Vaşinqtondan Əliyev-Paşinyan görüşünə reaksiya .....                        ANAMA-nın əməkdaşı və nişanlısı avtomobillə kanala düşdü .....                        Atamın və qardaşlarımın başlarını kəsiblər... - Məhkəmədə ifadə verdilər .....                        “Qarabağ” Cica ilə yollarını ayırdı .....                        İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatdı .....                        Avropa Əliyev-Paşinyan görüşünü dəstəklədi: Sülh sazişinə çağırış .....                        Sahibə Qafarova Tuzlaya getdi .....                        Almaniyada meyiti tapılan tələbə Lənkəranda dəfn edildi .....                        Ukraynadan 30 uşaq Azərbaycana gətirildi .....                       
23-03-2023, 21:45
Finlandiya prezidenti NATO-ya üzv olmaqla bağlı qanunu imzalayıb


Finlandiya prezidenti NATO-ya üzv olmaqla bağlı qanunu imzalayıb

Finlandiya prezidenti Sauli Niinistö ölkəsinin NATO-ya üzv olması haqqında qanunları imzalayıb. Sənədlərin imzalanmasından sonra Finlandiyanın təşkilata üzvlüyünün rəsmi səviyyədə tanınması başa çatıb. Türkiyə və Macarıstandan başqa, digər NATO ölkələri də Finlandiyanın üzvlüyünü ratifikasiya edib. Türkiyənin Xarici Əlaqələr Komitəsi Finlandiyanın NATO-ya üzvlüyünü martın 23-də müzakirə etməlidir.
23-03-2023, 20:46
Fransada etiraz nümayişləri səngimir


Fransada etiraz nümayişləri səngimir

Fransada pensiya islahatı qanun layihəsinin qəbul edilməsi ilə bağlı etiraz nümayişləri səngimək bilmir. Bu gün ölkədə ümumi səfərbərlik elan edilib. Bir çox mühüm obyektlərdə tətillər davam edir. Vətəndaşlarla razılaşdırmadan hökumətin yeni pensiya islahatı qanununu qəbul etməsinə fransızların qəzəbi getdikcə daha da artır. Ölkədə həmkarlar ittifaqlarının (CFDT, CGT, FO, CFE-CGC, CFTC, UNSA, Solidaires, FSU) tətil çağırışına bir çox mətbuat orqanları da qoşulub. Radio və televiziya yayımı, eləcə də internet səhifələrinin fəaliyyəti dayanıb. Prezident Emmanuel Makron televiziya vasitəsilə yeni pensiya islahatının qəbul edilməsinə peşman olmadığını deyib. Bildirib ki, mübahisəli pensiya islahatı ilin sonunadək tətbiq ediləcək. Onun bu fikri xalqın qəzəbini daha da intensivləşdirib. Fransanın şəhərlərində nümayişçilər pensiya islahatları ilə hökumətin onları radikallaşdırdığını bildiriblər. Bu gün bütün ölkə ərazisində insanlar etiraz nümayişinə çıxıblar. Aeroportlar kerosin çatışmazlığı ilə üzləşiblər. İctimai nəqliyyat isə tamamilə pozulub. Bir çox şəhərlərdə etirazçılar nümayişi gecə saatlarında da davam etdirirlər. Bu gün bütün şəhərlərdə yerli vaxtla saat 14-də etiraz nümayişləri başlayır.
23-03-2023, 20:42
Polşanın maliyyə naziri Ukraynaya yardımdan danışdı


Polşanın maliyyə naziri Ukraynaya yardımdan danışdı

Ötən il Polşa qonşu Ukraynaya ümumilikdə milyard zlot (6,4 milyard avro) həcmində yardım göstərib. Bu barədə ölkənin maliyyə naziri Maqdalena Jeçkovska məlumat verib. O bildirib ki, Polşa Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra milyonlarla ukraynalı üçün sərhədlərini açıb və qaçqınlar üçün bir sıra çoxşaxəli yardım proqramları təqdim edib, eləcə də qonşu ölkəyə silah və digər avadanlıqlarla dəstək göstərilib. Nazirin sözlərinə görə, Ukraynaya göstərilən yardımın həcmi Polşanın ümumi daxili məhsulunun təxminən bir faizinə bərabərdir. Həmçinin qeyd edilib ki, hazırda 780 minə yaxın Ukrayna vətəndaşı Polşada işlə təmin olunub və onların arasında azad sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar da kifayət qədərdir.
23-03-2023, 20:23
Azərbaycan və Ermənistan arasında sülh prosesinə alternativ yoxdur - Zaxarova


