ABŞ kəşfiyyatı təkzib etdi .....                        Ağdama daha 92 ailə köçürülüb .....                        İran danışıqlardan imtina etdi .....                        Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                       
28-05-2024, 19:09
Gürcüstan parlamenti prezidentin vetosunu ləğv etdi


Gürcüstan parlamenti prezidentin vetosunu ləğv etdi

Bu gün Gürcüstan parlamenti Prezident Salome Zurabişvilinin "xarici təsir" haqqında qanuna veto qoymasını səs çoxluğu ilə ləğv edib.
Qanunun lehinə 84, əleyhinə isə 4 deputat səs verib.
Parlamentin gərgin keçən iclasında insident də qeydə alınıb. "Gürcü arzusu”nun deputatı İrma Zavradaşvili “Strategiya Aqmaşenebeli” partiyasının sədri Giorgi Vaşadzenin üzərinə su töküb. Hadisə G.Vaşadze tribunada çıxış edərkən baş verib.
Artıq parlamentin binasındakı hüquq-mühafizə orqanlarının əməkdaşlarının sayı artırılıb və qanunverici orqanın yan girişlərində xüsusi təyinatlılar tərəfindən dəhliz yaradılıb.
Qeyd edək ki, Gürcüstan Prezidenti Salome Zurabişvili hakim "Gürcü Arzusu" partiyasının təqdim etdiyi "Xarici təsirin şəffaflığı haqqında" qanuna veto qoymuşdu.
28-05-2024, 17:30
“Taliban”la əlaqələr qurmalıyıq - Putin


“Taliban”la əlaqələr qurmalıyıq - Putin

Rusiya “Taliban”la hansısa formada əlaqələr qurmalıdır.
Bunu Rusiya prezidenti Vladimir Putin “Taliban”ın Rusiya Federasiyasında terror təşkilatları siyahısından çıxarılmasının mümkünlüyü haqqında danışarkən bildirib.
"Taliban”la hansısa formada əlaqələr qurmalıyıq, onlar hazırki hakimiyyətdir", deyən Putin qeyd edib ki, Rusiya "Taliban"ın terrorçu təşkilarların siyahısından çıxarılması məsələsində regiondakı hər bir ölkənin fikrini nəzərə alır. "Qərar birlikdə işlənəcək", deyə Rusiya prezidenti vurğulayıb.
28-05-2024, 17:23
Danimarka Fələstini dövlət kimi tanımadı - Deputalar əleyhinə səs verdilər


Danimarka Fələstini dövlət kimi tanımadı - Deputalar əleyhinə səs verdilər

Danimarka parlamenti Fələstinin dövlət kimi tanınmasının əleyhinə səs verib.
Qərar layihəsi bugünkü iclasda səsverməyə çıxarılsa da, parlamentarilərin dəstəyini qazana bilməyib.
Qeyd edək ki, İrlandiya, İspaniya və Norveç Fələstinin beynəlxalq hüququn subyekti kimi tanınması barədə qərar elan edib.
28-05-2024, 16:17
Paşinyan keşiş Baqratın planlarını pozdu


Paşinyan keşiş Baqratın planlarını pozdu

Bu gün Ermənistanın baş naziri Nikol Paşinyan dövlət protokolunda səhər saatları üçün nəzədə tutulan ənənəvi tədbirə vaxtında getməyib.
Nikol Paşinyan "Sardarabat" abidəsini ziyarət etməyi təxirə salmaqla əleyhdarlarının planını pozub. Çünki səhər saatlarında "Sardarabat" abidəsinə yürüş edən keşiş Baqrat Srbazan öz tərəfdarları ilə Paşinyanın memorial kompleksinə gəlişini gözləyirdi. Lakin baş nazir həmin tədbirə getməyi təxirə salmaqla orada baş verə biləcək qarşıdurmanı zərərsizləşdirmiş olub. Bununla da o, taktiki və strateji baxımdan vacib addım atıb. Halbuki, Baqrat Srbazan və tərəfdarları "Sardarabat" kompleksində təxribat baş verməsinin və toqquşmanın marağında idilər.
Keşiş və tərəfdarları memorial komlkeksini tərk edəndən sonra baş nazir Nikol Paşinyan "Sardarabat" abidəsini ziyarət edib. Baş nazir Ermənistan prezidenti və parıamentin sədri ilə birlikdə "Sardarapat" abidənin önünə gül dəstələri qoyub. Nikol Paşinyan burada çıxış da edib.
Qeyd edək ki, Ermənistanda ali hakimiyyət nümayəndələrinin "Sardarabat" abidəsini ziyarət etməsi çox önəmli sayılır. 1918-ci il mayın 21-dən 29-na qədər davam etmiş "Sardarabat" döyüşündə erməni qoşunları Osmanlıya qalib gəlmişdilər. Daha sonra paytaxtı İrəvan olan Ermənistan Respublikası elan olunmuşdu.
28-05-2024, 16:07
İrlandiya Fələstini müstəqil dövlət kimi tanıdı


