Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                       
3-02-2024, 20:49
Berlində aksiya: 150 mindən çox insan küçəyə çıxdı


Berlində aksiya: 150 mindən çox insan küçəyə çıxdı

Berlində 150 mindən çox insanın iştirak etdiyi sağçı ekstremizmə qarşı etiraz aksiyası keçirilir.
Bu barədə TASS agentliyi məlumat yayıb.
Məlumata görə, şəhərdə nəqliyyatın hərəkəti xeyli çətinləşib, bir neçə küçə bağlanıb.
Bildirilib ki, aksiyanın sonuna qədər etirazçılar Reyxstaqın ətrafında insan zənciri təşkil edəcəklər.
3-02-2024, 19:25
Zəlzələ bölgəsində 75 min mənzil tikilir - Ərdoğan


Zəlzələ bölgəsində 75 min mənzil tikilir - Ərdoğan

Türkiyədə baş vermiş zəlzələ bölgəsində inşa edilən 75 min mənzilin tikintisi qarşıdan gələn iki ay ərzində tamamlanacaq.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Hatay vilayətində ötən ilin fevral ayında baş verən zəlzələdən zərər çəkmiş şəxslərə yeni tikilən mənzillərin açarlarının verilməsi mərasimində çıxışı zamanı bildirib.
Ölkə başçısı qeyd edib ki, 11 vilayət, 124 rayon, 6929 kənd və məhəllə, eləcə də 14 milyon insana təsir edən bu zəlzələ zamanı dağılan 39 minə yaxın tikilidən 26 minində axtarış-xilasetmə işləri aparılıb. Bundan əlavə 200 mindən artıq tikili ağır zədə alıb.
Ölkəsinin əsrin fəlakəti adlandırılan bu faciəni əsrin həmrəyliyinə çevirməklə çətin günləri geridə qoyduğunu vurğulayan Ərdoğan yeraltı təkanlardan sonra aparılan axtarış-xilasetmə işləri və sonrakı dövrdə 11 vilayətin yenidən qurulması istiqamətində görülən işlərdən danışıb.
Bildirilib ki, aparılan araşdırmalar nəticəsində Hatayda 135 min 589-u yaşayış, 15 min 599-u iş yeri olmaqla ümumilikdə 150 minə yaxın tikilinin sahibi müəyyən edilib. Ümumilikdə zəlzələ bölgəsində müəyyən edilən haqq sahiblərinin sayı isə 390 nəfərdir. Bugünkü püşkatma mərasimində 6572-si vilayət və rayon mərkəzlərində, 703-ü isə kənd yerlərində olmaqla 7275 tikilinin açarları təslim edilir.
Xatırladaq ki, Azərbaycan ilə Türkiyə arasında imzalanan Sazişə əsasən, Azərbaycan Kahramanmaraş vilayətində baş verən zəlzələdən zərər çəkmiş bölgələrin birində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzi inşa edir.
3-02-2024, 19:02
Estoniya Ukraynaya “tank əleyhinə raketlər göndərəcək


Estoniya Ukraynaya “tank əleyhinə raketlər göndərəcək

Estoniya Ukraynaya tank əleyhinə “Javelin” raketləri də daxil olmaqla, yeni hərbi yardım paketini təqdim edib.
Bu barədə Estoniya Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunur ki, Estoniyanın dekabrda aldığı “Javelin” raketləri artıq Ukraynaya çatdırılıb. Yardım paketinə, həmçinin pulemyotlar, atıcı silahların sursatları, müxtəlif yerüstü və su avadanlıqları daxildir.
2022-ci ildən bəri Estoniya Ukraynaya ümumilikdə təxminən 500 milyon avro və ya ümumi daxili məhsulunun təxminən 1,4 faizi həcmində hərbi yardım göstərib.
3-02-2024, 18:02
Aşotyandan Paşinyanla bağlı növbəti ittiham


Aşotyandan Paşinyanla bağlı növbəti ittiham

Ermənistan Respublika Partiyası sədrinin müavini Armen Aşotyan Baş nazir Nikol Paşinyana qarşı növbəti dəfə ittihamlar səsləndirib.
O, Paşinyanın ölkə Konstitusiyasını dəyişmək çağırışını yolverilməz hesab edib.
Aşotyan bu cəhdi Ermənistana qarşı böyük təxribat adlandırıb.
Serj Sarkisyanın müavini Nikol Paşinyanı Ermənistanda dağıdıcı siyasət yürütməkdə suçlayıb.
“Əgər erməni xalqı Paşinyanı dəyişməsə, o, erməni xalqını dəyişəcək. Bu, acı reallıqdır, bunun nəticəsində Nikol öz rejimini əbədiləşdirməyə ümid edir. Obrazlı desək, Paşinyan xalqımızı məcburi “cins dəyişikliyinə” məruz qoyur, erməniləri “trans-identifikasiyanın” laboratoriya dovşanlarına çevirir”, – Armen Aşotyan 168.am-a açıqlamasında deyib.
3-02-2024, 00:47
ABŞ Suriyadakı hədəflərə zərbələr endirdi


ABŞ Suriyadakı hədəflərə zərbələr endirdi

ABŞ Suriyadakı hədəflərə zərbələr endirib.
Bu barədə Qərb mətbuatı və yerli telekanallar məlumat yayıb.
Məlumata görə, Amerika təyyarələri şərqdəki Deyr əz-Zor əyalətindəki hədəflərə hücum edib, azı 6 nəfər həlak olub.
Hücum İranyönlü qrupların yanvarın sonunda İordaniya-Suriya sərhədində yerləşən Amerika bazasına endirdiyi zərbəyə cavab olaraq həyata keçirilir.
2-02-2024, 23:37
Türkiyə Mərkəzi Bankının rəhbəri istefa verdi