Azərbaycan və Ermənistan arasında sülh prosesinə alternativ yoxdur - Zaxarova

Azərbaycan və Ermənistan arasında sülh prosesinə alternativ yoxdur. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib. O qeyd edib ki, Rusiya qərarlıdır və mövqeyini bir daha təsdiq edir. "Tərəfləri bəyanatlarda və hərəkətlərdə təmkinli olmağa və münasibətlərin normallaşması üzrə danışıqları bərpa etməyə çağırırıq”, - deyə Zaxarova bildirib. Rusiya rəsmisi vurğulayıb ki, tərəflər arasında düşmənçilik ritorikasının artması, Qarabağda insidentlərin çoxalması narahatlıq doğurur.
23-03-2023, 20:06
ABŞ-la Çin arasında gərginlik


ABŞ-la Çin arasında gərginlik

ABŞ-ın “USS Milius” raket esminesi Çinin nəzarəti altında olan mübahisəli Parasel adalarının (Xişa adaları) sularına daxil olub. Bu barədə Çin Müdafiə Nazirliyi məlumat yayıb. Çin arxipelaqı öz ərazisi hesab etdiyi üçün ABŞ-ı qanunsuz müdaxilədə ittiham edib. Pekin bildirib ki, esmines Çin hakimiyyətinin icazəsi olmadan Parasel adalarının sularına daxil olub və bununla da Cənubi Çin dənizində sülh və sabitliyi pozub. Qeyd edək ki, Parasel adaları Cənubi Çin dənizində Çin və Vyetnam sahillərindən demək olar ki, bərabər məsafədə yerləşən mübahisəli arxipelaqdır. Adalar Çin tərəfindən idarə olunur, lakin həm Vyetnam və qismən tanınan Tayvan adalara iddia edir.
23-03-2023, 12:02
Moldovanın dövlət dilinin dəyişdirilməsi haqqında qanun təsdiqləndi


Moldovanın dövlət dilinin dəyişdirilməsi haqqında qanun təsdiqləndi

Moldova Prezidenti Maya Sandu dövlət dilinin adının Moldova dilindən rumın dilinə dəyişdirilməsi haqqında qanun layihəsini təsdiqləyib. Bu barədə Sandu özünün "Facebook" hesabında yazıb. "Bu gün mən tarixi və təkzibedilməz həqiqəti təsdiq edən qanunu qəbul etdim: Moldovanın dövlət dili rumın dilidir. Mən istəyirəm ki, rumın dili bizim burada yaşayan və bu torpağı sevən hamımızı birləşdirsin", - deyə Sandu bildirib. Bundan əvvəl parlamentin 101 deputatından 58-i qanun layihəsinin lehinə səs verib. Qanun layihəsini parlamentdə 63 mandata malik Fəaliyyət və Həmrəylik Partiyası təklif edib. Kommunistlərin və sosialistlərin müxalifət bloku qanun layihəsinə qarşı çıxıb. Qanun layihəsi birinci oxunuşda qəbul edilən zaman parlamentdə dava düşüb. Qanun layihəsinə əsasən, “Moldova dili” sözləri “rumın dili” ilə əvəz edilir. Moldovanın məktəb və universitetlərində rumın dili tədris edilir. Kiril əlifbasına əsaslanan Moldova dili isə yalnız rusların nəzarəti altında olan Dnestryanı bölgədə tədris olunur.
23-03-2023, 11:58
Zelenski Xarkovu “Qəhrəman şəhər” fəxri nişanıyla təltif etdi


Zelenski Xarkovu “Qəhrəman şəhər” fəxri nişanıyla təltif etdi

Ukrayna Prezidenti Volodimir Zelenski Xarkovu “Ukraynanın Qəhrəman şəhəri” fəxri nişanı ilə təltif edib. Tutul şəhərin meri İqor Terexova təqdim edilib. Bildirilir ki, “Ukraynanın Qəhrəman şəhəri” fəxri nişanının hazırlanması haqqında fərmanı Zelenski dünən, martın 21-də imzalayıb. Zelenski həmçinin qeyd edib ki, o, Xarkov vilayətində müşavirə keçirib və iclasda region ərazilərinin bərpası, istehkamların təşkili, infrastrukturun bərpası və zərərçəkmiş sakinlərə yardımın göstərilməsi məsələləri müzakirə olunub.
22-03-2023, 23:18
Şoyqu türkiyəli həmkarıyla Qarabağdakı vəziyyəti müzakirə etdi