İrlandiya Fələstini müstəqil dövlət kimi tanıdı

İrlandiya Fələstini müstəqil dövlət kimi rəsmən tanıyıb.
Bu barədə İrlandiyanın xarici işlər və müdafiə naziri Mixol Martin bildirib.
“Hökumətin bugünkü qərarı Fələstin dövləti ilə tam diplomatik münasibətlərin qurulmasına icazə verir”, - o qeyd edib.
M.Martin əlavə edib ki, Fələstinin İrlandiyadakı diplomatik missiyasının statusu Fələstin hakimiyyətinin Dublinə bu rəsmi müraciətindən sonra səfirliyə qədər qaldırılacaq.
28-05-2024, 14:19
İran parlamentinə yeni sədr seçildi


İran parlamentinə yeni sədr seçildi

Bu gün İran parlamentin açıq iclasında rəhbərliyin seçkisi keçirilib.
Məhəmməd Baqir Qalibaf, Müctəba Zolnur və Mənuçöhr Mottaki parlamentin sədri vəzifəsinə namizədliklərini açıqlayıblar.
Məhəmməd Baqir Qalibaf 287 səsdən 198 səs toplayıb və 12-ci çağırışın ilk iclasında 1 illik müddətə parlamentin sədri seçilib.
Səsvermə zamanı Zolnur 60, Motaki 5 səs toplayıb, 24 səs etibarsız sayılıb.
Məhəmməd Baqir Qalibaf bundan əvvəl 4 il parlamentin sədri vəzifəsində çalışıb.
İranın yeni seçilmiş millət vəkilləri bazar ertəsi, mayın 27-də İslam İnqilabının qələbəsindən sonra 12-ci parlamentin ilk iclasını keçiriblər.
Bazar ertəsi səhər yeni parlamentin ilk iclası yüksək səviyyəli rəsmilərin, o cümlədən prezident səlahiyyətlərini icra edən Məhəmməd Moxber, Məhkəmə Sisteminin rəisi Qulamhüseyn Mohseni Ejei, yüksək səviyyəli hərbi komandirlər və xarici ölkələrin Tehrandakı səfirlərinin iştirakı ilə başlayıb.
27-05-2024, 20:10
Əhmədinejad yenidən İran Prezidenti olmaq istəyir


Əhmədinejad yenidən İran Prezidenti olmaq istəyir

İyunun 28-də İran İslam Respublikasında prezident seçkiləri keçiriləcək. İbrahim Rəisinin mayın 19-da helikopter qəzasında həlak olmasından sonra bu vəzifəni müvəqqəti olaraq vitse-prezident Məhəmməd Muxbir icra edir.
Seçkilərdə namizəd olmaq istəyənlər 30 may - 3 iyun tarixləri arasında ərizə təqdim etməlidirlər. 12-27 iyun isə təbliğat kampaniyası üçün ayrılıb.
İran mətbuatında bir çox şəxsin adı namizəd kimi hallanır.
İranın sabiq prezidenti, son seçkilərdə namizədliyi qeydə alınmayan Mahmud Əhmədinejadın da namizəd olmaq istədiyi bildirilir.
İbrahim Rəisinin ölümündən sonra seçkilərdə onun potensial namizədliyi müzakirə olunur.
Keşikçilər Şurası əvvəlki prezident seçkilərində Əhmədinejadın namizədliyini ləğv edib.
Bu yaxınlarda o, özü haqqında video çəkərək “xalqa, vətənə xidmət etmək” niyyətində olduğunu söyləyib.
27-05-2024, 20:01
Mirziyoyev İlham Əliyevə məktub göndərdi


