Hikmət Hacıyev Pezeşkianın müşaviri ilə görüşdü .....                        Azyaşlı qidadan zəhərlənib öldü .....                        Türkiyədəki təlimlərdən yeni görüntülər .....                        Məşhur erməni keşiş öldürüldü .....                        Azərbaycanda zəlzələ oldu .....                        Pakistan sərhədində 18 əsgər öldürüldü .....                        Sudanda bazarda partlayış - 40 nəfər öldü .....                        Xalq artisti Reabilitasiya Mərkəzinə köçürüldü .....                        Seçki məntəqəsində icazəsiz çəkiliş qadağan edilə bilər .....                       
17-12-2022, 19:57
Rumıniya liderindən müqaviləylə bağlı paylaşım


Rumıniya liderindən müqaviləylə bağlı paylaşım

Azərbaycan qazının Rumıniyaya çatdırılmasına dair Buxarestdə müqavilə imzalanıb. Bu barədə Rumıniya Prezidenti Klaus Yohannis twitter hesabında bildirib. "Azərbaycan Prezidenti İlham Əliyev ilə Rumıniya-Azərbaycan Strateji Tərəfdaşlığının möhkəmləndirilməsi ilə bağlı əla müzakirəmiz oldu. Enerji təhlükəsizliyi və əlaqələnmə bizim ümumi məqsədlərimizdir. Mən bugünkü iki mühüm hadisəni də alqışlayıram: Azərbaycan təbii qazının Rumıniyaya çatdırılması üçün milli qaz şirkətlərimiz tərəfindən imzalanmış müqavilə və Avropa İttifaqının dəstəyi ilə Rumıniya-Azərbaycan-Macarıstan-Gürcüstan tərəfindən imzalanmış Qara dəniz enerjisi sualtı xətti barədə Saziş", - deyə Prezident bildirib.
17-12-2022, 19:53
Rumıniya prezidenti Azərbaycanla bağlı danışdı


Rumıniya prezidenti Azərbaycanla bağlı danışdı

Avropada enerjiyə tələbatın artmasını və Xəzər dənizi regionunda, xüsusilə də Azərbaycanda “yaşıl enerji” potensialını nəzərə alaraq, bu razılaşma Şərq Tərəfdaşlığı çərçivəsində mühüm konkret təşəbbüs hesab olunur. Bu barədə Rumıniya Prezidenti Klaus Yohannis dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması mərasimi ilə bağlı keçirilən plenar iclasdakı çıxışında bildirib. “Bu cür səylər Azərbaycan, daha sonra isə Mərkəzi Asiya ilə əlaqələri gücləndirəcək. Potensialı müəyyən etmək və müqavimət gücümüzü artırmaq üçün görüləcək iş çoxdur. Şadam ki, bu gün imzaladığımız Saziş bu məqsədə xidmət edir”, - deyə Rumıniya Prezidenti qeyd edib.
17-12-2022, 19:45
“İndi biz “Salam, Silah” deyirik..” - Podolyak


“İndi biz “Salam, Silah” deyirik..” - Podolyak

Rusiya ilə razılığa gələ bilmərik. Bunu Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak twitter hesabında yazıb. Ukrayna rəsmisi bildirib ki, qeyri-real planlardan danışaraq diqqəti əsas məsələdən yayındırmaq olmaz. Onun sözlərinə görə, Rusiyanın başladığı müharibə ancaq bu dövlətin məğlubiyyəti ilə başa çatmalıdır. Podolyak, amerikalı məşhur yazıçı Ernest Hemenqueyden nümunə gətirərək qeyd edib: “İndi biz “Salam, Silah” deyirik. Bizə lazımi qədər artilleriya, zirehli texnika, pilotsuz təyyarə və uzaqmənzilli raketlər lazımdır”.
17-12-2022, 19:31
Azərbaycanla enerji tərəfdaşıyıq - Komissiya sədri