Şoyqu türkiyəli həmkarıyla Qarabağdakı vəziyyəti müzakirə etdi

Rusiya müdafiə naziri Sergey Şoyqu türkiyəli həmkarı Hulusi Akarla Qarabağdakı vəziyyəti müzakirə edib. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Telefon danışığı zamanı taxıl sazişi və Suriyadakı vəziyyət də müzakirə olunub.
22-03-2023, 22:52
İsveçin səs çoxluğu ilə NATO-ya daxil olması təsdiqləndi


İsveçin səs çoxluğu ilə NATO-ya daxil olması təsdiqləndi

İsveç parlamentinin deputatları səs çoxluğu ilə krallığın NATO-ya daxil olmasını təsdiqləyiblər. Bu barədə "Dagens Nyheter" nəşri yazıb. Bildirilir ki, qanun layihəsini İsveç hökuməti təqdim edib. İsveç parlamentinin rəhbərliyi qəbul edilmiş sənədi tarixi adlandırıb. 269 deputat qərarın lehinə səs verib, 37 deputat əleyhinə çıxış edib, 43 deputat iclasda iştirak etməyib. Sol Partiya və Ətraf Mühitin Mühafizəsi Partiyasının üzvləri ölkənin hərbi bloka qoşulmasına qarşı çıxıblar. Finlandiya və İsveç 2022-ci ilin mayında NATO-ya üzv olmaq üçün müraciət ediblər. Finlandiya parlamenti 2023-cü il martın 1-də ölkənin Şimali Atlantika Alyansına daxil olmasını təsdiqləyib.
22-03-2023, 22:38
İran beynəlxalq sanksiyalarla yanaşı daxili parçalanma ilə üz-üzədir


