İranda matəm elan edildi .....                        Sərxoş sürücü ağır qəza törətdi .....                        Tramp İranda hərəkətə keçir .....                        İranda 38 polis öldürülüb .....                        Qara Qarayevə yeni vəzifə verildi .....                        Minaya düşən şəxsin son durumu AÇIQLANDI .....                        İran hökuməti dəyişikliyə hazırdır - Pezeşkian .....                        Venesuelanı ABŞ qoruyacaq .....                        Ukrayna Xəzərdə neft obyektinə ZƏRBƏ ENDİRDİ .....                       
8-11-2023, 13:17
Ərdoğan Özbəkistana səfərə getdi


Ərdoğan Özbəkistana səfərə getdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistana səfərə gedib.
Bu barədə Türkiyənin Prezident Administrasiyası məlumat yayıb.
Məlumata görə, o İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə Toplantısında iştirak edəcək.
8-11-2023, 00:42
Netanyahu: "Qəzza artıq İsrail üçün təhlükə yaratmayacaq”


Netanyahu: "Qəzza artıq İsrail üçün təhlükə yaratmayacaq”

Qəzza şəhəri mühasirəyə alınıb, biz şəhər daxilində fəaliyyət göstəririk, HƏMAS-a təzyiqi hər saat, hər gün artırırıq.
Bu barədə İsrailin baş naziri Benyamin Netanyahu bildirib.
“Mən xarici liderlərə demişəm ki, İsrail qalib gəlməsə, sırada onların ölkələri olacaq. Amma İsrail qalib gələcək”, - o əlavə edib.
Netanyahu əminliklə vurğulayıb ki, İsrail “HƏMAS-ın hərbi və idarəetmə imkanlarını məhv edəcək: "Qəzza artıq İsrail üçün təhlükə yaratmayacaq”.
7-11-2023, 14:02
Peskov Fələstin-İsrail münaqişəsindən danışdı


Peskov Fələstin-İsrail münaqişəsindən danışdı

"Bir ay sonra Fələstin-İsrail münaqişəsi zonasında vəziyyət ağır və humanitar nöqteyi-nəzərdən fəlakətli olaraq qalır".
Bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
"Fələstin-İsrail münaqişəsi zonasından rusları geri qaytarmaq işi çətindir, Qəzzanı tərk etmək istəyənlər çoxdur. Rusiya Federasiyası İsrail və Yaxın Şərqin digər ölkələri ilə hər gün işçi səviyyədə əlaqə saxlayır, ən yüksək səviyyədə təmas planları yoxdur. Rusiya diplomatları Fələstin-İsrail münaqişəsi zonasından Rusiya vətəndaşlarının geri qaytarılması üzərində işi davam etdirir. Qəzzaya humanitar yardım məhdud həcmdə çatdırıla bilər, Rusiya Federasiyası bu cür yardımı davam etdirmək üçün əlaqələri davam etdirəcək.
Sankt-Peterburqla Kalininqrad vilayətini birləşdirən rabitə kabelinin zədələnməsi ilə bağlı vəziyyət barədə Kremldə məlumat yoxdur", - o bildirib.
Peskov Putinin Qazaxıstana qarşıdakı səfərini gələcək ikitərəfli münasibətlərin inkişafı üçün çox vacib səfər adlandırıb.
7-11-2023, 13:50
İsrail oktyabrın 7-də həlak olanların xatirəsini yad etdi


İsrail oktyabrın 7-də həlak olanların xatirəsini yad etdi

İsrail oktyabrın 7-də həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad edib.
Yerli vaxtla saat 11:00-da israillilər düz 1 ay əvvəl HƏMAS-ın törətdiyi hücumda həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Bu aksiyanı həlak olanların yaxınları təşkil edib. Onlar bir dəqiqəlik sükutdan sonra insanları qara köynək geyinməyə və dövlət himnini oxumağa çağırıblar. Məktəblərdə və universitetlərdə də anım mərasimləri keçirilib.
Aksiyada Qəzzada saxlanılan 240 girovdan bəzilərinin ailələri də iştirak edib. Onlar hakimiyyətdən öz yaxınlarını geri qaytarmaq üçün daha çox iş görmələrini tələb ediblər.
Xatırladaq ki, 7 oktyabrda başlanan Fələstin-İsrail qarşıdurması davam edir. İndiyədək hər iki tərəfdən minlərlə insan həlak olub.
6-11-2023, 20:43
Qəzza zolağında ölənlərin sayı 10 min nəfəri keçdi