Azərbaycanla enerji tərəfdaşıyıq - Komissiya sədri

Azərbaycan Avropanın etibarlı enerji tərəfdaşıdır. Bunu dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması mərasimi ərəfəsində Avropa Komissiyasının sədri Ursula von der Lyayen deyib. "İmzaladığımız sənəd Avropa İttifaqını Cənubi Qafqazdakı tərəfdaşlara daha da yaxınlaşdıracaq", - deyə Avropa Komissiyasının rəhbəri vurğulayıb. Von der Lyayen əlavə edib ki, bu saziş bütün regionların qarşısında duran enerji "təmizləmə" məqsədlərinə çatmağa kömək edəcək.
17-12-2022, 19:26
İranda nefçilər də etirazçılara qoşuldular


İranda nefçilər də etirazçılara qoşuldular

Hazırda İranın cənubunda yerləşən bir sıra neft şirkətlərinin işçiləri də etiraz aksiyalarına qoşulublar. İranın Pars Neft-Qaz Şirkəti, Cənub Neft Zonaları Milli Şirkəti və bir neçə digər neft və neft-kimya şirkətinin işçiləri mövcud iqtisadi duruma, onlara verilən və yerinə yetirilməyən vədlərə etirazlarını bildirirlər. Bundan əlavə, qeyd edək ki, İranın müxtəlif yerlərində pərakəndə şəklində etiraz aksiyaları davam edir. Son vaxtlar İranda 2 nəfərin təhlükəsizlik məmurlarını öldürməsi ittihamı ilə edam olunmasından sonra, hər gün şübhəli ölüm halları qeydə alınır. Son olaraq, bu gün əslən azərbaycanlı Ayda Rüstəmi adlı həkimin öldürüldüyü açıqlanıb. Bu həkimin gizli şəkildə etiraz aksiyalarında yaralanan şəxsləri müalicə etdiyi qeyd olunur. İranda etiraz aksiyalarında 300-dən çox şəxs ölüb. Qeyd edək ki, 16 sentyabrda Tehranda 22 yaşlı Məhsa Əmininin Tehranın əxlaq polisi əməkdaşları tərəfindən öldürülməsinə etiraz olaraq bir neçə gün sonra İranın bir neçə şəhərində aksiyalar keçirilməyə başlayıb. M.Əmini şəriət normalarına riayət olunmasına nəzarət edən əxlaq polisinin xüsusi dəstəsi tərəfindən saxlanılıb. Gənc qız İran qanunlarına əsasən hicaba düzgün riayət etməməkdə ittiham edilib. Məhz bu hadisədən sonra İranda etiraz dalğası baş qaldırıb və etirazlar artıq müxtəlif sahələri, iqtisadiyyatı, sosial bərabərsizliyi, etnik bərabərsizliyi və s. əhatə edir.




16-12-2022, 18:30
İranda partiya sədrinə 12 il həbs cəzası verildi


İranda partiya sədrinə 12 il həbs cəzası verildi

İranda Xalq İslahat Partiyasının baş katibi və din xadimi Məhəmməd Zare Fuməni azadlıqdan məhrum edilib. Bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb. Bildirilib ki, barəsində təhlükəsizlik məsələləri ilə bağlı bir neçə ittiham irəli sürülən Fuməni oktyabrın 9-da həbs edilib. Məhkəmə qərarı ilə o, 12 il müddətinə azadlıqdan məhrum olunub. Məhəmməd Zare Fuməninin işinə yenidən baxan Xüsusi Ruhani Məhkəməsi ilkin qərarı qüvvədə saxlayıb. Məlumatda qeyd olunub ki, Fuməni mühafizəkar İbrahim Rəisinin prezident seçilməsindən sonra narazılar sırasına qoşulub.
16-12-2022, 18:23
Ərdoğan üçtərəfli görüşlə bağlı təəssüratlarını bölüşdü


Ərdoğan üçtərəfli görüşlə bağlı təəssüratlarını bölüşdü

Türkiyə, Azərbaycan və Türkmənistan liderlərinin görüşü uğurlu keçib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bunu Silivri qaz anbarının açılış mərasimində çıxışı zamanı deyib. O qeyd edib ki, Türkmənistanın qaz ehtiyatları Türkiyə ərazilərindən nəql olunacaq. "Qərarlığımızı ortaya qoymuşuq", - Ərdoğan əlavə edib. Qeyd edək ki, bu yaxınlarda Azərbaycan, Türkiyə və Türkmənistan Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşü Türkmənbaşı şəhərində keçirilib. Görüşdə hər üç ölkənin liderləri iştirak edib.
16-12-2022, 18:17
Türkiyə hər sahədə dünya ilə rəqabət aparacaq - Ərdoğan