Türkiyə Mərkəzi Bankının rəhbəri istefa verdi

Türkiyə Mərkəzi Bankının rəhbəri Hafizə Qaye Erkan istefa verib.
Bu barədə TRT kanalı məlumat yayıb.
O qeyd edib ki, hazırda iqtisadi proqramımız öz bəhrəsini verməyə başlayıb.
"Müsbət irəliləyişlərə baxmayaraq, son vaxtlar nüfuzuma qarşı böyük kampaniya keçirilib. Bunun ailəmə və yaş yarımlıq övladıma təsir etməməsi üçün Prezidentdən vəzifəyə təyin olunduğum ilk gündən şərəflə yerinə yetirdiyim vəzifələrimdən azad etməyi xahiş etdim”, - o bildirib.
2-02-2024, 22:51
Hindistan və Fransa müdafiə sahəsində tərəfdaşlarımızdır - Papikyan


Hindistan və Fransa müdafiə sahəsində tərəfdaşlarımızdır - Papikyan

Hindistan və Fransa Ermənistanın müdafiə sektorunda əsas tərəfdaşlarına çevrilib.
Bunu Ermənistanın İctimai Televiziyasına müsahibəsində ölkənin müdafiə naziri Suren Papikyan bildirib.
"Silah əldə edilməsinin şaxələndirilməsi prosesində biz yeni tərəfdaşlar əldə etdik və bir çox supergüclərlə əlaqələr qurduq. Xüsusilə, Hindistan və Fransa müdafiə sahəsində bizim fruib tərəfdaşlarımıza çevrildilər", - Papikyan deyib.
2-02-2024, 20:36
Ermənistan ABŞ-nin təsiri altına düşüb - Rusiyadan sərt açıqlama


Ermənistan ABŞ-nin təsiri altına düşüb - Rusiyadan sərt açıqlama

Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin Rusiya ilə müdafiə sahəsində əməkdaşlığına dair alçaq bəyanatla çıxış edib.
Bu barədə “NEWS.ru”ya açıqlamasında Rusiya Federasiyası Dövlət Dumasının deputatı Viktor Sobolev deyib.
O, Ermənistanda Rusiya Silahlı Qüvvələrinin hərbi bazasının olduğunu xatırladıb.
“Mən bu bəyanatdan şoka düşdüm, çünki Ermənistanda Rusiyanın hərbi bazaları - aviasiya bazası, bütöv bir diviziyası var. Və o, belə bir bəyanat verir. Görünür, tamamilə ABŞ-nin təsiri altına düşüb. Amerika da Mərkəzi Asiya istiqamətində, Uzaq Şərqdə, Şimal-Qərbdə anti-Rusiya fəaliyyətlərini gücləndirir. Bu, gözlənilən idi, lakin Paşinyan tərəfindən səsləndirilən bəyanat alçaqlıqdır”, - Sobolev qeyd edib.
2-02-2024, 17:28
Mişustin erməni həmkarının təklifini dəstəklədi


Mişustin erməni həmkarının təklifini dəstəklədi

Ermənistanın baş naziri Nikol Paşinyanın təklif etdiyi Avrasiya İqtisadi İttifaqının inteqrasiyasının gələcək inkişafının prioritetləri əsasən Rusiyanın yanaşmalarına uyğundur və Moskva onların həyata keçirilməsini dəstəkləməyə hazırdır.
Bu barədə Rusiya Federasiyasının Baş naziri Mixail Mişustin Avrasiya Hökumətlərarası Şurasının genişləndirilmiş iclasında çıxışı zamanı bildirib.
“Yanvar ayından İttifaq orqanlarında sədrlik funksiyaları Ermənistana verilib. Hörmətli Nikol Vovaeviç, mən erməni həmkarlarıma uğurlar arzulayıram. Biz inteqrasiyanın gələcək inkişafı üçün Sizin təklif etdiyiniz prioritetləri diqqətlə nəzərdən keçirdik. Onlar ardıcıldır və əsasən Rusiya tərəfinin mövqeyi ilə üst-üstə düşür. Təbii ki, biz onların həyata keçirilməsi üçün hər cür dəstəyi verməyə hazırıq”, - Mişustin bildirib.
Almatıda Ermənistanın sədrliyi ilə Avrasiya Hökumətlərarası Şurasının iclası keçirilir. Nikol Paşinyan Avrasiya İqtisadi İttifaqının ümumi enerji bazarının formalaşdırılmasının vacibliyini vurğulayaraq, tərəfdaşları bu məsələdə kompromis razılaşmalar əldə etməyə çağırıb.
2-02-2024, 17:08
Zelenski və Tokayev telefon danışığı apardı


Zelenski və Tokayev telefon danışığı apardı

Ukrayna Prezidenti Volodimir Zelenski qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevlə telefon danışığı aparıb.
Bu barədə Zelenski “X”də yazıb.
Zelenski həmkarına Sülh Formulu görüşünün nəticələri və Qlobal Sülh Sammitinə hazırlıq barədə məlumat verib.
“Biz həmçinin ikitərəfli ticarəti və siyasi dialoqu inkişaf etdirmək yollarını müzakirə etdik”, - Zelenski yazıb.
O, həmçinin Ukraynaya göstərilən dəstəyə görə Tokayevə təşəkkür edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!