Qəzza zolağında ölənlərin sayı 10 min nəfəri keçdi

İsrail və HƏMAS arasında toqquşmalar nəticəsində Qəzza zolağında ölənlərin sayı 10 min nəfəri keçib.
Bu barədə "Əl-Cəzirə" telekanalı yerli rəsmilərə istinadən məlumat yayıb.
Bildirilir ki, toqquşmalar zamanı 10 022 nəfər həlak olub.
Xatırladaq ki, İsrail ilə Qəzza zolağına nəzarət edən HƏMAS radikal hərəkatı arasında müharibə oktyabrın 7-dən davam edir.
6-11-2023, 19:01
Blinken Hakan Fidanla görüşü barədə məlumat yaydı


Blinken Hakan Fidanla görüşü barədə məlumat yaydı

ABŞ dövlət katibi Entoni Blinken Türkiyə xarici işlər naziri Hakan Fidanla görüşü barədə məlumat yayıb.
Bu barədə Blinken "X" hesabında yazıb.
"Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə İsrail-HAMAS münaqişəsinin yayılmasının qarşısının alınması, mülki əhalinin qorunması və humanitar yardımın artırılmasının zəruriliyi barədə danışdıq. Biz həmçinin İsveçin NATO-ya daxil olması və qlobal problemlərin həllində tərəfdaşlığımızın əhəmiyyətini müzakirə etdik", - o bildirib.
6-11-2023, 17:47
Gürcüstanın XİN Başçısı Aİ rəsmilərini qəbul etdi


Gürcüstanın XİN Başçısı Aİ rəsmilərini qəbul etdi

"Avropa İttifaqına üzv ölkələrin Şərq Tərəfdaşlığı üzrə xüsusi nümayəndələrini qəbul etməkdən çox şadam".
Bunu Gürcüstanın XİN başçısı İlia Darçiaşvili X-də yazıb.
"Gürcüstanın namizəd statusu gözlədiyi üçün bizim ölkənin Aİ-yə inteqrasiya yolunda irəliləyişini bir daha müzakirə etmək və bu kontekstdə beynəlxalq tərəfdaşlarımızın dəstəyinin vacibliyinə diqqət yetirmək imkanımız oldu", - o qeyd edib.
6-11-2023, 15:59
Ukraynanın müdafiə nazirinin keçmiş müavini şübhəli şəxs elan edildi


Ukraynanın müdafiə nazirinin keçmiş müavini şübhəli şəxs elan edildi

Ukrayna Təhlükəsizlik Xidməti ölkənin müdafiə nazirinin keçmiş müavinini şübhəli şəxs elan edib.
Söhbət artıq istintaq təcridxanasında olan Vyaçeslav Şapovalovdan gedir.


6-11-2023, 14:55
Aİ Qəzza zolağına humanitar yardımı artırır


Aİ Qəzza zolağına humanitar yardımı artırır

Avropa İttifaqı Qəzza zolağına humanitar yardımı 25 milyon avroyadək artıracaq.
Bunu Brüsseldə Aİ Komissiyasının sədri Ursula fon der Leyen deyib.
Beləliklə, yardım 100 milyon avroya çatdırılacaq.
Qeyd edək ki, 7 oktyabrda başlanan Fələstin-İsrail qarşıdurması davam edir. İndiyədək hər iki tərəfdən minlərlə insan həyatını itirib.
6-11-2023, 14:33
Qazaxıstanın müdafiə naziri Türkiyəyə səfər etdi


Qazaxıstanın müdafiə naziri Türkiyəyə səfər etdi

Qazaxıstanın müdafiə naziri Ruslan Jaksilikov Türkiyəyə səfər edib.
Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
O, türkiyəli həmkarı Yaşar Gülerlə görüşüb. Güler rəsmi dəvəti ilə səfərə gələn naziri hərbi qarovulla qarşılayıb.
Hər iki ölkənin dövlət himnləri səsləndirilib. Rəsmi tədbirdən sonra tərəflər nazirliyin binasına daxil olaraq müzakirələrə başlayıblar.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!