Türkiyə hər sahədə dünya ilə rəqabət aparacaq - Ərdoğan

Türkiyə hər sahədə dünya ilə rəqabət aparacaq. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bunu Silivri qaz anbarının açılış mərasimində çıxışı zamanı deyib. "Biz hakimiyyətə gələndə böhran içində, çəkişmələrin, davaların içində olan bir Türkiyə vardı. 20 illik fəaliyyətimizlə çalışdıq ölkəmizi ən üst liqaya girəcək bir dönəmə gətirdik. Ölkəmiz hər sahədə dünya ilə rəqabət edəcək. Bu hədəfimizi ictimaiyyətlə paylaşmışıq", - deyə Türkiyə prezidenti bəyan edib. Ərdoğan, həmçinin təmirdən sonra açılışında iştirak etdiyi anbarın Avropanın ən böyük qaz anbarı olacağını vurğulayıb.
16-12-2022, 18:09
Kiyev metrosu əhalinin sığınacağına çevrilib


Kiyev metrosu əhalinin sığınacağına çevrilib

Rusiyanın Ukrayna şəhərlərinə raket hücumları davam edir. Kiyev metrosu fəaliyyətini dayandırıb. Bu barədə Ukrayna paytaxtının meri Vitali Kliçko məlumat verib. Onun sözlərinə görə, hazırda metropolitenin stansiyalarından əhali üçün sığınacaq kimi istifadə olunur. Ukrayna ordusunun Hərbi Hava Qüvvələri isə son sutka ərzində Ukrayna ərazisinə Rusiya tərəfindən 60-dan çox raket zərbəsi endirilib. Ölkənin, həmçinin energetika sisteminə böyük ziyan dəydiyi barədə məlumatlar var. Qeyd edək ki, bu ilin 24 fevralında Rusiyanın Ukrayna ərazilərinə hücumu ilə başlayan müharibə davam etməkdədir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, qondarma “Donetsk XR” və “Luqansk XR” separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.
16-12-2022, 17:55
Tükiyə XİN-dən Rusiyanın sanksiya iddialarına cavab


Tükiyə XİN-dən Rusiyanın sanksiya iddialarına cavab

Türkiyə xarici işlər nazirinin müavini Faruk Kaymakcı ölkəsinin Avropa İttifaqı (Aİ) tərəfindən Rusiyaya qarşı tətbiq edilən sanksiyaları pozması barədə iddialara münasibət bildirib. Nazir müavini bu barədə parlamentdəki müzakirələr zamanı danışıb. "Türkiyə Ukraynanın ərazi bütövlüyünü müdafiə edir, bu məsələdə hər hansı tərəddüddən söhbət getmir. Bu vaxta qədər Aİ-nin sanksiyalarını pozmağa zəmin yaradacaq heç bir addım atmamışıq. Türkiyə Aİ-nin sanksiyalarını anlayışla qarşılayır, amma öz maraqlarını qorumaq və öz siyasətini yürütməyə məcburdur. Borrel bu məsələni gündəmə gətirdi. İndiyə kimi Aİ ölkələrindən bu məsələnin qaldırılmasını görməmişik, amma bəzi qonşularımız Aİ-nin hər toplantısını Türkiyəyə qarşı istifadə etməyə çalışır və bu məsələni gündəmə gətirirlər", - deyə Kaymakcı vurğulayıb. "Türkiyənin Rusiyaya qarşı tətbiq olunan sanksiyaları pozması barədə iddialar həqiqəti əks etdirmir. Bununla bağlı heç bir fakt yoxdur. Məsələ ilə bağlı mövqeyimizi çatdırmışıq", - nazir müavini əlavə edib. Qeyd edək ki, Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali təmsilçisi Jozep Borrel Türkiyənin də ittifaqa üzv dövlətlər kimi Rusiyaya qarşı sanksiyalara əməl etməli olduğunu bəyan etmişdi.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!