Abşeron rayonunda təqdimat .....                        Putin onu işdən çıxardı .....                        Zelenski Roma Papası ilə bir arada .....                        Elşən İbrahimov Rusiyadan deportasiya edilir .....                        “Zirə” Türkiyə klubunu məğlub etdi .....                        İyulun pensiyası ilə bağlı şad xəbər .....                        Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayır .....                        Zamin Zəki ilə bağlı qərar verildi .....                        Sabahın havası ilə bağlı SƏRT XƏBƏRDARLIQ .....                       
19-02-2023, 16:32
Ermənistanı Rusiya ilə birləşdirən yeganə yol bağlanıb


Ermənistanı Rusiya ilə birləşdirən yeganə yol bağlanıb

Rusiya-Gürcüstan sərhədindən keçən Yuxarı Lars yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Hazırda ərazidə güclü qar yağması müşahidə olunur. Bildirilib ki, Mtsxeta-Stepantsminda-Lars avtomobil yolunun Qudauri-Kobi hissəsi qoşqulu və yarımqoşqulu avtomobillər üçün bağlanıb. Buna səbəb ekstremal hava şəraitidir. Yolun nə vaxt açılacağı məlum deyil. Qeyd edək ki, bu yol hazırda Ermənistanla Rusiyanı birləşdirən yeganə yoldur.
19-02-2023, 01:39
Rusiya Çindən dronlar alır


Rusiya Çindən dronlar alır

Rusiya sanksiyalara baxmayaraq, Ukraynaya qarşı müharibədə Çinin DJI şirkətindən dronlar alır. Bu barədə "The Wall Street Journal" nəşri məlumat yayıb. Qəzet yazır ki, dronların bir hissəsi Rusiya distribyutorları, digərləri isə Birləşmiş Ərəb Əmirlikləri vasitəsilə daşınır. Bundan əlavə, bəzi pilotsuz uçuş aparatları və onların hissələri Avropa İttifaqı vasitəsilə daşınıb. Pentaqon narahatdır ki, bu pilotsuz uçuş aparatları Rusiyanın hərbi səylərini gücləndirir, həmçinin Çinə kritik kəşfiyyat məlumatları toplamağa imkan verir.
19-02-2023, 01:20
Türkiyə ilə siyasi sahədə irəliləməyə hazırıq - Paşinyan


Türkiyə ilə siyasi sahədə irəliləməyə hazırıq - Paşinyan

Ermənistan Türkiyə ilə siyasi sahədə irəliləməyə hazırdır. Bunu Ermənistan baş naziri Nikol Paşinyan Münhen Təhlükəsizlik Konfransında keçirilən panel iclasda deyib. “Biz Türkiyəyə humanitar yardım və xilasedicilər göndərmək qərarı verəndə yalnız humanitar motivləri düşündük, lakin bu prosesdə Türkiyədən müsbət reaksiya gördük, əgər müsbət siyasi nəticələr olarsa, daha yaxşı olar. Amma bizim ilkin təşəbbüsümüz sırf humanitar idi”, - Paşinyan bildirib. O əlavə edib ki, Ermənistan xarici işlər nazirinin Türkiyəyə son səfəri zamanı bəzi siyasi razılaşmalar əldə olunub. “Ermənistanla Türkiyə arasında diplomatik münasibətlərin qurulması və sərhədlərin açılmasının təkcə regionumuzdakı proseslərə deyil, həm də beynəlxalq vəziyyətə müsbət təsir edəcəyinə inanırıq”, - Ermənistan Baş naziri qeyd edib.
19-02-2023, 01:11
Niderland rus diplomatlarını ölkədən uzaqlaşdırır


Niderland rus diplomatlarını ölkədən uzaqlaşdırır

Niderland ölkədəki Rusiya diplomatlarının sayını məhdudlaşdıracaq. Bu barədə Niderland Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Bildirilib ki, ölkə Sankt-Peterburqdakı konsulluğunu və Amsterdamdakı Rusiya ticarət nümayəndəliyini bağlayacaq. Nazirlik bəzi rus diplomatların iki həftə ərzində Niderlandı tərk etməli olduğunu bəyan edib. “Rusiya diplomatiya pərdəsi altında gizli şəkildə kəşfiyyat agentlərini Niderlanda köçürməyə cəhd etməkdə davam edir. Biz bunun baş verməsinə icazə verə bilmərik və verməməlityik”, - deyə xarici işlər naziri Vopke Hoekstra bildirib.
18-02-2023, 17:56
Zəlzələ qurbanlarının sayı 40 mini keçib


