14:56
ABŞ-da zəlzələ baş verib


ABŞ-da zəlzələ baş verib

ABŞ-ın Alyaska sahillərində 4,6 bal gücündə zəlzələ olub. Bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb. Təbii fəlakətin episentri təxminən 150 nəfərin yaşadığı Port Qrem şəhərindən 51,2 kilometr şimal-qərbdə qeydə alınıb. Zəlzələnin ocağı 38 kilometr dərinlikdə yerləşib. Tələfat və dağıntılar barədə məlumat yoxdur.
24-02-2023, 23:57
Zəlzələ qurbanlarının sayı 44 mini keçib


Zəlzələ qurbanlarının sayı 44 mini keçib

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 44 min nəfəri keçib. Bu barədə qardaş ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Bildirilib ki, zəlzələdə həyatını itirən insanların sayı 44 min 218 nəfərə yüksəlib. Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!