Mirziyoyev İlham Əliyevə məktub göndərdi

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Təbrikdə deyilir:
"Möhtərəm İlham Heydər oğlu.
Əziz Qardaşım.
Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və Sizin şəxsinizdə qardaş Azərbaycan xalqını səmimi-qəlbdən təbrik etməkdən məmnunluq duyuram.
Sizin kimi müdrik, vətənpərvər və fədakar liderin, görkəmli siyasətçi və dövlət xadiminin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunmuş, tarixi ədalət bərqərar edilmişdir.
Ölkənizdə həyata keçirilən genişmiqyaslı daxili və xarici siyasət, iqtisadi və sosial islahatlar bu gün öz bəhrəsini verir, Azərbaycanın beynəlxalq aləmdə etibarı və nüfuzu durmadan yüksəlir.
Xüsusilə vurğulamaq istərdim ki, biz Azərbaycan və Özbəkistan arasında yaranmış, qardaş xalqlarımızın ümumi məqsəd və istəklərinə tam uyğun gələn sıx əlaqələri xüsusi qiymətləndiririk.
Sizinlə fəallaşan açıq və səmərəli dialoqlarımız, eləcə də danışıqlarımız zamanı əldə edilmiş mühüm sazişlər və irimiqyaslı layihələr, təsdiq edilmiş “yol xəritələri”nın tam həyata keçirilməsi, şübhəsiz ki, strateji tərəfdaşlığımızı tamamilə yeni səviyyəyə qaldıracaqdır.
Hörmətli İlham Heydər oğlu, əminəm ki, yaxın gələcəkdə çoxtərəfli formatlar çərçivəsində bənzərsiz Azərbaycan torpağına yüksək səviyyəli səfərlərimiz hərtərəfli tərəfdaşlığımızın daha da dərinləşməsinə xidmət edəcəkdir.
Daha əvvəl Sizinlə razılaşdığımız kimi, kimya, neft-qaz, mədənçilik, energetika, elektrotexnika, zərgərlik, maşınqayırma, əczaçılıq, tikinti materialları və bank-maliyyə sahələri daxil olmaqla 10 yeni istiqamətdə tərəfdaşlığın gücləndirilməsinə yönələn böyük planlarımızın tam şəkildə reallaşacağına əminəm.
Bizim möhkəm siyasi iradəmiz və birgə səylərimiz sayəsində qarşılıqlı faydalı və uzunmüddətli tərəfdaşlığımız qardaş xalqlarımızın ümumi inkişafı naminə bundan sonra da davamlı şəkildə inkişaf edəcəkdir.
Fürsətdən istifadə edərək, Zati-alinizə cansağlığı, ailə səadəti, Vətəninizin inkişafı naminə fəaliyyətinizdə böyük müvəffəqiyyətlər, qardaş Azərbaycan xalqına isə sülh, əmin-amanlıq, davamlı tərəqqi və firavanlıq arzulayıram".
27-05-2024, 17:43
Müttəfiqlər Ukraynaya verilən vədləri yerinə yetirmir - Stoltenberq


Müttəfiqlər Ukraynaya verilən vədləri yerinə yetirmir - Stoltenberq

"NATO müttəfiqləri Rusiya işğalçılarına qarşı müharibədə müdafiə üçün Ukraynaya verdikləri vədləri yerinə yetirmirlər".
Bunu Alyansın baş katibi Yens Stoltenberq bildirib.
"Problem ondadır ki, biz son aylarda Ukraynaya vəd etdiyimizi çatdırmadıq. ABŞ 6 ay ərzində yeni yardım paketini razılaşdırdı. 1 milyon döyüş sursatı vəd edən avropalı müttəfiqlər bu məbləğə yaxın heç nə çatdırmadılar", - Stoltenberq deyib.
O vurğulayıb ki, Ukraynaya əlavə bir "Patriot" sistemi təhvil verən Almaniya istisna olmaqla, müttəfiqlər hava hücumundan müdafiə ilə bağlı vədlərini yerinə yetirməyiblər.
27-05-2024, 17:20
Fransadan Ermənistana yardım təklifi


Fransadan Ermənistana yardım təklifi

"Fransa Ermənistanın Tavuş və Lori bölgələrində daşqınların nəticələrinin aradan qaldırılması üçün yardım göstərməyə hazırdır".
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşdə Tavuş vilayəti ilə tərəfdaşlıq əlaqələri olan Fransanın Hauts-De-Seine departamentinin sədri Georges Sifredi deyib.
Paşinyan isə öz növbəsində prezident Emmanuel Makronun və bütövlükdə Fransanın Ermənistana münasibətini yüksək qiymətləndirib:
"Fransa bizim əsas tərəfdaşlarımızdan biridir və bizim fəal əməkdaşlığın dərinləşdirilməsi üçün böyük potensialımız var".
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!