Zəlzələ qurbanlarının sayı 40 mini keçib

Türkiyədə baş vermiş zəlzələ nəticəsində həlak olanların sayı 40 min nəfəri keçib. Bu barədə AFAD məlumat yayıb. Bildirilib ki, təbii fəlakət zamanı 40 602 nəfər həyatını itirib.
18-02-2023, 17:52
Xoy sakinləri qəbiristanlıqda yaşayır


Xoy sakinləri qəbiristanlıqda yaşayır

İranın Xoy şəhərində baş vermiş zəlzələdə evlərini itirən sakinlər qəbiristanlıqda çadırlar qurub. “Azad İran” teleqram kanalı bununla bağlı video yayıb. Videoda sakinlərin qəbirlərin yanında çadırlar qurması əks olunub.
18-02-2023, 17:47
Ukrayna məsələsində qəti şəkildə sülhün tərəfdarıyıq - Rəsmi Çin


Ukrayna məsələsində qəti şəkildə sülhün tərəfdarıyıq - Rəsmi Çin

Çin fevralın sonuna qədər Ukrayna münaqişəsinin siyasi həlli ilə bağlı plan təqdim edəcək. Bu barədə Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü Vanq Yi məlumat verib. Çinin baş diplomatı bildirib ki, təmsil etdiyi hakimiyyət mövqe sənədi yayımlayacaq. Sənəddə Çin lideri Si Cinpinin irəli sürdüyü təkliflər, o cümlədən ərazi bütövlüyünə və suverenliyinə hörmət etmək, BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə riayət etmək, qanuni təhlükəsizlik narahatlıqlarına ciddi yanaşmaq kimi prinsiplər yer alacaq. Vanq Yinin sözlərinə görə, Çin Ukrayna məsələsində qəti şəkildə sülh və dialoqun tərəfindədir: "Biz əminik ki, bu böhranlı vəziyyət yalnız sülh danışıqları yolu ilə həll edilə bilər".
18-02-2023, 17:41
Rusiya Ukraynanın daha bir yaşayış məntəqəsini işğal etdi


Rusiya Ukraynanın daha bir yaşayış məntəqəsini işğal etdi

Rusiya ordusu Ukraynanın Xarkov vilayətinin Qryanikovka yaşayış məntəqəsini işğal edib. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Qərb bölmələrinin hücumu nəticəsində Qryanikovka Rusiya hərbçiləri tərəfindən nəzarətə alınıb.
18-02-2023, 17:38
Vardanyanın Qarabağdan uzaqlaşdırılacaq - Past qəzeti


Vardanyanın Qarabağdan uzaqlaşdırılacaq - Past qəzeti

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşdə separatçıların "dövlət naziri" Ruben Vardanyanın "yoldan çəkiləcəyinə" söz verib. Bu barədə Ermənistanın "Past" qəzeti məlumat yayıb. İddiaya görə, Mirzoyan baş nazir Nikol Paşinyanın adından Kremlin himayə etdiyi erməni milyarder Vardanyanın Qarabağdan uzaqlaşdırılacağını bildirib. Məlumatda qeyd olunub ki, buna səbəb Vardanyanın Azərbaycan-Türkiyə-Ermənistan “sülh müqaviləsi”nin imzalanmasına mane olmasıdır. Xatırladaq ki, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bir neçə gün əvvəl Türkiyəyə səfər edib.
18-02-2023, 17:33
Əfqanıstanda güclü zəlzələ baş verdi


Əfqanıstanda güclü zəlzələ baş verdi

Əfqanıstanda 5,5 bal gücündə zəlzələ olub. Məlumatı Qazaxıstanın Seysmologiya İdarəsi yayıb. Zəlzələnin episentri Qazaxıstanın Alma-Ata şəhərindən 867 kilometr cənub-qərbdə qeydə alınıb. İtki və dağıntılar barədə məlumat verilməyib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!