İran beynəlxalq sanksiyalarla yanaşı daxili parçalanma ilə üz-üzədir

İranın beynəlxalq vəziyyəti ilə daxildə baş verən çaxnaşmalar neqativ təsirini göstərməkdədir. Rejimin həyata keçirdiyi siyasətin nəticəsi olaraq İran beynəlxalq sanksiyalara məruz qalmaqla yanaşı, daxildə də parçalanmaq təhlükəsi ilə üz-üzə qalıb. “Iran International” saytı tərəfindən açıqlanan 44 səhifəlik sənəddə yalnız xalqın deyil, hərbi elitanın da rejimə qarşı çıxdığı göstərilir. İran daxilində hərbçilərin rejimə qarşı çıxması və ordunun əsasını təşkil edən İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Ali lider Ayətullah Əli Xamneyinin iqamətgahı da daxil olmaqla hökumət binalarını atəşə tutmağa cəhd etməsi əslində təəccüb doğurmamalıdır. SEPAH İranın silahlı qüvvələrinin əsas funksiyasını yerinə yetirməklə yanaşı, həm də böyük iqtisadi imkanlara malik olan bir qurumdur. Bu qurumun İranın daxilində və xaricində fəaliyyət göstərən hərbiləşmiş şöbələri iri banklara, daşınmaz əmlaka, valyuta ehtiyatlarına da malikdir. Ordu ilə yanaşı İran iqtisadiyyatında da aparıcı mövqeyə malik olan SEPAH qarşısıalınmaz böyük bir qüvvədir. İranda Ali Baş Komandan Prezident deyil, Ali lider Əli Xamneyidir. SEPAH-a daxil olan qoşun növlərinin komandanları Ali lider tərəfindən təyin olunur və yalnız ona tabedir. Qoşun növlərinə rəhbərlik edən generallar SEPAH-ın hesabına böyük var-dövlət sahibinə çevriliblər və bu gün nüfuz dairələrini daha da genişləndirmək istiqamətində bir-birilərinə qarşı mübarizə aparırlar. Onların bəzilərinin ikili vətəndaşlıqları və xarici dövlətlərin banklarında külli miqdarda maliyyə aktivləri var. Bu gün İran rejiminin apardığı siyasət qətiyyən SEPAH-ın maraqlarını əks etdirmir. Məsələnin mahiyyəti ondan ibarətdir ki, SEPAH Ali rəhbərin göstərişlərini yerinə yetirməklə xalqın gözündən düşüb. Ötən ilin sentyabrından İranda baş qaldıran və hələ də davam edən kütləvi etirazların yatırılmasında da SEPAH öz qəddarlığı ilə seçilib. Təsadüfi deyil ki, İranın Sistan-Bəlucistan, Kürdistan, Yəzd, Mərkəzi və başqa vilayətlərində etiraz edənlər SEPAH-ın şöbələrinə basqın edib zabitləri qətlə yetiriblər. Artıq SEPAH rejimin çirkli işlərini həyata keçirmək istəmir. Çünki hər zaman əlini qana batıran zabitlər olur, Əli Xamneyi isə bu qanın tökülməsinə əmr versə də özü təmiz qalır. Digər tərəfdən SEPAH ABŞ və Avropa dövlətləri tərəfindən terrorçu təşkilat kimi tanınır və ən sərt beynəlxalq sanksiyalara məruz qalır. İnqilabdan ötən 42 il ərzində SEPAH-ın fəaliyyəti “xalq düşmənləri”ni ifşa etməkdən ibarət olub. Artıq bu qurum ölkənin daxilində baş verənləri və İranın beynəlxalq vəziyyətini nəzərə alıb hakimiyyəti tam olaraq ələ almağa çalışır və martın 17-də buna cəhd etsə də ifşa olunub. Burada bir məsələyə diqqət vermək lazımdır. SEPAH daxilində xarici dövlətlərin xüsusi xidmət orqanları ilə əməkdaşlıq edərək qruplaşmalar yaradan generallar da var. Bunlar getdikcə İranın uçurumun astanasına yaxınlaşdığını görür və vəziyyətdən çıxış yolu axtarırlar. Görünən odur ki, bu çıxış yolunu onlar Ali liderin fiziki məhvində tapıblar. Bu hərbi qurumun daxilindəki parçalanmanı general Qasım Süleymaninin öldürülməsi də sübut edir. 2019-cu ildə Bağdadın hava limanında raket zərbəsi ilə qətlə yetirilən generalın nə vaxt Bağdada gedəcəyini raket zərbəsi endirənlər əvvəlcədən bilib. İranın siyasi dəhlizlərində bu məsələ çox müzakirə olunsa da məsələnin üstü ört-basdır edildi. Yuxarıda deyilənlərdən belə nəticəyə gəlmək olar ki, İran rejimi artıq sonunu yaşayır. Rejimin həyata keçirdiyi daxili və xarici siyasət əhali ilə yanaşı siyasi qruplaşmalar və hərbçiləri də artıq qane etmir. Onların nəinki maraqları təmin olunmur, eyni zamanda, fəaliyyət imkanları məhdudlaşır. SEPAH-dakı bəzi qruplaşmalar Ə. Xamneyini aradan götürməklə vəziyyəti sabitləşdirməyə çalışıb, lakin bu baş tutmayıb. Yaxın gələcəkdə belə hadisənin baş verməyəcəyini demək olmaz. SEPAH güclü iqtisadi dayaqlara və hərbi qüvvəyə malik olsa da, sanksiyalar qurumun generallarına sərbəst yaşamağa və istədikləri vaxt xaricə getmələrinə imkan vermir. Sanksiyalar eyni zamanda SEPAH-ın ölkə daxilindəki iqtisadi imkanlarını məhdudlaşdırır. Gəlir azalır, xərclər isə artır ki, bu da Yaxın Şərqin, demək olar, əksər dövlətlərində hərbiləşdirilmiş proksi dəstələrin saxlanmasına imkan vermir. Beynəlxalq aləmdə olduğu kimi, ölkə daxilində də terrorçu damğası ilə yaşamaq istəməyən SEPAH generalları ehtimal ki, bundan sonra da çevrilişə can atacaqlar. İranda rejimin dəyişəcəyi mütləqdir. Bunun nə zaman baş verəcəyini zaman göstərəcək. Lakin İranın daxilində və xaricində cərəyan edən proseslər qətiyyətlə onu deməyə əsas verir ki, dəyişiklik artıq zərurətə çevrilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!